Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə45/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
163 
 
 
ƏLAVƏ.  “Beynəlxalq  nəqliyyat  əməliyyatları”  fənni 
üzrə proqram (magistr təhsil pilləsi üçün)  
  
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 
SUMQAYIT DÖVLƏT UNIVERSITETI 
 
 
Magistr hazırlığı üçün 
 
 “BEYNƏLXALQ NƏQLIYYAT ƏMƏLIYYATLARI” 
fənnindən 
 
P R O Q R A M  
İxtisas: İİM 010001 “Beynəlxalq iqtisadi münasibətlər” 
             İİM 050401 “Dünya iqtisadiyyatı 
 
 
Azərbaycan 
Respublikası 
Təhsil  Nazirliyinin  Elmi-
Metodiki 
Şuranın 
«İqtisadiyyat» 
bölməsinin“11”11.2010-cu 
il  tarixli  iclasının  qərarı  ilə 
təsdiq  edilmiş  (protokol  № 
3)  və  19.03  2011-ci  il.  475 
saylı  əmrinə  əsasən  qrif 
verilmişdir. 
 
 
 
Sumqayıt - 2011 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
164 
 
Proqram  Sumqayıt  Dövlət  Universitetinin  “Beynəlxalq 
iqtisadi münasibətlər və marketinq” hazırda “Dünya iqtisadiyyatı” 
kafedrası tərəfindın hazırlanmışdır. 
 
Tərtib edənlər: 
i.e.n,  dos.  M.Ö.Pənahəliyeva i.e.n,  dos.  
Ş.T.Əliyev 
Elmi redaktor:        
i.e.n,  dos.  Q.Hüseynov  
Rəyçilər
SDU-nun «Menecment» kafedrasının 
müdiri, i.e.n,  dos.  B.Ə.Orucəliyeva 
Azərbaycan Dövlət İqtisad Universitetinin 
«Beynəlxalq iqtisadi münasibətlər» 
fakultəsinin dekan müavini, i.e.n., 
dos.M.İ.Bərxudarov 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
165 
 
1. İZAHAT VƏRƏQƏSİ 
 
Proqramda  nəzərdə  tutulan  kursun  məcmuəsi,  o  cümlədən 
tematık  plan,  mövzular  və  onların  məzmunu,  əsas  ədəbiyyat  və 
rəsmi  sənədlərin  siyahısı,  elektron  resursların  ünvanları 
verilmişdir.  Beynəlxalq  nəqliyyat  əməliyyatları”  fənni  üzrə 
Proqram  beynəlxalq  iqtisadi  münasibətləri  öyrənən  magistrlər 
üçün tövsiyyə edilir. 
“Beynəlxalq  nəqliyyat  əməliyyatlar”  kursunun  aktualliğı  bu 
xidmət  sahəsinin  rolunun  sürətlə  artması  ilə  izah  edilir.  Belə  ki, 
beynəlxalq  iqtisadi  münasibətlərin  və  xarici-iqtisadi  fəaliyyətin 
genişlənməsi,  xarici-ticarət  əməliyyatların  həcminin  sürətlə 
artması,  bu  sahənin  əhəmiyyətini  şərtləndirən  əsas  amillərdəndir. 
Kursun  başlıca  məqsədi  betnəlxalq  nəqliyyat  əməliyyatları 
anlayışının  mahiyyətini,  növlərini,  məzmununu  və  bu  sahənin 
işinin  təşkili,  nizamlanması,  hüquqi  əsaslarının  formalaşdırılması 
məsələlərini öyrənməkdir. 
Müasir  dövrdə  beynəlxalq  nəqliyyat  sistemləri  və  onların 
başlıca  xüsusiyyətləri  dünya  iqtisadi  proseslərinin  xüsusiyyətləri 
ilə üst-üstə düşür. Başqa sözlə, dünya iqtisadiyyatı qloballaşdıqca 
və  iqtisadi  transformasiyalara  məruz  qaldıqca,  beynəlxalq 
nəqliyyat  əməliyyatlarının  genişləndirməsi,  bu  xidmətlərin 
təkmilləşdirilməsi  və  effektivliyinin  artırılması  zərurəti  yaranır. 
Bu  baxımdan  səmərəli  nəqliyyat  əməliyyatlarının  təşkili,  bu 
sahənin  intensiv  inkişafı,  beynəlxalq  nəqliyyat  qovşaqlarının  və 
marşrutlarının  təkmilləşdirilməsi,  nəqliyyat  əməliyyatları  üzrə 
beynəlxalq  hüquq  normalarının  və  nizamlayıcı  konvensiyaların, 
nəqliyyat  rejimlərinin  effektivliyinin  artırılması  yükdaşıma 
prosedur-larının  sadələşdirilməsi,  nəqliyyat  təhlükəsizliyinin 
təmin  edilməsi  və  digər  mühüm  tədbirlərin  həyata  keçirilməsi 
məsələləri aktuallığı ilə seçilir. 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
166 
 
2. MÖVZULAR VƏ ONLARIN MƏZMUNU 
 
1.  Dünya nəqliyyat sistemi və təsnifatı 
 
         Nəqliyyat 
anlayışı.  Dünya  nəqliyyat  sisteminin 
maliyyəti.  Dünya  nəqliyyat  sisteminin  təsnifatı.  Beynəlxalq 
nəqliyyat  sisteminin  dünya  təsərrüfat  proseslərində  rolu.  Dünya 
nəqliyyat 
sisteminin 
müasir 
vəziyyəti, 
problemlər 
və 
perspektivlər. 
 
2.  Xarici-iqtisadi fəaliyyətin təşkilində nəqliyyatın rolu 
 
          Xarici-iqtisadi  fəaliyyətin  təşkilində  istifadə  edilən 
nəqliyyat  vasitələri  və  komponentləri.  Nəqliyyatın  maddi-texniki 
baza  məsələləri.  Xarici  iqtisadi  fəaliyyətin  nəqliyyat  təminatında 
texniki, texnoloji və təşkilatı aspektlərinin artırılmasında nəqliyyat 
əməliyyatlarının səmərəli təşkil edilməsinin əhəmiyyəti. 
 
3.  Beynəlxalq nəqliyyat əməliyyatlarının təşkili və 
nizamlanması mexanizmi 
 
            Beynəlxalq 
nəqliyyat 
daşımalarında 
çoxtərəfli 
razılaşmalar  sistemi.  Beynəlxalq  müqavilələr  və  konvensiyalar. 
Xarici  ticarət  daşımaları  üzrə  beynəlxalq  normativ  sənədlər. 
Beynəlxalq  nəqliyyat  əməliyyatlarının  təşkili  mexanizminin 
təkmilləşdirilməsi məsələləri. 
 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
167 
 
4.  Xarici ticarət fəaliyyəti üzrə yükdaşımaların  şərtləri və 
növləri. 
 
             Xarici ticarət kontraklarının nəqliyyat şərtlərinin əsas 
xüsusiyyətləri.  “İnkoterms”  beynəlxalq  nəqliyyat  terminləri  ilə 
nəqliyyat-yük  daşımalarının  qarşılıqlı  bağlılığı.  Beyəlxalq 
nəqliyyat  daşımaları  üzrə  bazis  şərtləri,  onların  seçilməsi  və 
spesifik  xüsusiyyətləri.  Beynəlxalq  nəqliyyat  tarifləri.  Xarici 
ticarət  kontraktlarının  rentabelliyində  nəqliyyat  daşımaları  üzrə 
xərclərin azaldılması problemləri. Beynəlxalq yük daşımaları üzrə 
risklər və kontrakt iştirakçılarının məsuliyyəti. 
  
5.  Beynəlxalq nəqliyyat əməliyyatlarının hüquqi 
nizamlanması. 
 
               Beynəlxalq 
nəqliyyat 
əməliyyatlarının 
və 
yükdaşımalarının  hüquqi  əsasları.  Nəqliyyat  və  logistika 
problemlərinin  həll  edilməsində  hüquqi-normativ  bazanın 
əhəmiyyəti.  Beynəlxalq  mübahisələrin  baxılması  üzrə  Arbitraj 
məhkəmələrinin  spesifik  xüsusiyyətləri.  Beynəlxalq  yük 
daşımaları  üzrə  kontraktlarda  hüquqi  məsələlərin  nizamlanması. 
Beynəlxalq nəqliyyat hüququnun tərkib hissələri və mənbələri. 
 
6.  Beynəlxalq dəmir yolu daşımaları. 
 
             Beynəlxalq  dəmir  yolu  ilə  daşıma  anlayışı,  onun 
təşkili  və  xüsusiyyətləri.  Beynəlxalq  dəmir  yolu  daşımalarının 
növləri.  Beynəlxalq  dəmir  yolu  ilə  daşımalar  üzrə  sazışlər, 
konvensiyalar və beynəlxalq (regional) təşkilatlar. Dəmir yolu ilə 
beynəlxalq  yük  daşımaları  haqqında  Saziş  (1950-ci  il). 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
168 
 
Azərbaycan  Respublikasının  dəmiryolu  sistemi  beynəlxalq 
konteksdə. 
 
7.  Beynəlxalq dəniz yolu daşımaları. 
 
                 Beynəlxalq  iqtisadi  əlaqələrin  və  xarici-iqtisadi 
fəaliyyətin  təşkilində,  o  cümlədən  dünya  ticarətində  dəniz 
nəqliyyatından istifadənin üstünlükləri. Dünya dəniz nəqliyyatının 
təsnifatı.  Beynəlxalq  dəniz  daşımalarının  hüquqi  tənzimlənməsi, 
beynəlxalq  konvensiyalar  və  razılaşmalar.  Dəniz  nəqliyyatı  ilə 
yükdaşımaların  sənədləşdirilməsi  (konosament).  Beynəlxalq 
Dəniz Təşkilatı  (İMO). 
 
8.   Beynəlxalq hava daşımaları 
 
                Beynəlxalq  hava  daşımaları  anlayışı  və    onun 
növləri.  Beynəlxalq  hava  daşımalarının  hüquqi  tənzimlənməsi. 
Beynəlxalq  hava  daşımaları  haqqında  qaydalar.  Hava  nəqliyyatı 
sahəsində  Beynəlxalq  təşkilatlar.  Hava  nəqliyyatının  üstün  və 
mənfi  xüsusiyyətləri.  Hava  nəqliyyatında  sığortanın  mühüm 
əhəmiyyəti  Beynəlxalq  hava  daşımaları  təşkilində  “Beynəlxalq 
mülki  aviasiya  haqqında”  1944-cü  il  Çikaqo  Konvensiyasının 
rolu.  Beynəlxalq  Hava  Nəqliyyatı  Assosiasiyası  (1945-ci  il). 
Beynəlxalq  Hava  Daşımaları  Assosiasiyası  (1971-ci  il). 
Azərbaycan beynəlxalq hava daşımaları sistemində. 
 
9.  Beynəlxalq avtomobil daşımaları 
 
               Beynəlxalq  avtomobil  daşımaları  anlayışı  və 
mahiyyəti. Avtomobil nəqliyyatı vasitələrinin təsnifatı. Avtomobil 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
169 
 
nəqliyyatının  texniki-iqtisadi  əsasları.  Avtomobil  nəqliyyatının 
Beynəlxalq  yük  daşımaları  əməliyyatlarında  müsbət  və  mənfi 
cəhətləri. 
Beynəlxalq 
avtomobil 
daşımalarının 
hüquqi 
tənzimlənməsi  prosesləri.  Beynəlxalq  avtomobil  daşımalarında 
müqavilələr,  sənədləşmələr  və  normativ  aktlar  (sazişlər, 
konvensiyalar). Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (1948-ci 
il).  Beynəlxalq  avtomobil  daşımaları  sistemində  Azərbaycanın 
iştirakı və müasir vəziyyəti. 
    
10.  Beynəlxalq boru kəməri daşımaları. 
 
               Beynəlxalq  boru  kəməri  daşımalarının  mahiyyəti. 
Boru kəməri nəqliyyatının spesifik xüsusiyyətləri. Boru kəmərləri 
ilə  nəqletmə  proseslərinin  təşkili,  mexanikləşdirmə  və 
avtomatlaşdırma prosesləri. Beynəlxalq boru kəməri daşımalarının 
hüquqi  tənzimlənməsi.  Beynəlxalq  boru  kəməri  daşımalarının 
təşkili  qaydaları.  Avropa  Enerji  Xartiyası  (1991-ci  il).  Avropa-
Qafqaz-Asiya  dəhlizinin  inkişafına  dair  beynəlxalq  nəqliyyat 
haqqında  əsas  coxtərəfl  Saziş  (1998-ci  il).  Dövlətlərarası  neft  və 
qaz nəqli sistemlərinin  yaradılması üçün təşkilati prinsiplərə dair 
Çərçivə  Sazişi  (1999-cu  il).  Azərbaycanın  beynəlxalq  boru 
daşımaları sistemində fəaliyyəti. 
 
11.  Beynəlxalq nəqliyyat əməliyyatlarında sığorta, 
təhlükəsizlik və ekoloji məsələlər. 
 
                Beynəlxalq 
yük  daşımaları  üzrə  sığortanın 
mahiyyəti,  obyektləri  və  vəzifələri.  Beynəlxalq  yük  daşımaları 
üzrə  sığorta  sənədləşdirilməsinin  təşkili.  Beynəlxalq  yük  daşıma 
subyektlərinin məsuliyyəti və sığortaetmə əməliyyatlarının həyata 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
170 
 
keçirilməsi  mexanizmi.  Beynəlxalq  nəqliyyat  daşımalarında 
nəqliyyat  təhlükəsizliyinin  əsas  müddəaları  və  prinsipləri. 
Beynəlxalq  nəqliyyat  təhlükəsizliyinin  təmin  edilməsində 
beynəlxalq  qaydalar  və  sazislər.  Beynəlxalq  nəqliyyat 
təhlükəsizliyi 
sahəsində 
dövlətlərarası 
əməkdaşlığın 
gücləndirilməsinin  vacibliyi.  Beynəlxalq  nəqliyyat  sisteminin  və 
nəqliyyat  vasitələrinin  ətraf  mühitə  və  atmosferə  ekoloji  təsiri. 
Ekoloji  təhlükəsizlik  üzrə  Beynəlxalq  əməkdaşlıq  sistemi. 
Təhlükəli  yüklərin  daşınması  zamanı  ətraf  mühitin  mühafizəsi 
üzrə beynəlxalq əməkdaşlıq qurumları.   
  
12.  Azərbaycanın nəqliyyat sistemi və bu sahədə dövlət 
siyasəti,  hüquqi-normativ aktlar 
 
            Azərbaycanın  nəqliyyat  sistemi  və  onun  müasir 
vəziyyəti. Azərbaycanda nəqliyyat  sisteminin  hüquqi  - normativ 
bazası  və  əsasları.  Azərbaycanın    xarici  -ticarət  fəaliyyətinin, 
xüsusilə  ixracın  təşkilində  nəqliyyat  məsələləri.  Azərbaycanın 
dəniz  nəqliyyatı  sistemi  və  onun  ölkə  iqtisadiyyatında  prioritet 
vəzifələri.    Azərbaycanın  “İpək  yolu”  (TRASEKA)  layihəsində 
iştirakı.  Azərbaycanın  beynəlxalq  nəqliyyat  qovşaqlarının 
genişləndirilməsində  iştirakı.  Azərbaycanda  boru  kəmərləri 
nəqliyyat  sisteminin  uğurlu  milli  konsepsiyasının  həyata 
keçirilməsi  prosesləri  (Bakı-Tbilisi-Ceyhan  neft  kəməri,  Bakı-
Tbilisi-  Ərzurum  qaz kəməri  və s.). Bakı-Tbilisi-Qars beynəlxalq 
dəmir yolu magistralının mühüm əhəmiyyəti. 
 
 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
171 
 
3.  «Beynəlxalq  nəqliyyat  əməliyyatları»  fənninin  tədrisinə 
ayrılan saatların mövzular üzrə paylanması 
 
№  MÖVZULARIN ADI 
Saatlar 
Cəmi  Müha-
zirə 
Semi-
nar 

Dünya nəqliyyat sistemi və 
təsnifatı 




Xarıcı-iqtisadi fəaliyyətin 
təşkilində  nəqliyyatın rolu  




Beynəlxalq nəqliyyat 
əməliyyatlarının təşkili və 
nizamlanması mexanizmi 




Xarici ticarət fəaliyyət üzrə 
yükdaşımaları şərtləri və növləri 




Beynəlxalq nəqliyyat 
əməliyyatlarının hüquqi 
nizamlanması 




Beynəlxalq dəmiryolu daşımaları   



Beynəlxalq dəniz daşımaları 




Beynəlxalq hava daşımaları 




Beynəlxalq avtomobil daşımaları  


10  Beynəlxalq boru kəməri 
daşımaları 



11  Beynəlxalq nəqliyyat 
əməlyyatlarında sığorta, 
təhlükəsizlik və ekoloji məsələlər 



12  Azərbaycanın nəqliyyat sistemi 
və bu sahədə dövlət siyasəti, 
hüquqi-normativ aktlar 



YEKUN: 
45 
30 
15 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
172 
 
4. 
SEMİNAR 
MƏŞĞƏLƏLƏRİNİN 
TƏXMİNİ 
MÖVZULARI 
 
1.  Dünya nəqliyyat sistemi və təsnifatı
2.  Xarıcı-iqtisadi fəaliyyətin təşkilində nəqliyyatın rolu
3.  Beynəlxalq 
nəqliyyat 
əməliyyatlarının 
təşkili 
və 
nizamlanması mexanizmi
4.  Xarici ticarət fəaliyyət üzrə yükdaşımaları şərtləri və növləri
5.  Beynəlxalq nəqliyyat əməliyyatlarının hüquqi nizamlanması
6.  Beynəlxalq dəmiryolu daşımaları
7.  Beynəlxalq dəniz daşımaları
8.  Beynəlxalq hava daşımaları
9.  Beynəlxalq avtomobil daşımaları
10.  Beynəlxalq boru kəməri daşımaları
11.  Beynəlxalq  nəqliyyat  əməlyyatlarında  sığorta,  təhlükəsizlik 
və ekoloji məsələlər
12.  Azərbaycanın nəqliyyat  sistemi  və bu sahədə dövlət siyasəti, 
hüquqi-normativ aktlar


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
173 
 
ƏDƏBİYYAT: 
 
1.
 
Azərbaycan  Respublikasının  nəqliyyat  qanunvericiliyi.  Bakı, 
2005-820 s. 
2.
 
Əliyev  E.Ə.  Qloballaşma  dövründə  beynəlxalq  nəqliyyat 
daşımaları: hüquqi aspektlər. Bakı, 2006-360 s. 
3.
 
Avtomobil  yolları  haqqında  Azərbaycan  Respublikasının 
Qanunu. Bakı, 2000. 
4.
 
“Aviasiya haqqında”   Azərbaycan Respublikasının  Qanunu. 
Bakı, 2005. 
5.
 
Əliyev  E.Ə.  Beynəlxalq  daşımaların  hüquqi  tənzimlənməsi. 
Dərs vəsaiti. Bakı, 2008-524 s. 
6.
 
Экономика  и  организация  внешнеторговых  перевозок: 
учебник под ред. Холопова К.В. – Москва, 2000. 
7.
 
Назаренко 
В.М., 
Назаренко 
К.С. 
Транспортное 
обеспечение  внешнеэкономической  деятельности.  – 
Москва – 2000.  
8.
 
Внешнеторговые транспортные организации и логистика. 
Учебное  пособие  /  под  ред.  проф.  Д.С.  Николаева.  – 
Москва, 1998.  
9.
 
Фонатова 
О.В. 
 
Применение 
Инкотермс 
в 
международном и внутреннем торговом обороте. Москва, 
2008.  
10.
 
Вилкова  Н.Г.  Правила  толкования  международных 
торговых  терминов  Инкотермс  –  2000,  правовое 
регулирование и практика применения. Москва, 2008. 
11.
 
Кокин  А.С.,  Левиков  Г.А.  Международная  транспортная 
экспедиция. Москва, 2005. 
12.
 
Чиненов  М.В.  Страхование  внешнеэкономической 
деятельности. Москва, 2008. 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
174 
 
13.
 
Транспортная  логистика  /  под  ред.  Миротина  Л..Б. 
Москва, 2002. - 511 с. 
14.
 
Ермалаев  В.Г.,  Сиваков  О.Б.  «Морское  право»  Москва, 
2005, 255 с. 
15.
 
“İnkoterms  2000”  –  ticarət  terminlərinin  beynəlxalq 
qaydaları. Beynəlxalq ticarət palatası. Bakı-2001. 
16.
 
[Электронные ресурсы]: URL:http://www.mid.ru 
17.
 
[Электронные ресурсы]: 
URL:http://www.rustrans.ru
 
18.
 
[Электронные ресурсы]: URL:http://www.dic.academic.ru 
19.
 
[Электронные ресурсы]: URL:http://www.un.org 
20.
 
[Электронные ресурсы]: URL:http://www.transneft.ru 

Document Outline

  • BN_ - pervie 3 stranitsi.pdf
    • Пустая страница

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə