1 Tədiyə balansının metodoloji tərtibatı ilə bağlı
http://cbar.az/assets/1186/final_metod.pdf
səhifəsinə
müraciət edilə bilər.
2014-cü ilin yanvar-sentyabr ayları üçün Azərbaycan Respublikasının
T Ə D İ Y Ə B A L A N S I
1
Əvvəlki illərdə olduğu kimi 2014-cü ilin yanvar-sentyabr aylarında da xarici iqtisadi
əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi
saldoya malik olmuşdur.
Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu
sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə
mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların və xidmətlərin idxalını əks
etdirir. 2014-cü ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə yaranmış ümumi
müsbət saldo 16.7 mlrd. $ olmuşdur.
2014-cü ilin yanvar-sentyabr aylarında tədiyə balansının əsas göstəriciləri
Mln. $
Cari əməliyyatlar və kapital hesabı
9065.4
Xarici ticarət balansı
16208.3
Xidmətlər balansı
-4706.5
İlkin gəlirlər balansı
-2405.7
-İnvestisiya gəlirlərinin repatriasiyası
-2424.8
Təkrar gəlirlər balansı
Kapital hesabı
-25.2
-5.5
Maliyyə hesabı
Xalis maliyyə aktivləri
o cümlədən:
- xaricə yönəldilmiş birbaşa investisiyalar
- portfel investisiyaları
- digər investisiyalar
Xalis maliyyə öhdəlikləri
o cümlədən:
- Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar
-1883.7
7855.8
1206.7
156.4
6492.7
5972.1
5817.9
- cəlb olunmuş investisiyaların repatriasiyası
-2653.4
- neft bonusu
17.0
- portfel investisiyaları
1747.7
- digər investisiyalar
1042.9
Balanslaşdırıcı maddələr
Tədiyə balansının ümumi saldosu
(Ölkənin
ehtiyat aktivlərinin dəyişməsi)
-1794.1
5387.6
2
Cari əməliyyatlar hesabı
2014-cü ilin yanvar-sentyabr aylarında cari əməliyyatlar hesabında 9.1 mlrd. $
məbləğində profisit yaranmış, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti
15.1 mlrd.$ məbləğində olmuşdur. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru
üzrə cari hesabın 6.0 mlrd. $ məbləğində kəsirini tam örtmüşdür.
Mln. $
Xarici ticarət balansı
Xarici ticarət dövriyyəsi 29.7 mlrd. $ təşkil etmiş və xarici ticarət balansı 16.2 mlrd. $
məbləğində müsbət saldo ilə nəticələnmişdir.
2013-cü il, 9 ay
2014-cü il, 9 ay
9803
9071
15955
16208
-3151
-4706
-3052
-2406
51
-25
Cari hesabın saldosu
Xarici ticarət balansının saldosu
Xidmətlər balansının saldosu
İlkin gəlirlərin saldosu
Təkrar gəlirlərin saldosu
3
2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dünyanın 143-dək dövləti ilə
ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 7.6%-i MDB üzvü olan dövlətlərin, 92.4%-i
isə digər xarici dövlətlərin payına düşür. Dövlətimizin İtaliya, Türkiyə, Birləşmiş Krallıq,
Almaniya, ABŞ, İndoneziya, Rusiya, Fransa, İsrail və Yaponiya ilə daha intensiv ticarət
əlaqələri olmuşdur. (Ümumi ticarətdə bu ölkələrin payı 67.2% təşkil etmişdir).
2014-cü ilin yanvar-sentyabr aylarında xarici ticarət üzrə əsas tərəf müqabilləri
(Mln. $)
Əmtəə dövriyyəsi
İxrac
İdxal
Saldo
Italiya
Türkiyə
B.Krallıq
Almaniya
ABŞ
İndoneziya
Rusiya Federasiyası
Fransa
İsrail
Yaponiya
Başqaları
4207
2583
2348
1989
1922
1894
1559
1302
1195
941
9716
4031
1499
2014
1531
1512
1869
520
1189
1189
800
6778
176
1084
334
458
410
25
1039
113
6
141
2938
+3855
+415
+1680
+1073
+1102
+1844
-519
+1076
+1183
+659
+3840
Cəmi
29656
22932
6724
+16208
O cümlədən:
MDB dövlətləri
2255
702
1553
-851
Digər dövlətlər
27401
22230
5171
+17059
Əmtəə ixracı. Hesabat dövründə əmtəə ixracı 22.9 mlrd. $ təşkil etmişdir. İxrac
olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 94.9% olmuşdur.
Xarici dövlətlərə 20.8 mlrd. $ neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft
məhsullarının 1328.3 mln. $-ı neft emalı məhsullarının, 19.4 mlrd. $-ı isə xam neftin
ixracının payına düşür.
İxrac olunmuş xam neftin 18.3 mlrd. $-ı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
(ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam
neftin 1183 mln. $-ı isə digər müəssisələr tərəfindən xaricə göndərilmişdir ki, bunun da
129.1 mln.$ Şahdəniz yatağından hasil edilmiş kondensatın, 1053.9 mln. $ isə ARDNŞ-
nin payına düşür.
2014-cü ilin yanvar-sentyabr aylarında ölkənin qeyri neft-qaz ixracı ötən ilin
müvafiq dövrünə nisbətən 2.5% azalaraq 1180 mln.$ təşkil etmişdir.
İxracın strukturu
2013-cü il, 9 ay
2014-cü il, 9 ay
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
İxrac - cəmi
23755.6
100.0
22932.0
100.0
o cümlədən:
1.Yanacaq-xammal məhsulları 22923.0
96.5
22067.8
96.3
- neft-qaz məhsulları
22545.1
94.9
21752.1
94.9
- digər xammal
377.9
1.6
315.7
1.4
2.Maşın və avadanlıqlar
214.7
0.9
215.2
0.9
3.İstehlak malları
596.3
2.5
628.8
2.7
4.Digər mallar
21.6
0.1
20.2
0.1
4
Əmtəə idxalı. Hesabat dövründə əmtəə idxalı 6.7 mlrd. $ təşkil etmişdir. İstehlak
mallarının idxalının ümumi dəyəri isə 3056.6 mln. $ olmuş, bunun da 913.9 mln. $-ı
ərzaq məhsullarının payına düşür.
İdxalın strukturu
2013-cü il, 9 ay
2014-cü il, 9 ay
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
İdxal-cəmi
7800.8
100.0
6723.6
100.0
cümlədən:
1.İstehlak malları
3338.3
42.8
3065.1
45.6
- ərzaq məhsulları
1025.5
13.1
916.9
13.6
- digərləri
2312.8
29.7
2148.2
32.0
2.İnvestisiya yönümlü mallar
741.7
9.5
715.6
10.6
- beynəlxalq neft-qaz konsorsiumları 575.6
7.4
706.7
10.5
- digərləri
166.1
2.1
8.9
0.1
3. Digər mallar
3720.8
47.7
2942.9
43.8
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və
malların xüsusi çəkisi 10.6% təşkil edərək 715.6 mln. $ olmuşdur. Bunun 98.8%-ni
beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına
idxal edilmiş mallar təşkil edir. Bundan başqa ölkəyə ümumi məbləği 2942.9 mln. $ olan
istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da
gətirilmişdir.
Xidmətlər balansı
2014-cü ilin yanvar-sentyabr aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi
əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuş və bu xidmətlərin ümumi
həcmi 10.5 mlrd. $ təşkil etmişdir. Bunun 7.6 mlrd. $-ı qeyri-rezidentlər tərəfindən
Azərbaycanın rezidentlərinə, 2.9 mlrd. $ isə Azərbaycan rezidentlərinin xarici ölkələrin
rezidentlərinə göstərilən xidmətlərdir.
Q
arşılıqlı xidmətlər dövriyyəsinin 13.8%-i nəqliyyat xidmətləri üzrə aparılan
əməliyyatların payına düşür. Ümumi dəyəri 1464.5 mln. $ olan nəqliyyat xidmətlərinin
48.4%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə
etmələri ilə əlaqədardır.
Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin
ümumi dəyəri isə 755.9 mln. $ təşkil etmişdir.
Hesabat dövründə xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin
dəyəri 1604.9 mln. $ məbləğində qiymətləndirilmişdir. Bunun 30.8%-i qeyri-
rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlıdır.
Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı
göstərilən xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 11.5% artaraq 2.3
mlrd. $ məbləğində olmuşdur. Bunun 66.1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri
ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər
istisna olmaqla) payına düşür.
Ümumiyyətlə, qarşılıqlı xidmətlərin ölkənin xarici dövlətlər ilə əmtəə və xidmətlər
üzrə ümumi idxal-ixrac dövriyyəsində xüsusi çəkisi 26.3% təşkil etmişdir.
5
İlkin gəlirlər balansı
Hesabat dövründə gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4.8
mlrd. $-a çatmışdır. Bunun 75.2%-ni (3.6 mlrd. $) Azərbaycandan ödənişlər təşkil edir.
Bu məbləğin isə əsas hissəsini (2.9 mlrd. $) beynəlxalq neft-qaz konsorsiumları üzrə
xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində),
qeyri-rezidentlərə ödənilmiş əmək haqları (218 mln. $) və xarici kreditlərdən istifadəyə
görə ödənilən faizlər (409.7 mln. $) təşkil edir.
Təkrar gəlirlər balansı
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2.8 mlrd.
$ məbləğində qiymətləndirilmişdir. Bu məbləğin 49.6%-ni ölkəyə daxilolmalar təşkil
edir.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 94.3%-ni xarici ölkələrdən fiziki
şəxslərin pul baratları, 3.2%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 2.5%-
ni isə digər daxilolmalar təşkil edir.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu mənfi 25.2 mln. $ təşkil
etmişdir.
Maliyyə hesabı
2
2014-cü ilin yanvar-sentyabr aylarında xalis maliyyə aktivlərimiz 7.9 mlrd. $ təşkil
etmişdir. Bu göstərici əsasən xaricə yönəldilmiş birbaşa investisiyalar (1206.7 mln. $),
portfel investisiyaları (156.4 mln. $) və digər investisiyalar (6492.7 mln. $) hesabına
formalaşmışdır.
2014-cü ilin yanvar-sentyabr ayları üzrə xalis maliyyə aktivləri və öhdəlikləri
Mln.
$
Aktivlər
Öhdəliklər
Birbaşa investisiyalar
- neft–qaz sektoru
- digər sektorlar
Portfel investisiyaları
Digər investisiyalar
- ticarət kreditləri və avanslar
- kreditlər və ssudalar
- depozitlər və nağd valyuta
Neft bonusu
1206.7
893.1
313.6
156.4
6492.7
3064.5
104.1
3324.1
3164.5
2343.1
821.4
1747.7
1042.9
117.5
791.5
133.9
17.0
C Ə M İ
7855.8
5972.1
2 Beynəlxalq Valyuta Fondunun tədiyə balansı üzrə yeni (6-cı nəşr) Təlimatının tələblərinə uyğun olaraq tədiyə
balansının strukturunda kapital və maliyyə hesabı Aktivlər/Öhdəliklər prinsipi üzrə təsnifləşdirilmişdir. Bununla
əlaqədar olaraq cədvəl göstəriciləri yeni strukturda verilmişdir.
6
Birbaşa investisiyalar
Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi
məbləği 5.8 mlrd. $ olmuşdur. Bu investisiyaların strukturunda neft-qaz sektorunun
xüsusi çəkisi 85.3% təşkil etmişdir. Cəlb olunmuş sərmayələr iri neft-qaz layihələrinin,
əsasən BP Eksploreyşn (Şah Dəniz) Ltd. layihəsi və Azərbaycan Beynəlxalq
Əməliyyat Şirkətinin Azəri-Çıraq-Günəşli yatağında görülən işlərin maliyyələşdirilməsi
ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunmuşdur.
Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların
ümumi məbləği 855 mln. $ olmuşdur. Bu da ölkəyə cəlb olunmuş birbaşa xarici
investisiyaların ümumi həcminin 14.7%-ni təşkil etmişdir.
Kreditlər və digər investisiyalar
Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 104.1 mln.$, xalis
maliyyə öhdəlikləri isə 791.5 mln.$ artmışdır. Xalis maliyyə öhdəlikləri birbaşa dövlət
və dövlət təminatlı kreditlər hesabına (292.5 mln. $), banklar hesabına (288.2 mln. $),
və digər müəssisələr və firmalar hesabına (210.8 mln. $) artmışdır.
Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 3.3 mlrd.$, xalis maliyyə
öhdəlikləri isə 133.9 mln.$ artmışdır.
Ehtiyat aktivləri
Hesabat dövründə
ölkənin ehtiyat aktivləri 5388 mln. $ məbləğində artmışdır.
Dostları ilə paylaş: |