Şəfəq dolu bir nəğmə 1



Yüklə 381,02 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix14.01.2018
ölçüsü381,02 Kb.
#20774
1   2   3   4   5   6   7   8   9   ...   13

Əyyub Sabiroğlu 

 

 

16 



 

Analar 

 

(Anam Oğlangərək Əlisoltan 

qızının timsalında bütün analara) 

 

Bir gözü ağlayar,   bir gözü  gülər,   

Ürəkdən keçəni  bilər analar. 

Ən qəmli vaxtında,  qəmli çagında,  

Körpənin üzünə gülər analar. 

 

Dərdini,  qəmini gizli saxlayar,  



Oğuldan,  uşaqdan gizli ağlayar... 

Ümidin hər zaman Tanrıya bağlar,  

Övlada  səadət   dilər analar. 

 

Qurbanam alnının qırışlarına,  



Qurbanam nisgilli baxışlarına. 

Hər  zaman möhtacıq alqışlarına,  

Aləmə nurundan  ələr analar. 

                                          



                                      

2004 

 

 



 


Şəfəq dolu bir nəğmə 

 

 

17 



                

              Ata yurdum- Xanobam 

 

               (Atam Sabir müəllimə)  

 

Şah palıd kölgəsini saldı bulağın gözünə,  

Sanki «Karvan bulağı» çəkdi niqabın üzünə. 

 

Bir zaman səs-küylə dolu «Qaraskam» 



İndi həsrət qalıb uşaq səsinə. 

Möhtəşəm qovaqdan bir kötük qalıb. 

Yayda  yığışardıq biz kölgəsinə. 

 

Yenə dar küçələr palçıqla dolu,  



Kimsəsiz həyətlər məzarlar kimi. 

Yenə də dolanbac gedirəm yolu,   

Gecə kəndə girmiş oğrular kimi. 

 

Ayaq səslərinə itlər hürəndə,  



Hasardan boylanıb -baxır qocalar. 

Sevinirlər tanış bir üz  görəndə,  

Quru salama da möhtacdı onlar. 

 

 




Əyyub Sabiroğlu 

 

 

18 



Yenə də «Miskin»də tonqal qalanıb,   

Yenə dövrəsində ahıl adamlar.  

Qismətdən gen düşüb, bəxti bağlanıb,  

Bu kənddə yenə də ölü yeri var... 

 

Şərin qapısını qıran gərəkdir,  



Elə bil  bir bədlik bürüyüb kəndi. 

Allah da bu kənddən üzün döndərib? 

Uçulub-dağılır bərəsi-bəndi. 

 

Bir vaxt dolanardı hamı mehriban,   



Ağsaqqal sözünə  hörmət də vardı. 

Hamı danışardı kənd bağlarından,  

Bərəkət də vardı,  izzət də vardı. 

 

Bir-bir dönür geri,  bir vaxt gedənər,  



Kəndin torpağına qarışmaq üçün. 

Bəlkə,  bu qayıdış  bir ruh işidir, - 

Əzəllə,  əcdadla danışmaq üçün... 

 

Mənim doğma kəndim,  doğma ocağım,   



Mənim ata yurdum,  ana qucağım,  

Obalar içində sənsən xan obam,  

Mənim ülviyyətim,  mənim Xanobam! 



Şəfəq dolu bir nəğmə 

 

 

19 



 

Hər gecə girirsən yuxularıma; 

«Karvan bulağı»nla,  « Qaraskam»ınla. 

Gül-çiçək dərirəm «Həli bağı»ndan,  

«Qışlaq dərəsi»ndən,  «Qasım bağı»ndan. 

 

Anam:keçdi,  -deyə,  -naxır «Tala»dan,  



Başıma sığalla oyadır məni. 

Nurlu çöhrəsində xəfif təbəssüm: 

Atam: tənbəl,-deyə,  cırnadır məni. 

 

İndi yasaq olub doğma meşələr,  



«Balax bulağı»na yollar bağlanıb.  

Daha güney,  qüzey bölünmüşük  biz,  

Dillər qıfıllıdır,  qollar bağlanıb... 

                                    

   20.10.1992 

 

 

 

 

 

 

 



Əyyub Sabiroğlu 

 

 

20 



                      BənövĢə 

 

Yoldan ötənləri salamlayır,  bax,  

Boynunu bükərək yenə bənövşə. 

Görəsən,  halıma nə vaxt yanacaq,  

Bir nəzər salacaq mənə bənövşə? 

 

Büllur şeh damlası yanağındadır,  



Bir şeyda bülbülün sorağındadır. 

«Söyüdlü çeşmə» nin qırağındadır,  

Düşüb səhər- səhər çənə bənövşə.       

 

  



 

Əlimi uzatdım,   onu qoparam,  

Görüşə gedəndə yarçün aparam,  

Mənə qəmli- qəmli baxdı bu zaman,  

Az qaldı danışa,  dinə bənövşə. 

 

Əllərim titrədi,  ürəyim əsdi,  



Özüm də bilmədim bu nə həvəsdi. 

Sirli baxışınmı qarşımı kəsdi,  

Ya könlüm qıymadı sənə,  bənövşə?   

 

 



Əyyubam,  gözəllik aşiqiyəm mən,  

Könlüm ilham alar güldən- çiçəkdən. 

O gün ki vuruldum sənə ürəkdən,   

Doludur söz ilə sinə,  bənövşə. 

 

                                                          1979 




Şəfəq dolu bir nəğmə 

 

 

21 



 

Yada sal  məni 

                     

 Sevgilim,   keçərkən göy çəmənlikdən,  

Bir an ayaq saxla,  yada sal məni. 

Bilirsən, gözəllik aşiqiyəm mən,  

Güldən dəstə bağla,  yada sal məni. 

 

«Karvan bulağı»na su dalınca gəl,  



Günəş üfüqlərdən boylanınca gəl,  

Bülbüllər yuxudan oyanınca gəl,  

Bəhsə gir bulaqla,  yada sal məni. 

 

Hərdən yolunu sal  «Qışlağa» sarı,  



Gəzdiyim yerləri  gəz,  dolan barı. 

Mənsiz yetim qalmış dar cığırları  

Mənim tək ayaqla,  yada sal məni. 

 

Bəlkə,  vaxtsız  ölüm,  amansız əcəl,  



Bir səhər ömrümə uzadacaq  əl,  

Əyyubam,  gəl barı,  köç  zamanı  gəl,   

Qəbrim üstə ağla,  yada sal məni. 

 

                                                       30.07.1978 




Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə