Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

elmi  və  təşkilatı  əsaslara,  normativ-texniki  sənədlərə, 
ölçmələrin  metod  və  texniki  vasitələrinə  malik  olmalıdır.  Bu 
məqsədlə  attestasiyadan  və  metroloji  ekspertizadan  keçmiş 
EAN metodikalarının federal reyestri formalaşırdırılır.  
 
EAN-nın  aparatur  təminatında  iki  istiqamət  mövcuddur. 
Birinci,  müxtəlif  növ  obyektlərin  böyük  sayda  göstəricilərinə 
nəzarət  etməyə  imkan  verən  ümumi  təyinatlı  cihazların 
buraxılması 
(xromatoqraflar, 
spektrofotometrlər, 
polyaroqraflar).  İkinci  istiqamət  konkret  obyektdə  konkret 
agentin  təyin  edilməsi  üçün  xüsusi  cihazların  istehsalına 
yönəlmişdir.  Belə  cihazlar  stasionar  nəzarət  məntəqələri, 
səyyar 
laboratoriyalar 
və 
müəssisələrin 
sanitar-sənaye 
laboratoriyaları  üçün  olduqca  əlverişlidir,  çünki  burada 
çirkləndiricilərin nomenkluaturası məhduddur.  
 
Analitik  cihazqayırmanın  aktual  istiqaməti  blok-modul 
əsaslı  çoxməqsədli  cihaz  komplekslərinin  yaradılmasıdır. 
Analitik  kompleks  –  analizin  maddi  (ölçmə  vasitələri, 
hesablama  texnikası,  köməkçi  avadanlıq)  və  intellektual 
(metodikalar, proqram təminatı) toplananlarının  məcmusundan 
ibarətdir. Beləliklə, kompleksə attestasiyadan keçmiş EAN-nın 
metodika  komplektləri  və  onların  reallaşdırılması  üçün  lazım 
olan  bütün  cihazlar,  texniki  vasitələr  daxildir.  Analitik 
kompleksin  yaradılmasının  uğurlu  nümunəsi  kimi  “İnlan” 
ekoloji-analitik 
nəzarətin 
çoxməqsədli 
laboratoriya 
avtomatlaşdırılmış sistemini göstərmək olar.    
 
Son illərdə ekoloji nəzarət və monitorinq məsələlərinin həlli 
üçün  daha  geniş  şəkildə  kosmik  texnikadan  istifadə  edilməyə 
başlanmışdır.  Peyk  rabitəsi  və  yüksək  ayırdetmə  qabiliyyətinə 
malik  optik-elektron  vasitəsilə  alınan  məlumatlardan  müxtəlif 
tematik istiqamətli çoxsəviyyəli elektron xəritələrin qurulmasında 
istifadə  edilir.  Monitorinqin  kosmik  vasitələri  EAN-nın  yerüstü 
sistemləri ilə birlikdə regional, milli və qlobal səviyyələrdə təbiəti 
mühafizə  və  ekoloji  təhlükəsizliyin  idarə  edilməsi  üçün  güclü 
informasiya bazası yaratmağa imkan verir. 


3.2. Atmosfer havasının vəziyyətinin müşahidə və nəzarəti 
 
 
Atmosfer  havasının  vəziyyətinin  monitorinqi  iki  sistemə 
bölünür: müşahidə və nəzarət. Birinci sistem konkret çirklənmə 
mənbələrininn  təsiri  altında  yerləşməyən  şəhərlərdə,  yaşayış 
məntəqələrində  və  ərazilərdə  atmosfer  havasının  keyfiyyəti 
üzərində  müşahidəni  təmin  edir.  İkinci  sistem  çirklənmə 
mənbələrinin  nəzarətini  və  zərərli  maddələrin  atmosferə 
tullanmasının  tənzimlənməsini  təmin  edir.  Hər  iki  məsələnin 
reallaşdırılması  Ekologiya  və  Təbii  Sərvətlər    Nazirliyinə 
həvalə edilir.     
 
Atmosfer  havasının  vəziyyətinin  müşahidələri  intensiv 
texnogen 
təsir 
rayonlarında 
(şəhərlərdə, 
sənayeaqlomerasiyalarda)  və  çirklənmə  mənbələrindən  uzaqda 
yerləşən rayonlarda (fon rayonlarında) yerinə yetirilir.  
 
Atmosfer  havasının  keyfiyyətinin  müşahidəsi  fon 
monitorinq  stansiyalarında    fiziki,  kimyəvi  və  bioloji 
göstəricilər  üzrə  həyata  keçirilir.  İntensiv  antropoğen  təsir 
zonalarında  atmosfer  havasının  çirklənməsinə  olan  nəzarətin 
təşkilinin  zəruriliyi  riyazi  və  fiziki  modelləşmədən  istifadə 
etməklə ilkin eksperimental və nəzəri tədqiqatlarla təyin edilir. 
 
Hava  çirklənməsinin  fəza-zaman  dəyişikliyi  haqqında 
reprezentativ  informasiyanın  alınması  səyyar  vasitələrin 
köməyi  ilə  (hava  nümunələrinin  seçimini  və  analizini  aparan 
səyyar  laboratoriya),  müəyyən  ərazidə  havanın  vəziyyətinin 
ilkin  tədqiqi  ilə  aparılır.  Belə  metod  sənaye  komplekslərinin 
sərhədlərini,  onların  təsir  zonalarını  aşkarlamağa  imkan  verir. 
Alınmış  informasiyanın  emalı  nəticəsində  atmosfer  havasının 
çirklənməsinin  sərhədləri,  spektri  və  təzadlığı  müəyyən  edilir, 
stasionar  müşahidə  məntəqələrinin  yerləşdirilmə  sxemi 
işlənilir.  Müşahidələr  məntəqəsi  hava  hövzəsinin  ümumi 
vəziyyəti  haqqında  informasiya  verə  və  tullantı  mənbələrinin 
nəzarətini yerinə yetirə bilər.   


 
Müşahidə  məntəqəsində  məcburi  qaydada  əsasən  havanı 
daha  çox  çirkləndirən  maddələrdən  olan  toz,  SO
2
,  CO,  NO
X
 
ölçülür. Nəzarəti tələb edilən digər maddələrin seçimi verilmiş 
yerin  istehsal  və  tullantı  xüsusiyyətindən  və  BBH-in  aşması 
tezliyindən asılı olaraq müəyyən edilir.  
 
Müşahidənin stasionar məntəqəsi – xüsusi təchiz edilmiş 
pavilyondur ki, burada çirkləndirici  maddələrin  və  meteoroloji 
parametrlərin 
müəyyən 
edilmiş 
proqram 
üzrə 
qeyd 
edilməsindən 
ötrü 
cihaz 
yerləşdirilmişdir. 
Stasionar 
məntəqələrin  içərisindən dayaq stasionar  məntəqələr seçilir ki, 
onlar  əsas  və  daha  çox  yayılan  çirkləndirici  maddələrin 
tərkibinin  uzunmüddətli  dəyişikliklərini  müəyyən  edirlər. 
Stasionar məntəqənin yerləşmə yeri, bir qayda olaraq, atmosfer 
havasının  çirklənmə  səviyyəsinin  meteoroloji  şəraiti  nəzərə 
alınmaqla  seçilir.  Bu  halda  həll  olunacaq  məsələlər  müəyyən 
edilir:  orta  aylıq,  mövsümü,  illik  və  maksimal  birdəfəlik 
konsentrasiyanın qiyməti, konsentrasiyaların yaranma ehtimalı, 
BBH və s. qiymətləndirilməsi.    
 
Məntəqə  quraşdırılmazdan  əvvəl  aşağıdakılar  analiz 
edilir:  bütün  stasionar  və  səyyar  mənbələrdən  atılan 
tullantıların  bütün  inqrediyentləri  üzrə  konsentrasiyalarının 
hesablanmış  sahələri;  tikililərin  və  ərazinin  relyefinin 
xüsusiyyətləri;  yaşayiş  tikililərin  inkişaf  perspektivləri  və 
sənaye,  energetika,  kommunal  təsərrüfat,  nəqliyyat  və  şəhər 
təsərrüfatının  digər  sahələrinin  genişləndirilməsi;  seçilmiş 
zonanın  funksional  xüsusiyyətləri;  əhalinin  sıxlığı;  verilmiş 
ərazinin  meteoroloji  xüsusiyyətləri  və  s.  Məntəqə  binaların 
aerodinamik  kölgəsinin  və  yaşıl  əkililərin  zonasından  kənarda 
yerləşməli,  onun  ərazisi  külək  tutan  yerdə  olmamalı,  yaxında 
yerləşən  alçaq  mənbələrin  (avtomaşın  dayanacağı,  alçaq 
tullantılı  kiçik  müəssisələr  və  s.)təsirinə  məruz  qalmamalıdır. 
Hər  hansı  bir  şəhərdə  (yaşayış  məntəqəsində)  stasionar 
məntəqələrin  miqdarı  əhalinin  sayı,  yerin  relyefi,  sənayenin 
xüsusiyyətləri,  funksional  struktur  (yaşayış,  sənaye,  yaşıl 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə