Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

digərləri  isə  (ən  azı  iki  ədəd)  çirklənmə  mənbəyindən  aşağıda 
və  ya  axın  boyu  çirklənmə  mənbələri  qrupundan  olan 
sonuncudan çirkab suların axıdılma yerindən 0,5 km məsafədə 
və bilavasitə çirklənmə zonası sərhəddindən kənarda;   
 
○  mülayim  (0,1-dən  5,0-ə  kimi)  və  azaldılmış  (0,1-ə 
kimi)  su  mübadiləsi  olan  su  hövzələrində  su  rejimini  tədqiq 
edən yerin biri çirklənmə mənbəyinin və ya mənbələr qrupunun 
təsir  zonasından  kənarda,  ikincisi  çirkab  sularının  axıdılma 
yerində,  digərləri  isə  (ən  azı  iki  ədəd)  çirkab  suların  axıdılma 
yerindən  ikinicisinə  paralel  şəkildə  hər  iki  tərəfdən  0,5  km 
məsafədə  və  bilavasitə  çirklənmə  zonasından  kənarda 
yerləşdirilir. 
 
 Yönəlmiş şəkildə çirkab suların axıdıldığı su axarlarında 
iki  və  daha  artıq  su  rejimini  tədqiq  edən  yerlər  quraşdırılır. 
Onlardan  biri  çirklənmə  mənbəyindən  1  km  yuxarıda,  onun 
təsir zonasından kənarda, digərləri  isə çirklənmə mənbəyindən 
aşağıda  və  ya  axın  boyu  çirklənmə  mənbələri  qrupundan  axın 
üzrə sonuncudan sonra aşağıdakı yerlərdə quraşdırılır: 
 
◘ çirkab suların su axarlarının suları ilə kifayət qədər tam 
qarışdığı  (80  %-dən  az  olmayaraq)yerlərdə.  Tam  qarışma 
yerində  nümunənin  götürülməsi  mümkün  olmayan  hallarda, 
çirklənmə  mənbəyinə  daha  yaxın  yerləşən  su  rejimini  tədqiq 
edən yerdən nümunənin götürülməsinə icazə verilir;  
 
◘  müəyyən  edilmiş  qaydada,  balıq  təsərrüfatlı  istifadə 
obyektləri  üçün  səpələnmə  olmayan,  çirkab  suların  axıdılma 
yerindən 0,5 km məsafədən uzaq olmayan yerlərdə. 
 
Su axarlarında bir neçə qol mövcud olduqda, su rejimini 
tədqiq  edən  yerlər,  azacıq  su  sərfi  və  su  keyfiyyətinin 
normalarının 
pozulması 
müşahidə 
olunan 
yerlərdə 
yerləşdirirlər.  
 
Su  rejimini  tədqiq  edən  hər  bir  yerdə,  şaqulların 
yerləşməsi  və  üfüqlərin  miqdarı  tullantıların  xarakteri,  su 
axarının  axma  xüsusiyyətləri,  çay  dibi  relyefinin  şəraiti  ilə 
müəyyənləşir.  


 
Su  rejimini  tədqiq  edən  yerin  şaqulu  dedikdə,  suyun 
keyfiyyət  göstəricilərin  alınması  üçün  işlərin  aparıldığı  su 
səthindən  (və  ya  buz)  su  hövzəsinin  və  ya  su  axarının  dibinə 
kimi  çəkilən  şərti  dik  xətt  başa  düşülür.  Su  hövzələrində  su 
rejimini  tədqiq  edən  yerin  şaqullarının  miqdarı,  çirklənmə 
zonasının  eni  ilə  müəyyən  edilir.  Birinci  şaqul  sahildən  və  ya 
çirkab  suların  axıdıldığı  yerdən  0,5  km-dən  çox  olmayaraq, 
sonuncu  isə  bilavasitə, çirklənmə  zonasının  sərhəddi  xaricində 
yerləşdirilir.  
 
Su axarlarında su rejimini tədqiq  edən  yerin  şaqullarının 
miqdarı  təyin  edildikdə,  su  axarları  sularının  çirkab  sularla, 
həmçinin  çay  qollarının  suları  ilə  qarışma  şəraiti  nəzərə 
alınmalıdır.  Suyun  qeyri-bircins  kimyəvi  tərkibi  halında,  su 
rejimini  tədqiq  edən  yerdə  ən  azı  üç  şaqul  (suyun  ən  dərin 
yerində  və  sahildən  3-5  km  məsafədə),  kimyəvi  tərkib  eyni 
olduqda  isə,  bir  şaqul  quraşdırılır  (su  axarının  ən  dərin 
yerində). 
 
Su  rejimini  tədqiq  edən  yerin  üfüqi  dedikdə,  suyun 
keyfiyyət  göstəriciləri  haqqında  məlumatların  alınması  üçün 
aparılan  kompleks  işlərin  görüldüyü  şaqul  üzərində  (dərinlik 
üzrə)  yer  başa  düşülür.  Şaqul  üzərində  üfüqlərin  miqdarı  su 
obyektinin dərinliyinə görə müəyyən edilir. 5 m dərinliyə kimi 
su  səthində  bir  üfüq  quraşdırılır:  yayda  su  səthindən  0,3  m 
məsafədə, qışda isə buzun alt səthi yaxınlığında. Dərinlik 5-dən      
10  m-ə  kimi  olduqda,  iki  üfüq  yerləşdirilir:  səthdə  və  dibin 
yaxınlığında (dibdən 0,5  m  məsafədə). Dərinlik 10  m-dən çox 
olduqda,  üç  üfüq  yerləşdirilir:  səthdə,  su  obyekti  dərinliyinin 
ortasında  və  dib  yaxınlığında.  Dərinlik  100  m-dən  artıq 
olduqda, aşağıdakı üfüqlər yerləşdirilir: səthdə, 10, 20, 50, 100 
m  dərinlikdə  və  dib  yaxınlığında.    Bundan  əlavə  sıxlığın 
dəyişdiyi hər bir qatda əlavə üfiqlər yerləşdirilir.  
 
Müşahidə məntəqələrində hidrokimyəvi işlərin tərkibi və 
həcmi, müşahidə məsələlərinə cavab verməli, su axarları və su 
hövzələrindəki  suyun  keyfiyyəti  haqqında  informasiyaya 


maraqlı  olan  xalq  təsərrüfatı  təşkilatlarının  tələblərinə  cavab 
verməlidir.  Su  hövzələrində  və  su  axarlarındakı  suyun 
müəyyən  olunmuş  keyfiyyət  göstəricilərinin  siyahısı  axar 
sulardan  məqsədli  istifadə edilməsinə,  buraxılan çirkab suların 
tərkibinə,  informasiya  istehlakçılarının  tələblərinə  müvafiq 
olaraq  təyin  edilir.  Bütün  bunlar,  müxtəlif  müşahidə 
məntəqələri 
üçün 
suyun 
tərkibinin 
və 
xüsusiyyət 
göstəricilərinin  təyin  edilməsinin  müxtəlif  proqramları  ilə 
şərtləndirilir.  Proqramın  seçilməsi  müşahidə  məntəqəsinin 
kateqoriyasından 
asılıdır. 
Hidroloji 
və 
hidrokimyəvi 
göstəricilər  üzrə  müşahidə  proqramları  cəd.  8-də  verilmişdir, 
həmin 
göstəricilər 
üzrə 
müşahidələrin 
aparılmasının 
dövrülülüyü  müşahidə  məntəqəsinin  kateqoriyasına  müvafiq 
olaraq təyin edilir.    
  
I  kateqoriyalı  müşahidə  məntəqələrində  müşahidələr 
çirkab suların axıdılmasından sonra hər gün çayda su rejiminin 
tədqiq  edildiyi  birinci  yerdə  aparılır.  Bundan  əlavə,  həmin 
yerdə  gündə  həcmi  5  litrdən  az  olmayaraq  nümunə  seçimi 
aparılır  və  5  sutka  ərzində  saxlanılır  ki,  fövqəladə  hallarda 
(ölçmə  hadisələri,  balıqların  məhv  olması,  çirkləndirici 
maddələrin qəza atılmalarında), hidrokimyəvi analizin aparılma 
zərurəti 
yarandıqda, 
onlardan 
istifadə 
edilə 
bilinsin.  
Nümunələrin 
götürülməsi 
həmçinin 
hər 
dekadada 
(2 
qısaldılmış proqram üzrə), hər ay (3 qısaldılmış proqram üzrə) 
və  su  rejiminin  əsas  fazalarında  (məcburi  proqram  üzrə) 
aparılır.  
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə