Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   2   3   4   5   6   7   8   9   ...   36

 
BBT – buraxıla bilən tullanrı; 
 
BBA – buraxıla bilən axıntı; 
 
BBTY – buraxıla bilən texnogen yüklənmə; 
 
BBK – buraxıla bilən konsentrasiya; 
 
BBS – buraxıla bilən səviyyə. 
1.2. Ekoloji monitorinqin prioritet istiqamətləri 
 
 
Təbii  mühitə  təsirin  amilləri  və  mənbələrinin  tədqiqində 
monitorinq  obyektlərinə  görə  bir  sıra  prioritetlər  müəyyən 
edilmişdir (cəd. 3).    
 
Prioritetlərin 
müəyyən 
edilməsi 
çirkləndiricilərin 
xüsusiyyətlərinə və müşahidələrin təşkili  imkanlarına əsaslanır 
və aşağıdakı meyarlar üzrə aparılır: 
 
-  insanın  sağlamlığı  və  rifahına,  iqlimə  və  ya  ekoloji 
sistemə göstərilən faktiki və ya mümkün effektin ölçüsü;   
 
-  ətraf  təbii  mühitdə  tənəzzüllüyə,  insan  və  qida 
dövrələrində toplanmaya meyllik; 
 
-  fiziki  və  bioloji  sistemlərdə  kimyəvi  transformasiya 
imkranları,  hansı  ki,  nəticədə  ikinci  (törəmə)  maddələr  daha 
zəhərli və ya zərərli ola bilər; 
 
- çirkləndirici maddələrin hərəkətliyi, çevikliyi; 
 
-  ətraf  mühitdə  və  (və  ya)  insanda  konsentrasiyanın 
faktiki və ya mümkün tendensiyaları;  
 
- təsirin tezliyi və (və ya) qiyməti; 
 
- ölçmələrin mümkünlüyü; 
 
- ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi meyarı 
 
 
 
 
 
 
 


Cədvəl 1.1 
Monitorinqin prioritet istiqamətləri 
 
 
-  qlobal  və  ya  subregional  proqramlarda  bərabər 
paylanmış  dəyişikliklərin  ümumilikdə  yayılması  nötqeyi-
nəzərindən yararlılığı. 
 
Sadalanmış  meyarlar  üzrə  çirkləndirici  maddələrin 
qiymətləndirilməsi  mühit  və  ölçmə  proqramının  növü 
göstərilməklə siniflərə bölünürlər (cəd. 4). 
 
Ekoloji monitorinqin digər prioritet istiqaməti fon (baza) 
monitorinqidir  ki,  onu  biosfer  qoruqlarında  həyata  keçirirlər. 
Stansiyalar şəbəkəsi Yerdəki bütün bioloji monitorinqin hər bir 
növünü əhatə etməlidir. Tələb edilən stansiyaların ümumi sayı 
20-40-a  kimi  dəyərləndirilir.  Vacib  və  istənilən  meyarlara 
əsasən  (cəd.  5)  elə  qoruqlar  seçilir  ki,  onlardan  potensial 
surətdə  qlobal  fon  monitorinqinin  keçirilməsi  üçün  istifadə 
edilə bilər.    
Monitorinq obyekti 
Yüksək prioritet  
Şəhərlər 
Su hövzələri, içməli su təchizatı obyektləri  
1. Ərazi 
 
  Balıqların kürüləmə yeri 
Atmosfer havası 
2. Mühit (ekoloji sistemin 
komponenti) 
Şirin su hövzələri  
3. Çirklənmə 
inqrediyentləri: 
 
hava üçün 
Toz, kükürd iki oksidi, ağır metallar (civə), azot 
oksidləri, azot oksidləri, karbon oksidləri, 
benz(a)piren, pestisidlər 
su üçün 
Biogen məhsullar, neft məhsulları, fenollar  
 
 
4. Çirklənmə mənbələri 
(şəhərlərdə) 
Avtomobil nəqliyyatı, istilik elektrik 
stansiyaları, əlvan metallurgiya müəssisələri  


 
Qlobal  fon  monitorinq  stansiyalarında  müşahidələr 
kompleks  xarakter  daşıyır  və  vahid  proqram  üzrə  yerinə 
yetirimək mümkün olsun (cəd. 6).  
 
1.3. Ekoloji monitorinqin texniki və texnoloji 
məsələləri 
 
Hal-hazırda xaricdə xüsusi və universal nəzarət-ölçmə və 
analitik  texniki,  nümunəvi  vasitələrin,  analizin  aparılması 
texnologiyaları, 
nəzarət,  qiymətləndirmə, 
informasiyanın 
emalının  böyük  parkı  yaradılmışdır.  Bu  planda  ekoloji 
monitorinqin  texniki-texnoloji  təminat  məsələsi,  müşahidə  və 
nəzarət üçün ekoloji monitorinqin normativ bazası əsasında  
Cədvəl 1.2 
Prioritetlik siniflərinə görə çirkləndirici maddələrin 
prioritetlik təsnifatı
 
Prioritetlik 
sinfi 
Çirkləndirici maddə  
Mühit 
Ölçmə 
proqramlarının növü 
Kükürd iki oksidi + asılmış 
hissəciklər 
Hava 
İ, R, Q 

Radionuklidlər (90Sr + 137Cs) 
Qida 
İ, R 
Ozon 
Hava  
İ, Q (stratosferdə) 
DDT  və digər xlor-üzvi 
birləşmələr   
Biota, insan 
İ, R 

Kadmium və onun birləşmələri  
 İnsan qidası, su   İ 
Nitratlar, nitrirlər 
İçməli su, qida   İ 

Azot oksidləri 
Hava 
İ 
 
Civə və onun birləşmələri  
Qida, su 
İ, R 
Qurğuşun 
Hava, qida  
İ 

Karbon iki oksidi 
Hava 

Karbon oksidi (dəm qazı) 
Hava 
İ 

Neft karbohidratları 
Dəniz suyu 
R, Q 

Fluoridlər 
Təzə su 
İ 
Asbest  
Hava 
İ 

Arsen 
İçməli su 
İ 
Mikrotoksinlər 
Qida 
İ, R 
Mikrobiooloji çirklənmə  
Qida 
İ, R 

Reaktiv karbohidrogenlət 
Hava 
İ 
Qeyd: Q- qlobal, R- regional, İ- impakt monitorinq. 
 


müxtəlif müəssisə və idarələr tərəfindən istehsal edilən kütləvi 
texniki  vasitələrin  optimal  komplektinin  seçilməsindən  ibarət 
olur.  
 
Ekoloji  monitorinqin  nəticələri  ƏMM-nin  (ətraf  mühitin 
mühafizəsi) informasiya bazasını (məlumatlar bankı) təşkil edir 
ki, 
bu 
da 
EHM-lərindən 
informasiyanın 
toplanması, 
saxlanması, emalı və analizi üçün  istifadə etməyə imkan verir. 
ƏMM-nin  informasiya  təminatı  öz  növbəsində,  təbiəti 
mühafizə  fəaliyyətinin  idarə edilməsinin, ehtiyatların qorunma 
siyasətinin  yerinə  yetirilməsinin  əsası  sayılır.  Monitorinqin 
informativliyi 
əhəmiyyətli 
dərəcədə 
texniki 
vasitələrin 
səviyyəsindən  (xidmətin  təchizat  dərəcəsindən)  asılıdır,  ona 
görə  də  cihazlar  parkının  komplektləşdirilməsində  nəzarətin 
bütün  normativlər  kompleksi  göstərici  kimi  götürülməlidir  – 
həcmi,  periodikliyi,  tələb  edilən  dəqiqlik  və  həqiqiliyi,  tam 
dəyərliyi.  Tələb  edilən  informativlik  təminatının  vacib  şərti 
EHM-dən  və  onun  əsasında  monitorinq  vasitələrinin  istifadə 
edilməsidir.  
 
Ekoloji  monitorinqin  müəssisə  xidməti  ətraf  mühitin 
çirklənməsinin  bütün  əsas  parametrlərini  nəzarət  etmək  üçün 
lazım  olan  bütün  texniki  vasitələrin  tam  komplektinə  malik 
olmalıdır.  Adətən  havanın,  suyun,  torpağın  çirkləndiricilərinin 
tərkibi  kifayət  qədər  dəqiqliklə  proqnoz  edilir  (azot  oksidlər, 
karbohidrogenlər  və  s.),  ona  görə  də  ekoloji  nəzarət  məsələsi 
məlum  çirkləndiricilərin  konsentrasiyalarının  miqdarca  təyin 
edilməsindən  ibarət  olur.  Bunun  üçün  ekoloji  nəzarətin 
müəssisə  xidmətlərini  havanın,  suyun,  torpağın  keyfiyyətinin 
analizi  məqsədi  ilə  kompleks  səyyar  laboratoriyalarla  təchiz 
etmək kifayətdir.  
 
Ekoloji  xidmətin təşkili, onun texniki təchizatı  hər hansı 
bir 
müəyyən 
ərazinin, 
onun 
üzərindəki 
texnogenez 
mənbələrinin  nəzarətindən  əvvəl  mümkün  çirklənmələrin 
tədqiqi  və  proqnoz  edilməsindən  ötrü  elmi-tədqiqat  işləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə