1 Tədiyə balansının metodoloji tərtibatı ilə bağlı
http://cbar.az/assets/1186/final_metod.pdf
səhifəsinə
müraciət edilə bilər.
2013-cü ilin yanvar-sentyabr ayları üçün Azərbaycan Respublikasının
T Ə D İ Y Ə B A L A N S I
1
Əvvəlki illərdə olduğu kimi 2013-cü ilin yanvar-sentyabr aylarında da xarici iqtisadi
əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi
saldoya malik olmuşdur.
Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu
sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə
mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların və xidmətlərin idxalını əks
etdirir. 2013-cü ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə yaranmış ümumi
müsbət saldo 17.1 mlrd. $ olmuşdur.
2013-cü ilin yanvar-sentyabr aylarında t
ədiyə balansının əsas göstəriciləri
Mln. $
Cari əməliyyatlar və kapital hesabı
9249.9
Xarici ticarət balansı
15408.1
Xidmətlər balansı
-3151.0
İlkin gəlirlər balansı
-3052.0
-İnvestisiya gəlirlərinin repatriasiyası
-3097.7
Təkrar gəlirlər balansı
Kapital hesabı
51.4
-6.6
Maliyyə hesabı
Xalis maliyyə aktivləri
o cümlədən:
- xaricə yönəldilmiş birbaşa investisiyalar
- portfel investisiyaları
- digər investisiyalar
Xalis maliyyə öhdəlikləri
o cümlədən:
- Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar
-5054.6
8759.1
775.0
244.7
7739.4
3704.5
4631.8
- cəlb olunmuş investisiyaların repatriasiyası
-2663.2
- neft bonusu
0.4
- portfel investisiyaları
1034.2
- digər investisiyalar
701.3
Balanslaşdırıcı maddələr
Tədiyə balansının ümumi saldosu
(Ölkənin
ehtiyat aktivlərinin dəyişməsi)
-904.2
3291.1
Cari əməliyyatlar hesabı
2013-cü ilin yanvar-sentyabr aylarında cari əməliyyatlar hesabında 9.3 mlrd. $
məbləğində profisit yaranmış, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti
16.6 mlrd. $ məbləğində olmuşdur. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru
üzrə cari hesabın 7.4 mlrd. $ məbləğində kəsirini tam örtmüşdür.
Mln. $
Xarici ticarət balansı
Xarici ticarət dövriyyəsi 32.2 mlrd. $ təşkil etmiş və xarici ticarət balansı 15.4 mlrd. $
məbləğində müsbət saldo ilə nəticələnmişdir.
2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dünyanın 143-dək dövləti ilə
ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 9.5%-i MDB üzvü olan dövlətlərin, 90.5%-i
isə digər xarici dövlətlərin payına düşür. Dövlətimizin İtaliya, Birləşmiş Krallıq, Türkiyə,
İndoneziya, ABŞ, Rusiya, Almaniya, Tailand, Fransa və Yaponiya ilə daha intensiv
ticarət əlaqələri olmuşdur. (Ümumi ticarətdə bu ölkələrin payı 68.9% təşkil etmişdir).
2012-ci il, 9 ay
2013-cü il, 9 ay
11488
9256
17476
15408
-2377
-3151
-3432
-3052
-179
51
Cari hesabın saldosu
Xarici ticarət balansının saldosu
Xidmətlər balansının saldosu
İlkin gəlirlərin saldosu
Təkrar gəlirlərin saldosu
3
2013-cü ilin yanvar-sentyabr aylarında xarici ticarət üzrə əsas tərəf müqabilləri
(Mln. $)
Əmtəə
dövriyyəsi
İxrac
İdxal
Saldo
Italiya
B.Krallıq
Türkiyə
İndoneziya
ABŞ
Rusiya Federasiyası
Almaniya
Tailand
Fransa
Yaponiya
Başqaları
4573
3153
2529
2304
2261
2136
1491
1470
1158
1110
10028
4407
2317
1290
2286
1993
869
961
1453
809
876
6550
166
836
1239
18
268
1267
530
17
349
234
3478
+4241
+1481
+51
+2268
+1725
-398
+431
+1436
+460
+642
+3072
Cəmi
32213
23811
8402
+15409
O cümlədən:
MDB dövlətləri
3050
1059
1991
-932
Digər dövlətlər
29163
22752
6411
+16341
Əmtəə ixracı.
Hesabat dövründə əmtəə ixracı 23.8 mlrd. $ təşkil etmişdir. İxrac
olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 94.7% olmuşdur.
Xarici dövlətlərə 21.5 mlrd. $ neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft
məhsullarının 1.2 mlrd. $-ı neft emalı məhsullarının, 20.3 mlrd. $-ı isə xam neftin
ixracının payına düşür.
İxrac olunmuş xam neftin 19.1 mlrd. $-ı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
(ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam
neftin 1.2 mlrd. $-ı isə digər müəssisələr tərəfindən xaricə göndərilmişdir ki, bunun da
120.8 mln.$ Şahdəniz yatağından hasil edilmiş kondensatın, 1015.5 mln. $ isə ARDNŞ-
nin payına düşür.
2013-cü ilin yanvar-sentyabr aylarında ölkənin qeyri neft-qaz ixracı ötən ilin
müvafiq dövrünə nisbətən 13.1% artaraq 1265.5 mln.$ təşkil etmişdir.
İxracın strukturu
2012-ci il, 9 ay
2013-cü il, 9 ay
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
İxrac
- cəmi
24561.6
100.0
23810.6
100.0
o cümlədən:
1.Yanacaq-xammal məhsulları 23882.5
97.2
22923.0
96.3
- neft-qaz məhsulları
23442.5
95.4
22545.1
94.7
- digər xammal
440.0
1.8
377.9
1.6
2.Maşın və avadanlıq
60.6
0.3
214.7
0.9
3.İstehlak malları
596.2
2.4
651.3
2.7
4.Digər mallar
22.3
0.1
21.6
0.1
Əmtəə idxalı.
Hesabat dövründə əmtəə idxalı 8.4 mlrd. $ təşkil etmişdir. İstehlak
mallarının idxalının ümumi dəyəri isə 3292.1 mln. $ olmuş, bunun da 1025.5 mln. $-ı
ərzaq məhsullarının payına düşür.
4
İdxalı
n strukturu
2012-ci il, 9 ay
2013-cü il, 9 ay
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
İdxal
-cəmi
7085.6
100.0
8402.5
100.0
cümlədən:
1.İstehlak malları
3067.6
43.3
3292.1
39.2
- ərzaq məhsulları
873.0
12.3
1025.5
12.2
- digərləri
2194.6
31.0
2266.6
27.0
2.İnvestisiya yönümlü mallar
696.1
9.8
741.7
8.8
- beynəlxalq neft-qaz konsorsiumları 591.9
8.3
575.6
6.8
- digərləri
104.2
1.5
166.1
2.0
3. Digər mallar
3321.9
46.9
4368.7
52.0
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və
malların xüsusi çəkisi 8.8% təşkil edərək 741.7 mln. $ olmuşdur. Bunun 77.6%-ni
beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına
idxal edilmiş mallar təşkil edir. Bundan başqa ölkəyə ümumi məbləği 4368.7 mln. $
olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da
gətirilmişdir.
Xidmətlər balansı
2013-cü ilin yanvar-sentyabr aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi
əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuş və bu xidmətlərin ümumi
həcmi 9.3 mlrd. $ təşkil etmişdir. Bunun 6.2 mlrd. $-ı qeyri-rezidentlər tərəfindən
Azərbaycanın rezidentlərinə, 3.1 mlrd. $ isə Azərbaycan rezidentlərinin xarici ölkələrin
rezidentlərinə göstərilən xidmətlərdir.
Q
arşılıqlı xidmətlər dövriyyəsinin 14%-i nəqliyyat xidmətləri üzrə aparılan
əməliyyatların payına düşür. Ümumi dəyəri 1298.8 mln. $ olan nəqliyyat xidmətlərinin
54.8%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə
etmələri ilə əlaqədardır.
Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin
ümumi dəyəri isə 587.4 mln. $ təşkil etmişdir.
Hesabat dövründə xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin
dəyəri 1.8 mlrd. $ məbləğində qiymətləndirilmişdir. Bunun 37.6%-i qeyri-rezidentlərin
Azərbaycana işgüzar səfərləri ilə bağlıdır.
Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı
göstərilən xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 17% artaraq 2.1
mlrd. $ məbləğində olmuşdur. Bunun 62.3%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri
ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər
istisna olmaqla) payına düşür.
Ümumiyyətlə, qarşılıqlı xidmətlərin ölkənin xarici dövlətlər ilə əmtəə və xidmətlər
üzrə ümumi idxal-ixrac dövriyyəsində xüsusi çəkisi 22.3% təşkil etmişdir.
5
İlkin gəlirlər balansı
Hesabat dövründə gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4.5
mlrd. $-a çatmışdır. Bunun 84%-ni (3.8 mlrd. $) Azərbaycandan ödənişlər təşkil edir. Bu
məbləğin isə əsas hissəsini (3.0 mlrd. $) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici
investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-
rezidentlərə ödənilmiş əmək haqları (161.6 mln. $) və xarici kreditlərdən istifadəyə görə
ödənilən faizlər (281.0 mln. $) təşkil edir.
Təkrar gəlirlər balansı
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2.3 mlrd.
$ məbləğində qiymətləndirilmişdir. Bu məbləğin 51.1%-ni ölkəyə daxilolmalar təşkil
edir.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 96.1%-ni xarici ölkələrdən fiziki
şəxslərin pul baratları, 1.8%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 2.1%-
ni isə digər daxilolmalar təşkil edir.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 51.4 mln. $ təşkil
etmişdir.
Maliyyə hesabı
2
2013-cü ilin yanvar-sentyabr aylarında xalis maliyyə aktivlərimiz 8.8 mlrd. $ təşkil
etmişdir. Bu göstərici əsasən xaricə yönəldilmiş birbaşa investisiyalar (775.0 mln. $),
portfel investisiyaları (244.7 mln. $) və digər investisiyalar (7739.4 mln. $) hesabına
formalaşmışdır.
2013-cü ilin yanvar-sentyabr ayları üzrə xalis maliyyə aktivləri və öhdəlikləri
Mln.
$
Aktivlər
Öhdəliklər
Birbaşa investisiyalar
- neft–qaz sektoru
- digər sektorlar
Portfel investisiyaları
Digər investisiyalar
-
ticarət kreditləri və avanslar
-
kreditlər və ssudalar
-
depozitlər və nağd valyuta
Neft bonusu
775.0
408.8
366.2
244.7
7739.4
4380.4
91.4
3267.6
1968.6
1303.0
665.6
1034.2
701.3
106.3
-87.8
682.8
0.4
C Ə M İ
8759.1
3704.5
2 Beynəlxalq Valyuta Fondunun tədiyə balansı üzrə yeni (6-cı nəşr) Təlimatının tələblərinə uyğun olaraq tədiyə
balansının strukturunda kapital və maliyyə hesabı Aktivlər/Öhdəliklər prinsipi üzrə təs
nifləşdirilmişdir. Bununla
əlaqədar olaraq cədvəl göstəriciləri yeni strukturda verilmişdir
.
6
Birbaşa investisiyalar
Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi
məbləği 4.6 mlrd. $ olmuşdur. Bu investisiyaların strukturunda neft-qaz sektorunun
xüsusi çəkisi 83.1% təşkil etmişdir. Cəlb olunmuş sərmayələr iri neft-qaz layihələrinin,
əsasən BP Eksploreyşn (Şah Dəniz) Ltd. layihəsi və Azərbaycan Beynəlxalq
Əməliyyat Şirkətinin Azəri-Çıraq-Günəşli yatağında görülən işlərin maliyyələşdirilməsi
ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunmuşdur.
Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların
ümumi məbləği 780.8 mln. $ olmuşdur. Bu da ölkəyə cəlb olunmuş birbaşa xarici
investisiyaların ümumi həcminin 16.9%-ni təşkil etmişdir.
Kreditlər və digər investisiyalar
Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 91.4 mln.$ artmış,
xalis maliyyə öhdəlikləri isə 87.8 mln.$ azalmışdır. Xalis maliyyə öhdəlikləri birbaşa
dövlət və dövlət təminatlı kreditlər hesabına (179.1 mln. $), banklar hesabına (301.6
mln. $) artdığı halda, digər müəssisələr və firmalar hesabına (568.4 mln. $) azalmışdır.
Depozitlər və nağd valyuta üzrə üzrə xalis maliyyə aktivləri 3.3 mlrd.$, xalis maliyyə
öhdəlikləri isə 682.8 mln.$ artmışdır.
Ehtiyat aktivləri
Hesabat dövründə
ölkənin ehtiyat aktivləri 3291 mln. $ məbləğində artmışdır.
Dostları ilə paylaş: |