Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

torpaq  xəritələrinin  bir  növünü  təşkil  edir  və  onlar  tematik 
xəritələr  qrupuna  aid  edilir.  Tematik  xəritələrdə  daha  tam 
şəkildə  əsas  xəritələşdirilən  obyekt  təsvir  edilir,  baxılan  halda 
bu müxtəlif inqrediyentlərlə çirklənmiş torpaqlardır. Landşaftın 
digər komponentləri daha az təfərrüatla seçilir (xəritələşdirilir), 
ümumi  şəkildə  göstərilir,  ya  da  ki,  ümumiyyətlə  xəritədə 
göstərilmir.  
  
Çirklənmiş  torpaqların  xəritəsinin  tərtib  edilməsi  çöl 
şəraitində 
toplanmış 
torpaq 
nümunələrinin 
nəzərdən 
keçirilməsi  və  analitik  emalından,  tədqiqat  obyekti  barəsində 
ədəbiyyatdan, hesabat və digər məlumatlardan toplanmış bütün 
materialların müqayisəsindən sonra yerinə yetirilir. Çirklənmiş 
torpaqların  xəritəsinin  tərtib  edilməsi  prosesi  aşağıdakı 
mərhələlərdən  ibarətdir:  1)  topoqrafik  xəritənin  hazırlanması; 
2)  torpaqların  çirklənmə  dərəcəsi  şkalasının  işlənməsi;  3)  çöl 
işləri  və  digər  materiallar  əsasında  torpaq  konturlarının 
korrektə edilməsi, çirklənmiş torpaqların konturlarının və əlavə 
işarələnmələrin  hazırlanmış  topoqrafik  əsasa  çəkilməsi;  4) 
xəritənin  və  torpaqların  çirklənmə  şərtlərini  xarakterizə  edən 
əlavə işarələnmələrin tərtib edilməsi. 
 
Çöl 
tədqiqatları 
üçün 
nümunələrin 
götürülmə 
nöqtələrinin  əlaqələndirilməsi  üçün  istifadə  edilən  ən  çox 
dayaq  nöqtələrinə  malik  olan  və  müxtəlif  dərəcədə  çirklənmiş 
torpaqların  sərhədlərinin  çəkilməsi  üçün  tam  topoqrafik 
əsasdan istifadə edilir. Çirklənmiş torpaqların xəritəsinin tərtib 
edilməsində  onun  üzərində  yalnız  yüklənmənin  müəyyən 
hissəsi  saxlanılır  ki,  torpaqların  çirklənmə  dərəcəsini 
işarələndirilməsindən  ötrü  yer  qalsın.  Şərti  işarələnmələrin 
seçilməsində  nəzərə  almaq  lazımdır  ki,  torpaq  əsasən  ilk 
növbədə  əraziyə  bağlanmanı  təmin  etməli,  ikincisi  ərazinin 
təbii  xüsusiyyətlərini  elə  dərəcədə  əks  etdirməlidir  ki,  (relyef, 
bikti  örtüyü,  hidroqrafiya  və  s.)  kartoqrafiyada  qəbul  edilmiş 
təsviri  vasitələr  buna  imkan  versin;  üçüncüsü  isə  insanın 
təsərrüfat fəaliyyəti mümkün qədər daha çox əks etdirsin. Ona 


görə 
çirklənmiş 
torpaqların 
təfərrüatlı 
və 
irimiqyaslı 
xəritələrində kənd təsərrüfatı  yerləri, sahələri  və  çöl  yolları  və 
s. işarələnmələrini saxlamaq lazımdır.  
 
Müxtəlif 
inqrediyentlərlə 
torpaqların 
çirklənmə 
dərəcəsinin  qiymətləndirilməsi  və  coğrafi  xəritənin  çəkilməsi 
üçün  məsələn,  torpaqların  aşağıdakı  çirklənmə  dərəcəsi 
şkalasından istifadə edilə bilər (nisbi vahidlərdə): 
Çirklənməmiş  
 
            < 1 
Zəif çirklənmiş 
 
 
1-3 
Orta çirklənmiş 
 
 
3-5 
Güclü çirklənmiş 
 
 
 5 
 
Torpaqların 
çirklənmə 
dərəcələrinin 
müvafiq 
hesablamalarının  aparılmasından  sonra  hazırlanmış  topoqrafik 
əsasa təklif edilən torpaqların çirklənmə dərəcəsi şkalası nəzərə 
alınmaqla, 
konturların 
çəkilməsinə 
başlanır. 
Əvvəlcə 
yoxlanmış  xəritə-əsasa  bu  və  ya  digər  ağır  metalla  çirklənmiş 
torpaqların çirklənmə dərəsəsinin rəqəm qiymətləri köçürülür.  
 
Torpaqların  hər  bir  çirklənmə dərəcəsi  şkalasının  hər  bir 
qiymətinə  xəritədə  müəyyən  rəng  və  ya  ştrixlənmə  uyğun 
gəlməlidir.  Rənglərin  şkalası  ən  kiçiyindən  başlayaraq  (fon) 
aşağıdakı kimidir:  mavi  –  yaşıl  –  sarı  –  narıncı  – qırmızı. Hər 
bir  element  üçün  ayrıca  xəritə  tərtib  edilir.  Nəzarət  edilən 
elementlərin  sayı  az  olduqda  (2-3  element)  ümumiləşmiş 
xəritələr tərtib etmək olar.  
 
Çırklənmiş torpaqların xəritəsi izah edici yazı ilə müşayət 
edilir,  burada  regionun  bütün  fiziki-coğrafi  şəraiti,  həmçinin 
meteoroloji  şərait  şərh  edilir  və  çirklənmə  mənbələrinin 
xarakteristikaları  verilir.  Analizin  nəticələri  cədvəl  formasında 
təqdim  edilir  və  çirklənmiş  torpaqların  xəritələri  ilə  birlikdə 
müvafiq  təşkilatlara  təyinatı  üzrə  istifadə  edilməsi  məqsədilə 
göndərilir.  
 


 
4. BİOLOJİ MONİTORİNQ 
 
 
4.1. Bioloji monitorinq haqqında ümumi təsəvvürlər 
4.1.1. Abiotik və biotik göstəricilər üzrə ətraf mühitin 
vəziyyətinin qiymətləndirilməsinin imkanları, üstünlükləri və 
çatışmazlıqları     
 
Mühitin 
və 
sistemin 
antropogen 
dəyişikliklərinin 
qiymətləndirilməsi həm onların abiotik, həm də biotik (biotanın 
müxtəlif  xarakteristikalarının  müəyyənləşdirilməsi,  analizi  və 
şərhi  əsasında)  parametrləri  üzrə  yerinə  yetirilə  bilər.  Hər  iki 
yanaşmanın üstünlükləri və çatışmazlıqları vardır (cəd. 4.1). 
Cədvəl 4.1  
Abiotik və biotik göstəricilər üzrə ətraf mühitin 
vəziyyətinin qiymətləndirilməsinə (ƏMVQ) 
yanaşmaların üstünlükləri və çatışmazlıqları 
  № 
Yanaşma 
Üstünlükrlər 
Çatışmazlıq 
Nümunələr 






Abiotik 
göstəricilər 
üzrə 
qiy-
mətləndirmə 
 
Bir 
sıra 
konkret 
amillərin 
qiymətləri 
məlumdur 
 
Qiymətləndirmə 
aşağıdakılara görə dəqiq 
deyil: 
1. 
BBK 
sisteminin 
ümumi 
çatışmazlıqlarına görə 
2. 
nəzərə 
alınmış 
amillərin  payının  az 
olması 
3.amillərin 
qarşılıqlı 
effektinin 
nəzərə 
alınmaması 
4.mühitin 
fon 
xüsusiyyətlərinin nəzərə 
alınmaması 
BBK 
və 
CMTTS  siya-
hıları 
ISO 
10304-
1:1992, 
10703:1997, 
11732:1997,  
və s. 
 

Biotik  göstəri-
cilər  üzrə  qiy-
Metodların 
əksəriyyəti 
Hədd 
qoyulması 
amilləri 
və 
onların 
ISO 9998:1991, 
10707:1994, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə