Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

 
Bundan  başqa  ətraf  mühitin  qorunması  üzrə  fəaliyyətin 
konkret  istiqamətlərinin  informasiya  təminatı  üçün  bioloji 
monitorinqin çoxlu sayda xüsusi formaları da mövcuddur.  
 
Biomonitorinqin  xüsusi  altsistemi  kimi,  konkret  bioloji 
növlərin 
populyasiyalarının 
monitorinqi 
qəbul 
edilir. 
Müşahidələrin aparılma istiqamətləri: 
 
- mühityaradıcı  populyasiyalar  üzrə,  bütün  ekosistemin 
mövcudluğu  üçün  lazımlıdır  (məsələn,  meşə  ekosistemlərində 
ağacların üstünlük təşkil edən populyasiyaları); 
 
-  indikator-populyasiyalar  üzrə,  antropogen  təsirə  daha 
həssas olan bu və ya digər ekosistemin rifah  dərəcəsini özünün 
vəziyyəti ilə yaxşı xarakterizə edir; 
 
- böyük təsərrüfat dəyərə malik olan populyasiyalar üzrə 
(məsələn, qiymətli balıq növləri). 
 
Son  zamanlar  genetik  monitorinqin  rolu  artmaqdadır 
(müxtəlif  populyasiyaların  genetik  fondunda  mümkün  olan 
dəyişikliklərin müşahidəsi). 
 
Su bioehtiyatların monitorinqinə daxildir: 
 
-  balıqçılığa  mənsub  olan  obyektlərdə  heyvan  aləmi 
obyektlərinin monitorinqi; 
 
- ölkənin ovluq balıqçılığı sahə kadastrının aparılması; 
 
- ölkənin su hövzələri bioehtiyatlarının və onların yaşama 
mühitinin 
çirklənmə 
vəziyyətinin 
monitorinqi 
(bioməhsuldarlığın okeanoloji əsaslarının, ovçuluğun proqnozu 
və  daha  dəyərli  hidrobiontların  qorunmasının  öyrənilməsi 
məqsədi ilə);  
 
 
4.1.3. Bioindikasiya və biotestdən keçirilmə 
 
Bioto  xarakteristikalarına  görə  mühitin  vəziyyətinin 
qiymətləndirilməsinin iki müxtəlif metodoloji yolu mövcuddur: 
biotestdən keçirilmə və bioindikasiya. 
 
Biotestdən keçirilmə - təbii və ya laboratoriya  şəraitində 
eksperimentin qoyulması yolu ilə təbii proseslərə aktiv surətdə 
müdaxilə 
edilməsində 
mühitin 
keyfiyyətinin 


qiymətləndirilməsidir.  Biotestdən  keçirilmənin  mahiyyəti 
üzərində  təcrübə  aparılan  heyvanların  sınaqdan  keçirilən 
mühitlə    qarşılıqlı  təsirlərin  nəticələrinin  (“test-obyektlər”
müəyyən  edilməsindən  ibarətdir.  Tədqiq  olunan  mühitlərdə 
təcrübələrin  müxtəlif  davam  etmə  müddətlərində  test-
obyektlərin 
xarakteristikalarının 
dəyişmələrini 
müqayisə 
etməklə  mühitin  zərərli  təsir  dərəcəsi  barədə  mühakimə 
yürüdülür.  Məsələn,  su  mühiti  üçün  standart  test-obyektləri 
kimi 
Esherichia 
coli 
bakteriyaları, 
Paramecium 
və 
Tetrachimena  nəsildən  olan  infuzoriyaları,  Daphnia    magna 
avarayaqlı  xərçənglər,  qızılbalıq  fəsiləsindən  olan  kürü  və 
sürfələrindən  və s.  istifadə edirlər. Ətraf  mühitin  neqativ təsiri 
test-obyektlərin  yaşama  qabiliyyəti,  davranış  xüsusiyyətləri, 
orqanizmlərin morfoloji dəyişiklikləri ilə qiymətləndirililir.  
 
Bioindikasiaya  –  biotanın  bu  və  ya digər  yaşayanlarının 
təbii  proseslərə  aktiv  surətdə  (eksperimental)  təsir  etməyərək 
onlara  müşahidə  edilməklə  mühitin  vəziyyətinin  keyfiyyətinin 
qiymətləndirilməsindən 
ibarətdir. 
Belə 
müşahidələrin 
obyektləri  kimi  (bioindikatorlar)  müxtəlif  səviyyədə  təşkil 
olunmuş  biosistemləri  göstərmək  olar.  Mühitin  keyfiyyətinin 
qiymətləndirilməsi  bioindikator  əlamətlərinə    görə  yerinə 
yetirilir 
– 
bu, 
müşahidə 
edilən 
biosistemlərin 
elə 
xarakteristikaları  üzrə  aparılır  ki,  onlar  daha  tam  və  dəqiq 
surətdə onların salamatlığını əks etdirsin.  
 
Monitorinq  tədqiqatlarının  əsasını  eksperiment  deyil, 
müşahidə  təşkil  etdiyindən,  bioloji  monitorinqin  əsas 
metodologiyasını  bioindikasiya  təşkil  edir.  Buna  baxmayaraq, 
çöl  və  laboratoriya  şəraitində  biotestdən  keçirilmənin  bəzi 
metodlarından  da  mühitin  keyfiyyətinin  qiymətləndirilməsi  və 
onun  antropogen  dəyişikliklərin  aşkar  edilməsindən  ötrü 
istifadə edilir.   
 
 
Ətraf  mühitin  amillərinə  biosistemin  kəmiyyətcə  tədqiqi 
və reaksiyanın normallaşdırılması məqsədi ilə bioindikasiya və 


biotestdən  keçirilmədə  aşağıdakı  əsas  anlayışlardan  istifadə 
edilir: 
 
1).  Məhdudlaşdırmış  ekoloji  amillər  məkanı  –  evklid 
məkanıdır,  onun  koordinatları  biosistemi  məhdudlaşdıran 
ekoloji amillərlə müqayisə edilir və ümumi sayı 
n

 
 
 
ε
 n 
= {(x
1
, x
2
, …, x
n
, …)}. 
 
2)  Biosistemin  ekoloji  amillərə  cavabvermə  funksiyası. 
Biosistemin  ekoloji  amillərə  reaksiyası  onun  müxtəlif 
xarakteristikalarının  müvafiq  dəyişkənliyi  ilə  qiymətləndirilir. 
Biosistemin  xarakteristikalarının  qiymətlətinin 
n
  ekoloji 
amillərdən  asılılığı  həmin  amillərin:  f  (X
1
,  X
2
,  ...,  X
  n
)  bu 
funksiyanın müvafiq cavabvermə funksiyası ilə ifadə edilir. Bu 
zaman  n  imperativ  (X)  ekoloji  amillərdən  birinə  biosistemin 
xarakteristikasının cavabvermə funksiyası (digər amillərin bəzi 
qeyd  edilmiş  qiymətlərində)  həmin  amilə  (digər  amillərlə 
birlikdə təsiri zamanı) isə xüsusi cavabvermə funksiyası - f(X) 
deyilir. 
 
3)  Ekoloji  amillərdən  biosistemin  rifah    funksiyası. 
Aydın  məsələdir ki,  biosistemin  heç də  hər bir xarakteristikası 
onun  ümumi  vəziyyəti,  rifah    dərəcəsini  əks  etdirmir.  Deməli, 
cavabvermənin bütün funksiyaları ekoloji amillərin biosistemin 
reaksiyasının  qiymətləndirilməsindən  ötrü  istifadə  edilməyə 
bilər. 

imperativ 
amillərin 
qiymətlərinin 
müxtəlif 
birləşmələrində  biosistemin  ekoloji  amillərinin  ümumi  və  tam 
şəkildə  kifayət  qədər  sağlamlığını  əks  etdirən  biosistemin 
cavab  funksiyası  həmin  amillərdən:  f
б
  (X
1
,  X
2
,  ...,  X
  n
)  tədqiq 
olunan 
biosistemin  rifah  funksiyası  adlanır.  Ekoloji 
amillərdən  asılı  olan  rifah  funksiyası  kimi  istifadə  edilən 
müxtəlif  dərəcəli  biosistemlərin  xarakteristikaların  nümunələri 
aşağıda  4.2  bölməsində  verilmişdir.  Biosistemin  n  imperativ 
ekoloji  amillərin  (X)  birindən  rifah  funksiyası  həmin  amildən 
f
s
(X) onun  xüsusi rifah funksiyası adlanır. 
 
4)  İzobola  (yunan  sözü  "ισος"  –  bərabər  və  "βολος"  – 
dəyişiklik)  –  biosistemə  bərabər  dərəcədə  təsir  göstərən  bütün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə