Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.

səhifə34/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
1   ...   28   29   30   31   32   33   34   35   36

məhdudlaşdırır,  onların  səhv  şəkildə  izah  edilməsinə  gətirib 
çıxara bilər.  
 
4.4. Yerüstü və su ekoloji sistemlərin bioloji indikasiya 
metodları 
4.4.1. Yerüstü ekoloji sistemlərin bioindikasiyası 
 
 
Yerüstü 
ekosistemlərin 
biotasının 
antropogen 
dəyişiklikləri  təkcə  insanın  bilavasitə  təsiri  ilə  deyil,  həm  də 
əsasən  mühitin  antropogen  dəyişiklikləri  (atmosfer  havası, 
torpaq,  səth  və  qrunt  suları)  ilə  müəyyən  edilir.  Yerüstü 
ekosistemlərin  bioindikasiyası  üçün  daha  tez-tez ali  bitkilərin, 
şibyə, mamır, torpaq yosunların və s. göstəricilərindən istifadə 
edilir.  
 
Ali  bitkilər.  Ümumilikdə  ali  bitkilər  üçün  BBK  xeyli 
aşağı  olur,  nəinki  insan  üçün.  Bu  halda  müxtəlif  bitkilərin 
atmosfer  havasına  dözümlüyü  müxtəlif  olur.  Ümumiyyətlə 
qəbul  edilmiş  təsnifata  görə  ali  bitkilərdən  “həddən  artıq 
həssas” kateqoriyasına iynəyarpaq (sidr, küknar, şam), saqqallı 
tozağacı  aid  edilir.  “Həssaslara”  –  cökə,  moruq  aiddir. 
Yasəmən,  ardıc  kolu  “orta  həssaslığa”  malikdir.  “Çox 
dözümlü”lərə  gərməşov,  biryuçina,  göyrüşyarpaqlı  ağcaqayın, 
xaçgüllülərin,  çətirlilərini,  mürəkkəb  gülə  malik  olanlar, 
süpürgə kollarının əksəriyyəti aiddir.  
 
Fitosenosun 
əsas 
yarusları 
xarakteristikaları 
bioindikasiya əhəmiyyətinə malikdirlər (I – meşə ağacları; II – 
kolluq yarusu; III – ot-kolluq yarusu; IV- mamır və torpaqüstü 
şibyələr): növ tərkibi, hər növdən olan fərdlərin sayı, ağacların 
orta  hündürlüyü  və  gövdələrinin  eni;  qapalılığı,  bolluğu, 
proyektiv  örtüyü,  yaşama  qabiliyyəti,  toxumaların  dəyişikliyi, 
xarakterik olan eybəcərliklər. 
 
Rusiyanın  meşə  zolağı  üçün  havanın  çirklənməsinə 
iynəyarpaq  meşələri  daha  həssasdırlar.  Adi  şam  ağacı 


antropogen  təsirin  vacib  bioindikatoru  sayılır.  Texnogen 
çirklənmənin informativ göstəriciləri aşağıdakılardır: 
 
-  şam  ağaclarının  statik  morfoloji  və  anatomik 
göstəriciləri; 
 
- dinamiki göstəricilər (illik artımın qiyməti); 
 
-  iynəyarpaqlıların  xarakteristikaları  (həyatın  uzunluğu, 
kütləsi,  xarakterik  zədələnmələr  –  piqmentasiya,  xloroza, 
nekroza, quruma); 
 
- generativ orqanların vəziyyət göstəriciləri – iynəyarpaq 
ağaclarının 
qadın 
qozaları 
(onların 
ölçüləri, 
miqdarı, 
toxumların bolluğu); 
 
-  ağac  ziyanvericilrin  fəqərəsizlər  faunasının  bolluq  və 
müxtəlifliyi göstəriciləri və s. 
 
Şibyələr 
havanın  çirklənməsinin  olduqca 
etibarlı 
indikatorları  sayılır.  Lixenoflora  (latınca  “lichen”  –  şibyə 
deməkdir)  ənənəvi  olaraq  bioindikasiya  üçün  istifadə  edilir 
(“lixenoindikasiya”). 
(Ənənəvi 
olaraq 
istifadə 
edilən 
“lixenoflora”  tamamilə  doğru  deyil,  çünki  şibyələr  bitki  deyil, 
göbələk  və  yosunların  simbiozundan  ibarətdir  və  ehtimal 
olunur  ki,  polifilitik  mənşəlidir).  Şibyələr  daha  aktiv  şəkildə 
metalları  özlərinə  cəlb  edirlər  (damarlı  bitkilərdən  daha  aktiv 
şəkildə).  Şibyələrin  atmosfer  çirklənməsinə  qarşı  yüksək 
dərəcədə həssaslığı aşağıdakılarla şərtləndirilir: 
 

udulmuş 
pollyutantların 
aktiv 
kumulyasiyası 
(orqanizmdə  zəhərlərin  toplanması)  ilə  (müdafiə  örtüklərinin 
olmaması və metabolitlərin yavaş çıxışı ilə əlaqədar olaraq); 
 
-  şibyələrin  yosun  komponentlərinin  xüsusi  zəifliyi  ilə 
əlaqədar  olaraq  pollytantların  təsiri  altında  piqmentlər  sürətlə 
parçalanırlar.  
 
Şibyələrin  antropogen  təsirlərə  reaksiyaları  növə  görə 
spesifikdir,  lakin  havanın  çirklənməsinə  qarşı  lixenfloranın 
müxtəlif 
iri 
qruplarının 
reaksiyalarının 
bəzi 
ümumi 
qanunauyğunluqları  mövcuddur.  Belə  ki,  xarici  təsirlərə  daha 
həssas epifit şibyələri təşkil edir (ağacların gövdələrində bitir).  


 
Havanın 
çirklənməsinə 
müxtəlif 
vegetativ 
bədən 
quruluşları (kök-yarpaq və ya tallom) fərqli reaksiya göstərirlər 
–  qaynadılmış  (və  ya  qabıqlı),  yarpaqlı  və  kollu.  Qaynadılmış 
şibyələrin  kök-yarpağı  substratla  -  ağacın  qabığı,  oduncağı  və 
daşların səthi ilə möhkəm birləşmiş qabıqdan ibarətdir.  
 
Yarpaqlı  şibyələr  substrata  göbələk  sapları  ilə  (qif)  – 
rizin  və  ayrıca  nazik  qif  –  rizoidlərlə  birləşmiş  pulcuq  və  ya 
lövhə  şəklinə  malikdirlər.  Yalnız  cüzi  sayda  şibyələrdə  tallom 
substrat  ilə  yalnız  bir  yerdə  qomf  adlanan  göbələr  qiflərinin 
güclü  dəstəsi  ilə  birləşirlər.  Kollu  şibyələrdə  tallom 
budaqlardan  və  ya  daha  qalın,  əksər  hallarda    şaxələnən 
gövdələrdən  ibarət  olur.  Kollu  şibyə  substratla  qomfla  birləşir 
və şaquli istiqamətdə inkişaf edir, ya da aşağıya doğru sallanır. 
Ümimiyyətlə,  kollu  şibyələr  daha  çox  həssasdırlar  (havanın 
çirklənməsində  birinci  olaraq  lixenflora  yox  olur),  yarpaqlılar 
orta həssaslığa malikdirlər, qaynadılmışlar daha dözümlüdürlər 
(çirklənmə zamanı sonda itirlər).  
  
Bioindikasiya 
üçün 
lixenofloranın 
aşağıdakı 
xarakteristikalarından istifadə edilir:  
 
- növ tərkibi; 
 
- lixenfloranın növ zənginliyi və müxtəlifliyi; 
 
-  konkret  növlərin  və  ümumilikdə  lixenfloranın  bolluq 
göstəriciləri (biokütlə, proyektiv örtük); 
 
-  kolluq,  yarpaqlı  və  qaynadılmış  şibyələrin  bolluq 
göstəricilərinin nisbət indeksləri; 
  
-  lixenflora  bolluğu  ümumi  göstəricilərində    epifit 
şibyələrin payı; 
 
-  morfoloji  və  struktur  göstəriciləri:  kök-yarpağın 
qalınlığı  və  sıxlığı,  kök-yarpağın  sorediyalarla  örtülmə 
səviyyəsi  (intoksasiyalar  zamanı  artırlar),  piqmentasiya, 
rəngləmənin  ümumi  dəyişikliklər  (patoloji  dəyişikliklər 
barəsində  ağtəhər,  qəhvəyi  və  ya  bənövşəyi  çalarların 
yaranmasını göstərir). 




Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə