Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

zona),  zərərli  maddələrin  konsentrasiya  sahələrinin  fəza  və 
zaman  dəyişikliyi  ilə  müəyyən  edilir.  Məsələn,  nümunə  kimi 
əhalinin sayı ilə əlaqədar, məntəqələrin miqdarı aşağıdakı kimi 
təyin edilir:   
 
Əhalinin sayı, min nəfər.....    50        50 – 100        100 – 200  
Məntəqələrin miqdarı                1               2                      3 
Əhalinin sayı, min nəfər.....       200 – 500              500 – 1000    
Məntəqələrin miqdarı                     3 – 5                     5 – 10   
Əhalinin sayı, min nəfər.....       1000 – 2000              2000 
Məntəqələrin miqdarı                    10 – 15                15 – 20  
  
 
Mürəkkəb relyefli və çoxlu sayda mənbələri olan yaşayış 
məntəqələri  üçün  hər  5-10  km
2
-dən  bir  məntəqənin 
quraşdırılması  tövsiyə  edilir.  Havanın  çirklənməsi  haqqında 
informasiya  şəhərin  xüsusiyyətlərinin  nəzərə  alınması  üçün 
müşahidə  məntəqələrini  müxtəlif  funksional  zonalarda  – 
yaşayış, sənaye və tikinti üçün ayrılmış yerlərdə quraşdırılması 
tövsiyə  edilir.  Avtonəqliyyatın  intensiv  hərəkəti  olan  böyük 
şəhərlərdə, 
məntəqələr 
həmçinin 
avtomagistralların 
yaxınlığında yerləşdirilməlidir.     
 
Stasionar  müşahidə  məntəqələrində  bütün  il,  mövsüm 
ərzində,  hava  şəraitindən  asılı  olmayaraq,  atmosfer  havasının 
çirklənməsi 
və 
meteoroloji 
parametrlərin 
müşahidəsi 
aparılmalıdır. Müşahidə məntəqələri üçün bir qayda olaraq, üç 
müşahidə  proqramı  təyin  edilir:  tam,  natamam  və  qısaldılmış. 
Tam  proqram  üzrə  müşahidələr  hər  gün  (istirahət  günləri  – 
bazar, şənbə - növbələşir) yerli dekret vaxtlı ilə saat 1, 7, 13 və 
19-da  və  ya  da  sürüşkən  qrafik  üzrə:  çərşənbə  axşamı,  cümə 
axşamı, şənbə günləri saat 7, 10, 13-də, bazar ertəsi, çərşənbə, 
cümə  günləri  saat  15,  18,  21-də  aparılır.  Birinci  proqram  üzrə 
aparılan  müşahidələr  havanın  tərkibində  həm  əsas,  həm  də 
spesifik  çirkləndirici  maddələrin  ölçmələrini  nəzərdə  tutur. 
Natamam  proqram  üzrə  müşahidələr  hər  gün  (bazar,  şənbə 


günləri  növbələşir),  lakin  yerli  dekret  vaxtının  7,  13  və  19 
saatlarında aparılır.  
 
Havanın temperaturu 45 °С-dən aşağı olan rayonlarında, 
müşahidələr  qısaldılmış  proqram  üzrə  bazar  günündən  başqa 
hər gün yerli dekret vaxtla saat 7 və 13-də aparılır. Qısaldılmış 
proqram üzrə müşahidələri həmçinin aylıq orta konsentrasiyası 
1/20  BBH-dən  az  olan  yerlərdə  və  ya  istifadə  edilən  metodla 
qarışıqların aşağı hədd diapazonundan az olan yerlərdə aparılır.  
 
Əlverişsiz  meteoroloji  şəraitlərdə  (duman,  uzunmüddətli 
temperatur  inversiyası  və  s.)  bütün  müşahidə  məntəqələrində 
havanın  nümunəsinin  götürülməsi  hər  3  saatdan  bir  yerinə 
yetirilməlidir.  Eyni  zamanda  əhalinin  daha  çox  sıx  olan 
yerlərində  əsas  çirklənmə  mənbələrinin  məşəli  altından 
nümunələr  götürülməlidir.  Məşəlaltı  müşahidələr  verilmiş 
müəssisə üçün xarakterik olan qarışıqlar üzrə aparılır. 
 
Müşahidənin  marşrut  məntəqəsi  –  şəhərdə  müəyyən 
marşrutdakı  yeridir.  Səyyar  cihazlar  vasitəsilə  müşahidə 
zamanı  ərazinin  müəyyən  nöqtəsində  hava  nümunəsinin 
müntəzəm  götürülməsi  üçün  nəzərdə  tutulmuşdur.  Marşrut 
müşahidələri 
sənayedə 
kütləvi 
istehsal 
edilən 
avtolaboratoriyalar  vasitəsilə  marşrut  məntəqələrində  yerinə 
yetirilir.  Belə  səyyar  laboratoriya  ildə  təqribən  5000  nümunə 
götürmək  gücünə  malikdir,  belə  maşında  havanın  gündə  8-10 
nümunəsini götürmək  mümkündür. Marşrut  məntəqələrinə  baş 
çəkilməsi hər ay elə dəyişilir ki, hər bir məntəqədə nümunənin 
götürülməsi  sutkanın  müxtəlif  vaxtlarında  yerinə  yetirilsin. 
Məsələn, maşın birinci ay nömrələrin artması sırası üzrə, ikinci 
ayda isə onların azalması sırası ilə, üçüncü ayda isə marşrutun 
ortasından  başlayaraq  sona  kimi  və  başlanğıcdan  ortaya  kimi 
və s. baş cəkir.   
 
Səyyar  (məşəlaltı)  məntəqə tüstü  (qaz)  məşəlinin  altında 
həmin mənbənin təsir zonasını aşkar etməkdən ötrü nümunənin 
seçilməsi  üçün  nəzərdə  tutulmuşdur.  Məşəlaltı  müşahidələr, 
xüsusi  işlənilmiş  proqramlar  və  marşrutlar  həmin  müəssisə 


üçün  xarakterik  olan  spesifik  çirkləndirici  maddələr  üzrə 
aparılır.  
 
Məşəlaltı  müşahidələr  zamanı  nümunələrin  götürülmə 
yeri 
atmosferdə 
çirkləndirici 
maddələrin 
paylanma 
qanunuyğunluqları nəzərə alınmaqla, çirklənmə mənbələrindən 
müxtəlif  məsafələrdə  seçilir.  Hava  nümunələrinin  götürülməsi 
ardıcıl 
olaraq 
külək 
istiqamətində 
stasionar 
tullantı 
mənbəyindən  0,2  —  0,5,  1,  2,  3,  4,  6,  8,  10,  15  və  20  km 
məsafədə,  həmçinin  mənbəyin  küləkdöyən  tərəfində  yerinə 
yetirilir.  Məşəl  altındakı  müşahidələr  verilmiş  müəssisə  üçün 
tipik  olan  inqrediyentlərin  tullantı  həcmi  və  onların  zəhərlilik 
dərəcəsi  üzrə  aparılır.  Maksimal  çirklənmə  zonasında 
(hesablama və təcrübi ölçmə məlumatları əsasında) havanın ən 
azı  60  nümunəsi  götürülür,  digər  zonalarda  isə  minimum  25-
dən  az  olmamalıdır.  Məşəlaltı  müşahidələr  zamanı  hava 
nünunələrinin götürülməsi eyni zamanda ən azı üç nöqtədə 20-
30 dəqiqə ərzində yer səthindən 1,5 m hündürlükdə aparılır. İş 
günü ərzində  məşəl altında  ardıcıl olaraq 5-8  nöqtədə nümunə 
götürmək olar.      
 
Atmosfer 
havasının 
keyfiyyətinin 
analizinin 
əsas 
elementlərindən  biri  nümunələrin  götürülməsidir.  Əgər 
nümunələrin  seçimi  düzgün  edilməyibsə,  onda  ən  dəqiq 
analizin  nəticələri  belə  öz  mənasını  itirir.  Atmosfer  havasının 
nümunəsinin  seçilməsi  aspirasiya  üsulu  ilə  uducu  cihazdan 
müəyyən  sürətlə  havanın  keçirilməsi  və  ya  məhdud  həcmli 
qabların  doldurulması  yolu  ilə  həyata  keçirilir.  Qazabənzər 
qarışıqların  tədqiqi  üçün  hər  iki  metod,  aerozol  (toz)  şəkilli 
qarışıqların tədqiqi üçün isə yalnız birincisi yararlıdır. 
 
Uducu  cihazdan  havanın  keçirilməsi  nəticəsində  uducu 
mühitdə  analiz  edilən  maddənin  konsentrləşdirilməsi  aparılır. 
Maddənin  konsentrasiyasının  həqiqi  qiymətinin  təyin  edilməsi 
üçün,  havanın  sərfi  dəqiqədə  on  və  yüz  litrlərlə  olmalıdır. 
Nümunələr  birdəfəlik  və  ortasutkalıq  olurlar.  Adətən  atmosfer 
havasında  çirkləndirici  maddələrin  konsentrasiyalarının  orta 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə