Şəfəq dolu bir nəğmə 1



Yüklə 381,02 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix14.01.2018
ölçüsü381,02 Kb.
#20774
1   2   3   4   5   6   7   8   9   ...   13

Şəfəq dolu bir nəğmə 

 

 

11 



Hardasa atılan güllənin səsi 

Mənim ürəyimi yaralar,  keçər. 

Dilsiz bir körpənin acı naləsi                 

Gecənin qoynunu paralar,  keçər.   

 

 

Görünür,  bu ovqata  şairin atası Sabir müəlli-



min  (ixtisasca  pedaqoqdur)  II Dünya mühüribə-

si iştirakçısı olması,  o illərin ağrı –acılarını, dəh-

şətlərini  yaşaması  faktı  da    sirayət  etmişdir.  

HaĢiyə:  Dərbənd  Pedaqoji  Texnikumunu  fərq-

lənmə  diplomu  ilə    bitirən    Sabir  müəllim  əmək 

fəaliyyətinə  Dağıstanın dağ kəndi Ağlabıda əsası 

özü  tərəfindən  qoyulmuş  ilk  ibtidai  məktəbdə  

başlayıb.  Dövrünün  sayılan  şəxsiyyətlərindən 

olmuş,    uzun  illər  müəllim    işləyən  atası  Taib,  

onu da  müəllim görmək istəmişdi. 

Müharibə çoxları kimi Sabir müəllimi də  sev-

diyi  peşəsindən  bir  müddət    ayrı  salmışdır.  Qələ-

bədən sonra doğma yurda qayıdan Sabir müəllim 

yenidən  pedaqoji  fəaliyyətə  başlamış,    Xanoba 

kənd  yeddiillik    məktəbində  müəllim  işləyə-işləyə 

ali təhsil almışdır. 

Onun  cəbhə  yolu  503-cü  alayın  tərkibində  Ki-

çik torpaq,  Kerç,  Krım  uğrunda gedən amansız 



Əyyub Sabiroğlu 

 

 

12 



döyüşlərdən  keçir.  Qafqazın  müdafiəsində  cəbhə-

dən-cəbhəyə atılır. Korenovsk şəhəri ətrafında ge-

dən vuruşlarda yaralanması ilə  bir müddət müali-

cə  olunsa  da,    sağalandan  sonra  107  saylı  dəniz 

desantının  tərkibində    döyüş  əməliyyatlarını 

davam  etdirir.  1943  -cü  ilin  avqust  günlərinin 

birində  ikinci  dəfə  ağır  yaralanır.  Aderbeyevka   

kəndində yerləşən hərbi xəstəxanada müalicə olu-

nur.  Üç  aydan  sonra  84  saylı  desant  diviziysının 

tərkibində Kerç şəhərinə göndərilir.  

1943-cü  ilin  son  günlərində  yenidən  düşmən 

gülləsinə tuş gələn gənc döyüşçü alman qəsbkarla-

rından qisas almaq məqsədilə cəbhənin ön sırala-

rında  döyüşlərə  qatılır.    Bu  dəfəki  döyüş  yolu  I 

Pribaltika cəbhəsindən başlayır. 

Latviya,    Litva  uğrunda  gedən  döyüşlərdə 

qəhrəmanlıqlar götərir. Dubel şəhəri yaxınlığında 

dödüncü  dəfə aldığı yaradan da  sağ- salamat  çı-

xan    iki  dəfə  “Qırmızı  bayraq”  ordenli    döyüşçü  

1945-ci ilin aprelində  Leninqrad  Piyadalar Mək-

təbinə  təhsil almağa göndərilir. Bir müddət orada 

qulluq edir,  zabit kadrlarının hazırlığında  fəal iş-

tirak edir.  Sinəsini on dörd orden və medal bəzə-

yən,  tağım komandirliyindən tabor komandirinin 




Şəfəq dolu bir nəğmə 

 

 

13 



müavinliyinədək yüksələn,  kapitan rütbəli  Sabir 

Taibov 1946 -ci ilin  dekabrında ordu sıralarından  

tərxis olub. 

...Uğurlu  ideya - bədii həllini tapmış şeirlərdə 

poetik  ümumiləşdirmənin  məna  tutumu  dolğun-

dur.  Milli  ruhun  kifayət  qədər  möhtəşəm  olduğu 

poetik örnəklərdə bənzərsiz mətndaxili intonasiya  

lirik  bir  vüsətlə    cilalanır.  «Yaşamağa  dəyərmi 

heç» şeirində olduğu tək:  

 

Kimliyimiz çıxıb yaddan,  



Od oğlu diksinir oddan.  

Namərdlərdir at oynadan,  

Yaşamağa dəyərmi heç? 

 

«Od  oğlu  diksinir  oddan»    -deyən  şair  Odlar  



yurdu Azərbaycanın əsrlərin,  qərinələrin o üzün-

dən üzü bəri gələn ruhunun  səsinə,  «Mənlik» şə-

rəf və qürurunun ucalığına, ülviliyinə tapınır. Baş-

qa  bir  şeirində  isə  Vətəninin  poetik  tərənnümü 

axar-baxarlı  Azərbaycana  məhəbbətin  bədii  ehti-

vasıdır.  

 

 



Əyyub Sabiroğlu 

 

 

14 



Dilimin müqəddəs sözüdür  Vətən! 

Eşqimin,  sevgimin gözüdür Vətən! 

Mənim həyatımın özüdür  Vətən! 

Mən onun ən kiçik bir zərrəsiyəm. 

 

Öz məzmunu,  nəzərə çarpacaq poetik orijinal-



lığı,  həyatiliyi ilə seçilən bu şeirlərin  aurasında is-

tər-istəməz  fikirləşirsən:  Əyyub    Sabiroğlunun 

yazdıqlarının demək olar ki,  çoxu yaşantılarının  

bədii sözdə təcəllisidir.  

Ə. Sabiroğlunun  bədii fikrin alt qatındakı mə-

nadan  hasil  olan  qayədə  üzə  çıxan    həyat  və  cə-

miyyət  hadisələrinə  şair  münasibəti    bədii-fəlsəfi 

leytmotiv  kimi  çıxış  edir.  Bu  cəhət  onun  fəlsəfi 

yüklü şeirləri üçün daha xarakterikdir. 

 

Tüstülənib yanan ağac,  



Qalanmağın  yaman,  ağac !.. 

Sən yabanı,  biz yabanı,   

Şər bürüyüb  bu  dünyanı. 

 

Şairin  şeirləri  ictimai-fəlsəfi  qayəsi  ilə  yanaşı  



böyük  bədii-estetik  dəyəri  və  yüksək  poetik  key-

fiyyətləri ilə də diqqət çəkir. 




Şəfəq dolu bir nəğmə 

 

 

15 



Əyyub  Sabiroğlunun poeziyasına bələd olduq-

ca,  nəhayətsiz  xəyallar  aləminin  toranında  dan 

yeri  ağarır, duyğuları şəfəqləndirən sözün  üfüq-

ləri    fikrin  ənginliyində  nura  boyanır  və  düşün-

cələr işığa qərq olur.  

Tapdıq Əlibəyli,   

 

şair –publisist,  

Azərbaycan Yazıçılar Birliyinin,  

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,   

 «Qızıl qələm»   mükafatı laureatı

  

 



Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə