Səfirin Açılış Nitqi Amerika Günləri Festivalının Açılış Mərasimi Nizami Kino Mərkəzi, Bakı Azərbaycan



Yüklə 16,27 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü16,27 Kb.
#1738


Səfirin Açılış Nitqi 

Amerika Günləri Festivalının Açılış Mərasimi 

Nizami Kino Mərkəzi, Bakı Azərbaycan 

10 mart, 2015, Çərşənbə axşamı, 19:00 

Axşamınız xeyir. 

Bu  axşam  ilk  Amerika  Günləri  Festivalında  bizimlə  bir  yerdə  olduğunuza  görə  sizə  dərin 

təşəkkürümü bildirirəm.  Xoş gəlmisiniz! 

Səfir  kimi  başlıca  vəzifələrimdən  biri  ölkələrimiz  arasındakı  əlaqələri  gücləndirməkdir.  Bunu 

həyata  keçirməyin  ən  yaxşı  yollarından  biri  ofisi  tərk  edərək  iki  ölkənin  insanlarını  bir  araya 

gətirmək, amerikalı və azərbaycanlıların bir-birini nəyin narahat və xoşbəxt etdiyini öyrənməsinə 

kömək  etməkdir.  Hökümətlərimiz  arasındakı  bağı  möhkəmləndirməklə  yanaşı,  bu  iki  ölkədə 

yaşayıb  fəaliyyət  göstərən  gənc,  müəllim,  alim,  sənətkar,  jurnalist,  sahibkar,  və  mühəndislər 

arasında  da  əlaqələrin  qurulmasını  istəyirəm.  Amerika  Günləri  çərçivəsində  planlaşdırdığımız 

tədbirlər bu əlaqələrin qurulmasında əvəzsizdir. 

Burada  olduğum  bir  ay  ərzində  bir  çox  ortaq  cəhətlərimizin  şahidi  oldum.  Ölkələrimiz 

müxtəlifliyə tolerantlıq və hörmət mədəniyyətinə sahib olması ilə fəxr edir. 

Səfərim müddətində ölkəniz haqqında daha çox öyrənməli olduğumdan agaham. Eyni zamanda 

azərbaycanlıların amerikalılar haqqında daha çox məlumatlı olması üçün edə biləcəyim çox şey 

var.  Biz  bunu  Dövlət  Katibin  köməkçisi  Nuland,  Xüsusi  elçi  Hoxştayn  və  digərlərinin 

Azərbaycana  son  səfərləri  kimi  rəsmi  yollarla  həyata  keçiririk.  Bununla  yanaşı  Azərbaycan  və 

Amerika arasındakı işgüzar əlaqələri də bir araya gətiririk. SilkWay və Boeing şirkətləri arasında 

imzalanan son saziş buna sübutdur. Bizim konsulluq şöbəmiz hər gün Amerikaya səyahət etməyə 

hazırlaşan işgüzar şəxslər, tələbə və turistlər üçün viza hazırlayır. Cümə günü onlayn keçiriləcək 

“Konsula sual” sessiyasında bu haqda  ətraflı öyrənə bilərsiniz. Biz azərbaycanlıların  akademik 

və  professional  mübadilə  proqramları    vasitəsilə  Amerikaya  səfərini  dəstəkləyir,  eyni  zamanda 

Amerika  Günlərində  olduğu  kimi  öz  mədəniyyətimizi  üzbəüz  paylaşmaq  üçün  amerikalıları 

Azərbaycana dəvət edirik. 

Bu  gün  açılışını  etdiyimiz  Amerika  Günləri  Festivalı  daha  çox  etmək,  azərbaycanlılara 

Amerikanı daha yaxşı tanımaq üçün daha çox imkan vermək niyyətindədir. Festival proqramına 

aşpaz, yerli amerikalı rəqqaslar, imam, musiqi qrupları və kino filmlər daxildir. Bu tədbirlər sizə 

Amerika,  həm  uğurlarımız,  həm  də  uğursuzluqlarımız  haqqında  daha  çox  məlumat  verəcək. 

Səmimi  desək,  Amerikanın  hekayəsi  uğurlarımız  qədər  uğursuzluqlarımız  üzərində  qurulub. 

Daha  vacib  isə  budur  ki,  öz  uğursuzluqlarımızdan  necə  dərs  alırıq  və  onları  gələcək 

uğurluqlarımıza  necə  çevirə  bilərik.  ABŞ  tarixinin  əsas  anlarıdan  birinin  ildönümündə  tarixə 

nəzər  salan  Prezident  Obama  ötən  həftəsonu  qeyd  etmişdir  ki:  “Amerikanın  hələ  də  inkişaf 

etdiyinə,  özünütənqid  edəcək  qədər  güclü  olduğuna  inanmaqdan  daha  böyük  vətənpərvərlik 

nümayişi nə ola bilər ki....” 




Bu həftə təşkil olunacaq tədbirlər sizə Birləşmiş Ştatların mədəni fərqliliyə hörmət edən ölkəyə 

necə çevrildiyini göstərəcək. Yerli amerikalılar qrupu, Fancy Dancers, bizə ilk avropalılar 

gələndə ölkədə yaşayan gözəl yerli mədəniyyətləri dəyərləndirməmək kimi uğursuzluğumuzu 

xatırladır. Lakin fərqli tərkibli Sphinx qrupu ilə bərabər, yerli amerikalı rəqs qrupu bizə həmçinin 

bu səhvlərdən dərs götüdüyümüzü və ən ali dəyərləri arasında etnik və mədəni fərqliliyə hörmət 

bəsləyən bir ölkəyə çevrildiyimizi xatırladırlar. Ölkənin ən qədim katolik universiteti olan və 

mənim təhsil aldığım Corctaun Universitetində kapellan kimi çalışan hörmətli amerikalı 

müsəlman rəhbər olaraq İmam Hendi bizə xatırladır ki, qitəyə yeni gələndə insanlar özləri dini 

təqibdən qaçdıqlarına baxmayaraq, çoxu qeyri-xristianlara, hətta katoliklərə qarşı qərəzli idi. 

Bununla belə, onlar bütün dünyada dini azadlığın ən güclü zəmanətlərindən bəzilərinin əsasını 

qoydular.  

Ümid edirəm ki, Amerika Günləri festivalı dövründə Amerika haqqında bilməli olduqlarınızı 

görəcəksiniz. Bizi biz edən məqamları, bizim daim və qətiyyətlə özümüzü sual altına 

qoymağımızı görəcəksiniz. Amerikanı onun sərhədlərində yaşıyanlardan daha çox tənqid edən 

tək-tük tənqidçi tapa bilərsiniz. Bizim özünü-tənqid və özü üzərində işləmək mədəniyyətimiz 

bizi biz edir və bizi güclü edir. Biz hələ də davam etməkdə olan bir prosesik.  

Forest Gump kimi filmlər bizi 1950-ci illərdən 1980-ci illərədək sürətlə baş verən ictimai 

dəyişiklik dövrünə aparır, keçmişimizi öyrənməyə kömək edir və özünü-tənqid prosesinin bir 

hissəsini təşkil edir. Break of Reality musiqi qrupunun çıxışı müxtəlif səslərin, bu halda rok və 

cazın, kombinasiyası ilə Amerika musiqisinin inkişafının canlı nümayişidir. Aşpaz Harşbarger də 

sizə deyə bilər ki, Amerika mətbəxi daim təkamül edir və dünyanın müxtəlif yerlərindən yeni 

dadları və təsirləri özündə ehtiva edir. Faktiki olaraq, Amerikanın müxtəlif mədəniyyətləri özünə 

daxil edən qaynar qazan olması ideyasını anlamaq üçün ən uyğun yer yəqin ki mətbəx olar.  

Amerika Günləri azərbaycanlıların Amerika haqqında daha yaxşı məlumat alması üçün bir 

imkandır. Həmçinin, bu, azərbaycanlıların bizim ölkələr arasında daha güclü münasibət 

qurmaqda iştirakı üçün bir şansdır. Artıq bu nitqin əvvəlində qeyd etdiyim kimi, bu əlaqənin 

qurulması mənim səfir kimi ən vacib işlərimdədir. Ümid edirəm ki, hamınızı Amerika 

Günlərində iştirak etməklə bu prosesdə və davamlı dialoqda iştirak edeəcəksiniz.  



Diqqətinizə görə təşəkkür edirəm və sizlərə xoş gəlmişsiniz deyirəm! 

Yüklə 16,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə