Şəfaət Məsələsində Şübhələrin İfşası



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix09.04.2022
ölçüsü1,24 Mb.
#85238
1   ...   15   16   17   18   19   20   21   22   ...   30
Şəfaət məsələsində şübhələrin ifşası

9.

 

Uca  Allahın,  şəfaətin  olması  üçün  qoyduğu  iki  şərti  (izin  və  razılıq) 

inkar etdiyi üçün. Dəlil: 

"Yalnız Onun iznindən sonra kimsə şəfaətçi ola bilər." (Yunus, 10/3) 

“Onlar yalnız Onun razı qaldığı şəxslərə şəfaət edəcəklər.” (Ənbiya, 21/28) 

"O gün ər-Rahmənin izn verdiyi və sözündən razı olduğu kəslərdən başqa 

heç kəsin şəfaəti fayda verməyəcəkdir." (Ta hə, 20/109) 

 

 



Bu əməlin şirk olduğunu ayələrlə isbat etdik. İndi isə, Muhəmməd ibn 

Abdulvahhəb'in sözləriylə şübhlərə cavab verək. 

 



 

Ş ü b h ə l ə r i n   İ f ş a s ı

   


                                                               

S

ə h i f ə



| 16 

 

 



Dua İbadət Deyil Şübhəsi 

 

Cavab: Duanın ibadət olduğunu artıq ayələrlə sübut etdik (bax sf: 11).  



Muhəmməd ibn Abdulvahhəb, Kəşf'uş Şubuhət'də dedi: 

"Əgər desə ki: Mən Allahdan başqasına ibadət etmirəm. Salehlərə edilən bu 

sığınma və dua ibadət deyildir. 

Ona de ki: Sən, Allahın sənə ibadəti Ona xas qılmağı fərz etdiyini və bunun, 

sənin  üzərinə  haqq  olduğunu  qəbul  edirsənmi?  Əgər  bəli  deyərsə, 

 

Ona de ki: Allahın sənə fərz etdiyi, ibadətin Allaha xas qılınmasını və sənin 



üzərinə  haqq  olan  bu  (ibadəti)  mənə  açıqla.  Əgər  o,  ibadəti  və  növlərini 

bilmirsə, Onu bu sözünlə açıqla. Uca Allah buyurur: 

"Rəbbinizə  acizanə  və  gizlicə  dua  edin!  Şübhəsiz  ki,  O,  həddi  aşanları 

sevmir." (Əraf, 7/55) 

Ona  bunu  öyrətdinsə,  de  ki:  Bunun  (duanın)  Allaha  ibadət  olduğunu 

bildinmi? Onun sənə: Bəli, dua ibadətin özüdür deməsi labüddür. 

Ona  de ki:  Onda  sən,  bunun  Allaha ibadət  olduğunu  qəbul  etdin.  Elə isə, 

gecə-gündüz qorxu və ümid içində Allaha dua edib sonra bu ehtiyacını bir 

Peyğəmbərdən  vəya  başqasından  istəyərsən,  Allaha  ibadətdə  başqasını 

şərik qoşmuş olursanmı? Onun, Bəli deməsi labüddür. 

Ona de ki: Uca Allahın bu sözü ilə əməl etdiyində: "Rəbbin üçün namaz qıl 

və  qurban kəs!"  (Kövsər,  108/2)  Və  ona itaət  edib  qurban  kəsdiyində  bu 

ibadət olurmu? Onun, Bəli deməsi labüddür. 

Ona  de  ki:  Əgər  sən  bir  məxluqata,  Peyğəmbərə,  cinə  vəya  onlardan 

başqasına qurban kəsərsən, bu ibadətdə Allahdan başqasını şərik qoşmuş 

olursanmı? Onun, qəbul edərək bəli deməsi labüddür. 

Sən  yenə  ona  de  ki:  Haqqında  Quran  endirilən  müşriklər  mələklərə, 

salehlərə, Lat və  ondan  başqalarına ibadət  edirdilərmi?  Onun  bəli  deməsi 

labüddür. 

 

Ona de ki: Məgər onların, onlara ibadətləri: Dua, qurban kəsmək, sığınmaq 



və  bunun  kimilər  deyilmiydi?  Onlar  da  Allahın  qulları  olduqlarını,  Onun 


 

Ş ü b h ə l ə r i n   İ f ş a s ı

   


                                                               

S

ə h i f ə



| 17 

 

hökmü  altında  olduqlarını  və  işləri  idarə  edənin  Allah  olduğunu  qəbul 



edirdilər. Lakin hörmət və şəfaət üçün onlara dua edir və sığınırdılar. Bu çox 

açıq bir məsələdir." 

 

Bu Dua Deyil, Nidadır (Səslənmədir) Şübhəsi 

 

Cavab: Bu elə duanın özüdür. Dəlil: 



Nuh da daha öncə nida (dua) etmişdi. Bizdə onu (duasını) qəbul etmişdik.” 

(Ənbiya, 21/76) 

“Bir zaman (Zəkəriyyə) Rəbbinə gizlicə nida (dua) etmişdi.”

 (Məryəm, 19/3) 

(Yunus) zülmətlər içində nida (dua) edərək demişdi: Səndən başqa ibadətə 



layiq  ilah  yoxdur!  Sən  pak  və  müqəddəssən.  Mən  isə,  həqiqətən, 

zalımlardan olmuşam.” (Ənbiya, 21/87) 

 

Rəsulullah

 ﷺ  


Eşitmirsə Niyə Salam Verirsiniz Şübhəsi

  

 

Onlar  dedilər:  Əgər  Allahdan  başqasını  çağırmaq  şirkdirsə  o  zaman  niyə 



namazda bu duanı oxuyursunuz? 

“Ey  Peyğəmbər,  sənə  salam  olsun.  Allahın  rəhməti  və  bərəkəti  (üzərinə 

olsun!)” 

Cavab: Şübhəsiz ki bu, Allahdan başqasından yardım diləmək deyil, sadəcə 

salam verməkdir. Və bu salamların Rəsulullaha 

 



çatdırıldığını bilirik:

 



Allahın, yer üzündə gəzən mələkləri vardır. Onlar ümmətimin salamlarını 

mənə çatdırarlar." 



16

 

                                                             



16

  Nəsəi, Səhv: 46 




 

Ş ü b h ə l ə r i n   İ f ş a s ı

   


                                                               

S

ə h i f ə



| 18 

 

Təşəhhüddə  verilən  bu  salamı  Rəsulullahın 



  eşitməsinə  dəlil  gətirmək, 

həmin duadan sonra oxunan, salehlərə verilən bu salamı da, onların mütləq 

olaraq eşitməsinə dəlil gətirməyi gərəkdirir ki, bu da sapıqlıqdır: 

“Bizə və Allahın saleh qullarına da salam olsun!” 

Həmçinin  Rəsulullahın 

  sağlığında,  səhabələr  müxtəlif  məkanlarda 



namazda bu duanı oxuyurdular. Heç Rəsulullah 

 onların hamısını eşidirdi 



demək olarmı?! 

 

Rəsulullahın 



 Bədr Günü Quyudakı Ölü Müşriklərə Xitab 

Etməsi Haqqında Şübhə 

 

İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir: 




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə