Şəfəq dolu bir nəğmə 1



Yüklə 381,02 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix14.01.2018
ölçüsü381,02 Kb.
#20774
  1   2   3   4   5   6   7   8   9   ...   13


Şəfəq dolu bir nəğmə 

 

 



                    

 

 


Əyyub Sabiroğlu 

 

 



 

Babam Taib  

Ə

f

ə

ndi Zeyxuri v

ə 

bac

ı



Mileyxan

ı

m Quliyevan

ı



ə

ziz  

xatirələrinə

  

 

Редактор:  

 Tapdıq Əlibəyli 



 

Əyyub Sabiroğlu. Şəfəq  dolu bir nəğmə. 

Bakı ,“Elm və təhsil”, 2013, 92 səh. 

 

 

Китабда  Əyyub  Sabiroğlunun  мцхтялиф  иллярдя 

йаздыьы    инсани-яхлаги  və  мяняви  дяйярляри  тялгин, 

ülvi məhəbbəti tərənnüm едян шеирляри топланмышдыр. 

 

 



 

 

2013


098

4702000000



N

 

грифли няшр 

 

            © 

«Елм вя тящсил», 2013 

 

 



Şəfəq dolu bir nəğmə 

 

 



                                             

 

 

 

DUYĞULARIN ġƏFƏQLƏNDĠYĠ 

POEZĠYA 

 

“Sevgisiz  ürəyə  həmdəm  –  kədərdir,  Sevgisiz 

insanın  ömrü hədərdir.” Özündə qüdsiyyət,  səda-

qət,  ülviyyət ehtiva edən bu misralar,  poetik ya-

radıcılığı-qaynar ilhamının, güclü müşahidə və po-

etik ümumiləşdirmə bacarığının,  püxtələşmiş şair 

qələminin  bəhrəsi olan  Əyyub Sabiroğluna (Əy-

yub Sabir oğlu Taibov)  məxsusdur.  Məncə,  bu  

fikir    onun  yaradıcılığı  üçün  çox  rəmzi  və  xa-

rakterikdir.    Çünki    Ə.  Sabiroğlu  nədən  yazır  –

yazsın,    onun  şeirlərinin  əsas  ruhunu  sevgi  təşkil 

edir : Ulu Yaradana sevgi,   təbiətə sevgi,  torpağa 

sevgi,  insanlığa sevgi,  Sözə sevgi... Zəngin Azər-

baycan ədəbi ənənələrinə dayaqlanan bu  poeziya   

Türk    dünyasının  ünlü    söz  sənətkarı,    fikir  daşı-

yıcısı Çingiz Aytmatovun  “...unutmaq olmaz ki,  

ənənələr  yalnız  və  yalnız  müasirliyin  gərdişində,  

yeni yaradıcıların yeni sözündə yaşayır” deyiminə  




Əyyub Sabiroğlu 

 

 



bir  daha  üz  tutmağa  rəvac  verir.  Fikrimə 

Ə.Sabiroğlunun poeziyasevərlərə bir ərməğan olacaq 

söz  çələnginin  işığında  aydınlıq  gətirmək  istəyində-

yəm. 


  Onun  poetik yaradıcılığının bir qismini özün-

də  əxz  edən  bu  kitab  metaforik  bir  ad  daşıyır: 

“Şəfəq dolu bir nəğmə”. Kitabın mətn palitrasın-

da  rəngarəng  şeirlərin aurası ilə  üzləşirik. Ovqat 

dəyişkənliyinin  kontekstində  bir  harmoniya,    bü-

tövlük duyulmaqdadır. Bəs nədir bu əhvali-ruhiy-

yəni,    haləti  şərtləndirən?  Doğru-dürüst  cavaba  

kitabın  adını  “təfsir”  etməklə  nail  olmaq  olar. 

Şair  şeirlərini  küll  halda  “şəfəq  dolu  bir  nəğmə” 

adlandırır.  Bəs bu şeirlərin bir nəğmə olmasını və  

şəfəq dolu  nəğməliyini şərtləndirən cəhət nədir?  

Diqqət  edək:  şəfəq-günəşin  doğan  və  qürub 

vaxtı  üfüqü  boyadığı    qızartı;  müvazi  olaraq  

şeirin  bədii  faktı,  təsirlənmə  obyektinin  biri   

sevinc-  dan  yerinin    sökülməsi,    digəri  isə  kədər- 

günəşin qürub etməsidir. Duyğunun  qoşa qanadı 

olan sevinc-kədər şairin könül nəğməsinin notları-

dır.  Bu  şeirlər  duyğu  “melodiyası”,    könül  nəğ-

məsidir.  Zənnimcə,  maraqlı  və  məharətlə  istifadə 

olunmuş  bir müqayisədir. 



            


Şəfəq dolu bir nəğmə 

 

 



...Söhbətlərimizin  birində  Əyyub    Sabiroğlu  

təvazökarlıqla:  -Biz  torpaq  üzərində  qurub-

yaradırıq,    sizsə  kağız  üzərində,-  deyə  təbəssüm 

etdi...    Nə  ğözəl  ki,    Ə.Sabiroğlu  həm  də  kağız 

üzərində  yaradır:  sözün  sehrinə  bələnə-bələnə, 

ürəyinin hərarətini misralara köçürə- köçürə. 

Onunla    tanışlığımız  neçə  illər  öncəyə  təsadüf 

edir. Elə  bu tanışlığa  körpü olan da məhz  Söz-

dür.  O  söz    ki,    ürəyi  daim  qurub  -yaratmaq 

eşqiylə  döyünən  Əyyub  Sabiroğlu  uzun illərdir  

ki,  inşaat sahəsində işləməsinə baxmayaraq,   on-

dan  ayrı  düşməyib,    duyğuların  işığında  ona  üz 

tutub,   işığında pərvanəyə dönüb. Yeri gəlmişkən  

qeyd edim ki,  o,  Azərbaycan  İnşaat  Mühəndis-

ləri İnstitutunu  (Azərbaycan Memarlıq və İnşaat 

Universiteti)  bitirib.  İnşaat  sahəsindəki  səmərəli 

fəaliyyətinə    görə    «Tərəqqi»  medalı  ilə    də  təltif 

edilmişdir. Ədəbi yaradıcılığa isə erkən  yaşların-

dan  həvəs göstərib.  Şeirləri 1977-ci  ildən  dövri 

mətbuatda  dərc    olunur.  «Məslək»  mükafatı 

laureatıdır.    

Onun  yaradıcılığında  bir-birini  tamamlayan  

insan və təbiət gözəlliklərinin vəhdəti  poetik ma-

hiyyət  kontekstində    dolğun  ümumiləşdirmələrlə 




Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə