1
Şəhərlər və kəndlər qəbilə və
tayfaların dağılmasına səbəb olur
İlk qəbilə və tayfaların yaranması, insan toplumlarının
meydana gəldiyi dövrə təsadüf edir. Qəbilə qan qohumlarının
birliyi, tayfa isə paralel şəkildə mövcud olan eyni qandan olan
qəbilələrin birləşməsindən və ya bölünməsindən yaranan birlik
formasıdır. Eyni və müxtəlif soylu qəbilə və tayfaların
birləşməsindən isə qəbilə və tayfa ittifaqları birliyi meydana
gəlmişdir.
Azərbaycanda mezolit dövründən başlayaraq digər
canlıların təsərrüfat münasibətlərinə cəlb olunması, bununla
bərabər ibtidai dəmyə əkinçiliyinin meydana gəlməsi qəbilə və
tayfaların bir qisminin köçəri və yarımköçəri həyat tərzinə
keçməsini şərtləndirmiş, digər qəbilə və tayfalar üçünsə
oturaqlaşması üçün zəmin hazırlamışdır. Məhz bunun
nəticəsində, paleolit dövrü də daxil olmaqla, mezolit dövründən
başlayaraq qəbilə və tayfaların oturaqlaşma, köçəri və
yarımköçəri həyat tərzində yerdəyişmə prosesləri eneolit dövrü
də daxil olmaqla sonrakı dövrlərdə də davam etmişdir.
Sənətkarlığın inkişaf etməsi, dəmyə əkinçiliyi ilə yanaşı,
toxa əkinçiliyinin yaranması, metaldan və saxsıdan hazırlanan
məhsulların meydana gəlməsi xüsusi mülkiyyətin inkişafı qəbilə
2
və tayfaların qorunmasını labüd etmiş, bu dövrdən başlayaraq
ərazisi, ordusu, atributları olan tayfa ittifaqları, dövlət qurumları
və dövlətlər yaranmağa başlamışdır. Dövlətlərin yaranması ilə
qəbilə və tayfa münasibətləri sıradan çıxmamış, həm quldarlıq,
həm feodalizm, həm də kapitalizm dövründə mövcud olmuşdur.
Məhz bunun nəticəsidir ki, orta əsrlər dövrü də daxil olmaqla
XX əsrdə də yaranan dövlətlərin içərisində qəbilə və tayfa
münasibətlərinə əsaslanan dövlətlər mövcud olmuşdur.
Hazırda dünya dövlətlərinin əksəriyyətində qəbilə və tayfa
münasibətləri qalmaqdadır.
XX əsrdə dünya ölkələrində pasportlaşma prosesi baş
tutduqdan sonra, qəbilə və tayfaların mövcudluğu daha bariz
surətdə meydana çıxdı.
Ancaq burada bir amil qaçılmaz hal oldu ki, obalarda
qəbilə və tayfaların mövcudluğu qorunsada kəndlərdə və
şəhərlərdə qəbilə və tayfalar dağılmağa məruz qalırlar. Buna
səbəb olan amillər içərisində qəbilə və tayfa nümayəndələrinin
müxtəlif ərazilərdə yerləşməsi, o cümlədən nəsillərin dəyişməsi
şərait yaradır. Buradan çıxarış edərək bir amili xüsusi qeyd
etmək lazımdır ki, həm kəndlərdə, həm də şəhərlərdə bu gün
mövcud olan qəbilə və tayfa münasibətləri daimi deyil bir neçə
nəsili əhatə etməkdədir.
3
Qəbilə və tayfaların dağılmasına səbəb olan digər bir amil
isə miqrasiya problemlərinin mövcud olmasıdır. Kütləvi
miqrasiyalar nəticəsində müxtəlif regionlara dağılan qəbilə və
tayfa üzvləri zaman keçdikcə aralı düşmüş bunun nəticəsində
qəbilə və tayfaların kompakt şəkildə mövcud olmaması onların
süqutuna səbəb olmuşdur.
Qərbi Azərbaycandan və Dağlıq Qarabağdan qaçqın və
köçkün düşmüş Azəri türkləri, o cümlədən Özbəkistandan
köçürülən Axıska türkləri bu problemlə üzləşmiş, bunun
nəticəsində mövcud olan qəbilə və tayfalar dağılmağa məruz
qalmışdır.
Hazırda da kəndlərdə və şəhərlərdə, qəbilə və tayfaların
birgə yaşamamsı bu ailə institunun dağılmasına, bununla
bərabər yeni qəbilə və tayfaların da yaranmasına səbəb
olmaqdadır.
Bakı Dövlət Universitetinin
müəllimi Əmirov İsrail Calal
oğlu