Şəhərlər və regionlar: Uşaqlara



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü0,59 Mb.
#64423


 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəhərlər  və  regionlar:  Uşaqlara 

qarşı 

seksual 

zorakılığa 

son 

qoyulması haqqında Pakt 

 

Avropa 


Şurasının 

"BEŞDƏN 

BİRİ" 

kampaniyasına  Yerli  və  regional  hakimiyyət 

orqanları konqressinin töhfəsi  

 

 



14 sentyabr 2012-ci ildə Konqressin Bürosu tərəfindən təsdiqlənib  

 

 




 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Tərtibat: Avropa Şurasının Yerli və regional hakimiyyət orqanları 

konqressi  

Nəşr: Fevral 2013-cü il 

Azeri  


 

 



 

 

Mündəricat  



Paktın təqdimatı __________________________________ 6

 

Söhbət nədən gedir? ___________________________ 6 



Bu fəaliyyətlərə yerli və regional hakimiyyət 

orqanlarının cəlb olunması nə üçün zəruridir? _______ 6 

Konqrees nə təklif edir? ________________________ 7 

Avropa Şurasının Konqressi yerli və regional 

hakimiyyət orqanlarının nələri etməsini istəyir?  _____ 8 

Konqressin şəhər və regionlarının uşaqlara qarşı 

seksual zorakılığa son qoyulması haqqında Paktı 

nədir? ______________________________________ 8

 

Paktın imzalanması nələri əhatə edir? _____________ 9 



Əsas tərəfdaşlar kimlərdir? ______________________ 9 

Dörd əsas fəaliyyət istiqamətləri hansılardır? _________ 10 

Dörd prinsip: qabaqlama  ______________________ 10

 

Dörd prinsip: müdafiə  ________________________ 17 



Dörd prinsip: təqib ___________________________ 19

 

Dörd prinsip: iştirakçılıq  ______________________ 20



 

Regional səviyyədə hansı konkret addımlar atıla bilər?20 

Pakt praktikada necə işləyəcək?   ___________________ 20 

İnternetdə “Paktın platformasında” qeydiyyat ______ 20 



Yerli və regional hakimiyyət orqanları üçün fəaliyyətlərin 

siyahısı   ________________________________________ 21 

Qabaqlama  _________________________________ 21

 

Müdafiə  ___________________________________ 22 



Sənədlər və istinad üçün saytlar  ____________________ 24 

 

 



 


 

 


 

Paktın təqdimatı  

 

Söhbət nədən gedir?  

 

Mövcud  məlumatlara  əsasən, 



Avropada  təxminən  beş  uşaqdan  biri 

 

uşaqlara  qarşı  zorakılığın  ən  pis  formalarından  biri  olan  seksual 



zorakılığın qurbanına çevrilir. Seksual zorakılıq müxtəlif formalar ala 

bilər  ki,  buraya  insest,  pornoqrafiya,  fahişəlik,  insan  alveri, 

korrupsiya,  İnternet  vasitəsilə  təqibetmə,  seksual  istismar  və  nalayiq 

seksual  hərəkətlər  daxildir.  Bütün  bunlar  uşaqların  psixi  və  fiziki 

sağlamlığına  ciddi  ziyan  yetirə  bilər  və  həqiqətən  yetirir.  Nalayiq 

seksyal  hərəkətlərin  nəticələri  uşaqlar  böyüdükdən  sonra  da  onları 

təqib  edir  –  bunları  yaşamış  şəxslər  çox  zaman  bütün  bunları 

daxillərində gizlənən üzüntü və ağrı kimi təsvir edirlər.  

 

2010-cu  ildə  Avropa  Şurası  uşaqlara  qarşı  seksual  zorakılığın  aradan 



qaldırılması  üçün  kampaniyaya  başladı.  "BEŞDƏN  BİRİ"  adlı  bu 

kampaniya  bu  problemin  miqyasını  əks  etdirir  və 

Uşaqların  seksual 

istismardan  və  nalayiq  seksual  hərəkətlərdən  müdafiəsi  haqqında 

Avropa  Şurası  Konvensiyasının

 

(bundan 



sonra 

“Lansarote 

Konvensiyası”  adlandırılacaq)  imzalanmasına,  ratifikasiyasına  və 

yerinə  yetirilməsinə;  habelə  uşaqların,  onların  ailələrinin, 

qəyyumlarının  və  bütövlükdə  cəmiyyətin  uşaqlara  qarşı  seksual 

zorakılığın  və  nalayiq  hərəkətlərin  qarşısını  almaq  və  onları  belə 

hallardan  müdafiə  etmək  üçün  məlumatlandırılmasına  və  lazımi 

vasitələrlə  təmin  edilməsinə  və  beləliklə  bu  halların  miqyası  barədə 

məlumatlılığın artırılmasına yönəlib.  

 

Bu  fəaliyyətlərə  yerli  və  regional  hakimiyyət 



orqanlarının cəlb olunması nə üçün zəruridir? 

 

Yerli və regional hakimiyyət orqanları ərazilərində yaşayan uşaqların 



və gənclərin təhlükəsizliyinin və rifahının təmin və təşviq edilməsinə 

görə cavabdehlik daşıyırlar və bu sahədə öz tərəfdaşları ilə, məsələn, 

üçüncü  sektorla,  ictimai  təşkilatlarla  və  özəl  təşkilatlarla  birgə 

çalışmalıdırlar. Onlar dörd əsas fəaliyyət istiqamətlərini – qabaqlama, 

müdafiə,  təqib  və  iştirakçılıq  prinsiplərini  nəzərdə  tutan  yanaşmanı 



 

qəbul  etməlidirlər.  Uşaqlara  qarşı  seksual  zorakılıq  halları  ilə  və 



nalayiq  seksual  hərəkətlərlə  qarşılaşan  Avropanın  şəhər  və 

regionlarının 

vəzifəsi 

bu 


problem 

barədə 


məlumatlılığın 

artırılmasından,  yerlərdə  yuxarıdakı  dörd  yanaşmaya  əsaslanan 

fəaliyyət  planlarının  və  stretagiyalarının  hazırlanmasından  və  həyata 

keçirilməsindən,  habelə  xidmətlərin  yaxşılaşdırılmasına  vəsait 

qoyulmasından  ibarətdir.  Bütün  xidmətlər  və  fəaliyyətlər  həyata 

keçirilərkən  uşaqların  hüquqlarına  hörmət  edilməli,  uşaqların  üstün 

maraqları önə çəkilməli, uşaqların dinlənilməsinə şərait yaradılmalıdır 

ki,  yerlərdə  seksual  zorakılığın  və  nalayiq  seksual  hərəkətlərin 

dayandırılmasına,  habelə  bu  cür  hərəkətləri  törədənlərin  məsuliyyətə 

cəlb olunmasına yönələn, uşaqlar və onların ailələri üçün zəruri olan 

tədbirlər görülsün.  

 

Konqress nə təklif edir?  

 

Yerli  və  regional  səviyyələrdə  "BEŞDƏN  BİRİ"  kampaniyasının 



aspektlərini  əhatə  etmək  üçün  Avropa  Şurasının  Yerli  və  regional 

hakimiyyət  orqanları  konqressi  aşağıdakı  konkret  məqsədləri  qarşıya 

qoyan Strateji Fəaliyyət Planı qəbul edib:  

 

1.



 

Konqressin  üzvləri,  yerli  və  regional  hakimiyyət  orqanları,  yerli 

və  regional  hakimiyyət  orqanlarının  assosiasiyaları  və  digər 

tərəfdaşlar  arasında  bu  kampaniyanın  məqsədləri  barədə 

məlumatlılığın artırılması;  

2.

 



uşaqları  zorakılığın  hər  cür  formalarından  müdafiə  etmək  üçün 

struktur  və  mexanimlər  yaradılarkən  Avropa  Şurasının  hüquq 

standartlarından  və  sənədlərindən  (Lansarote  Konvensiyasından 

və  Uşaqların  maraqlarını  nəzərə  alan  ədalət  mühakiməsinin 

rəhbər prinsiplərindən) istifadənin təşviq edilməsi;  

3.

 



uşaqlara  qarşı  seksual  zorakılığın  qarşısının  alınmasına  yönələn 

kampaniyalara  başlanılmasında  və  bu  sahədə  məlumatlılığı 

artıran  vasitələrin  hazırlanmasında,  xüsusən  uşaqlarla  seksual 

zorakılıq  barəsində  uşaq  psixikasına  uyğun  formada  söhbət 

etməkdə  valideynlərə  və  qəyyumlara  yardım  edən  və  bu  sahədə 

onların  məlumatlılığını  artıran  kampaniya  materiallarının  ("Alt 

paltarına dair qayda") yayılmasında və mənimsənilməsində  yerli 

və regional hakimiyyət orqanlarına yardəm göstərilməsi;  




 

4.



 

uşaqlar  barəsində  seksual  zorakılığa  qarşı  mübarizə  sahəsində 

çoxtərəfli  yanaşmanın  təşviq  edilməsi  və  koordinasiya  olunan 

çoxsahəli 

strukturların, 

proseslərin 

və 

mexanizmlərin 



hazırlanmasına  yerli  və  regional  hakimiyyət  orqanlarının 

həvəsləndirilməsi; 

5.

 

şəhər  və  regionların  uşaqların  maraqlarına  daha  çox 



uyğunlaşdırılmasına,  habelə  seksual  zorakılığın  olmadığı 

təhlükəsiz icmaların formalaşmasında uşaqların və gənclərin real 

iştirakına  imkan  yaradılmasına  yönələn  mədəni  ənənənin 

formalaşdırılması.  

 

Avropa Şurasının Konqressi yerli və regional 

hakimiyyət orqanlarının nələri etməsini istəyir?  

 

Yerli səviyyədə fəaliyyətlər, belə görünür ki, məhduddur və 2010-cu 



ildə  Birləşmiş  Krallıqda  aparılmış  tədqiqat  göstərir  ki,  bu  iştirakçı 

dövlətdə  yerli  hakimiyyət  orqanlarının  dörddə  birindən  az  qismi  

uşaqların  seksual  istismardan  müdafiəsinə  yönələn  strategiyaya 

malikdir.

1

  Araşdırmalar  və  mövcud  məlumatlar  göstərir  ki,  uşaqlarln 



seksual  istismarı  təkcə  Birləşmiş  Krallıqda  deyil,  həm  də  Avropa 

Şurasının  üzvü  olan  47  dövlətin  hər  birinin  bütün  bölgələrində  baş 



verir,  hərçənd  ki,  məlumatların  toplanması  metodları  bu  qənaətin 

təsdiqi üçün heç də bütün hallarda yetərli səviyyədə olmur.  

 

Buna  görə  də  Konqressin  məqsədi  "BEŞDƏN  BİRİ"  kampaniyasını 



təşviq  etməkdən  və  yerli  və  regional  hakimiyyət  orqanlarının 

Lansarote  Konvensiyası  barəsində  məlumatlılığının  səviyyəsini 

artırmaqdan  ibarətdir  ki,  bu  da  uşaqların  maraqlarını  nəzərə  alan, 

uşaqların  müdafiəsinə  və  cəmiyyətdə  seksual  zorakılığın  qarşısının 

alınmasına  yönələn  yerli  və  regional  xidmətlərin  təşəkkül  tapmasına 

şərait yaratmış olacaq. 

 

Bunları  nəzərə  alaraq  Avropa  Şurasının  Konqressi  bütün  şəhər  və 



regionları  Konqressin  şəhər  və  regionlarının  uşaqlara  qarşı 

                                                      

1

 Bax: "What’s going on to safeguard children and young people from sexual 



exploitation?" Jago et al, October 2011. 


 

seksual  zorakılığa  son  qoyulması  haqqında  Paktını  imzalamaqla 

"BEŞDƏN BİRİ" kampaniyasında iştirak etməyə çağırır.  

 

Konqressin şəhər və regionlarının uşaqlara qarşı 



seksual  zorakılığa son qoyulması haqqında Paktı 

nədir? 

 

Yuxarıda qeyd edilən bütün dörd istiqamət üzrə fəaliyyətlərin  həyata 



keçirilməsi  nəinki  arzuediləndir,  həm  də  zəruridir.  Konqress  kifayət 

qədər  məhdud  həcmdə  ictimai  maliyyləşdirmə  tələb  edən,  bəzi 

hallarda isə ümumiyyətlə maliyyə tələb etməyən fəaliyyət növlərindən 

tutmuş  konkret  strategiyaların  işlənib  hazırlanması  və  müvafiq 

strukturların yaradılması zərurəti ilə əlaqədar olaraq əhəmiyyətli vəsait 

qoyuluşu  tələb  edən  digər  fəaliyyət  növlərinə  qədər  mümkün 

fəaliyyətlərin  siyahısını  tərtib  edib.  Məsrəflər  nə  qədər  olursa-osun, 

uşaqlara  qarşı  seksual  zorakılığın  və  nalayiq  seksual  hərəkətlərin 

dayandırılmasına  yönələn  fəaliyyətlər  həmişə  "rentabelli"  olacaq, 

çünki  bu  vəsaitlər  insan  hüquqlarına  hörmət  edilməsinə  əsaslanan 

sağlam cəmiyyətə qoyulan vəsaitlərdir.  

 

Konqressin yekun məqsədi uşaqlar barəsində seksual zorakılığa qarşı 



mübarizə  üzrə  koordinasiyalı  çoxsahəli  strukturların,  proseslərin  və 

mexanizmlərin  hazırlanmasına  mümkün  qədər  çoxlu  sayda  yerli  və 

regional  şuraları  və  parlamentləri  cəlb  etmək  olsa  da,  birinci 

mərhələdə  şəhərlər  və  regionlar  "BEŞDƏN  BİRİ"  kampaniyasına  öz 

töhfələrini  tədricən  verə  bilərlər,  məsələn,  ilkin  mərhələdə  fəaliyyətə 

daha  sadə  səviyyədən,  misal  üçün  öz  İnternet  saytlarında 

əlaqələndiricilər 

(linklər) 

yerləşdirməklə 

kampaniya 

barədə 

məlumatlar yaymaqdan başlaya bilərlər.  



 

Konqress  47  üzv  dövlətlərin  hamısının  yerli  və  regional  hakimiyyət 

orqanlarını  bu  Paktı  imzalamağa  və  bizim  təqdim  etdiyimiz 

fəaliyyətlər siyahısında sadalanan fəaliyyətlərdən ən azı birini həyata 

keçirməyə  başlamağa  və  koordinasiyalı  çoxsahəli  strukturların, 

proseslərin və mexanizmlərin hazırlanmasını  özünün yekun məqsədi 

kimi  qəbul  etməklə  uşaqlar  barəsində  seksual  zorakılığa  və  nalayiq 

seksual hərəkətlərə qarşı mübarizədə irəliləyişə nail olmağa çağırır. 

 



10 

 

Paktın imzalanması nələri əhatə edir? 

 

Paktın  iştirakçısı  olacaq  şəhərlər  və  regionlar  bu  broşürdə  sadalanan 



fəaliyyətlərin  mümkün  qədər  çox  qismini,  yaxud  Konqressin 

məqsədinə nail olunmasına kömək edəcək hər hansı digər fəaliyyətləri 

həyata  keçirməklə  Konqressin  məqsədini  gerçəkləşdirməyi,  yəni 

uşaqlara  qarşı  zorakılıq  və  nalayiq  seksual  hərəkətlər  edilməsi 

problemi barədə məlumatlılıq səviyyəsinin artırılması və bu problemin 

aradan qaldırılması üçün zəruri olan strukturları yaratmağı öhdələrinə 

götürəcəklər.  

 

Əsas tərəfdaşlar kimlərdir? 

 

Avropa  Şurası  47  üzv  dövlətdə  hökumətlər  tərəfindən  təyin  olunan 



koordinasiya  strukturları  şəbəkəsi  yaradıb  və  bu  strukturlar  yerli 

hakimiyyət  orqanlarına  məsləhətlər  verə  və  artıq  bu  kampaniya 

çərçivəsində  aktiv  çalışan  çoxsaylı  QHT-lərlə  və  vətəndaş  cəmiyyəti 

qrupları  ilə  səylərini  birləşdirməkdə  onlara  kömək  edə  bilərlər.  Bir 

neçə  üzv  dövlətdə 

milli  kampaniya  qrupları

  yaradılıb  ki,  onlar  bu 

kampaniya çərçivəsində işləri koordinasiya və icra edirlər və yerli və 

regional  səviyyədə  öz  tövsiyələrini  verə  bilərlər.  Həmçinin 

bələdiyyələr və regionlar öz ölkələrində müvafiq nazirliklərlə əlaqələr 

yarada bilərlər.  

 

Avropa  Şurasının  Parlament  Assambleyası  uşaqlar  barəsində  seksual 



zorakılığa  qarşı  mübarizə  sahəsində  milli,  Avropa  və  beynəlxalq 

səviyyədə  parlamentlərin  fəaliyyətlərinin  koordinasıyası  məqsədi  ilə 

Əlaqələr  üçün  parlament  üzvləri  şəbəkəsi

  yaradıb.  Hazırda  49  üzvü 

olan  Şəbəkə  qanunverici  və  siyasi  təşəbbüslər  sahəsində  bütün  üzv 

dövlətlərdə  tətbiq  edilən  ən  yaxşı  təcrübələrin  mübadiləsinə  yardım 

göstərir.  

 

Dörd əsas fəaliyyət istiqamətləri hansılardır?  

 

Yerli  və  regional  hakimiyyət  orqanlarının  yekun  məqsədi  uşaqların 



istismarının  qarşısını  almaqdan  ibarət  olmalıdır.  Bunun  üçün  onlar 

uşaqların və gənclərin müdafiə və himayə ilə təmin edilməsinə və eyni 

zamanda  zorakılıq  aktlarını  törədənlərin  məhkəmə  qaydasında  təqib 



11 

 

olunmasına  ictimai  sektordakı  təsistatların  daha  çox  cəlb  olunması 



üçün  hansı  addımların  atılmalı  olduğu  barədə  qərarlar  qəbul 

etməlidirlər.  Yerli  və  regional  hakimiyyət  orqanları  nalayiq 

hərəkətlərin  qarşısının  alınması,  zərərçəkənlərin  müdafiə  edilməsi, 

zorakılıq  aktlarını  törədənlərin  məhkəmə  qaydasında  təqib  olunması, 

habelə  bütün  bu  proseslərdə  uşaqların  tam  iştirakının  təmin 

olunmasına  yönələn  dörd  prinsipə:  qabaqlama,  müdafiə,  təqib  və 

iştriakçılıq prinsiplərinə əsaslanan yanaşmanı rəhbər tutumalıdırlar.   

 

Bu  bölmədə  siz  həyata  keçirilməsi  zəruri  olan  fəaliyyətlər  barədə 



məlumatlarla,  habelə  onların  nə  üçün  zəruri  olduğuna  dair 

informasiyalarla tanış olacaqsınız. 

 

Dörd prinsip: qabaqlama  

 

Bir  sıra  qabaqlayıcı  tədbirlər  var  ki,  onlar  uşaqlara  qarşı  seksual 



istismarın  və  nalayiq  seksual  hərəkətlərin  qarşısının  alınmasına 

yardım üçün yerli və regional səviyyələrdə həyata keçirilə bilər.  

 

Məlumatlılığın artırılması  

Yerli və regional hakimiyyət orqanları uşaqlara qarşı nalayiq seksual 

hərəkətlərin  və  seksual  zorakılıqların  qarşısının  alınmasına  yönələn, 

uşaqların, uşaqlarla işləyən mütəxəssislərin, ailələrin, qəyyumların və 

bütövlükdə  ictimaiyyətin  məlumatlılığının  artırılması  məqsədini 

daşıyan  proqramlar  və  siyasət  hazırlaya  bilərlər.  Məlumatlılığın 

artırılması  cəmiyyətdə  dəyişikliklər  baş  verməsinə  və  qabaqlayıcı 

tədbirlərin cəmiyyət tərəfindən dəstəklənməsinə kömək edə bilər.  




12 

 

Qabaqlayıcı  proqramlar  və  strategiyalar  xidmətlərin  səmərəli  və 



təhlükəsiz  şəkildə  həyata  keçirilməsi  üçün  bütün  maraqlı  tərəflərin 

yetərli və yüksək keyfiyyətli peşə 

hazırlığına  malik  olmasını  təmin 

etməlidir. 

Maraqlı 

tərəflərə 

uşaqlarla müntəzəm təmasda olan 

bütün  şəxslər,  məsələn,  sosial 

xidmət 

işçiləri, 



səhiyyə 

mütəxəssisləri, 

müəllimlər 

(məktəbəqədər  təhsildən  tutumuş 

orta 

təhsilə 


qədər 

bütün 


səviyyələrdə),  polis  əməkdaşları, 

habelə  mədəniyyət,  istirahət  və 

idman 

komplekslərində, 



kilsələrdə, 

gənclər 


 

üçün 


mərkəzlərdə  çalışanlar,  hüquq-

mühafizə 

orqanlarının 

əməkdaşları və s. daxildir.  

 

Nəzərə alsaq ki, risk altında olan 



uşaqların 

ilkin 


mərhələdəcə 

müəyyənləşdirilməsi 

istənilən 

strategiyanın 

tərkib 

hissəsi  



olmalıdır, uşaqlara qarşı seksual istismar və nalayiq seksual hərəkətlər 

barəsində  zəruri  biliklər  mümkün  qədər  geniş  yayılmalı  və  seksual 

zorakılığa  dəlalət  edən  əlamətləri,  məsələn,  uşağın  davranışındakı 

dəyişiklikləri necə aşkar etmək  barədə məlumatlılıq artırılmalıdır.  

 

Valideynlər,  ailələr  və  qəyyumlar  həmçinin  uşaqlara  qarşı  seksual 



istismarın  və  nalayiq  seksual  hərəkətlərin  əlamətlərini  necə  aşkara 

çıxarmağı,  by  zaman  hansı  hərəkətləri  etməyin  tələb  olunduğunu 

öyrənməli  və  onların  uşaqlar  və  ailələr  üçün  doğuracağı  nəticələri 

bilməlidirlər.  

 

Fəaliyyətlərə dair təkliflər  

 

  Şəhərin və regionun saytında 

Avropa Şurasının "BEŞDƏN 

BİRİ" kampaniyasının saytı ilə 

əlaqələndirici (link) yerləşdirmək 

  Məktəblərdə və gənclər üçün 

mərkəzlərdə uşaqlar və personal 

üçün məlumatlandırıcı məşğələlər 

təşkil etmək  

  İnformasiyaların və rəhbər 

prinsiplərin yer aldığı bülletenləri 

və vərəqələri yaymaq  

  Yerli və regional mütəxəssislərə 

təlimlər keçmək  

  Mütəxəssislər və ictimaiyyət üçün 

müzakirələr və seminarlar təşkil 

etmək 

  Bu problemlərə diqqəti cəlb etmək 



üçün "Avropada yerli demokratiya 

həftəsi"ndən istifadə etmək 

  QHT-lərlə, media ilə və özəl 

sektorla əməkdaşlıq etmək 




13 

 

Həmçinin  qabaqlayıcı  tədbirlərə,  məsələn,  İnternet  saytlarının 



monitorinqinin  aparılmasına  dair  təlimlər  keçilməli  və  uşaqların 

özlərini  müdafiə  etmələrinə 

köməklik göstərilməlidir, misal 

üçün 


İnternetdəki 

zərərli 


informasiyaları 

necə 


müəyyənləşdirməyi, 

yaxud 


tanışları olmayan, amma onlara 

dostluqlarını təklif edən (onları 

"şirnikləndirən") 

şəxslərlə 

yolverilməz 

təmaslardan 

çəkinməyi  uşaqlara  öyrətmək 

lazımdır.  Bu  cür  hazırlıq 

valideynlərə 

də 


şamil 

olunmalıdır,  onlara  İnternet 

saytlarının  monitorinqini  necə 

aparmağı  və  İnternetə  girişə 

necə  nəzarət  etməyi  öyrətmək 

lazımdır;  həmçinin  uşaqlara 

İnternetlə  bağlı  risklər  və 

təhlükələr  barədə  məlumat 

verilməlidir. 

Uşaqlar, 

valideynlər,  müəllimlər  və 

ailələr 


üçün 

İnternetdə 

təhlükəsizliyin  təmin  edilməsi 

vasitələri  QHT-lərlə  və  ya 

digər  təşkilatlarla  əməkdaşlıq 

şəraitində 

hazırlana 

bilər, 


yaxud  da  artıq  mövcud  olan 

məlumatlandırma 

vasitələrindən  istifadə  oluna 

bilər. 


 

Məlumatlandırıcı tədbirlər həmçinin geniş ictimaiyyətə ünvanlanmalı 

və ictimaiyyət bu hal barəsində və görülə biləcək qabaqlayıcı tədbirlər 

haqqında  məlumat  almalıdır.  Şəhərlərin  və  regionların  saytlarında 

Avropa  Şurasının  "BEŞDƏN  BİRİ"  kampaniyasının  saytı  ilə 

əlaqələndiricinin  (linkin)  yerləşdirilməsi  buna  nail  olmağın  bir 



Fəaliyyətlərə dair təkliflər  

 

  Uşaqlara yardım edilməsinə 

yönələn bir sıra milli və Avropa 

telefon xətlərinin fəaliyyətini təmin 

etmək 

  Şəhərin və ya regionun saytında 



operativ yardım və məsləhət üçün 

əlaqələndirici (link) yerləşdirmək   

  Faydalı telefon nömrələrinin və 

ünvanların olduğu kiçik və istifadə 

üçün rahat olan yaddaş kartlarını 

hazırlamaq və bütün məktəblilərə 

paylamaq 

  Hər bir ailə üçün maqnitlə 

soyuducunun qapısına yapışdırılan, 

faydalı telefon nömrələrinin və 

ünvanların olduğu siyahı 

hazırlamaq  

  Uşaqların tez-tez olduğu yerlərdə 

yardım üçün onların haraya 

müraciət etməli olduqlarını 

göstərən plakatlar yerləşdirmək  

  Uşaqlar üçün nəzərdə tutulan 

maarifləndirici materialları 

məktəblərdə və gənclər üçün 

klublarda yaymaq  

  İnternetdə təhlkəsiz davranış 

barədə bülletenlər və ya vərəqələr 

yaymaq  

  İnternetdə baş verən qanunsuz 

fəaliyyətlər barədə xəbər 

verilməsinə şərait yaratmaq  




14 

 

yoludur.  Həmçinin  milli  və  Avropa  səviyyəsində  "qaynar  xətlərin" 



yaradılması və telefon vasitəsilə yardım göstərilməsi təşviq edilə bilər.  

 

Məlumatlandırıcı və maarifləndirici materiallar  

Avropa  Şurası  uşaqlara  qarşı  seksual  zorakılıq  və  nalayiq  seksual 

hərəkətlər  barəsində  məlumatlılığı  artırmaq  və  kampaniyanın 

ismarıclarını  çatdırmaq  üçün  materiallar  hazırlayıb.  Materiallar 

uşaqlar üçün işləyən və uşaqlarla birgə çalışan rəhbər şəxslər, təşviqat 

qrupları və mütəxəssislər tərəfindən istifadə edilmək üçün hazırlanıb. 

Valideynlərin  və  uşaqların seksual  zorakılığın  qarşısını  almalarına  və 

belə hallar barədə xəbər vermələrinə yardım üçün Avropanın 36 dilinə 

tərcümə  olunmuş  konkret  məlumatlandırıcı  materiallar  hazırlanıb 

(

www.underwearrule.org



).  Yerli  və  regional  hakimiyyət  orqanları 

"BEŞDƏN  BİRİ"  kampaniyasının  materiallarını  çap  etməli  və 

məktəblərdə,  uşaq  bağçalarında  və  çoxsaylı  uşaqların  olduğu  digər 

müəssisələrdə  (gənclər  üçün  klublarda,  gənclər  assosiasiyalarında, 

məsələn,  bələdçilərin,  skautların  birliklərində  və  s.)  geniş  şəkildə 

yaymalıdırlar. (Əlaqə: 

1in5@coe.int

).  


 

Uşaqların maarifləndirilməsi  

Uşaqlara  qarşı  nalayiq  seksual  hərəkətlər  və  seksual  zorakılıq 

haqqında, o cümlədən müxtəlif zorakılıq növləri və riskli situasiyalar 

barəsində  məlumatlandırılmaqla  uşaqlar  seksual  istismardan  və 

nalayiq  seksual  hərəkətlərdən  qorunmaq  üçün  məlumatlı,  təhlükəsiz 

və  düşüncəli  seçim  etmələrinə  imkan  yaradan  bilik  və  vərdişlər  əldə 

edə  bilərlər  ki,  bu  da  onların  sağlam  və  pozitiv  münasibətlər 

qurmasına şərait yaratmış olar.  

 

Müəyyən  yaş  qrupuna  ünvanlanan,  uşaqların  konkret  tələbatlarını  və 



qavrayış  xüsusiyyətlərini,  o  cümlədən  müxtəlif  mədəniyyətlərin 

xüsusiyyətlərini  nəzərə  alan  və  uşaqlar  üçün  anlaşıqlı  dildə  təqdim 

edilən  maarifləndirici  effektiv  materiallar  həm  ibtidai,  həm  də  orta 

təhsil  səviyyələrində  istifadə  edilməlidir.  Bu  yolla  uşaqlar  seksual 

zorakılığın  nə  demək  olduğu  və  belə  halların  necə  aşkar  edilməli 

olduğu  barədə  məlumat  əldə  etmiş  olurlar  ki,  nəticədə  təhlükəsiz 

vərdişlərin  təşviqi  vasitəsilə  bu  cür  halların  qarşısının  alınmasına 

köməklik 

göstərilmiş  olur.  Həmçinin  yeni  kommunikasiya 

texnologiyaları  haqqında  və  İnternetdən  istifadə  ilə  bağlı  risklər 




15 

 

barədə məlumatlar, habelə İnternetdə baş verən qanunsuz fəaliyyətlər 



barəsində  necə  xəbər  vermək  haqqında  infomasiyalar  maarifləndirici 

məlumatlar sırasına daxil edilməlidir.  

 

İstənilən  maarifləndirici  və  məlumatlandırıcı  kampaniya  məsləhət  və 



yardım üçün haraya müraciət etmək barədə informasiyaları, məsələn, 

konkret  hədəf  qrupuna  xidmət  edən  telefon  xətləri  və  ya  yardım 

telefonları  barədə,  konkret  olaraq  milli  və  Avropa  telefon  nomrələri 

haqqında  məlumatları  özündə  ehtiva  etməlidir,  özü  də  bu  telefionlar 

adi  iş  saatları  hesab  olunmayan  vaxtlarda  da  işləməldiir  ki,  uşaqlar 

kimə müraciət etməli olduqlarını bilsinlər. Kiçik və istifadə üçün rahat 

olan  yaddaş  kartları,  üzərində  faydalı  telefon  nömrələrinin  və 

ünvanların əks olunduğu açar brelokları və ya mobil telefon çexolları 

bütün  məktəblilərə  paylanıla  bilər,  bunlar  məktəblilərin  öz 

çantalarında  rahat  gəzdirə  biləcəyi  vasitələrdir.  Yerli  və  regional 

hakimiyyət  orqanları  maqnitlə  soyuducunun  qapısına  yapışdırılan, 

yuxarıdakı informasiyaları əks etdirən siyahı hazırlaya bilərlər ki, hər 

bir  ailədə  hər  bir  uşaq  onları  asanlıqla  görə  bilsin.  Yerli  və  regional 

hakimiyyət  orqanları  məlumatların  və  yardımın  əlçatan  olmasını, 

asanlıqla  görülə  bilən  yerdə  olmasını,  habelə  uşaqların  asanlıqla 

yardım və məsləhət ala bilməsi üçün şəhərin və ya regionun saytında 

əlaqələndiricinin (linkin)  yerləşdirilməsini təmin  etməlidirlər.  Haraya 

getmək  və  kimə  müraciət etmək  barədə  məlumatlar  uşaqların  tez-tez 

olduğu  yerlərdə  –  məktəblərdə,  oyun  qruplarında,  gənclər  üçün 

mərkəzlərdə,  sağlamlıq  mərkəzlərində,  ictimai  kitabxanalarda,  təcili 

və 

təxirəsalınmaz 



yardım 

xidmətlərində, 

cinsi 

sağlamlıq 



klinikalarında, yerli hakimiyyət orqanlarının saytlarında, kilsələrdə və 

s. məkanlarda yerləşdirilməlidir.  

 

Qabaqlayıcı fəaliyyətlərdə tərəfdaşlar  

Lansarote  Konvensiyası  hakimiyyət  orqanlarını  uşaq  hüquqlarının 

təşviqi və müdafiəsi üçün müstəqil təsisatlar yaratmağa həvəsləndirir. 

O,  həmçinin  uşaqlara  qarşı  seksual  istismar  və  nalayiq  seksual 

hərəkətlər barəsində ictimaiyyətin məlumatlandırılması üçün şəxsin və 

ya orqanın, məsələn, uşaq ombudsmanının, uşaq vəkilinin və ya uşaq 

hüquqları  üzrə  müvəkkilin  təyin  olunmasını  nəzərdə  tutur.  Belə 

orqanlar yerli və (və ya) regional səviyyələrdə yaradıla bilər.  

 



16 

 

Beynəlxalq,  Avropa,  milli,  regional  və  yerli  səviyyələrdə  bir  çox 



təşkilatlar  və  assosiasiyalar  uşaqlar  barəsində  seksual  istismara  və 

nalayiq  seksual  hərəkətlərə  qarşı  aktiv  fəaliyyət  göstərirlər.  Onların 

çoxu  məlumatlılığı  artıran  və  informasiya  xarakterli  sənədlər  və 

materiallar  hazırlayıblar  ki,  bunları  da  geniş  şəkildə  yaymaq  olar. 

Yerli  və  regional  hakimiyyət  orqanlarının  milli  assosiasiyaları  və 

hakimiyyət  orqanlarının  özləri  bu  materialların  geniş  şəkildə 

yayılmasını təmin etmək üçün bu təşkilatlarla birgə işləməlidirlər.  

 

Uşaqlar  barəsində  seksual  istismarın  və  nalayiq  seksual  hərəkətlərin 



gizli  cinayət  olduğu  məlumdur,  belə  ki,  bu  əməllərin  qurbanı  olan 

uşaq  onlar  barəsində  danışmaqda  olduca  çətinlik  çəkir.  Bu  durum, 

habelə  məlumatların  toplanmasının  standartlaşdırılmış  və  müqayisəli 

metodlarının olmaması  o deməkdir ki, bu problemin miqyasının aydın 

mənzərəsini  yaratmaq  çətindir.  Yerli  və  regional  hakimiyyət 

orqanlarının  bu  sahədə  vəziyyətin  müşahidəsi  və  qiymətləndirilməsi 

üçün  məlumatların  toplanması 

mexanizmlərini 

yaratmaları 

önəmlidir.  Toplanmış  məlumatlar 

sayəsində  hakimiyyət  orqanları  öz 

regionlarında uşaqlara qarşı seksual 

istismarın  risklərini,  miqyasını  və 

xarakterini  qiymətləndirə  və  bu 

məlumatların  əsasında  problemə 

reaksiya verə bilərlər.  

 

Vətəndaş  cəmiyyəti  təşkilatları, 



eləcə  də  özəl  sektor,  xüsusən 

informasiya  və  kommunikasiya 

texnologiyaları  sektoru  və  media  

uşaqlara  qarşı  seksual  istismarın 

qarşısının  alınmasına  və  uşaqların 

müdafiəsinə  yönələn  proqram  və 

layihələr  çərçivəsində  yerli  və 

regional  hakimiyyət  orqanları  ilə  işləyə  bilərlər.  Regional  səviyyədə 

əməkdaşlıq  şəhərlərin  hüdudlarını  aşan  cinayətkar  fəaliyyətlə, 

məsələn,  uşaq  alveri  ilə  məşğul  olan  şəxslərin  müəyyən  edilməsində 

səmərəli ola bilər.  

Fəaliyyətlərə dair təkliflər  

 

  Uşaqlara qarşı seksual istismar 

və nalayiq seksual hərəkətlər 

barəsində ictimaiyyətin 

məlumatlandırılması üçün yerli 

və ya regional səviyyədə hər 

hansı şəxsi və ya orqanı təyin 

etmək  


  Siyasət və fəaliyyətlərin 

məlumatlı şəkildə təşkil 

edilməsi üçün yerlərdə konkret 

vəziyyət barədə informasiya 

toplamaqdan ötrü vətəndaş 

cəmiyyəti ilə işləmək  

  Media ilə əməkdaşlıq etmək  

  Şəhərlərin hüdudlarını aşan 

əməkdaşlığı həyata keçirmək  



17 

 

Dörd prinsip: müdafiə  

 

İdarəetmə  orqanları  arasında  seksual  istismarın  və  nalayiq  seksual 



hərəkətlərin  qurbanı  olan  uşaqlarla  ən  sıx  təmasda  olan  orqanlar 

qismində  yerli  və  regional  hakimiyyət  orqanları  uşaqlara  himayə 

fəaliyyətlərinin  bütün  iştriakçılarını  birləşdirən  strukturları  daha 

effektiv  surətdə  yarada  və  uşaqlar 

üçün 

maksimum 



dəstək 

və 


müdafiəni  təmin  edə  bilərlər.  Onlar 

təkcə 


azyaşlı 

qurbanların 

tələbatlarını  təmin  etmək  vəzifəsini 

deyil,  həm  də  bütövlükdə  ailənin 

strukturunu 

və 


cəmiyyətin 

maraqlarını  nəzərə almaq vəzifəsini 

daşıyırlar. 

Yerli 


və 

regional 

hakimiyyət 

orqanları 

uşaqlar 

barəsində  seksual  zorakılığa  qarşı 

mübarizə 

sahəsində 

çoxtərəfli 

yanaşmanı 

təşviq 

etməli 


və 

koordinasiya 

olunan 

çoxsahəli 



strukturları, 

prosesləri 

və 

mexanizmləri 



hazırlamalıdırlar.

Fəaliyyətlərə dair təkliflər  

 

  Qurumlararası və çoxsahəli 

yanaşmaya əsaslanan, 

uşaqların mənafelərinə 

uyğunlaşdırılan müəssisələr 

yaratmaq  

  Yerli və regional səviyyələrdə 

məlumatlandırma öhdəliyini 

tətbiq etmək  

  Milli və Avropa səviyyəsində 

uşaqlara yardım üzrə telefon 

nömrələrini və ya İnternet 

ünvanlarını geniş şəkildə 

yaymaq  


  Uşaqlarla işləyən bütün 

mütəxəssislər üçün seksual 

zorakılıq və ya nalayiq 

seksual hərəkətlər barəsində 

məlumat verməyə dair aydın 

rəhbər prinsiplər qəbul etmək  




18 

 

Çoxsahəli mərkəzlər  

Şəhərlər  və  regionlar  qurumlararası  əməkdaşlıq  strategiyasına 

əsaslanan  kompleks  və  inteqrasiyalı  yanaşma  qəbul  etməli  və  aydın 

funskiya  və  vəzifələr  daşıyan  ixtisaslaşmış  və  konkret  təyinatlı 

orqanlar  yaratmalıdırlar,  bu  orqanlar  uşaqların  müdafiəsində,  onların 

firavanlığının və rifah halının yaxşılaşdırılmasında iştriak edən bütün 

yerli xidmətləri birləşdirməlidir. Uşaqların müdafiəsinə yönələn yerli 

strategiyalar  elə  hazırlanmalıdır  ki,  konkret  yerli  prosedurlar  və 

sistemlər əhatə edilmiş olsun.  

 

Bir  çox  Avropa  ölkələrində  uşaqlar  barəsində  nalayiq  seksual 



hərəkətlərə qarşı mübarizə vəzifəsi bir çox orqanların üzərinə qoyulur 

ki, onlar da belə halları araşdırmağa borcludurlar. Uşaqlarla dəfələrlə 

müsahibələr  aparılır  ki,  bu  da  onların  qurban  hissini  təkrarən 

yaşamalarına gətirib çıxarır, bu isə onlar üçün öncə baş vermiş nalayiq 

seksual  hərəkətlərdən  daha  zərərli  ola  bilər.  Lansarote  Konvensiyası 

qurumlararası  çoxsahəli  kompleks  mərkəzlərin  yaradılmasını  təşviq 

edir,  burada  uşaqlara  qarşı  nalayiq  seksual  hərəkətlərin  araşdırılması 

ilə  məşğul  olan  bütün  mütəxəssislər  (uşaqlar  üçün  sosial  təminat  və 

tibb xidmətlərinin işçiləri, hüquq-mühafizə və  məhkəmə orqanlarının 

əməkdaşları  və s.)  seksual zorakılığın  qurbanı  olan  uşaqların  sonrakı 

psixoloji  təzyiqlərə  məruz  qalmaması  üçün  vahid  bir  məkanda  birgə 

çalışa  bilərlər  (uşaqların  mənafelərinə  uyğunlaşdırılan  müəssisələr 

konsepsiyası).  Uşaqların  müraciət  etməsi  üçün  yerlərin  olması 

önəmlidir, elə yerlər ki, burada onlar etimad mühitində özləri barədə 

sərbəst  və  konfidensial  şəkildə  danışa  bilsinlər  və  özlərini 

təhlükəsizlikdə  hiss  etsinlər.  Bu  mərkəzlər  elə  təşkil  olunmalıdır  ki, 

məhkəmə  araşdırmasının  məqsədləri  üçün  uşaqlarla  müsahibələr 

aparmaq  və  onları  tibbi  müayinədən  keçirmək  mümkün  olsun, 

uşaqların  durumu  hərtərəfli  qiymətləndirilsin  və  onlar  müvafiq 

mütəxəssislər  tərəfindən  bütün  lazımi  terapiya  xidmətləri  ilə  təmin 

edilsinlər,  onların  dəfələrlə  müsahibələrə  məruz  qalması  və  qurban 

hissini təkrarən yaşaması baş verməsin.  

 

Şübhələr  barəsində  xəbər  vermək  məcburi  öhdəlik  olsaydı  və 



konfidensiallıq  qaydalarını  pozmamaq  və  ya  uşağın  etimadını 

itirməmək  şərti  ilə  bu  öhdəliyə  riayət  edilsəydi,  daha  çox  uşağı 

müdafiə  etmək  olardı.  Uşaqlarla  işləyən  bütün  mütəxəssislər  üçün 



19 

 

rəhbər  prinsiplər  hazırlanmalıdır,  bu  prinsiplər  mütəxəssislərin  öz 



naraqhatlıqları  barədə  müvafiq  qruruma  hansı  qaydada  məlumat 

verməsini nəzərdə tutmalı, bu məlumatdan sonra isə yerli və regional 

hakimiyyət  orqanları  nalayiq  seksual  hərəkətlərlə  bağlı  şübhələrin 

əsaslı 


olub-olmadığını 

müəyyənləşdrimək 

üçün 

təhqiqat 



aparmalıdırlar.  Maraqlı  tərəflər  də  uşaqların  müdafiəsi  və  uşaq 

hüquqları  haqqında,  habelə  uşağın  üstün  maraqlarının  önə 

çəkilməsinin vacibliyi barəsində məlumatlandırılmalıdırlar.  

 

Milli  səviyyədə  telefon  və  ya  İnternet  vasitəsilə  yardım  xətləri 



yoxdursa,  onları  yaratmaq  lazımdır  ki,  uşaqlar  bu  xətlərdən  sərbəst 

istifadə edə və anonim qalmaqla məsləhətlər ala bilsinlər. 

 

Müdafiə fəaliyyətlərində tərəfdaşlar  

QHT-lər  və  digər  vətəndaş  cəmiyyəti  təşkilatları,  xüsusən  də 

qurbanlara  yardım  göstərilməsi  ilə  məşğul  olan  təşkilatlar  mühüm 

tərəfdaşlardır.  

 

Dörd prinsip: təqib  

 

Lansarote  Konvensiyasında  bir  sıra  əməllər  cinayət  hesab  olunur  və 



onların  hansı  qaydada  araşdırılması  və  təqsirkarların  hansı  qaydada 

məsuliyyətə  cəlb  olunması  əsasən  milli  cinayət  qanunvericilyiində 

təsbit  edilməli  olan  məsələlər  olsa  da,  yerli  və  regional  hakimiyyət 

orqanları bu sahədə önəmli rol oynayırlar. Bu mərhələdə, o cümlədən 

istintaq  və  məhkəmə  araşdırması  zamanı  atılan  bütün  addımlarda 

uşağın  üstün  maraqları,  hüquqları  və  əlverişsiz  durumu  ilk  növbədə 

nəzərə alınmalıdır.  

 

Qurbanlara yardım göstərilməsi  

Hakimiyyət  orqanları  həm  ayrıca,  həm  də  QHT-lərlə  əməkdaşlıq 

şəraitində  müəyyən  tədbirlərin  görülməsini,  məsələn,  məhkəmə 

araşdırması  zamanı  pulsuz  hüquqi  yardım  göstərilməsini;  uşağın 

valideynlərinə  və  bacı-qardaşlarına  məsləhətlər  verilməsini;  habelə 

uşağa terapiya yardımı göstərilməsini təmin etməlidirlər.  

 

 




20 

 

Hüquqpozanların təqib olunması  

Yerli  və  regional  hakimiyyət  orqanları  konkret  olaraq  hüquq 

pozuntularının təkrarlanmasına yol verməmək üçün uşaqlara müvafiq 

dəstək  xidmətləri  göstərilməsini  təmin  etməlidirlər.  Onlar  həmçinin 

hüquqpozanların  da  öz  hüquqları  barəsində  və  onlar  üçün  mövcud 

olan xidmətlər haqqında məlumatlandırılmasını təmin etməlidirlər. 

 

Dörd prinsip: iştirakçılıq  

 

Avropa  Şurası  hesab  edir  ki,  dinlənilmək  hüququ  və  rəyinə  ciddi 



yanaşılması hüququ hər bir uşağın və gəncin insan ləyaqəti və sağlam 

inkişafı  üçün  mühüm  əhəmiyyət  daşıyır.  Yaşları  və  yetkinlik 

səviyyələri  nəzərə  alınmaqla  uşaqların  və  gənclərin  rəyləri 

dinlənilməli  və  nəzərə  alınmalıdır  ki,  onlara  aid  bütün  məsələlərdə 

onların  üstün  maraqlarının  ilk  növbədə  nəzərə  alınması  hüququ  və 

zorakılıqdan,  sui-istifadə  hallarından,  etinasızlıqdan  və  pis  rəftardan 

müdafiə edilmək hüququ səmərəli şəkildə təmin edilmiş olsun.

2

 Yerli 



və  regional  hakimiyyət  orqanları  atdıqları  bütün  addımlarda  bu 

pirinsipi rəhbər tutmalıdırlar. 

 

Regional səviyyədə hansı konkret adımlar atıla 

bilər? 

 

Lansarote  Konvensiyasında  nəzərdə  tutulmuş  bir  çox  tədbirlərin 



cinayət və mülki qanunvericilik aktlarında öz əksini tapması bir qayda 

olaraq dövlətin səlahiyyətinə aid məsələ olsa da, uşaqların müdafiəsi 

sahəsində  bəzi  mühüm  məsələlər,  məsələn,  məişət,  sosial  və  tibb 

xidmətlərinin  tənzimlənməsi  və  təşkili,  habelə  uşaqların  seksual 

istismara  və  nalayiq  seksual  hərəkətlərə  məruz  qalmasının  qarşısının 

alınması  və  belə  hallardan  müdafiəsi  sahəsində  konkret  tədbirlərin 

görülməsi  və  strukturların  yaradılması  regionların  səlahiyyətinə  aid 

edilə  bilər.  Regional  hakimiyyət  orqanları  və  parlamentlər  Lansarote 

Konvensiyasının  müddəalarının  yerinə  yetirilməsi  üçün  onlar 

tərəfindən  hansı  qanunverici  və  inzibati  tədbirlərin  görülməli 

olduğunu təhlil etməlidirlər. 

                                                      

2

 "Yaşı 18-dən az olan uşaqların və gənclərin iştirakçılığı haqqında" Nazirlər 



Komitəsinin üzv dövlətlərə CM/Rec(2012)2 saylı tövsiyəsi. 


21 

 

Pakt praktikada necə işləyəcək? 

 

Yerli  və  regional  seçkilərdə  seçilmiş  nümayəndələr  Paktın 



müddəalarını həm öz həmkarlarının, həm də öz şəhər və regionlarında 

uşaqların  sağlamlığı,  rifahı  və  təhlükəsizliyinə  görə  cavabdeh  olan 

idarələrin diqqətinə çatdırmağa dəvət olunurlar ki, onlar Paktda təklif 

olunan  təşəbbüslərin  həyata  keçirilməsi  üçün  kampaniya  apara 

bilsinlər.  

 

İnternetdə "Paktın platformasında" qeydiyyat  

 

Yerli  və  regional  orqanların  seçkili  nümayəndələri  Konqressin 



İnternetdə  yerləşdirdiyi  "Paktın  platformasında"  qeydiyyata  alına 

bilərlər  (

www.coe.int/congress-pact

).    Paktın  müddəalarının  yerinə 

yetirilməsində maraqlı olan, yaxud da artıq təşəbbüslərə başlamış olan 

şəhərlər və regionlar da qeydiyyatdan keçməyə dəvət olunurlar.  

 

Bu platformada hər kəs yeni təşəbbüslər və strukturlar barəsində, eləcə 



də artıq mövcud olan tədbirlər haqqında məlumatlar təqdim etmək və 

hər dəfə yeni fəaliyyətlər həyata keçirilən zaman yenidən platformaya 

qayıtmaq  imkanına  malik  olacaq.  Bu  məlumatlar  yerli  və  regional 

səviyyələrdə  "BEŞDƏN  BİRİ"  kampaniyasının  gedişatındakı 

irəliləyişləri qiymətləndirmək üçün istifadə olunacaq.  

 

Yerli və regional hakimiyyət orqanları üçün 

fəaliyyətlərin siyahısı  

 

Qabaqlama  

 

 



Şəhərin  və  regionun  saytında  Avropa  Şurasının  "BEŞDƏN 

BİRİ" kampaniyası ilə əlaqələndiricdi (link) yerləşdirmək  

 

Uşaqlara  gündəlik  qulluq  mərkəzlərində,  məktəblərdə  və 



gənclər  üçün  mərkəzlərdə  uşaqlar  və  personal  üçün 

məlumatlandırıcı məşğələlər təşkil etmək  

 

İnformasiyaların  və  rəhbər  prinsiplərin  yer  aldığı  bülletenləri 



vərəqələri yaymaq 

 

Yerli və regional mütəxəssislərə təlimlər keçmək  




22 

 

 



Mütəxəssislər  və  ictimaiyyət  üçün  müzakirələr  və  seminarlar 

təşkil etmək 

 

Bu  problemlərə  diqqəti  cəlb  etmək  üçün  "Avropada  yerli 



demokratiya həftəsi"ndən istifadə etmək  

 

QHT-lərlə, media ilə və özəl sektorla əməkdaşlıq etmək 



 

Uşaqlara  qarşı  seksual  istismar  və  nalayiq  seksual  hərəkətlər 

barəsində ictimaiyyətin məlumatlandırılması üçün yerli və ya 

regional səviyyədə hər hansı şəxsi və ya orqanı təyin etmək  

 

Siyasət  və  fəaliyyətlərin  məlumatlı  şəkildə  təşkil  edilməsi 



üçün  yerlərdə  konkret  vəziyyət  barədə  informasiya 

toplamaqdan ötrü vətəndaş cəmiyyəti ilə işləmək  

 

Şəhərlərin hüdudlarını aşan əməkdaşlığı həyata keçirmək  



 

Milli  və  Avropa  səviyyəsində  uşaqlara  telefonla  yardım 

göstərilməsinə şərait yaratmaq  

 

Şəhərin və ya regionun saytında operativ yardım və məsləhət 



üçün əlaqələndirici (link) yerləşdirmək  

 

Faydalı  telefon  nömrələrinin  və  ünvanların  olduğu  kiçik  və 



istifadə üçün rahat olan yaddaş kartlarını hazırlamaq və bütün 

məktəblilərə paylamaq  

 

Hər bir ailə üçün maqnitlə soyuducunun qapısına yapışdırılan, 



faydalı  telefon  nömrələrinin  və  ünvanların  olduğu  siyahı 

hazırlamaq  

 

Uşaqların tez-tez olduğu yerlərdə yardım üçün onların haraya 



müraciət etməli olduqlarını göstərən plakatlar yerləşdirmək  

 

Uşaqlar  üçün  nəzərdə  tutulan  maarifləndirici  materialları 



məktəblərdə və gənclər üçün klublarda yaymaq  

 

İnternetdə  təhlükəsiz  davranış  barədə  bülletenlər  və  ya 



vərəqələr yaymaq  

 

İnternetdə  baş  verən  qanunsuz  fəaliyyətlər  barədə  xəbər 



verilməsinə şərait yaratmaq  

 

Müdafiə  



 

 

Qurumlararası  və  çoxsahəli  yanaşmaya  əsaslanan,  uşaqların 



mənafelərinə uyğunlaşdırılan müəssisələr yaratmaq  

 

Yerli  və  regional  səviyyələrdə  məlumatlandırma  öhdəliyini 



tətbiq etmək  


23 

 

 



Uşaqlarla  işləyən  mütəxəssislər  üçün  seksual  zorakılıq  və  ya 

nalayiq  seksual  hərəkətlər  barəsində  məlumat  verməyə  dair 

aydın rəhbər prinsiplər qəbul etmək  

 

 




24 

 

Sənədlər və istinad üçün saytlar  

 



 



ONE in FIVE, the Council of Europe campaign to stop sexual 

violence against children

 

 



 

Council  of  Europe  Convention  on  the  Protection  of  Children 

against Sexual Exploitation and Sexual Abuse

 

 



 

Council of Europe Strategy for the Rights of the Child 2012-



2015 

 



 

Council  of  Europe  Convention  on  Action against  Trafficking 

in Human Beings

 

 



 

Convention on Cybercrime



 

 



 

European Convention on the Exercise of Children's Rights

 

 



 

Guidelines  of  the  Committee  of  Ministers  of  the  Council  of 

Europe on child friendly justice

 

 



 

Recommendation  on  the  Participation  of  children  and  young 



people under the age of 18 

 



 

Discover children’s rights! 

 



 



Raise your hand against smacking!

 

 



 

Wild Web Woo



 


 

 

 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə