Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

məlumatlar 
və 
ilkin  tədqiqatlar  zamanı 
seçilmiş  su 
nümunələrinin  analiz  nəticələri  əsasında  aşkar  olunur  və 
tədqiqatlar proqramına daxil edilir.  
 
Müşahidə  məntəqələrindən  kənarda  suyun  keyfiyyəti 
haqqında  məlumatların  alınması  üçün  ekspedisiya  tədqiqatları 
aparılır.  Bir  qayda  olaraq,  belə  tədqiqatlar  fövqəladə  hallarda, 
iş  proqramlarının  hazırlanmasında  suyun  keyfiyyəti  haqqında 
məlumatların  alınması  üçün  yerinə  yetirilir.  Bundan  başqa 
ekspedisiya işləri müşahidə məntəqəsinin müşahidəçi ilə təmin 
edilmədiyi halda həyata keçirilir. 
 
Səth  sularının  çirklənmə  müşahidəsinin  vacib  anı,  
kimyəvi  analiz  üçün  su  nümunəsinin  götürülməsidir  ki,  bunu 
da  su  səthindən  0,2-0,5  m  üfüqdə  həcmi  10  litr  olan 
minalanmış vedrə ilə axının hidrokimyəvi (hidroloji) rejiminin 
müəyyən  edilən  dərin  yerindən  götürülməsi  təşkil  edilir. 
Batometr  və  ya  su  ilə  dolu  vedrədən  pH-ın  qiymətini,  suda 
oksigenin, karbon iki oksidinin  miqdarını, təyin etməkdən ötrü 
qablar  doldurulur,  daha  sonra  laboratoriyada  kimyəvi  analiz 
üçün suda həll olmuş oksigen qeyd edilir, həmçinin, kip keçən 
probka  ilə  qablar  su  ilə  doldurulur  (sifon  vasitəsilə,  şüşə  qab 
bağlanmazdan əvvəl ondan suyun ən azı üç həcmində axıdılır) 
ki, bu zaman OBS
5
 təyin edilir. Neft məhsullarının, fenolların, 
sintetik  səthi  aktiv  maddələrin,  ağır  metalların,  pestisidlərin 
konsentrasiyasını  müəyyən  etmək  üçün  nümunələr  ayrıca 
butılkalara yığılır.    
 
Pestisidlərin  miqdarının  təyin  edilməsi  üçün  nümunənin 
götürülməsi 1 litr həcmdə dibəyaxın qatda (3 m dərinliyə kimi) 
butılka batometri və ya Molçanov batometri vasitəsilə ilə (3 m 
dərinlikdən çox) yerinə yetirilir.  
 
Qış  vaxtı  havanın  0  °С-dən  aşağı  temperaturunda 
götürülmüş  nümunənin  temperaturu  ölçüldükdən  sonra  isti 
otağa  aparılır  və  orada  “birinci  günün”  analizini  yerinə 
yetirirlər. 


 
Çayda su rejiminin tədqiq edildiyi hər bir yerdən kimyəvi 
analiz  üçün  götürülən  suyun  həcmi  7-8  litr  təşkil  edir.  Su 
nümunələrinin  daşınması  üçün  polietilen  və  şüşə  qablardan 
istifadə  edilir.  Butılkanın  nəqli  zamanı  onun  salamat 
çatdırılması  üçün  probkaya  1-2  sm  qalana  kimi  su  doldurmaq 
lazımdır.  
 
 
 
3.4  Torpaq örtüyünün vəziyyətinin müşahidə və nəzarəti 
 
 
Antropogen  mənşəli  kimyəvi  maddələrin  çirklənmə 
mənbələrinə  yaxın  (şəhərlərin,  sənaye  və  kənd  təsərrüfatı 
komplekslərinin,  avtomagistralların  ətrafında  və  s.)  torpaq 
örtüyünə    göstərdiyi  təsir  daim  artır.  Torpağı  çirkləndirən 
atmosfer  tullantılarının  tərkibində  makro-  və  mikroelementlər, 
qazlar  və  hidrozollar,  mürəkkəb  üzvi  birləşmələr  (piridin, 
fenol, benzol və s.) yer alır. 
 
Torpaqların  antropogen  çirklənməsinin  neqativ  fəsadları 
artıq  regional  və  hətta  qlobal  səviyyədə  özünü  büruzə  verir. 
Ona görə də hal-hazırda torpaqların kimyəvi çirklənmələri üzrə 
müşahidə  proqramlarının  işlənib  hazırlanması  olduqca  aktual 
bir  məsələdir.  Belə  proqramların  yaradılması  ilk  növbədə 
torpaqların  müasir  vəziyyətinin  adekvat  qiymətləndirilməsini 
və  bu  vəziyyətin  dəyişmə  proqnozunu  tələb  edir.  Belə 
informasiyanın əldə edilməsi – torpaqların kimyəvi çirklənməsi 
səviyyərinin müşahidə sisteminin, yəni antropogen çirkləndirici 
maddələrin  təsirinə  məruz  qalmış  torpaqların  vəziyyətinin 
qiymətləndirilməsindən ibarətdir.  
 
Kənd və şəhər şəraitində torpaqların çirklənmə səviyyəsi 
üzrə müşahidələrin keçirilmə  məzmununun və  xarakterinin  və  
onların    xəritələşdirilməsinin  öz  xüsusiyyətləri  vardır. 
Müşahidə məsələlərinə daxildir: 
 
1) 
torpaqların 
kimyəvi 
çirklənməsinin 
müasir 
səviyyəsinin 
qeyd 
edilməsi, 
çirklənmə 
mənbəyinin 


yerləşməsindən  və  texnoloji  parametrlərindən  asılı  olaraq, 
torpaqların  çirklənməsinin  coğrafi  qanunauyğunluqlarının  və 
zaman dəyişmələrinin dinamikasının aşkar edilməsi;  
 
2)  yaxın  gələcəkdə  torpaqların  kimyəvi  tərkibinin 
dəyişmə  tendensiyalarının  proqnoz  edilməsi  və  torpaqların 
çirklənməsinin mümkün fəsadlarının qiymətləndirilməsi; 
 
3)  torpaqların  çirklənməsi  nəticəsində  mümkün  mənfi 
nəticələrinin  aradan  qaldırılması  üzrə  tədbirlərin  tərkibinin  və 
xarakterinin,  artıq  çirklənmiş  torpaqların  əsaslı  şəkildə 
yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin əsaslandırılması; 
 
4)  maraqlı  təşkilatların  torpaqların  çirklənmə  dərəcəsi 
haqqında informasiya ilə təmin edilməsi; 
 
Yuxarıda  deyilən  məsələləri  nəzərə  almaqla,  aşağıdakı 
müşahidələri qeyd etmək olar: 
 
a)  rejim  müşahidələri,  yəni  müəyyən  zaman  müddəti 
ərzində torpaqlardakı kimyəvi maddələrin miqdar səviyyəsinin 
sistematik müşahidələri; 
 
b)  atmosfer  havası  –  torpaq, torpaq  –  bitki,  torpaq  –  su, 
torpaq  –  dib  çöküntüləri  sistemində  çirkləndirici  maddələrin 
miqrasiya proseslərini əhatə edən kompleks müşahidələr; 
 
c)  profil  üzrə  torpaqlarda  çirkləndirici  maddələrin  şaquli 
miqrasiyasının öyrənilməsi; 
 
ç) bu və ya digər təşkilatların sorğuları əsasında müəyyən 
edilmiş  bəzi  məntəqələrdə,  torpağın  çirklənmə  səviyyəsinin 
müşahidələri. 
 
Beləliklə,  torpaqların  çirklənmə  səviyyəsi  üzrə  aparılan 
müşahidələrdə  hazırkı  vaxtda  torpaqların  çirklənmə  səviyyəsi 
haqqında təsəvvürün alınması ilə yanaşı, həm də gələcəkdə baş 
verəcək  proseslərin  inkişaf  yolu,  o  cümlədən  torpağın  su, 
istilik, duzluq, bioloji və digər rejimlərini əhəmiyyətli dərəcədə 
dəyişməyə  şərait  yaradacaq  torpaqların  kimyəvi  çirklənmə 
dərəcəsini  azaltmağa  imkan  verəcək  tədbirlərin  inkişaf  yolları 
müəyyən edilməlidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə