Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.

səhifə15/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

haqqında  müxtəlif  və  daim  yenilənən  məlumatları  saxlayan 
serverlər meydana gəlmişdir. 
 
Ekoloji  monitorinq  vasitələri  kontakt  və  qeyri-kontakt 
növünə  bölünür;  nəzarət  edilən  göstəricilər  isə  funksional 
(məhsuldarlıq,  maddələr  dövranının  qiymətləndirilməsi  və  s.) 
və  struktur  (fiziki,  kimyəvi  və  ya  bioloji  parametrlərin  mütləq 
və 
ya 
nisbi 
qiymətləri: 
çirkləndirici 
maddələrin 
konsentrasiyası, cəm çirklənmə əmsalı və s.) olurlar. Nəzarətin 
kontakt  metodları  parametrin  bilavasitə  və  ya  dolayı 
ölçmələrdən istifadə olunan metodlara ayrılırlar (şək. 3.1). 
 
Bilavasitə ölçmə nəticəsində axtarılan kəmiyyət, məsələn 
pH göstəricisi (pH-metriya  metodu) təyin  edilir. Dolayı ölçmə 
metodunda  axtarılan  parametr  bir  neçə  mərhələdə  müxtəlif 
kalibrləyici qrafik, cədvəl və s. istifadə etməklə təyin olunur. 
 
Ətraf  mühitin  vəziyyətinə  müşahidə  və  nəzarətin 
istənilən  metodunun  effektivliyi  aşağıdakı  göstəricilərin 
məcmusu ilə qiymətləndirilir: 
 
- təyin etmənin selektivliyi və dəqiqliyi; 
 
-  alınan  nəticələrin  təkrarlanması,  təyin  etmənin 
həssaslığı; 
 
- elementin (maddənin) aşkar edilmə həddləri; 
 
- analizin yerinə yetirilməsinin ekspressliyi. 
 
Seçilmiş  metoda  qoyulan  əsas  tələb,  onun  elementlərin 
(maddələrin)  konsentrasiyasının  geniş  miqyasında  tətbiq 
edilməsidir  ki,  buraya  həm  fon  rayonlarının  çirklənməmiş 
obyektlərində  iz  miqdarı,  həm  də  texnogen  təsir  rayonlarında 
konsentrasiyaların yüksək qiymətləri daxildir. 
 
Fotometrik  metod  tədqiq  edilən  və  nəzarət  mayesinin 
optik sıxlıqlarının müqayisəsinə əsaslanır. Fotometrik metodun 
əsasını Buger-Lambert-Ber qanunu təşkil edir:  
,
c
b
a
D



 
burada  D  –  məhlulun  optik  sıxlığı,  а  –  müəyyən  dalğa 
uzunluğunda udma  əmsalı;  b – küvetin qalınlığıdır,  с – tədqiq 
olunan  elementin  (maddənin)  konsentrasiyasıdır.  а  və  b-nin 


sabit  qiymətlərində  məhlulun  optik  sıxlığı  ilə  çirkləndiricinin 
konsentrasiyası arasındakı asılılıq xətti olmalıdır.  
   
 
Şək. 3.1. 
Təbii mühitin vəziyyətinə müşahidələrin və nəzarətin 
kontakt metodlarının strukturu.
 
 
  
 
Analizin 
fotometrik 
metodunun 
növlərinə 
fotokolorimetrik 
(vizual 
fotokolorimetrik, 
fotoelektrokolorimetrik)  və  spektrofotometrik  fotokolorimetrik 
metodlar  (analizin  keçirilməsindən  ötrü  poloxromatik  işığdan 
istifadə edilir) aid edilir. Vizual  fotokolorimetriya üçün  vizual 
müqayisə  cihazları:  sınaq  şüşəsi,  əl  kolorimetrləri,  vizual 


fotometrlər;  fotoelektrokolorimetriya  üçün  iki  fotoelementli 
ikişüalı cihazlar olan fotoelektrik fotometrlərdən istifadə edilir. 
Birləşmənin  təyin  edilməsinin  həssaslığı  birləşmə  elementinin 
təbiətindən  asılıdır  və  nümunənin  0,02-20  mkq/ml-ni  təşkil 
edir. 
 
Analizin 
spektrofotometrik 
metodları 
eyni 
ilə 
fotokolorimetrik 
prinsiplərinə 
əsaslanır, 
lakin 
spektrofotometrdə  monoxromatik  udulmadan  istifadə  edilir. 
Spektrofotometrlərlə  təyin  edilən  müxtəlif  element  və 
birləşmələrin  həssaslığı    nümunənin  0,08-20  mkq/ml-ni  təşkil 
edir.  
 
Spektrofotometriyadan  daha  tez-tez  turbidimetrik  və 
nefelometrik 
analiz 
metodlarında, 
bundan 
da 
asılmış 
vəziyyətdə  olan  maddələrin  miqdarını  təyin  etdikdə  istifadə 
edilir.  Bu,  yoxlanılan  nümunə  məhlulundan  keçən  işığın 
intensivliyinin  (turbidimetrik) 
və 
ya  səpələnən 
işığın 
intensivliyinin  ölçülməsi 
ilə 
yerinə 
yetirilir.  Analizin 
turbidimetrik  metodu  üçün  göy  işıqfiltrli  müxtəlif  növ 
spektrofotometrlərdən,  həmçinin  xüsusi  cihaz  olan  tutqunluq 
ölçənlərdən istifadə edilir. Nəzərdən keçirilən metod milyonda 
bir  tərtibli  konsentrasiyaların  ölçülməsi  üçün  yararlıdır. 
Analizin  nefelometrik  metodu  güclü  surətdə  həll  edilmiş 
suspenziyalar  üçün  daha  həssasdır  və  əlverişli  şəraitdə  digər 
kolorimetrik  metodların  dəqiqliyi  ilə  müqayisə  edilə  bilən 
dəqiqliyi təmin edə bilər. 
 
Spektrofotometriyanın  (spektral  –  emissiya  metodu) 
əsasını  işıq  enerjisinin  atom,  ion,  daha  az  halda  molekullar 
tərəfindən  şüalanması  təşkil  edir.  Molekullar,  atomlar,  ionlar 
tərəfindən  şüalandırılan  emissiya  xətti  spektrlər,  tədqiq  edilən 
maddəni  təşkil  edən  kimyəvi  birləşmələrin  növündən  asılı 
deyildir.  Buna  görə  də  analizin  bu  növü  su  və  torpağın 
elementar tərkibinin analizi üçün tətbiq edilir. Metod universal, 
yüksəkhəssaslığa  malik,  ekspress  və  dəqiqdir,  bundan  əlavə 


eyni zamanda  bir  nümunədə 30  elementi analiz etməyə  imkan 
verir.    
 
Atom-absorbsiya  spektral  analiz,  elementlərin  sərbəst 
atomlarının hər bir elementi üçün müəyyən dalğa uzunluğunda 
rezonans  şüalanmanı  selektiv  udması  qabiliyyətinə  əsaslanır. 
Metod  universal,  sadə,  yüksək  məhsuldarlığa  malikdir.  0,1  – 
0,01  mq/l  dəqiqliklə  7-dən  çox  elementin  təyin  edilməsi  üçün 
istifadə edilir.  
 
Analitik 
məqsədlərlə 
lüminessent 
(flüorimetrik) 
metodunun  istifadə  edilməsi  ultrabənövşəyi  şüalarla  bəzi 
maddələrə  (neft  məhsulları,  fenollar  və  s.)  təsir  etdikdə  güclü 
flüoressensiyanın  əmələ  gəlməsi  ilə  əlaqədardır.  Lüminessent 
analiz  prinsipindən  istifadə  edən  cihazlar  spektroflüorimetrlər 
adlanır.  
 
Qazoxromatoqrafik  metod  iki  qarışmayan  fazalar 
arasında  birləşmələrin  selektiv  ayrılmasına  əsaslanır  ki, 
onlardan  biri  hərəkətsiz  (maye  və  ya  bərk  cisim),  digəri  isə  - 
oynaqdır  (daşıyıcı  -  ətalətli  qazdır).  Nəzərdən  keçirilən  metod 
spesifik  reaksiyalara  malik  olmayan,  bir-birinə  yaxın 
xüsusiyyətli onlarla və yüzlərlə komponentə malik qarışıqların 
olduqca  kiçik  hissəciklərinin  miqdarını  təyin  etməyə  imkan 
verir. 
 
Analizin  elektrokimyəvi  metodlarında  mühitin  müxtəlif 
elektrik xüsusiyyətlərinin tədqiq olunan maddənin kəmiyyət və 
keyfiyyət  tərkibinin  asılılığından  istifadə  edilir.  Analizin 
nəzərdən  keçirilən  metodlarına  potensiometrik,  polyaroqrafik, 
konduktometrik, ionometrik üsullar aiddir. 
 
Potensiometrik  metod maddədə  baş  verən  fiziki-kimyəvi 
proseslərdən asılı olaraq, elektrodun potensialının dəyişməsinə 
əsaslanır.  
 
Polyaroqrafik metodda civə damcılayıcı elektrodda analiz 
edilən  birləşmənin  bərpa  olunma  prinsipi  tətbiq  edilir  və  bir 
qayda  olaraq,  müxtəlif  aqreqat  hallarda  olan  maddələrin  iz 
miqdarlarının analizində istifadə olunur. 




Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə