Əyyub Sabiroğlu
36
Dərdliyəm, dərdimi bilənim yoxdur,
Gözümün yaşını silənim yoxdur.
Qalıb ürəyimdə arzum, muradım,
Göyləri titrədir acı fəryadım.
Fəqət təkcə sənə çatmır harayım,
De, hansı məkanada səni arayım?
Ey mənim ömrümə nur saçan çıraq,
Sən getdin köksümü parçalayaraq!..
30.06.1988
Şəfəq dolu bir nəğmə
37
Yaman xətrimə dəymisən
Hər nazına dözən mənəm,
Saçına gül düzən mənəm,
Havalı tək gəzən mənəm,
Sən mənim qəddim əymisən,
Yaman xətrimə dəymisən.
Aşiq oldum incə belə,
Gətiribdir həsrət dilə:
Ay insafsız, gülə-gülə
Sən mənim qəddim əymisən,
Yaman xətrimə dəymisən.
Bənzərin var qönçə gülə,
Qoyma əğyar mənə gülə.
Atəşində döndüm külə...
Sən mənim qəddim əymisən,
Yaman xətrimə dəymisən.
Könül dözməz bu hicrana,
Sənsiz ömür bir viranə.
Əyyub deyər yana-yana:
Sən mənim qəddim əymisən,
Yaman xətrimə dəymisən.
Yaman xətrimə dəymisən.
18.08.2005
Əyyub Sabiroğlu
38
Ay ürək
Köklənmiş tar kimi nalə çəkərək,
Nə fəğan edirsən yenə, ay ürək?
Yarası sağalmaz ilk məhəbbətin,
Qismətin hökmünə dözəsən gərək.
Hələ nə görmüşəm, incidib məni,
Qoymursan yatmağa bütün gecəni?
Poladdan möhkəmsən, şüşədən kövrək,
De kimlər sındırıb səni, ay ürək?
Yorğun yolçular tək hərdən «durursan»,
Təlaşla döyünür, titrək vurursan.
Od tutub alovlan, yan məşəl kimi,
Həyat gələcəyə səsləyir məni.
Mənim gələcəyə səyahətim var!
Ömrümdə gülməmiş hələ ilk bahar.
Niyə ağrıyırsan, niyə, ay ürək?
Niyə ağlayırsan, niyə, ay ürək?!
05.10.1978
Şəfəq dolu bir nəğmə
39
Ürəyinə dəyən söz
Kaş ki sənin ürəyinə dəyən söz,
Bir ox olub ürəyimə dəyəydi.
Çatılaydı sinəm üstə ocaq...köz.
Ürəksizlik düz qəddimi əyəydi.
Yollarımı duman-çiskin alaydı,
Göz yaşımla quru çaylar dolaydı,
Sənsizlikdən çöhrəm tamam solaydı,
Görənlər adıma Məcnun deyəydi...
17.01.1997
Əyyub Sabiroğlu
40
Ayrılıq
Qəlbimə od salıb getdi o dilbər,
Dalınca həsrətlə baxdı gözlərim.
Dəyişdi yerini bir-bir fəsillər,
Ürəyimdə qaldı ürək sözlərim.
İçdim ayrılığın qəm şərbətini,
Alışdım hicranın oduna şam tək.
Yandırır bu atəş, bu həsrət məni,
Qismətin hökmüdür, dözəsən gərək.
17.08.1974
Şəfəq dolu bir nəğmə
41
Sənsizlik
Artıq neçə ildir görmürəm səni,
Ayrılıq ay aman, yaman olurmuş.
Həsrətin yandırır kövrək qəlbimi,
Ayrılıq yandırıb-yaxan olurmuş.
Nələr çəkməmişdir bu illər başım?
Xəyallar olubdu könül sirdaşım.
Dilim qabar olub, necə danışım?
Ayrılıq qəm-qüssə, fəğan olurmuş.
Sənsizlik köksümdə açdı yaralar,
Sənsizlik başıma qar yağdırdı, qar.
Qayıdıb gəldi də köçən durnalar...
Ayrılıq amansız hicran olurmuş.
Gəl eylə yaralı könlümə dərman,
Bu hicran əlindən qurtar, ey canan.
Döndərmə üzünü Əyyub Tənhadan,
Ayrılıq vaxtsız can alan olurmuş.
08.06.1974
Əyyub Sabiroğlu
42
DüĢüb
Ağlar könül, ağlar qələm, ağlar göz,
Əyyub Tənha yorğan -döşəyə düşüb.
Xəstə yatır, demək istər neçə söz...
Gözü bir ala göz mələyə düşüb.
Artıq neçə aydır yoldadır gözü,
Elə hey yardandır söhbəti-sözü.
Ağlayır yar üçün yazığın özü,
Sanki bir bülbüldür, cələyə düşüb.
Ürəyi yaratmaq eşqiylə coşur,
Sevdiyi dilbərə nəğmələr qoşur,
Ötən durnalardan yarı soruşur...
Vəfasız əlindən bəlaya düşüb.
Sınaqda dostu da düşmənə döndü,
Iblis də sevindi, xoşhal göründü.
Müqəddəs bir eşqın çırağı söndü,
Sonuncu gümanı fələyə düşüb.
14.03. 1972
Dostları ilə paylaş: |