Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   28   29   30   31   32   33   34   35   36

 
Torpaq  biotası  (fəqərəsizlər,  yosunlar,  göy-yaşıllar 
(sianeylər),  göbələklər,  bakteriyalar  və  s.)  müxtəlif  torpaq 
kompleksləri üçün spesifikdir. Ona görə də biotik strukturların 
və  funksional  xarakteristikaların  (4.2  bölməsi)  nəinki 
çirklənmə  ilə,  həmçinin,  torpaqların  struktur  dəyişmələri  ilə 
şərtləndirilir. Torpaq biotasının təsirə reaksiyası, onun xarakteri 
və  intensivliyindən  asılı  olaraq  əhəmiyyətli  dərəcədə  dəyişə 
bilər.  Belə  ki,  torpaqların  aztoksikli  üzvi  maddələrlə 
çirklənməsində  mikroorqanizmlər-redusientlər intensiv surətdə 
inkişaf  edir  və  funksionallığı  artır.  Toksiki  pollyutantlarla 
çirklənmiş  torpaqlarda  (xüsusən  də  -  metal  və  xlorüzvi 
birləşmələrlə) redusentlərin bioloji aktivliyini zəiflədir.      
 
4.4.2. Su ekosistemlərin bioindikasiyası 
 
 
Su hövzələri və su axarlarında  hidrobiontların aşağıdakı 
əsas qrupları (su orqanizmləri) seçilirlər: 
 
-  neyston  –  atmosferlə  sərhəddə  olan  suyun  səth  qatının 
neystal qrupu (yunanca “νηιν”- üzmək deməkdir); 
 
-  pelaqos  –  su  hövzəsinin  su  qatı  qalınlığının  (yunanca 
“”  –  dəniz,  girdab  deməkdir)  peliqiali  qrupu; 
plankton (“havada uçan”- axınla çox və ya az dərəcədə passiv 
daşınan  orqanizmlər)  və  nektona  (“üzən”  –  aktiv  üzgücülərə 
bölünürlər; 
 
-  drift  (ingiliscə  “drift”  –  dreyf  deməkdir)  su  axını 
vasitəsilə daşınan orqanizmlərin qrupudur;   
 
- bentos – dib və suyun dibə yaxın qatının bentali qrupu 
(yunanca “”- dərinlik deməkdir); 
 
- perifiton “örtülmə” – su qatınında müxtəlif əşyalara və 
digər  iri  orqanizmlərin  səthlərinə  birləşmiş  orqanizmlərin 
qrupuduq (yunanca ”- ətraf, “”- bitki); 
 
Balıqların qrupu ixtiosenos (  yunanca  “”-  balıq 
deməkdir) (nektonun əsasını təşkil edir). 


 
Plankton  və  bentosda  ənənəvi  olaraq  fito-,  zoo-  və 
bakteriosenozlar seçilirlər. Fitoplankton və fitobentos yosunları 
və  göy-yaşılları  təşkil  edirlər.  Bundan  əlavə  fitobentosa 
həmçinin makrofitlər (“böyük bitkilər” – su ali bitkiləri, mamır 
və  iri  yosunlar)  daxildir.  Zooplankton  və  zoobentos 
orqanizmləri – fəqərəsiz heyvanlardır.  
 
Göstərilən  qrupların  bəzi  struktur  və  funksional 
xarakteristikaları (xüsusən də  -  fito-, zoo- və  bakterioplankton 
və bentos) su mühitinin  keyfiyyətinin qiymətləndirilməsi  artıq 
ənənəvi  və  hətta  məcburi  istifadəsi  (abiotik  göstəricilər  ilə 
yanaşı)  üçündür  (DÖST  17.1.3.07-82;  17.1.2.04-77;  RD 
52.24.565-96;  52.24.564-96;  52.24.420-95  və  s).  Üzvi 
maddələrin  aerob  destruksiya  sürətinin  qiymətləndirilməsində 
plankton  tərəfindən  oksigenin  biokimyəvi  (və  ya  “bioloji”) 
sərfindən  (OBS)  geniş  istifadə  edilir.  OBS  eksperiment  yolu 
ilə asanlıqla təyin edilir; ekspozisiya müddəti ərzində (adətən – 
5  sutka;  müvafiq  OBS-ni  OBS

kimi  işarə  edilir)  Günəş 
işığından izolyasiya edilməsi şəraitində vahid su həcmində (mq 
O
2
/l) destruksiya zamanı sərf edilən oksigenin milliqramları ilə 
ifadə  edilir.  OBS
5
  suyun  çirklənməsi  indeksinin  hesablanması 
zamanı 6 məcburi göstəricilərdən biridir. 
 
Su  ekosistemlərinin  ilkin  məhsuldarlığı  və  onların 
özlərini  təmizləmə  qabiliyyəti  adətən  planktonun  ilkin 
məhsulunun qiyməti (mq O
2
/l/sutka) və ümumi ilkin məhsulun 
və  destruksiyanın  yaranma  sürətlərinin  nisbəti  (P/R)  ilə 
qiymətləndirilir (bölmə 4.2.3). 
 
Su 
hövzələrindəki 
və 
su 
axınlarındakı 
suyun 
keyfiyyətinin  bioloji  göstəricilərə  görə  qəbul  edilmiş  təsnifatı 
(DÖST 17.1.3.07-82) aşağıdakı xarakteristikaları nəzərə alır: 
 
- oliqoxetin ümumi sıxlığının zoobentos qrupunu ümumi 
sıxlığına olan nisbtəti (Oligochaeta sinfi – aztüklü soxulcanlar; 
onların  bir  çox  növləri çirklənmə  və  hipoksiyaya  qarşı  yüksək 
dözümlülüklə  xarakterizə  olunur  ki,  bu  da  çirklənmiş  su 


hövzələrindəki  bentosda  oliqoxetlərin  yüksək  mütləq  və  nisbi 
bolluğunu müəyyənləşdirir); 
 
-  sudakı  bakteriyaların  konsentrasiyası  (saprofitlərin 
hamısı  və  ayrı-ayrılıqda,  yəni  aktiv  surətdə  çürüyən  üzvi 
maddələr); 
 
-  fitoplankton,  zooplankton,  perifiton  üzrə  saprobluq 
indeksi (Sladeçek modifikasiyasında); 
 
- Vudivissin “biotik indeksi”. 
 
Son iki göstəricinin izaha ehtiyacı var. 
 
Saprobluğun 
şkalası 
və 
indeksləri. 
Əlverişli 
redusentlərlə su hövzəsinin üzvi maddələrlə çirklənmə dərəcəsi 
saprobluq  adlanır.  Hələ  XX  əsrin  əvvəllərində  hidrobiont 
qruplarında  indikator  növlərin  olmasına  əsaslanan  su 
hövzələrinin  çirklənmə  dərəcəsinin  birinci  qiymətləndirmə 
şkalası  təklif  edilmişdir.  Hidrobiont  növlərinin  mühitin 
keyfiyyətinə  olan  tələbləri  çox  və  ya  az  dərəcədə  məlumdur 
(Kolkwitz, Marsson, 1908, 1909). Saprobluq şkalasının əsasını 
indikatorların  –  hidrobiontların  oksifillik  (baxılan  növün 
oksigenlə  daim  zəngin  olan  sularda  yaşamaq  qabiliyyəti) 
dərəcəsini  əks  etdirən  prinsip  təşkil  edir.  Su  hövzələrinin  və 
onların  ayrı-ayrı  sahələrinin  üzvi  maddələrlə  çirklənmə 
dərəcəsi aşağıdakı şəkildə təsnifat edilir (DÖST  17.1.3.07–82):  
- ksenosaprob zonası (I təmizlik sinfi) – “çox təmiz” su;  
oliqosaprob zonası (II təmizlik sinfi) – “təmiz” su; 
beta-mezosaprob zonası (III təmizlik sinfi) – “zəif (orta) 
dərəcədə çirklənmiş” su; 
alfa-mezasaprob zonası (IV təmizlik sinfi) – “çirklənmiş” 
su; 
polisaprob zona (V təmizlik sinfi) – “çirkli” su;  
- hipersaprob zona (VI təmizlik sinfi) –“çox çirkli” su. 
 
Saprobluğun 
qiymətləndirmə 
sistemi 
həmişə 
modifikasiya  edir.  İndikator  növləri  daim  tamamlanır  və 
dəqiqləşdirilir. İndikator növ fərdlərin bolluğu, onların müxtəlif 
indikator  əhəmiyyətinin  nəzərə  alınması  daxil  edilmişdir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə