Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

 
Konsentrasiyası 
nümunədə 
0,005-1 
mkq/l 
olan 
elementləri  və  birləşmələri  təyin  etmə  həssaslığına  malik 
polyaroqraflardan istifadə edilir.  
 
Konduktometrik  metod  elektrik  keçiriciliyinin  və 
dielektrik  nüfuzluğunun  maddənin  konsentrasiyası  və  onun 
komponentlərinin  təbiətindən  asılılığına  əsaslanır.  Analizin 
konduktometrik 
metodu 
əsasında 
yaradılmış 
cihazlar 
konduktometrlər  və  ya  suyun  duzluğunu  ölçən  cihazlar 
adlanırlar. 
 
İonometrik  metodun  əsasını  çoxlu  sayda  kation  və 
anionlara  yönəlmiş  ionselektiv  elektrodların  reaksiyası  təşkil 
edir.  
 
Kütlə-spektrometrik 
metodun 
əsasında 
qazabənzər 
nümunənin  elektron  bombardlanması  vasitəsilə  ionlaşması  və 
bundan  sonra  yaranmış  ionların  maqnit  sahəsinin  təsirinə 
məruz  qalması  durur.  Kütlədən  və  yükdən  asılı  olaraq  ionlar 
müxtəlif sürətlə meyl edirlər və müvafiq qaydada bölünürlər.  
 
Rentgenspektral  analiz  rentgen  şüalanmasının  təsiri 
altında 
müxtəlif 
element  və 
maddələrin 
spektrlərinin 
alınmasına əsaslanır.  
 
Təbii  mühitin  vəziyyətinin  müşahidə  və  nəzarətinin 
kontakt  metodları  qeyri-kontakt  metodlarla  tamamlanır  ki,  bu 
da zondlayıcı sahələrin (elektromaqnit, akustik, qravitasiya) iki 
xüsusiyyətinə əsaslanır: nəzarət edilən obyektlə qarşılıqlı təsiri 
həyata  keçirir  və  alınmış  informasiyanı  vericiyə  çatdırır. 
Zondlayıcı  sahələr  geniş  informasiya  göstəricilərinə  və 
obyektin  maddəsi  ilə  qarşılıqlı  təsirlərin  müxtəlif  effektlərinə  
malikdirlər.  
 
Qeyri-kontakt  nəzarət  vasitələrinin  işləmə  prinsipi  şərti 
olaraq,  passiv  və  aktiv  nəzarətə  bölünürlər:  passiv  –  nəzarət 
obyektinin özündən gələn zondlayıcı sahənin qəbulu ilə həyata 
keçirilir;  aktiv  isə  -  mənbə  tərəfindən  yaradılan  əks  olunmuş, 
keçən  və  ya  yenidən  şüalandırılan  zondlayıcı  sahələrin 
qəbuludur. 


 
Atmosferin  qeyri-kontakr  nəzarəti  radioakustik  və  lidar 
metodları  vasitəsilə  həyata  keçirilir.  Əvvəllər  radiodalğalar 
ionosferin vəziyyətinin analizi üçün istifadə edilirdi (dalğaların 
əks  olunması  və  sınması),  daha  sonra  santimetrlik  dalğalar 
yağıntıların,  buludların,  atmosferin  turbulentliyinin  tədqiqi 
üçün tətbiq edildi.   
 
Radioakustik  metodların  tətbiq  sahəsi  hava  mühitinin 
nisbətən  lokal  həcmləri  ilə  məhdudlaşır  (radiusu  1-2  km)  və 
onları  yerüstü  şəraitdə  və  aerodaşıyıcıların  göyərtəsində 
istifadə etməyə imkan verir. 
 
Əks olunmuş akustik siqnalın yaranma səbəblərindən biri 
kiçikmiqyaslı  temperatur  qeyri-bircinsliklərdir  ki,  onlar 
temperatur  dəyişikliklərini,  küləyin  sürət  profilini,  dumanın 
yuxarı sərhədlərini nəzarət etməyə imkan verir. 
 
Lidar  (lazer)  zondlanmasının  prinsipi  ona  əsaslanır  ki, 
lazer  şüası  yayıldığı  zaman  molekullar,  hissəciklər,  havanın 
qeyri-bircinslikləri  tərəfindən  udulur,  öz  tezliyini,  impulsun 
formasını dəyişir, nəticə etibarı ilə flüoressensiya yaranır ki, bu 
da  ətraf  mühitin  təzyiq,  sıxlıq,  temperatur,  rütubət,  qazların, 
aerozolların konsentrasiyası, küləyin sürəti kimi parametrlərini 
keyfiyyət  və  kəmiyyətcə  dəyərləndirməyə  imkan  verir.  Lidar 
zondlamasının  üstünlüyü  onun  monoxromatikliyi,  koherentliyi 
və  spektri  dəyişmək  imkanıdır  ki,  bu  da  hava  mühitinin  ayrı-
ayrı parametrlərini  seçim  yolu  ilə  nəzarət etməyə  imkan  verir. 
Əsas  çatışmazlıq  –  buludların  təsiri  nəticəsində  Yerdən 
atmosferin zondlanma hündürlüyünün məhdudluğudur.  
 
Təbii  suların  qeyri-kontakt  nəzarətinin  əsas  metodları 
radioparlaqlıq, radiolokasiya, fluorescent metodlarıdır. 
 
 
Radioparlaqlıq  metodu  görünən  diapazondan  başlamış 
metrlik  diapazona  kimi  zondlayıcı  dalğalarla  eyni  zamanda 
həyacanlamaları,  temperaturu  və  duzluluğa  nəzarət  etməyə 
imkan verir.  
 
Radiolokasiya 
metodunun 
(aktiv) 
mahiyyəti 
həyacalanmış  səthdən  əks  olunan  siqnalın  (amplitud,  enerji, 


tezlik,  faza,  polyarlaşmış,  fəza-zaman)  qəbulu  və  emal 
olunmasından ibarətdir.   
 
Neftlə  çirklənmiş  su  mühitinin  parametrlərinin  (örtülmə 
sahəsi,  qalınlığı,  təxmini  kimyəvi  tərkibi)  məsafədən  nəzarət 
edilməsi  üçün  lazer  əks  olunmadan,  lazer  flüoressentdən, 
polyarlaşmış işıqda fotoşəklin çəkilməsindən istifadə edilir.  
 
Flüoressent metodun əsasını neftin optik dalğaları udması 
və neftin yüngül və ağır fraksiyalarının işıqlanma spektrlərinin 
fərqlənməsi  təşkiç  edir.  Həyacanlanmış  dalğanın  uzunluğunun 
optimal  seçimi  flüoressensiya  spektrlərinin  amplitud  və 
formasına  görə  neft  məhsullarını  identifikasiya  etməyə  imkan 
yaradır.   
 
Kimyəvi  çirkləndiricilərin  və  texnogen  çirklənmələrin 
digər  növlərinin  müxtəlifliyi  ekoloji-analitik  nəzarətin  (EAN) 
metod  və  vasitələrinin  geniş  nomenkluaturasını  təyin  etməyə 
imkan  verir.  Çirkləndirici  maddələrin  konsentrasiyasının  təyin 
edilməsindən  ötrü    kimyəvi  analizin  müxtəlif  metodlarından 
istifadə 
edirlər: 
qaz 
və 
ion 
xromotoqrafiyası, 
rentgenflüoressensiya,  optik  spektroskopiya  və  s.  Səs-küyün, 
infrasəsin  və  vibrasiyanın  ölçülməsi  üçün  xarici  aparaturadan 
istifadə  edilir:  küyölçənlər,  spektrometrlər,  zolaqlı  filtrlər, 
vibrovericilər. Elektromaqnit sahəsinin gərginliyinin elektrik və 
maqnit  toplananlarının  ölçülməsi  üçün  EMSÖ,  NFM-1  (AFR) 
növ    cihazlardan  istifadə  edilir.  Radiasiya  nəzarəti  metodları 
dozimetrik  cihazlar  vasitəsilə  ionlaşdırıcı  şüalanmaların 
parametrlərinin 
ölçülməsinə 
əsaslanır 
(dozanın 
gücü, 
ekvivalent doza, səthi aktivlik və s.). 
 
Ekoloji-analitik  nəzarəti  yerinə  yetirən  müxtəlif  nazirlik 
və  idarələrin  laboratoriyaları  fərqli  normativ-metodik  və 
metroloji  bazaya  malikdirlər.  Bu  isə  o  deməkdir  ki,  eyni  bir 
obyektlərin  çirklənmə  dərəcəsinin  səviyyəsinin  müəyyən 
edilmiş 
nəticələri 
bir-birindən 
kəskin 
fərqlənə 
bilər. 
Birmənalığa  və  ölçmələrin  tələb  edilən  dəqiqlik  səviyyəsinə 
nail olmaq üçün EAN  sistemləri  müvafiq  metroloji təminata – 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə