SəHİH ƏQİDƏ (Sual və Cavablarla) MÜƏLLİF: Abdus-Sələm ibn Bərcis



Yüklə 247,27 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix14.06.2018
ölçüsü247,27 Kb.
#49099
  1   2   3   4   5   6   7   8   9   10


SƏHİH ƏQİDƏ

(Sual və Cavablarla)

MÜƏLLİF:

  Abdus-Sələm ibn Bərcis

  Kitabı sual cavab halına saldı

   Abdullah Raslan ( Şeyx Raslanın oğlu.)

Tərcüməçi:

 Mənsur Cəlilov

1



Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həqiqətən həmd Allaha məxsusdur. Ona həmd edir, Ondan kömək və bağışlanma diləyirik. 

Nəfsimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimə hidayət verərsə onu azdıran

və kimi də, azdırarsa ona hidayət verən tapılmaz. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə 

layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd 

(sallallahu aleyhi səlləm) Onun qulu ve elçisidir.



“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz 

halda ölün!”

1

“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da 

bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən 

(cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! 

Həqiqətən, Allah sizə nəzarət edir.”

2

“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və 

günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar.”

3

Həqiqətən də kəlamların ən doğrusu Allahın kəlamı, yollarin ən xeyirlisi Muhəmmədin 

(sallallahu aleyhi ve səlləm) yoludur. (Din adı ilə) ən şərli işlər (əməllər)  yeniliklərdir. Hər bir 

yenilik bidətdir, hər bir bidət zəlalətdir və hər bir zəlalət isə oddadır.

                          Bundan sonra:

Həqiqətən də doğru İslam əqidəsi - dinin əsli, millətin ruhu və şəriətin əsasıdır. Bu əqidə, sabit 

üsulları, sağlam əsasları və mətin qaydaları ilə başqalarından (dinlərdən) fərqli olaraq, insanların 

səadətini, rifahını və sevincini qorumuşdur. Buna görə də, açıq əlamətləri, sağlam dəlilləri və 

hüccətləri ilə sağlam fitrətə,düzgün ağıla və sağlam qəlbə müvafiq olmuşdur.

Buna görə də bütün aləmin bu səhih, saf və təmiz əqidəni öyrənməyə ehtiyacı vardır. Çünki bu 

əqidə səadətin özəyi, uğurun ruhudur. Ağacda suyun, cismdə ruhun və bədəndə isə sağlamlığın 

rolu tək, bu (əqidə də) yaşamağın əsasıdır. Daima onun haqda düşünmək və onu zikr etmək 

vacibdir. Hətta bütün müsəlmanların zehnində öz yerini tapsın. Önümüzdə olan əqidə açıq-

aydındır. Heç bir fikrə, xəyala, rəyə və düşüncəyə ehtiyacı yoxdur. Hər bir müsəlmanın üzərinə 

rəsulların etiqad etdiyi kimi etiqad etməsi vacibdir. Peyğəmbərimizin (sallallahu aleyhi və 

səlləm) dəvət etdiyi üsullara şəksiz və tərəddüd etmədən inanmalıdır.

Uca Allah buyurur:

“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi.”

4

1

 Ali İmran, 102



2

 Nisa, 1


3

 Əhzab, 70-71

4

 Bəqərə, 285



2


Bu qısa faydalı risalə - Şeyx Abdus-Sələm ibn Barcisin (Allah ona rəhmət etsin) kitabindan 

ixtisar etdiyim risalədir. Hansıki, müsəlman onda İslam əqidəsinin açı- aydın üsullarina və 

əlamətlərinə, əhəmiyyətli əsaslarına rast gəlir. Hansı ki, onu tərk edə bilməz. Hər bir şeyi 

(kəliməni) güclü dəlilləri və şahidləri ilə qeyd etdim. Bu kitabı ilk başlayan müsəlmana əqidəni 

öyrənmək və onun həyatında ehtiyacı olduğu şeylər üçün birinci dərəcə səviyyəsində etdim.

Yazdı:

Əbu Muhəmməd

Abdullah ibn Muhəmməd Səid Raslan

Birinci dərs

Rububiyyət tövhidində səhih əqidə

Sual 1.

Rububiyyət tövhidində əqidəmiz nədir?



Cavab:

Əhli sünnə vəl-camaat etiqad edir ki, Uca Allah yaratmağında, mülkündə və idarəçiliyində 

təkdir.

Sual 2.

Buna dəlil nədir?

3



Cavab:

Uca Allah buyurur:



“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O,

gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe 

edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə

qədər xeyirxahdır.”

5

Həmçinin uca Allah buyurur:

“Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə

də ancaq oğlan verir.”

6

Sual 3.

Müşriklər (Allaha şərik qoşanlar) rububiyyət tövhidində ixtilaf etmişdirlərmi?



Cavab:

Tövhidin bu qismində insanlardan heç kim – istər müsəlman olsun, istər kafir - (dehrilərdən, yəni

ateistlərdən başqa –tərc.) ixtilaf etməmişdir. 

Necə ki, Uca Allah kafirlər haqqında buyurmuşdur:



“Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar hökmən: 

“Allah!”– deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu (bunu) bilmir.”

7

Sual 4.

Əgər müşriklər rububiyyət tövhidinə iman etmişdirlərsə, bəs nə üçün Allahdan başqa özlərinə 

ilahlar götürürdülər? 

Cavab:

Müşriklər etiqad edirdilər ki, onların ilahları Allah ilə onlar arasında vasitədir. Onları Allah 

yanında şəfaətçi götürürdülər. Necə ki, uca Allah buyurur: 

“Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: 

“Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) 

Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü 

verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.”

8

Həmçinin Uca Allah buyurur:



“O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”.

9

5

 Əraf, 54



6

 Şura, 49

7

 Loğman, 25



8

 Zumər, 3

9

 Sad, 5


4


Yüklə 247,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə