Səfir Robert Sekutanın çıxışı Humanitar Yardım Layihəsi Təməlqoyma mərasimi Yeni-Daşkənd Cümə axşamı, 5 Noyabr, 2015



Yüklə 10,19 Kb.

tarix29.01.2018
ölçüsü10,19 Kb.

background image
Səfir Robert Sekutanın çıxışı 

Humanitar Yardım Layihəsi 

Təməlqoyma mərasimi 

Yeni-Daşkənd 

Cümə axşamı, 5 Noyabr, 2015 

Hər vaxtınız xeyir. Qəbul üçün sağ olun.  Mən və Həyat yoldaşım Ənn, Mayor 

Scheinbaum ilə Yeni Daşkəndə məcburi köçkün icmalarının su təchizatı 

layihəsinin təməlini qoymaqdan çox şadıq.  

Bu layihə ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı ilə 

Birləşmiş Ştatların icra etdiyi üç yeni su layihəsindən biridir.  Digər iki layihə 

Ərdüşlü və Alxaslıdadır.  Bu üç layihə 670 (altı yüz yetmiş) ailə üçün, və ya 3300 

(üç min üç yüzdən)  çox qaçqın və məcburi köçkünün su təchizatını 

yaxşılaşdıracaq. Amerika Birləşmiş Ştatları 1992-ci (min doqquz yüz doxsan 

ikinci)ildən azərbaycanlılara güclü, sabit, çiçəklənən, demokratik Azərbaycan 

qurulmasında kömək etmək və Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş 

insanların ehtiyaclarını qarşılamaq üçün layihələr icra edir. Bu layihə həmin 

layihələrin davamıdır. 

1992-ci (min doqquz yüz doxsan ikinci) ildən ABŞ azərbaycanlılara kömək 

etmək üçün 1.5 (bir tam onda beş milyard) dollardan çox vəsait ayırıb. USAID, 

Hərbi Əməkdaşlıq Ofisi və ABŞ-ın digər təşkilatları məcburi köçkünlər üçün 

layihələrə 115 (yüz on beş) milyon dollar ayırıb. Bu layihəni ABŞ Avropa 

Komandanlığı, ABŞ Ordu Mühəndislər Korpusunun köməyi ilə ABŞ səfirliyinin 

Hərbi Əməkdaşlıq Ofisi icra edəcək. 2003-cü ildən ABŞ Müdafiə Nazirliyi 

məcburi köçkünlər üçün 17 (on yeddi) humanitar yardım, məktəb tikintisi və su 

layihəsi üçün 4 milyon dollar ayırıb. Bu layihələr məcburi köçkünlərin şəraitini 

yaxşılaşdırmağa hazır olduğumuzu göstərir. Birləşmiş Ştatlar ATƏT-in Minsk 

Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün 

səylərini davam etdirir. Məcburi köçkünlərin və qaçqınların ehtiyaclarının 

qarşılanması bu səylərin vacib hissəsi olacaq. Səfir Uorlik regiona son səfərində 

dedi “Harda yaşamalarından asılı olmayaraq qaçqınlar və məcburi köçkünlərin 

evlərinə qayıtmasına şərait yaradılmalıdır” . Bu layihələr yerli icma liderlərinin 

köməyi ilə Birləşmiş Ştatlar və Azərbaycan hökumətlərinin birgə nailiyyətinin 



background image
bariz nümunəsidir. Bu ölkələrimiz arasında əməkdaşlığın, dostluğun vacibliyini 

göstərir. Azərbaycanlılar uğurlu, güclü və inkişaf edən ölkə qurarkən 

amerikalıların azərbaycanlıların yanında olmaq və kömək etmək əzmini göstərir.    

İcazə verin, bu layihəyə diqqət yetirək. Niyə su? İçməli su insanlar üçün çox 

vacibdir. Yoxsulluq, aclıq, uşaq ölümünün azaldılması, anaların sağlamlığının 

yaxşılaşdırılması, yoluxucu xəstəliklərə qarşı mübarizə, ətraf mühitin qorunması da 

vacibdir. Yeni Daşkənddə su təchizatının yaxşılaşması əhaliyə fayda verəcək.  

Layihə yerli klinikanın su təchizatını yaxşılaşdıracaq və xəstələrin təmiz su əldə 

etməsinə kömək edəcək.  

İcazə verin bir daha Azərbaycan hökuməti, Yeni Daşkənd rəhbərliyi, ABŞ 

Ordu Mühəndislər Korpusu, ABŞ səfirliyinın burda olan işçiləri, hərbçiləri, ABŞ 

Avropa Komandanlığına gərgin işə görə təşəkkürümü bildirim. İcazə verin onlara 



və bu icmanın əhalisinə su layihəsinin icrasında uğurlar arzulayım. 

### 

: libraries -> azerbaijan -> 749085 -> highlights
highlights -> Səfirin Açılış Nitqi Amerika Günləri Festivalının Açılış Mərasimi Nizami Kino Mərkəzi, Bakı Azərbaycan
highlights -> DöVLƏt katiBİ con kerriNİn bəyanati 25 noyabr 2015-ci IL Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar
highlights -> Mətbuat Katibliyi Press-reliz
highlights -> Prezidentin İqlim Dəyişikliyinə dair Paris Sazişi barədə Bəyanatı
highlights -> Dövlət Departamenti Maliyyə Şəffaflıq Hesabatını dərc etmişdir
highlights -> Abş-ın Azərbaycan Respublikasındakı Səfirliyi Səfir Riçard Morninqstar
highlights -> Abş-ın Azərbaycan Respublikasındakı Səfirliyi Müvəqqəti işlər vəkili Derek Hoqan
highlights -> Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə Prezidentin çıxışı
highlights -> Prepared remarks
highlights -> Səfir Riçard Morninqstarın Çıxışı Xəzər Neft və Qaz Sərgisi qəbul mərasimi Bakı, Azərbaycan 3 iyun, 2014-cü IL


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə