Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

 
Eyni  zamanda  torpaqların  çirklənmə  vəziyyəti  və 
proqnozu 
yalnız 
torpaqların 
nümunə 
analizinə 
əsaslanmamalıdır.  Torpaq  landşaftın  elementidir,  ona  görə  də 
onun  tədqiqi  təbii  və  antropogen  kompleksin  bütün 
komponentlərinin,  təbii,  kənd  və  şəhər  şəraitində  çirkləndirici 
maddələrin toplanma yollarının tədqiqi ilə ayrılmazdır. 
 
Təbii  və  kənd  təsərrüfatı  landşaftlarında  torpaqların  ağır 
metallarla  çirklənmə  səviyyəsi  üzərində  müşahidələrin  çöl 
proqramının 
həyata 
keçirilməsindən 
əvvəl 
işlərin 
planlaşdırılmasını aparmaq lazımdır. Yəni, əsas fiziki materialı 
verəcək  torpaq  nümunələrinin  götürüləcəyi  nöqtələrin  təqribi 
sayı müəyyən edilməli, onların ərazi üzrə yerləşmə sxemi tərtib 
edilməli,  çöl  marşrutları  və  ya  sahələrin  emal  edilməsi 
ardıcıllığı  göstərilməli,  tapşırğın  yerinə  yetirilməsinin  təqvim 
müddətləri  təyin  edilməlidir.  Bundan  əlavə  topoqrafik 
materialın,  həmçinin  tematik  xəritələrin  (torpaq,  geobotanik, 
geoloji,  geokimyəvi  və  s.)  mövcudluğunu  və  keyfiyyətini 
yoxlamaq  lazımdır.  Ərazidə  torpaqların  çirklənmə  mənbələri 
haqqında  məlumat  toplamaq  (yerləşməsi,  istifadə  edilən 
xammal,  istehsal  həcmi,  tullantılar),  həmçinin  ehtimal  edilən 
tədqiqatlarda  maraqlı  olan  təşkilatlarla  əlaqə  yaratmaq 
lazımdır.  
 
Şəhərlərdə  və  ətraf  ərazilərdə  torpaqların  ağır  metallarla 
çirklənmə  səviyyəsi  üzrə  aparılan  müşahidələr  ekspedisiya 
xarakteri  daşıyır,  ona  görə  də  bunlara  hazırlığın  bütün 
tədbirlərini  özündə  cəmləşdirir.  Ekspedisiya  işlərinin  aparılma 
və  torpaqların  seçilmə  müddəti  heç  bir  əhəmiyyət  kəsb  etmir. 
Lakin, materialların toplanmasını ilin quru vaxtında, əsas kənd 
təsərrüfatı bitkiləri məhsulunun yığılması dövründə, yəni yayda 
və  payızın  əvvəlində  aparmaq  əlverişlidir.  Geniş  stasionar 
müşahidələrdə  nümunələrin  seçilməsi  ekspedisiya  işlərinin 
vaxtıından  asılı  olmayaraq  aparılır.  Əvvəllər  tədqiq  olunmuş 
ərazilərin torpaqlarının ağır metallarla çirklənmə səviyyəsi üzrə 
təkrar müşahidələri 5-10 ildən sonra həyata keçirilir.  


 
Kənd  təsərrüfatı  tərəfindən  istifadə  edilən  sahələrin 
seçilməsində  ilkin  işçi  sənəd  kimi  müəyyən  miqyaslı  (adətən 
1:10000) topoqrafik əsas sayılır. Şəhərin (fəhlə qəsəbəsinin) və 
ya  sənaye  kompleksinin  konturları  (sxemi)  bir  qayda  olaraq, 
topoqrafik  əsasdan  köçürülmüş  ərazi  planının  mərkəzində 
yerləşdirilir.  Həndəsi  mərkəzdən  (şəhər,  sənaye  kompleksi, 
zavod  və  s.)  pərgar  vasitəsilə  aşağıdakı  məsafələrdə  0,2;  0,5; 
1,0; 1,5; 2; 3; 4; 5; 8; 10; 20; 30; 50 km çevrələr çəkilir,  yəni 
torpağın  ağır  metallarla  mümkün  çirklənmə  zonaları  qeyd 
edilir.  Torpağın  çirklənmə  zonasının  uzunluğu  verilmiş 
rumbanın (küləklər gülü) küləyinin sürəti  və tezliyi, atmosferə 
atılan  tullantıların  xarakteri  (maddənin  sıxlığı,hissəciyin 
dispersliyi),  boruların  hündürlüyü,  ərazinin  relyefi,  bitkilər  və 
s.  ilə  təyin  edilir.  Tərkibində  ağır  metallar  olan  xırdadispers 
aerozol  və  qazların  xeyli  miqdarı  atmosferdə  qalaraq,  böyük 
məsafələrə köçürülür və planetdəki qlobal dövrana daxil olur.    
 
Bu  cür  hazırlanmış  ərazi  planına  8-16  rumba  üzrə 
çoxillik küləklər gülünün konturları çəkilir. Ən çox təkrarlanan 
küləklərə  uyğun  olan  ən  böyük  vektor,  küləktutmayan  tərəfdə 
qeyd  edilir;  onun  uzunluğu  25-30  sm,  yəni  25-30  km  təşkil 
edir. Beləliklə, küləklər gülü ilə əmələ gəlmiş kontura sxematik 
olaraq,  ağır  metallarla  çirklənmiş  ərazi  daxil  edilir  (şək.3.2). 
Radiuslar  istiqamətində  çirklənmə  mənbələrinin  yaxınlığında 
tədricən  1-3  km-ə  kimi  genişlənən  eni  200-300  m  olan  
sektorlar qurulur; sektor oxlarının çevrələrlə kəsişdiyi yerlərdə 
əsas  sahələr  yerləşir,  onların  üzərində  isə  dayaq  kəsik 
şəbəkələri,  nümunələrin  götürülməsi  üzrə  məntəqələr  və 
sahəciklər yerləşdirilir.  
 
Rekoqnossirovka 
tədqiqatları 
ərazinin 
təbii 
mürəkkəbliyindən, onun tədqiq olunma səviyyəsindən, sahədən 
və  tədqiqat  miqyasından  asılı  olaraq  çox  və  ya  az  təfərrüatlı 
marşrut üsulu ilə yerinə yetirilir. Torpaqların ətraflı tədqiqatları 
zamanı  vahid  çirklənmə  mənbəyi  ətrafında  sahəni  bir-iki  dəfə 
keçmək  kifayətdir.  Daha  böyük  sahələrdə  (kənd  təsərrüfatı 


tarlalarının,  şəhər  ətrafındakı  yerlər  və  s.)    rekoqnossirovka 
tədqiqatları daha çox güc və zaman tələb edir ki, bu da ərazini 
marşrutlarla  əhatə  edə  bilsin,  onu  əsas  oroqrafik  elementlərlə 
kəsişdirmək mümkün olsun (şək.3.3). 
 
Rekoqnossirovka  nəticəsində  ərazinin  əsas  landşaft 
xüsusiyyətləri,  torpaq  örtüyünün  məkan  dəyişikliklərinin 
ümumi  xüsusiyyətləri,  əsas  formalar,  torpaqəmələgəlmələr  və 
s.  müəyyən  edilir.  Paralel  olaraq,  yerli  fond  materialı  ilə  tanış 
olunur, iqlim və mikroiqlim, son illərin hava şəraiti, insanların  
xəstəlik  səbəbləri,  ekosistemdə  ağır  metal  olan  xəstələnmələr 
barəsində  məlumatlar  toplanır.  Əsas  işlərin  başlanmasından 
əvvəl  ərazinin  rekoqnossirovka  tədqiqatına  sərf  edilən  iş 
vaxtının  müəyyən  sərfi,  bir  qayda  olaraq  sonradan  aparılacaq 
çöl işlərinin və vaxtın qənaəti ilə özünü doğruldur.   
 
Ərazinin 
ağır 
metallarla 
çirklənmə 
dərəcəsinin 
qiymətləndirilməsi  böyük  əmək  məsrəfləri  və  bahalı  olması 
səbəbindən  heç  də  həmişə  çirklənmiş  torpaqların  başdan-başa 
çəkilişini  tələb  etmir.  Daha  məqsədəuyğun  və  sərfəli 
torpaqların  hava  və  su  çirklənmə  yollarının  izlənməsidir, 
burada  sahələrdən  torpaqların  üst  qatlarından  götürülmüş 
nümunələri birləşdirilərək analiz edilir. Daha ətraflı tədqiqatları 
hava  axınları  boyu  üstünlük  təşkil  edən  sektor-radiuslarda 
yerləşən sahələrdə yerinə yetirmək lazımdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
Şək.  3.2.  Sənaye  mərkəzi  ətrafında  torpaqların  ağır  metallarla 
çirklənməsi müşahidələri zamanı əsas sahələrin yerləşmə sxemi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə