Səhər saat altıya yaxın Arsen Müzelye Vyey Vevr düzünə gəlib ot çalmağa başladı



Yüklə 275,38 Kb.
səhifə3/4
tarix25.06.2018
ölçüsü275,38 Kb.
#51895
1   2   3   4

ölümün bizi buradamı yaxalayacaq. Yox, vəziyyətin yaxşı idi, gün-

lərin birində bizə dedilər ki, evə qayıda bilərik.

Mən şeylərimizi yığışdırdım. Hava yaxşı idi, bir az pəncərənin

qarşısında dayandıq. Mən göz yaşı tökən arvadlardan deyləm.

Otaq bizim gəldiyimiz gündəki kimi boş görünürdü. Təkcə, tilli bir

stəkanda, quruyub ölmkədə olan bir qızılgül qalmışdı. Sonraı xəstə

gəlib yerini tuta bilərdi. Deməli, bəxtimizin otağı bura imiş. Mən

istəyirdim yatasan, amma sənin başında yeni planlar qaynaşırdı,

istəyirdin dağda yaşayacağımız evin necə olacağından adnışım. Ev

meşənin kənarında üzü gündoğana olacaq. Sən xizəklə sürüşməy-

əcəksən, amma xizəkli araba tutacağıq, ay iti verən qalın xəz pal-

tolar geyəcək. Qarla yüklənmiş ağacların altında gəzinəcəyik, yaşıl

dələlə tutub ə liləşdirəcəyik. Taxta balkonda nahar edəcəyik, ax-

şamlar səmadakı və kənddəki işıqların yanmasına baxacağıq. Gü-

ndə altı dəfə yeyəcəksən, günəş vannası da qəbul edəcəksən.

Sən qayıdıb çarpayıda oturdun. Sonra paltarını geyməyə kö-

mək etdim. Gəldiyimiz gün geydiyin kostyumu seçdin. Şalvarın

omba sümüyünə ilişib qalmışdı, köynəyinin boynu üç barmaq boş

qalmışdı.

Sənin koridorla getməyinə tamaşa edirdim. Qapıdan çıxandan

sonra bir anlıq səkidə dayandım. Dərindən nəfəs alırdın, günəşin

sərt şüalarından gözlərini qıymışdın. Yadıma döyüş meydanına

çıxmış öküz düşdü. Maşında dörd nəfər idik. Sən irəlidə əyləşdin,

mən arxada. Sifətinin profilini görə bilmridim. Paris həm gözəl idi,

həm qəddar, həm də mülayim. İstəyirdim sənin yorğun sevincini

duyum, sənin gözlərinlə görüm, amma təkcə tük basmış, çöpə

dönmüş boynunu görürdüm. İyirmi yaşın olanda da boynunu

görürdüm. İyirmi yaşın olanda da boynun belə nazik idi. Elə ki,

özün özündən narazı olurdun, qabağa düşüb tək gedirdin, cığırın

qırağından götürdüyün çubuqla uzun otları vurub qırırdın. Bir az

sonra mənə tərəf qayıdırdın, məni qucaqlayırdın, hər ikimiz qəh-

qəhə ilə gülürdük. Amma gərək vaxtında güləydim, bircə dəqiqə

əvəl gülsəydim sən yenidən qaşqabağını sallayacaqdın. Bütün bun-

lar uzaqda qaldı. Onda biz yolun o biri başında idik.

Sən qolunu söykənəcəyin üstünə uzatmışdın, əlini tərpədirdin

ki, onu sığallayım. Elə arıq, elə zəif idin ki. Paris, Paris! Bu adam-

lar hara gedirlər? Hara belə tələsirlər? Mən yaşıl və qırmızı işıqlar

havasına oynayan piyadaların və maşınların can üzən rəqsinə ta-

maşa edirdim, hər addım ölçülür, bir saniyə də vaxt itirilmir. Hər

şey lazımi qaydasındadır, qaydalara riayət etmək kifayətdir. Piya-

da gedən o adam bəlkə bu axşam ölə cək, bəlkə də xəstəliyə tutu-

lub, heç özünün xəbəri yoxdur. Nə dəxli var! Ölüm həmişə qapının

ağzındadır. Əsas məsələ onu duymamaqdır. Xəbərsiz olmaqdır.

Senanın axmasına, günəş şüalarının körpülər üzəridə oynamasına

tamaşa edəsən, dayanıb orda qalasan, ətrafa baxasan, nə xoşbəxt-

lik, nə bədbəxtlik nə keçmiş, nə də gələcək haqda fikirləşəsən. Də-

qiqələri yaşayasan.

Bu bizim axırıncı gəzintimiz, sənini sevdiyin yerlərə son səfərin

idi. Daha heç vaxt Parisi birgə gəzməyəcəkdik, daha heç vaxt hə-

min gün keçdiyimiz yolla gəlib Bak adlı dörd yol ayrıcını, Sen-

Mişel meydanını keçəndən sonra evimizə çatdığımızı fikirləşməy-

əcəkdik. Günəşli səhərlərdə bu yolu qol-boyun keçdiyimiz yadıma

düşdü. Bonapart küçəsil gəlib Sena sahilinə çıxardıq, hər dəfə eyni

həvəslə, eyin vüqarla sahilin gözəlliyinə tamaşa edərdik. Səmanın

rənginə hansı rəng demək olardı: nə ağ idi, nə mavi, nə boz, nə də

qızılı, amma hər rəngdən vardı. Hələ şüaların astaca titrəməsi,

mülayim parıltılar bu daş döşəməli mənzərəyə, körpülərin tağları-

na, çayın döngələrinə layiqli, insan şüuru və ağlı qarışmış bir incə-

lik verir.

Biz sahillə Trokaderoya qədər gedirdik, hərdən, tələsməyəndə

dayanıb bu gözəlliyə elə-belə, yolüstü tamaşa edirdik. Parisdə həy-

at elədir ki, küçəyə çıxarkən əlin cibinə qoyub veyllənmək üçün

yox, bir yerə getmək üçün çıxırsan. Hər il özümüzə söz verirdik ki,

vaxta qənaət edək, amma iş elə gətirdi ki, həyat bizi axınına alıb

aparırdı, şəraitin qurbanı olurduq, xırda gəzintilərdən çox uzaq

səfərlərdə olurduq. Parisin qeyri-adi mühiti bizi bir neçə günlük

bir-birimizdən ayırırdı. Görüşə bilmirdik, danışa bilmirdik. Evdən

çıxırdıq, qayıdırdı, zəngləşirdik, yatırdıq. Bir müddət əlaqələrimiz

kəsilmişdi, bir-birimizə həsrət qalmışdıq, amma bilirdik ki, gələn

bazar günü görüşəcəyik, bu sonsuz həftənin bizə nələr veriyini bir-

birimizə söyləyəcəyik, düşüncələrimizi, eşitdiklərimizi danışacağıq.

Həm də, istəməsək də bir-birimizi uzaqdan müşahidə edirdik, axı

biz adəti həyatımıza yamanca alışmışdıq. Həmin gün ilk dəfə gey-

diyim təzə yun köynəyim diqqətini cəlb eləmədi, tə’rifləsəydin

məmnun olardım, axı sənin yapon qalstukunun boz köynəklə yox,

ağ köynəklə daha yaxşı yaraşdığını deyəndə sən məmnun olmuş-

dun. Yeddi gün ərzində çəkdiyimiz həsrətin əvəzini çıxardıq, Jülyet

Qrekonun “Bazar günlərindən zəhləm gedir” mahnısına gülürdük.

Biz həsrətli günlərdən sonra görüşmüşdük. Bir-birimizdən qida

alırdıq. Daha görüşümüz olmayacaq. Yeganə görüşümüz sənin öl-

ümlə görüşündür, onu sənin sifətində izləyirdim. Elə ki, sifətin bir

az dartındı yaxud tərpəndi, özüm-özümə deyirdim; bu da ölüm;

vəziyyətin yaxşı olanda da, özünü xoşbəxt sananda da şübhələnir-

dim, eşitmişdim ki, ölümqabağı xəstənin əhvalı yaxşılaşır. İndi ki

əlimdən heç nə gəlmirdi, gərək fikirləşməyəydim də. Son nəfəsinə

qədər səninlə olmağım mənə bəs idi. İndi biz birlikdə idik, maşın-

da, əl-ələ tutmuşduq.Bəlkə də bir aydan sonra indi mənə cəhənnəm

əzabı kimi görünən bu anları yaşamaq üçün hər şeydən keçməyə

hazır olacağam.

İstədin pilləkəni tək qalxasan. Mən arxanca qalxdım. Şübhə

yox ki, evimizə axırıncı dəfə qalxırdın. Əvvəllər bu pillələri səs çı-

xarmadan bəbir kimi dörd-dörd qalxardın, axşamlar qapının taq-

qıltısından bilirdim ki. Gələn sənsən, sonra sükut çökürdü. Bircə

dəqiqə sonra otağımızın qapısında açarın səsini eşidirdim.

Həmin gün arxanca qalxırdım ki, yıxılsan tuta bilim. Pilləkəni

qalxmağa sərf elədiyin qurtarmaq bilməyən vaxtda allaha yalva-

rırdım ki, qonşulardan heç biri çıxıb səni görməsin. İstəyirdim,

arıqlamış, bozarmış, tər basmış sifətini heç kəs görməsinö Sürahi-

dən əlini çəkmirdin, səndələyirdin. Burun pərdəklərin sıxılır,

üzünün əzələləri dartınırdı. Elə bil Babil qülləsinə qalxırdıq.

Ömrümdə pilləkən mənə bu qədər uzun görünməmişdi, elə bil

dünyanın axırına qalxırdıq, bu pilləkən qurtarandan sonra başqa

bir dünyanın axırına qalxacağıq, hey qalxacağıq, sonra mən tək

qalacağam.

Evə çatan kimi kürsüdə əyləşdin. Başını aşağı salıb gözünü diz-

lərinin üstünə qoyduğun əllərinə zilləmişdin. Barmağındakı nişan

üzüyünə baxırdın. Üzük baomağında durmurdu, sürüşürdü, şalva-

rına sürtüb geri çəkirdin.

Otağımız çiçəklə dolu idi, mənə elə gəlirdi ki, çiçəklər zəhərlə-

niblər. Bilirdim, tezliklə onlar bu otağa böyük dəstələr, əklillər şək-

lində gələcəklərl. Sən bir gəncin çiçəyə qərq olmuş meyitinə dö-

nəcəksən.

Deməli evimizə qayıtmışdın, mən bura hər axşam gəlirldim,

özümü itirirdim, özümü ələ alırdım, sənin xoşuna gələn donlarım-

dan yaxud kostyumlardan brini geyirdim.

Axşam düşürdü. Pərdələri çəkdim. Gəlib yanında uzanıb özümü

yuxuluğa vurdum, sən kitaö oxuyrudun. Mən qəddar bir varlağın

lap yaxınlığında idim. Görəsən bu xərcəng necə şeydir? Bərk bir

kütlə. Gördüyüm elmi-kütləvi filmləri yadıma salıb arayırdım.

Mən bu güclü hüceyrlərən həyatını, onların qarşısıalınmaz tə’sirini

görürdüm.

Onlar qalib gəlirdilər. Bu faciə lap elə bil gözümün qarşısında,

sənin sığallı, günahsız dərinin altında baş verirdi. Axşamın süku-

tunda mənə elə gəlirdi ki, onların qarışqa kimi yorulmadan çalış-

dıqlarını hiss edirəm. Korladıqları orqanizm gözəl, həm də cavan

olduğu üçün işləri daha rahat, daha tez gedirdi. Ölüm səni səssiz-

səmirsiz çəkib aparırdı, nə sənin xəbərin vardı, nə də mənim əlim-

dən bir şey gəlirdi.

X

Uşaqlarımızın ilk hərəkətlərini necə izlədiyimizi xatırlayıram.



Mən bu günkü kimi onda da həyatla yaşayrıdım, sən isə indi ölüm-

lə yaşayırsan.

Qış səhərinin ala-qaranlığında səninlə körpələrimizin arasında

mürgülədiyim yadıma düşür. Bu həm bədənimin, həm də şüuru-

munu xoşbəxt anı idi! Mən zahirən sakit görünən adi bir qabıq

idim, daxilində isə həyat qaynayırdı. Mən mavi bir boşluqda

üzürdüm. Bədbəxtlik və ölüm uzaq, unudulmuş məfhumlar idi, bir

gün gələcəkdi, amma onlardan qorxan olmayacaqdı, həm də nə

cür olur-olsun, həmin xoşbəxt günün gözəlliyini gizlədib yoxa çıxa-

ra bilməyəcəkdi.

Bir az əvvəl dünyaya yeni bir insan gəlmişdi. Mən gözlərimi

aralayıb tez-tez ona baxırdım ki, yuxu görmədiyimə əmin olum.

İndidən məni məftun eləməyə başlamış bu kiçik məxluqu inkar

etmək olmaz. Bizim əlimizdən gələn o olar ki, bu insancığazın in-

kişafına kömək edək, yaxud istiqamət verək, çalışaq həyatda özünə

yer axtarmağı öyrənsin. Bəs həyatdakı dönüşlərə adət etmək,

müqavimət göstərməyi bacarmaq vacib deyilmi? Axı elə adamlar

var ki, çətinliklərdə bərkiyib mətinləşir, başqaları isə mübarizəyə

başlamamış məğlub olurlar. İndi mən bilirəm ki, həsrətlə baxan,

arxayınçılıqla dolu, yalanın nə olduğunu anlamayan uşaq gözləri

qarşısında acizəm.

Uşaqlıq illərinə qayıtdıqca körpə çağlarımın xoşbəxtliyinin

külünü tapıram, onu yaşamalı və onun üçün müəyyən mə’nada ca-

vabdeh olduğumu anlayıram. Qüssə içərisində keçmiş uzun günləri

xatırlayıram; uşaqdım, qüssədən yaxa qurtarmaq istəyirdim, şən

keçirdiyim anları isə haqlı və gözəl sanırdım. Sonralar abşa

düşdüm, başa düşdüm ki, xoşbəxtlik yalnız can rahatlığı və dinc-

likdə deyil.

Bu gün də həmin fikri sınamaq istəyirəm. Məncə bu özümə,

həm də sənə e’tibarlı olmağımdım, indi mö’cüzə gözləyirəm: birt

gün yuxudan oyananda görəydim ki, xoşbəxtəm, ağrı-acı hiss et-

mirəm. Bilirəm ki, bədbəxtəm, yara almışam, bu yraa bədənimin

bir üzvünə çevrilib, bilirəm, amma istəyirəm həmin yara daha mə-

nə əzab verməsin.

İndi öz ömrümü yaşaya bilmirəm. Çox vaxt keçmişdə oluram,

bu günə hərdən, təsadüfən qayıdıram. Bu ölümdən danışarkən fi-

kirləşirdik ki, birgə ölmək daha yaxşıdır, hansımız gec ölsə daha

çox əzab çəkəcək, indi bilmirəm nə deyim, cavabım hər dəfə əhva-

289

lımdan asılı olaraq dəyişir. Elə ki, baharın nəfəsi sinəmə dolur,



uşaqlarımıza baxıram, həytan gözəlliyini duyuram, bir anlıq səni

düşünmədən (bu çox az çəkir) həyatdan zövq alıram; sonra fikirlə-

şirəm ki, sənin əzabın daha böyükdür. Amma elə ki, qüssə məni

yaxalayır, əzir, kiçildir, özüm-öüzmə deyirəm ki, biz haqlıyıqmış,

ölmək daha asandır. Tez-tez özümlə razılaşmıram. Gah səni xatır-

lamaq istəyirəm, gah da bezikirəm. Elə ki, qüssə başımdan aşır,

dərdin sonu görünmür, istəyirəm bir az sakitləşəm. Hər dəfə sən

məni rahat buraxanda, ayrılıqdan, son günlərimizin, son baxışla-

rımızın xatirələrinin pozulacağından, özümdən xəbərsiz məndə baş

qaldıran həyat eşqindən qorxuram. Fikirlərim qarışıq düşür, heç

səndələyirəm, müvazinətimi saxlaya bilmirəm.

Hələ uzun müddət belə olacaq. Razıyam. Amma hərdən elə

bərk yoruluram ki, bütün fikirləri başımdan qovmaq, azad olmaq

istəyirəm. Belə anlarda torpağa rəğbətim artır, onun içində yat-

maq istəyirəm, istər ölü olum, istər diri, çürümək fikri də məni na-

rahat etmir; qorxusuz-qadasız, acısız-ağrısız əriyəcəyimi tə-

səvvürümə gətirirəm.

Klinikdan qayıdan günün səhəri gec oyandım. Mənə dedin:

“Elə yorğunam ki!” Cavab verdim ki, başqa cür ola bilməz, bu

mərtəbələri qalxmaq sənin üçün çox ağırdır, gərək istirahət edəy-

din, yataydın. Biz çarpayıda hərəkətsiz, səssiz-səmirsiz fikrə get-

dik. Hər kəs öz fikirləri ilə məşğul idi. Mənə elə gəlirdi ki, fikirlə-

rimizi görürəm, onlar otağın içində yuxarı qalxır, papiros tüstüsü

kimi qıvrılır, başımızın üzərində hərlənir, açılıb-bükülür, bir-birinə

toxunur, lakin nə qarışırlar, nə də bir-birini tanıyırlar.

Sənin sevdiyin bir musiqiyə qulaq asırdıq. Yalnız musiqi belə

tə’sir göstərə bilər, istəsə adamı sakitləşdirər, istəsə sarsıdar, qəm-

ləndirər ya da məmnun edər. Həmin gün musiqi ilə istirahət etdim.

Musiqi ürəyimin rahatlığını geri qaytardı. Rahatlığım sən “Elə

yorğunam ki”, dediyin vaxtdan yoxa çıxmışdı.

Həyəcanlanmaq lazım deyildi bu hələ həkimin dediyi zəifliyin

əlaməti deyildi, yəqin pilləkənin yorğunluğu idi. Sənin yanaqların

yenə də qızaracaqdı, yemək istəyəcəkdin, bəlkə də çarpayının

üstündə otura biləcəkdin, həyatdan bir gün də möhlət alacaqdıq.

Fikrimi uzaqlaşdıra bilməzdim, günortadan sonranı fikirləşmək

lazım deyildi, çox uzaqlaşmaq, artıq vaxt diləmək yaramazdı.

Yox, həyata çox ərklə baxmaq da olmazdı. Bunu dinlədiyim musi-

qi təbliğ edirdi; deyirdi ki, hər şey daimidir, amma dəyişə bilər,

mehr və məhəbbət həyatdan təcrid olunmalıdır. Elə ki, azacıq da

olsa dincliyə qovuşurdum, ürəyim müqavimət göstərirdi. Axı, nə

vardı ki? Mən sağ idim, yaşayırdım, canlı idim, gələn yayı da,

uşaqlarımızın boya-başa çatmasını da görəcəkdim. Bəs görəsən

öləndə necə öləcəkdim? Sözün düzü bircə dəfə həyatım təhlükədə

olub, onda da ölümü çox dəhşətli saymamışam, doğrudur bu, kə-

dərli anlarıma uyğun bir təsadüf idi, mən oyun oynamışdım, risk

eləmişdim, başqa dözülməz bir şey yox idi. Görəsən adamın öz

məs’uliyyətini daşıması asandır, yoxsa başqasının? Bilmirəm. Əgər

bilsəydim ki, səni xilas etmək üçün kiçicik bir imkan var, biz iki-

miz məsləhətləşərdik, bütün imkanlardan istifadə edərdik, bəlkə də

qələbə çalardıq. Həkimlər “heç bir ümid yoxdur” demişdilər, mən

öyrənmişdim ki, onlar həqiqəti deyiblər. Buna inanmaq üçün tibb

təhsili alan bir tələbənin dərs kitabını açıb baxmaq kifayət edərdi.

Əgər məndən də gizləsəydilər, mən də sinin kimi xəbərsiz olsaydım

necə? Yox, yaxşı eləyiblər. Həmişə bilməyi bilməməkdən üçtün tu-

turam. İstəyirdim hər şeyi mənə açıq desinlər, özüm isə səninlə

başqa cür danışırdım. Mən bərabərliyimizi pozurdum, özüm

mühafizəkara çevrilirdim. İstəyirdim sən xoşbəxt olasan, bu hər

şeydən vacib idi, hər dəfə sən “xoşbəxtəm” deyəndə bütün yalanla-

rım bal kimi şirinləşirdi, onda mənə bəxş etdiyini ötəri təbəssüm

üçün bütün dünyanı yalan danışmağa məcbur edərdim, istərdim

həmin təbəssümü qarmalayıb götürüm, sinəmə sıxım, həmişə mə-

nimlə olsun.

Bilirdim ki, özünün gözəl və qısa ömrünü uzun, dəyərsiz bir öm-

rə dəyişməzdin, Azı bu müqayisə nəyə lazımmış. İki cür insan

olurmu, sən ulduz kimi yanıb yxa çıxanlardan idinmi?

XI

Breygelin “İkarın uçuşu” adlanan hərarətli əsəri tənhalığın



rəmzidir. Bu tənhalıq lovğalıqdan deyil, laqeydlikdən yaranır, in-

sanları bir-birindən uzaq salan laqeydlikdən. İkarım məhv olduğu

bir vaxtda cütçü öz yoluna davam edir, yəqin o haqlıdır. Gərək

həyat davam etsin, birisi ölsə də gərək məhsul toplansın, yaxud

torpağa səpilsin, yeni məhsula dönsün. Amma o öz əzizinin kö-

məyinə getsəydi yaxşı olardı. Bəlkə də mən səhv edirəm, şübhə yox

ki, bir insanın ölməsindən onun da xəbəri olmur. O da dəniz, sə-

ma, təpələr və qayalar kimi xəbərsizdir. İkar ölür, o tənhalıqdan

deyil, tanınmazlıqdan ölür. Bizim hər birimiz həmin cütçünün

günündəyik. Hər dəfə evdən çıxanda, küçədə gözəgörünməz qüssə-

nin, əzabın yanından keçirik.

İmdad diləyən baxışları, ürəklərdəki və bədənlərldəki iztirabları

duymuruq. Mən öz gələcəyimdən uzaqdayam. Əgər, doğrudan da,

ona yaxın olsaydım qətiyyən tərəddüd etmədən öz işlərimdən əl

götürüb ona tərəf gedərdim.

Biz İkar idik. Çöldə həyat davam edirdi. Pərdəni çəkib çölə ba-

xırdım, həyətimiz də, küçəmiz də həmişəki kimi idi, amma mən

onları başqa cür görürdüm. Hər şey dəyişmişdi, yeni bir mə’na al-

mışdı, səslərdən diksinirdim, elə bilirdim ilk dəfə eşidirəm, gülüş

səsləri elə bil başqa bir dünyadan gəlirdi, hər səhər zibil qabları

səkilərin üstü ilə sürünəndə çıxardıqları səs sanki kiminsə e’dam

olunmasını xəbər verirdi. Ölümə məhkum olunmuşdur hər səhər

dan söküləndə qulaq asırlar ki, həyətdə dar ağacının qurulmasın-

dan xəbərdar olsunlar. Sən səhərlər dərin yuxuda olurdun, mən isə

oyanıb ömrünün ən taqətsiz anlarını yaşayırdım, indinin, gələcəyin

dərdini çəkirdim. Nə yuxulaya bilirdim, nə də çarpayımızdan qal-

xmağa halım olurdu. Yeganə ümid yerim ağ balışın üstündə sez-

diyim sçların və yaxınlıqdakı bədənin idi. Bədəninin istisini duyur-

dum. Öldüyün günün səhəri də həmin istini duymuşdum. Sən sakit-

sakit yatırdın, xəstəlik isə son hü uma hazırlaşırıd. Otağımızın qa-

pısını örtüb çıxanda səni axırıncı dəfə görürəmmiş. Heç günorta

olmamış sənin haqqında keçmiş zamanda danışacaqlar o sevirdi,

o istəyirdi, o şləyirdi, o çəkinirdi deyəcəklər. Keçmiş zaman —

ölümün zamanıdır. Heç bilmirəm ən əvvəl kim bu zamanda danış-

dı; həikmlərmi, dostlarmı, yoxsa mən özüm. Bəlkə də mən idim:

“Bilirdim” demişdim. Hər dəfə uşaqlarımın “olmaq” fe’lini bütün

zamanlarda təsrif etdiklərini eşidəndə bir səhər keçmiş zamaın

mənim üçün nə mə’na veriyini xatırlayıram. O var idi, daha heç

vaxt olmayacaq. Vəssalam. Qurtardı. İstəyirsən başını divara döy,

bağır, keyləşib qal, guya heç nə olmayıb, əlini dişlə, yalvar, e’tiraz

elə, razılaş, heç nə dəyişə bilməzsən: o var idi, daha yoxdur. Hamı

onun haqqında fe’lin keçmiş zamanında danışa bilər və danışmalı-

dır. Keçmiş onun öz zamanıdır.

Daha səni oyatmamaq üçün astadan danışmağa ehtiyac yox

idi. Sən mövcud olmadığını göstəməyə başlamışdın. Mən tək idim.

Bəlkə də tək olmağın yox, sənsiz olmağın qorxusunu hələ anlamır-

dım. Səni klinikada, xərəyin üstündə yuxulu görəndən sonra, bütün

fikirlərimdən güclü yeni bir fikir hərəkətlərimi eyni məsədə yönəl-

tmişdi: o əzab çəkməsin, o heç nə bilməsin. Mənim rolum qurtar-

mışdı, şərəfsiz vəzifəmi yerinə yetirmişdim. Sənin saflığın ən gözəl

keyfiyyətlərindən biri idi, ölümün qarşısına sadəlövh uşaq kimi

çıxmışdın.

Sən gözəl idin. İndi də gözəlsən. Sabah belə olmayacaqsan. Bəli,

bilirdim ki, sən daha həmin bədəndə deyilsən, amma gözümü sən-

dən çəkə bilmirdim. Hələ sənə baxa bilərdim, əlini əlimə ala bilər-

dim, üz-gözünü oxşaya bilərdim. Sabah heç buna da imkanım ol-

mayacaq. Sabah tabutda olacaqsan, həmişəlik gizlənəcəksən. Mən

fikirləşirdim: özün özünlə tək qalacaqsan. İki gündən sonra ar-

xanca yol gedəcəyəm, üç kündən sonra tamam ayrılacağıq. Xoş-

bəxtliyimizin sona çatdığı vaxtdan iyirmi gündən də az keçmişdi.

Özüm-özümə deyirdim: o ölüb, o ölüb, sən ölmüsən. Gərək bu-

nu tez-tez təkrar edəydim, yoxsa boyun qaçırdardım, inanmazdım,

inkar edərdim, pis vəziyyətə düşərdim. Dərd bütün bədənimi ağrı-

acı ilə doldurmuşdu, nəfəsim də bir nalə idi.

İstəyirdim bədənim mənə əziyyət verməsin, kömək etsin. Uçu-

rumun bir kənarından tutub durmuşdum. Çalışırdım ancaq boş-

luqlara baxım. Ölüm sənin sifətində gəlmişdi, mən ona baxım, onu

görə bildim. Ölü ilə xudahafizləşmək çox ağır işdir, başına gəlməy-

ənlər bilməzlər, onu heç bir hadisə ilə müqayisə etmək olmaz. Bu

ayrılıq dəhşətli dərəcəyə çatanda insan şüurunu itirir: elə hər şey də

bu andan başlayır.

Hələ indi də həyatımızı bir-birindən ayıra bilmirəm. Sənin yox-

luğunu özümə anlatmaq istəyəndə həyatım mühüm bir səhvini,

dünyanın bütün zərif qüvvələrini lərzəyə salacaq kosmik bir bəlanı

təsəvvür edirəm. Özümə dinclik axtarıram, tapa bilmirəm.

Hərdən sənin yoxluğuna adət edirəm. Daha yuxudan ayılarkən

bədənimdə ağrılı giziltiləri, beynimdə isə yuxumun dərinliklərinə

cuman, səhərlər sənin ölüm xəbərini mənə təkrar edən qulaqbatı-

rıcı cingiltini duymuram. Hava haqda, oxuduğum kitablar haqda,

gün ərzində görəcəyim işlər haqda fikirləşməyə başlayıram. Bir

neçə ay fikirləşirdim ki, sənin haqqında yox, başqa bir mövzuda

da həvəslə söhbət edə bilsəm, fikrimi təkcə sənin əksin deyil başqa

bir əşya da cəlb etsə özümü bir növ xilas edilmiş sanacağam.

Bəlkə bu gün xilas olunmuşam? Bilmirəm. Keçmiş canıma

çöküb. İndinin haqq-hesabını onunla çəkirəm. Amma bunu bili-

rəm, istəyirəm də, məni məəttəl edən ürəyimin tənha döyünmək

istədiyi bir anda, günlərin kədər yükü altında həyata qayıtmağın

çətinliyidir. Fikrim həmişə qarışıq olur. Axşamlar evdən çıxanda

lampanı keçirmirəm. Qayıdanda pərdələrin arxasından lampanın

işığını görüb özümün xeyirsiz hiyləgərliyimə gülümsəyirəm, axı

otaq işıqlı olanda qapını açan kimi öz tənhalığımla üz-üzə duru-

ram. Şkafları açıb-bağlayıram, ətir şüşələrini silkələyirəm, kranları

açıram, amma sənin yoxluğunu andıran sükutdan başqa heç nə

eşitmirəm. Mən sükutu dinləyirəm, amam vahiməyə düşmürəm,

əksinə, valeh oluram. Bu sükutu pozmaq istəmirəm. Yuxum özü

gələcək, neçə-neçə gecəni sənin yoxluğunun sükutunu dinləyə-

dinləyə yuxulamışam.

Bə’zən sənin nə vaxtsa mövcud olduğuna da şübhə edirəm.

Həmin xoşbəxtlik, həmin gözəllik doğrudanmı var idi? Doğru-

danmı biz onlarla qidalanırdıq? Belə vaxtlarda fikrimi cəmləyə

bilmirəm, o uçub ötən günlərin üzərindən keçir, bütün maneələri

dəf edir, hərlənir, ipə-sapa yatmır. İndi mənə qalan təkcə yuxu və

keçmiş yanğının gülüdür, xatirəm təzələnir, elə bil səni görürəm,

xoş xatirələr yavaş-yavaş qaydaya düşür və həqiqəti əvəz edir: qə-

ribə xəyanətdir, axı xəyalı yox etmək üçün gərək onun əsli mövcud

ola. Özümü yalandan xoşbəxt edirəm, bununla da ağıldan, dəya-

nətdən, şüurdan uzaq düşürəm. Otağımızda tək qalıb uzun müddət

gözlərimi səin durduğun yerlərə, sevdiyin əşyalara zilləyirəm, sənin

izlərini axtarıram, səni yavaş-yavaş qaranlıqdan çəkib gətirirəm.

Hər dəfə dəqiq bir xatirədən başlayıram, bax elə divara düşən bu

günəş şüaları… Neçə gündü yağış yağırdı. Ölümündən üç gün əv-

vəl, səhər gün çıxmışdı. Pərdələri çəkdim, sən mənə dedin: “Üzümə

gün düşəndə ləzzət alıram”. Çarpayını gün düşən yerə çəkdim. Bir

anlıq gözləri yumulu qaldın, sonra gözlərini açanda pıçıldadın:

“Nə gözəldir!”

Vaxt çox ləng keçirdi. Sənə təmiz paltar gətirdim. Mavi rəngli

pijamanı seçdin, sən bu paltarda öləcəkdin. Günəşin şüaları ota-

qda oynaşırdı, sonra sənin çarpayından çəkildi, həmişəlik çəkildi.

Ertəsi gün yağış yağdı, sonrakı gün də yağdı, üçüncü gün yağış

yağdı, sonrakı gün də yağdı, üçüncü gün səhər sən öldün. Həmin

səhərki onyabr günəşinin rəngini, sənin sifətini və saçlarını necə

oxşadığını, sonra divana çəkilməsini heç vaxt unuda bilməyəcəy-

əm. Günəşə də acığım tuturdu. O da səni tərk edirdi.

Birgə keçirdiyimiz sonuncu yayda Eskalenin havası gözəl idi. O


Yüklə 275,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə