Şəfəq dolu bir nəğmə 1



Yüklə 381,02 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix14.01.2018
ölçüsü381,02 Kb.
#20774
1   2   3   4   5   6   7   8   9   ...   13

Əyyub Sabiroğlu 

 

 



əks etdirilmişdir. Gənclik illərində yazdığı  şeirlə-

rin birində deyir: 

 

«Məlixan meşəsi» bilmirəm nədən 



Pərişan görünür gözümə bu gün?! 

Bəlkə,  çoxdan bura gəlmədiyimdən 

Qonmuş yarpağına kədər söyüdün? 

 

Qarlı–boranlı  bir  qış  günü  yolum  Əyyub  



Taibovun  rəhbərlik  etdiyi tikinti idarəsinin  inşa  

etdiyi  baza-  kompleksə  düşmüşdü.  Hər  tərəfi  ağ 

örpəyə  bürümüş  axşamdan  yağan  qar  dan  yeri 

ağarana doğru səngisə də,  gündüz çovğun başla-

mışdı. 

Tikinti obyekti   Xəzərin sahil ərazisində  oldu-



ğundan şaxtalı hava  daha da dondurucu və  kə-

sərli  idi.  Dənizdən  əsən  güclü  külək  getdikcə  şid-

dətlənir,  quduzlaşmış dalğalar qəzəblə sahilə hü-

cum  çəkməkdəydi...Belə  bir  hava  şəraitində  Əy-

yub  müəllim  özünün  isti  iş  otağında  deyil,    açıq 

havada  iş  başında  idi.  Əvvəlcə,    təəccübləndim,  

düşünəndə ki,  axı o,  şairdir,  fikrim  dürüstləşdi: 

elə belə də olmalıdır... Bu sətirləri yazarkən onun 




Şəfəq dolu bir nəğmə 

 

 



vaxtilə  qışla bağlı qələmə aldığı maraqlı bir bəndi 

yada düşdü:  

 

Quduz bir vəhşi tək ulayır külək,  



Göstərmək istəyir  sanki  gücünü.           

Kimi ləzzət alır şuba geyərək,  

Kimi tək pencəkdə soyuq qış günü.   

 

Təbiət  şairi  kimi  tanıdığımız    Musa  Yaqubun 



təbirincə  desək:  «Əslində  şeir  olan  yerdə  gərək 

əlavə  danışmayasan,    şair  haqqında  izah  vermə-

yəsən.  Çünki  şairin  fikri  də,    duyğu  və  düşüncəsi 

də,  sevgisi də onun şeirlərindədir...»  

                                         

Bu dilsiz yollara dikib gözümü,  

Yolunu gözlərəm hər səhər,  axşam. 

Məndədir Əyyubun səbri,   dözümü,  

Müqəddəs bir eşqə arxalanmışam.     

Bəllidir ki, bənzərsiz  təbiət bəzəyi olan  bənövşəyə yüzlərlə şeir həsr olunub. 

 

Aşiqanə  görünüşlü,    bahar  müjdəli    bənövşə 



mənəvi  rişələrlə  dühaların  söz    çeşməsindən  su 

içən  Əyyub Sabiroğlunu da özünə bənd edib.  Bu 

gül  ilham  pərisinin  qanadlarında    öz  lətif  ətrini 

şairin    söz  ətrinə  qatıb.  Düşüb  səhər-  səhər  çə-




Əyyub Sabiroğlu 

 

 



nə...az  qalıb  danışıb-dinə...  «Tanış  mövzuda  təzə 

söz deyə bilib»,  -deyə  biləcəyimiz «Bənövşə» qoş-

masında  Ə.Sabiroğlu yazır: 

 

Büllur şeh damlası yanağındadır,  



Bir şeyda bülbülün sorağındadır. 

«Söyüdlü çeşmə» nin qırağındadır,  

Düşüb səhər- səhər çənə bənövşə. 

 

O  «Söyüdlü çeşmə» ki,  Ə.Sabiroğlunun  dün-



yaya  göz  açdığı  (8  aprel  1956-cı  il  ),    boya-  başa 

çatdığı,  ilk heyrətini pıçıldadığı doğma yurdun -

Xaçmaz  rayonunun    Xanoba  kəndinin  füsunkar 

guşəsidir. 

 

Əlimi uzatdım,   onu qoparam,  



Görüşə gedəndə yarçün aparam,  

Mənə qəmli- qəmli baxdı bu zaman,  

Az qaldı danışa,  dinə bənövşə. 

 

Sanki  misralaradan  kövrək,    həsas  bir  ürəyin 



döyüntüləri eşidilir. Şairin bədii idrakının,  poetik 

təfəkkürünün    qaynaqları  xalq  ruhundan  süzülüb 

gəlir. Şeirin ovqatına qatıldıqca yaddaşımda poe-



Şəfəq dolu bir nəğmə 

 

 



tik sözümüzün cəfakeşlərindən olan,  Türk dünya-

sının  tanınmış  qələm  sahibi  Məmməd  Aslanın  

«Şairliyi  bahardan,    bənövşədən  öyrəndim...»,  -  

deyimi yarpaqlanır. 

 

Əyyubam,  gözəllik aşiqiyəm mən,  



Könlüm ilham alar güldən- çiçəkdən. 

O gün ki vuruldum sənə ürəkdən,   

Doludur söz ilə sinə,  bənövşə. 

 

 



Sinəsi  sözlə  dolu  olan  Əyyub  Sabiroğlunun 

süjetli  şeirləri  də  maraq  doğurur.  Təsvir  olunan 

«süjet  xətti»    sadə    və    «boyasız»  şəkildə    öz  

poetik səciyyəsini,  bədii həllini tapır.  Bu  sadəlik  

şeiri  bəsitləşdirmir,    əksinə  zənginləşdirir.  Diqqət 

edək: 


 

Bir gənc öz əhdinə çıxdı vəfasız,  

Uzaq bir diyarda ailə qurdu. 

Yolunu həsrətlə gözlədi bir qız,  

Ömrünü təkliklə üz-üzə durdu.  

 

Bəllidir  ki,  bədii  ədəbiyyatın  təsir  qüvvəsi  



onun dili ilə,  ifadə tərzi ilə şərtlənir. 


Əyyub Sabiroğlu 

 

 

10 



Əbəs  yerə  deyildir  ki,      xalq,      ruhuna  yaxın 

olan  ədəbi    irsi  sevə-sevə  yaddaşında  yaşadır. 

Dilin  ədəbi  müstəvidə  səciyyəvi  cəhəti,    xəlqiliyi 

Əyyub  Sabiroğlunun  yaradıcılığında  önəm  daşı-

yan    amildir;  dili  təbii  və  səmimidir.  Bu  cəhət 

onun poeziyasını bütövlükdə müşayiət edir.  

 

Meşədə bir güllə səsi eşitdim, -  



Bir cüyür balası anasız qaldı. 

Meşədə bir güllə səsi eşitdim, - 

Bir kəklik yuvası kimsəsiz qaldı.        

 

Ə.Sabiroğlunun yüksək ideya xüsusiyyətlərinə,  



kolorit  gözəlliyinə    malik  olan  şeirlərinin  poetik  

gücü,  həmçinin ictimai-milli siqləti  yetərincədir. 

 Açılan  gülləylə  bir  cüyür  balasının  anasız,  bir 

kəklik  yuvasının  kimsəsiz,    bir  durna  qatarının 

başsız...qalacağından narahat olan şair başqa bir 

şeirində  “güllə  səsi”nin    “dilsiz  bir  körpənin  acı 

naləsi” nə səbəb olacağını deyir:                



Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə