Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova


 EKOLOJİ MONİTORİNQİN ƏSASLARI



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   2   3   4   5   6   7   8   9   ...   36

 
1. EKOLOJİ MONİTORİNQİN ƏSASLARI 
 
1.1. Ekoloji monitorinq anlayışı 
 
 
“Monitorinq”  termini  latın  sözü  “monitor”  sözündən 
əmələ  gəlib,  müşahidə  edən,  xəbərdaredici  (paruslu  gəmidə 
irəliyə baxan matros belə adlandırılırdı) deməkdir. İnsanı əhatə 
edən  təbii  mühitin  qlobal  monitorinq  ideyası  və  “monitorinq” 
termininin  özü  1971-ci  ildə    BMT-nin  ətraf  mühit  üzrə 
Stokholm  konfransının  keçirilməsinin  (1972)  hazırlığı  ilə 
əlaqədar  olaraq  yaranmışdır.  Belə  bir  sistemin  işlənməsi  üzrə 
ilk  təkliflər  ətraf  mühitin  problemləri  üzrə  Elmi  komitə 
tərəfindən irəli sürülmüşdür (SKOPE). 
 
1973-cü  ildə  professor  R.  Menn  məsələnin  qoyuluşu 
aspektində  monitorinq  konsepsiyasını  ifadə  etmiş  və  bu 
monitorinq  üzrə  birinci  hökumətlərarası  iclasda  müzakirə 
edilmişdir  (Nayrobi,  1979-cu  ilin  fevralı).  R.  Menn  təklif 
etmişdir ki,  ətraf təbii  mühitin  bir  və  ya daha çox elementinin 
əvvəlcədən  müəyyən  məqsədlərlə  hazırlanmış  proqram  üzrə 
məkan  və  zamana  görə  təkrar  surətdə  aparılmış  müşahidələr 
sistemi monitorinq adlandırılsın. 
 
Hal-hazırda  “ekoloji  monitorinq”  termini  dedikdə  ətraf 
təbii mühitin vəziyyətinin müşahidə, nəzarət, qiymətləndirilmə 
sistemi, proqnozu və idarəedici məsələlərin həllinin hazırlığı və 
qəbulunun informasiya təminatı başa düşülür   (şək. 1).   
 
Ekoloji  monitorinqin  məqsədi  –  təbiəti  mühafizə 
fəaliyyətinin  idarə  edilməsinin  və  ekoloji  təhlükəsizliyin 
informasiya təminatının təmin edilməsidir (şək. 2).  
 
Qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün  hökmən 
aşağıdakı suallara cavab vermək lazımdır: 
 
•  təbii  mühitin  əvvəlki  texnogenez  vəziyyətilə  (nisbi  və 
ya  mütləq  formada)  müqayisədə  nəzərdən  keçirilən  zaman 


kəsiyində  vəziyyəti  necədir  və  proqnoz  edilən  zaman  ərzində 
təbii mühitdə hansı dəyişikliklər (müsbət, mənfi) gözlənilir;  
 
• baş vermiş dəyişikliklərin və gələcəkdə baş verə biləcək 
dəyişikliklərin  səbəbləri  nədir  (o  cümlədən  arzuedilməz, 
məhvedici,  böhran)  və  bu  dəyişikliklərin  mənbəyi  nə  olub, 
nədir və nə ola bilər (bir qayda olaraq zərərli texnogen təsirlər); 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 1.1. Ekoloji monitorinqin blok-sxemi 
 
 
 
•  baxılan  lokal  təbii  mühitə,  verilmiş  hal  üçün  işlənmiş 
“faydalılıq  –  zərərlilik”  funksiyasının  qiymətləndirilməsinin 
meyarı  əsasında  müəyyən  edilmiş  hansı  təsirlər  ziyanlıdır 
(arzuedilməz və ya icazəverilməz); 
 
• texnogen təsirlərin hansı səviyyəsi, o cümlədən baxılan 
təbii  mühitdə  baş  verən  təbii  və  ya  təbii-fəlakət  prosesləri  və 
təsirləri  birlikdə,  təbii  mühit  və  onun  ayrı-ayrı  komponentləri 
və  ya  kompleksləri  (senoz)  üçün  icazə  veriləndir  və  ilkin  
adekvat  ekoloji  balans  vəziyyətinin  özünü  bərpa  etməsi  üçün 
təbii mühitin hansı ehtiyatları mövcuddur;  
 
•  təbii  mühitə,  onların  ayrı-ayrı  komponentləri  və  ya 
komplekslərinə  texnogen  təsirlərin  hansı  səviyyəsi  icazə 
verilməz və ya böhran hal sayılır ki, bundan sonra təbii mühitin 
Müşahidələr 
Faktiki 
vəziyyətin
 
qiymətləndirilmə
 
Mühitin 
keyfiyyətinin 
tənzimlənməsi 
Vəziyyətin 
proqnozu  
Proqnozlaşdırıla
n vəziyyətin
 
qiymətləndirilmə
si 


ekoloji  balans  səviyyəsinə  kimi  bərpa  edilməsi  mümkün 
deyildir.  
 
Alınmış  informasiyanın  toplanması  və  emal  edilməsi 
səviyyəsinə  görə  qlobal,  milli,  regional  və  lokal  monitorinqlər 
fərqləndirilir.  
 
Qlobal  (biosfer)  monitorinq  beynəlxalq  əməkdaşlıq 
əsasında  yerinə  yetirilir,  Yerin  müasir  təbii  sisteminin 
vəziyyətini  qiymətləndirməyə  imkan  verir.  Müşahidələri 
planetin  müxtəlif  regionlarında  baza  stansiyaları  həyata 
keçirirlər  (30  -  40  yerüstü  və  10-dan  artıq  okean).  Çox  vaxt 
onlar bioloji qoruqlarda yerləşirlər.   
 
Milli  monitorinq  dövlət  sərhədləri  daxilində  xüsusi  
yaradılmış orqanlar tərəfindən yerinə yetirilir.  
 
Regional  monitorinq  xalq  təsərrüfatı  tərəfindən  intensiv 
şəkildə  mənimsənilən  və  deməli,  antropogen  təsirə  məruz 
qalmış  iri rayon hüdudlarından informasiya daxil olan sistemin 
stansiyaları hesabına yerinə yetirilir.  
 
  Lokal monitorinqə şəhərin  müxtəlif zonalarının, sənaye 
və kənd təsərrüfatı rayonlarının və ayrı-ayrı müəssisələrin hava 
mühitinin müşahidələri aid edilir.  
 
Lokal  monitorinq  stasionar,  daşınan  və  ya  məşəlaltı 
məntəqələr vasitəsilə yerinə yetirilir. Belə sistem ölkənin əksər 
rayonlarında vardır.   
 
Ekoloji monitorinqi müşahidə obyektlərinə görə geofiziki 
və bioloji monitorinqə bölmək olar.  
 
Geofiziki  monitorinq  geofiziki  mühitin  (yerin  müəyyən 
sahəsinin  fiziki  proses  və  xüsusiyyətlərinin  məcmusu  kimi) 
müşahidəsini, 
nəzarətini, 
vəziyyətin 
proqnozunu 
və 
dəyişikliklərin elementlərini özündə cəmləşdirir, yəni biosferin 
həm  mikro,  həm  də  makromiqyasda  baş  verən  abiotik 
toplananının  dəyişmələrini,  həmçinin  hava  və  iqlim  kimi  iri 
sistemlərin reaksiyalarını əhatə edir.  
 
Bioloji  monitorinqin  əsas  məsələləri  biosferin  biotik 
toplananının 
vəziyyətinin, 
onun 
antropogen 
təsirə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə