Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.

səhifə9/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

hidrometeoroloji 
stansiyalardan, 
ÇMM 

çirklənmənin 
müşahidə  məntəqəsi)  də  daxil  olmaqla  4142  məntəqədən,  140 
aeroloji  stansiyadan,  Antarktidada  işləyən  5  stansiyadan,  17 
ionosfer-maqnit və 30 ozonometrik stansiyadan ibarətdir. 1450 
stansiya  və  məntəqədə radiometrik ölşmələr aparılır.  Atmosfer 
havasının çirklənməsi 299 şəhərdə 687 stansiyada təyin edilir. 
 
Meteostnsiyaların təhcizatı.  
 
Termomet.  Havanın  temperaturunu  ölçmək  üçün  daha 
çox civə və spirtli termometrlərdən istifadə də olunur. Torpağın 
temperaturunu 
ölçmək 
üçün 
isə 
elektrotermometrlər 
mövcuddur.  (məsələn,  Savinov  termometri  –  20  sm  dərinliyə 
kimi). 
 
Aktinometr  –  günəş  radiasiyasının  intensivliyini 
ölçülməsi. 
 
Anemometr  –  küləyin  və  qaz  axınının  sürət  və 
istiqamətinin  ölçülməsi.  Küləyin  sürətinin  ölçülməsi  üçün  ən 
sadə  cihaz  flügerdir.  Daha  dəqiq  nəticələr  əldə  etmək  üçün 
müxtəlif 
növ 
anemoqraflardan, 
anerorumbometrlərdən, 
anemorumboqraflardan istifadə olunur. 
 
Barometr  –  atmosfer  təzyiqinin  ölçülməsi.  Civəli 
barometr, barometr aneroid. Baroqraf. 
 
Hüqrometr  –  havanın  mütləq  və  ya  nisbi  rütubətinin 
ölçülməsi.  Bu  cihaz  rütubətin  dəyişməsi  ilə  insan  tükünün 
uzunluğunun dəyişməsinə əsaslanır. Psixrometr – nəm və quru 
termometrlərin  temperaturunun  müqayisəsi.  Əgər  cihaz 
fiksəedici şkala ilə təhciz edilmişsə, onda o hüqroqraf adlanır. 
 
Yağıntıölçən  –  maye  və  bərk  yağıntıların  səviyyəsini 
ölçmək üçün cihaz. 
 
Meteoqraf  –  temperaturu,təzyiqi  və  rütubəti  kompleks 
ölçmək üçün cihaz. 
 
Avtomatik  meteoroloji  stansiyalar  telemetrik  qurğular 
şəklindədir.  Meteoroloji  məlumatların  avtonom  ölçülməsi  və 
ötürülməsi  üçün  təyin  olunmuşdur.  Şək.2.1-də    M-109 
avtomatik  meteoroloji  stansiya  göstərilmişdir.  Belə  stansiyalar 


çətinliklə  gedilə  bilən  və  ya  yaşayış  olmayan  rayonlarda 
(hündür dağlarda, arktik adalarda  və s. )  yerləşdirilir. Stansiya 
hər 3 saatdan bir ötürməklə, 10 meteokəmiyyyəti ölçür. Fırtına 
haqqında məlumat hər 1 saatdan bir ötürülür. 
 
  
Şək.2.1. M – 109 AMS yerləşdirilmə sxemi. 
              1 – külək ötürücüsü, 2 – antena, 3 -  günəş parlaqlığının ötürücüsü, 
4  –  külək  generatoru,  5  –  yağıntı  ölçən,  6  –  avtomatika  bloku,  7  –  təzyiq 
ötürücüsü, 8 – akumlyator, 9 – radioötürücü, 10 – temperatur ötürücüsü. 
 
 
Radiozond  –  atmosferin  əsas  parametrlərinin  şar-zond 
vasitəsilə  ölçülməsi  və  ölçü  nəticələrinin  telemetrik  sistem 
vasitəsilə  ötürülməsi.  Uçuş  hündürlüyü  30  –  40  km,  təsir 
uzaqlığı 150 – 200 km -ə kimidir. 
 
Raket  zondlanması.  Atmosferin  yuxarı  təbəqələrinin  – 
15-20  km  –dən  80-120  km  -ə  kimi  (  stratosfer  və  mezosfer  ) 
zondlanması üçün istifadə olunur. Bu hündürlükdə ozonosferin 
çox  hissəsi  və  ionosferin  aşağı  hissəsi  və  termosfer  və 
ekzosferin daha hündür təbəqələri yerləşir. 


 
Orta  atmosferi  öyrənmək  üçün  80-100  km  -ə  kimi 
qaldırılan  meteoroloji  raketlərdən  istifadə  olunur.  Onlar  maye 
və bərk yanacaqla işləyirlər. Meteoroloji raketlərlə ölçülən əsas 
parametrlər bunlardır: təzyiq, temperatur, sıxlıq vı havanın qaz 
tərkibi. 
Tədqiqat 
proqramından 
asılı 
olaraq, 
digər 
xarakteristikalar da ölçülə bilər. 
 
Yuxarı atmosferi öyrənmək üçün 100-150 km –dən yuxrı 
qaldırılan  güclü  geofiziki  raketlərdən  istifadə  edilir.  Bu 
raketlərin  köməyi  ilə  günəş  və  kosmik  şüalanmanın 
intensivliyi,  havanın  optik  xüsusiyyətləri,  onun  termodinamik 
və  elektrik  xüsusiyyətləri,  Yerin  maqnit  sahəsinin  parametləri 
ölçülür. 
Düzünə 
ölçmə 
metodlarına 
aid 
olan 
raket 
zondlanmasından  əlavə,  yuxarı  atmosferi  öyrənmək  üçün 
radiolokasiya,  meteolidar,  İYT,  optiki  texnika  və  s.  istifadə 
etməklə dolayı metodlar da tətbiq edilir. 
 
Raket zondlama sistemi, ölçü cihazları ilə təhciz olunmuş 
raketin  özündən  və  yerüstü  ölçü  kompleksindən  ibarətdir.  Bu 
kompleks 
atmosfer 
parametrləri 
haqqında 
telemetrik 
informasiyanı qəbul etmək və uçuş vaxtı raketin koordinatlarını 
ölçmək  üçün  təyin  olunan  yerüstü  radiotexniki  vasitələr 
yığınından ibarətdir ( şək. 2.2 ). 
 
Cihaz  konteynerinin  yerə  çatdırılması  paraşütlə  həyata 
keçirilir. 
 
Exolokator  –  atmosferin  səs  dalğaları  vasitəsilə 
zondlanması. 
Atmosfer 
sıxlığının 
irimiqyaslı 
dəyişmə 
zonalarını müəyyən edir. 
 
Radiolokator,  RLS  –  metrdən  millimetrə  qədər  olan 
radio  dalğalar  vasitəsilə  atmosferin  zondlanması.  Atmosferdə 
hərəkət  edən  təbii  və  süni  mənşəli  ixtiyarı  obyektləri  qeyd 
etməyə,  onlara  qədər  olan  məsafəni  və  sürəti  təyin  etməyə 
imkan verir. 


 
s  məsafəsinin  təyini   
,
2
1

c

  burada 
 -  şüalanma 
anından  əks  olunan  siqnalın  qəbul  olunan  anına  qədər  keçən 
vaxt; 
- işığın sürəti. 
 
Dopler effektinə əsasən obyektin sürətinin təyini: 
 
 
Şək.2.2.  M-100B  meteoroloji  raketin  qalxma  və  uçuş  trayektoriyasının 
sxemi. 
 
c
c












                                                        (2.1)
 
 
 - radiolokator şüalanmasının dalğa uzunluğu;  

-  hədəfdən 
əks olunandan sonra bu dalğa uzunluğunun dəyişməsi. 




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə