Şəhriyar Əliyev Vəkillər Kollegiyasının üzvü



Yüklə 207,61 Kb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü207,61 Kb.
#56057


«Azərbaycan vəkili».-2014.-№ 3.-S.18-22.

İBTİDAİ İSTİNTAQ MƏRHƏLƏSİNDƏ VƏKİLİN

FƏALİYYƏTİNİN ÜMUMİ ƏSASLARI

Şəhriyar Əliyev

Vəkillər Kollegiyasının üzvü

Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə

öz  hüquqlarıni  və  azadlıqlarını müdafiə  etmək (1)  və  yüksək keyfiyyətli  hüquqi  yardım almaq  hüququ  vardır  (2).

Təqsirləndirilən və ya şübhəli şəxs üçün bu hüquqlar müdafiəçi köməyindən istifadə etmək yolu ilə dövlət təminatı

vasitəsilə realizə edilir.

İbtidai istintaq mərhələsində müdafiəçi (və ya nümayəndə) qismində vəkil çıxış edir ki, bu da şübhəli və ya

təqsirləndirilən  şəxsin  hüquqlarının  vacib  təminatıdır  (3).  Bəzi  dövlətlərin  (məsələn,  Rusiya)  qanunvericiliyində

məhkəmənin  qərarı  ilə  vəkildən  başqa,  müdafiəçi  qismində  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  yaxın

qohumlarından  biri  iştirak  edə  bilər  (4).  Vəkil  müdafiəçi  kimi  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  hüquq  və

maraqlarını  müdafiə  edir  və  hüquqi  yardım  göstərir.  Vəkil,  əgər  onların  maraqları toqquşarsa,  iki  şübhəli  və  ya

təqsirləndirilən  şəxsin  müdafiəçisi  ola  bilməz.  Azərbaycan  Respublikası Cinayət-Prosessual  Məcəlləsinə  müvafiq

olaraq, müdafiəçi, yalnız Azərbaycan Respublikası ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik

olan  vəkildir.  Müdafiəçinin  şəxsiyyəti  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  şəxsiyyəti  və  onun  iştirakı ilə  baxılan

cinayət  işinin  xarakteri  ilə  eyniləşdirilə  bilməz  (5).  Müdafiəçinin  peşə  vəzifəsinin  yüksək  keyfiyyətlə  həyata

keçirilməsinə yönəlmiş bu mühüm müddəa müdafiəçinin şəxsiyyətinin onun hüquqi yardım göstərdiyi şəxslə, yaxud

onun  tərəfindən  törədilmiş  əməllə  heç  bir  əlaqəsi  olmadığını göstərir.  Başqa  sözlə,  müdafiəçi  istənilən  şəxsə  və

istənilən  iş  üzrə  hüquqi  yardım  göstərərkən  öz  peşə  vəzifəsini  yerinə  yetirir,  bu  zaman  həmin  şəxsin  şəxsiyyəti,

onun  törətdiyi  əməlin  xarakteri,  ona  ictimaiyyətin  və  ayrı-ayrı  şəxslərin  münasibəti  müdafiəçinin  şəxsijryətini

mənəvi,  əxlaqi  və  ya  hüquqi  cəhətdən  kölgə  altına  ala  bilməz.  Onu  heç  kəs  nə  üçün  belə  şəxsə  hüquqi  yardım

göstərdiyinə, yaxud belə əməli törətmiş  şəxsin müdafiəçisi funksiyasını yerinə yetirdiyinə görə qınaya  bilməz (6).

Vəkilin  ibtidai  istintaq  mərhələsində  fəaliyyəti  əsas  etibarilə  təqsirləndirilən  və  ya  şübhəli  şəxsin  müdafiəsi  üzrə

funksiyaların  yerinə  yetirilməsi  ilə  bağlıdır.  Vəkilin  peşə  təcrübəsi  və  hüquqi  bilikləri  müdafiə  etdiyi  şəxsə  daha

ixtisaslaşmış hüquqi yardım göstərməyə imkan verir (7).

Vəkilin  cinayət  işlərinin  ibtidai  mərhələsində  iştirakının  məqsədi  müdafiənin  həyata  keçirilməsi,

cinayət-prosessual  nümayəndəlik,  həmçinin  ixtisaslaşmış  hüquqi  yardımın  göstərilməsidir.  Bunun  üçün  vəkil

qanunla  nəzərdə  tutulan  bütün  mümkün  vasitələrdən  və  qanunla  qadağan  olunmayan  digər  üsul  və  vasitələrdən

istifadə etməlidir (8).

Cinayət işləri üzrə ibtidai araşdırma mərhələsində vəkilin prosessual fəaliyyəti şübhəli və ya təqsirləndirilən

şəxsə  hüquqi  yardımın  göstərilməsi,  onların  hüquq  və  qanuni  maraqlarının  qorunması  və  məsuliyyətini  aradan

qaldıran  və  ya  yüngülləşdirən  vəziyyətin  sübut  edilməsində  iştiraka  yönəlmişdir.  Bu  məsələlərlə  əlaqədar  olaraq,

vəkil həqiqətin üzə çıxarılmasında biganəlik də edə bilər. Məsələn, vəkil təqsirləndirilən şəxsi ifşa edən vəziyyətin

üzə çıxarılması, ittihamla razılaşma kimi hallara yol verməməlidir. Bununla belə, təqsirləndirilən şəxsin hüquqlarını

müdafiə  etməklə,  vəkil  ədalətli  və  əsaslandırılmış  qərarın  çıxarılmasına  kömək  edir.  Lakin  hüquq-mühafizə

orqanlarının və məhkəmələrin fikrincə, təqsirləndirilən və ya şübhəli  şəxsin müdafiəsi üzrə vəkilin öz vəzifələrini

həyata keçirməsi onlarla bağlı xüsusi müddəa və ya qərarların çıxarılması üçün əsas deyil.

Hüquq  ədəbiyyyatlarında  vəkilin  prosessual  vəziyyəti  ilə  bağlı fikir  müxtəlifliyi  mövcuddur.  Öz  fəaliyyət

spesifikasına görə vəkil, səlahiyyətli şəxslər tərəfindən hüquq normalarıının tətbiqinə xüsusi nəzarəti həyata keçirir

və ədalət mühakiməsinə məhkəmə nöqsanlarından qarantiya kimi zəruridir. Məhz bu keyfiyyət vəkilin ümumsosial

və  ictimai  (publik)  əhəmiyyətini  üzə  çıxarır  (9).  Bir  qrup  alimlər  hesab  edir  ki,  vəkil  məhkəmənin  köməkçisi  və

təqsirləndirilən  şəxsin  hüquq  müdafiəçisidir.  Məsələn,  bu  fikrin  tərəfdarı olan  M. A. Çeltsova  görə,  müdafiəçinin

fəaliyyəti  böyük  ictimai  və  dövlət  əhəmiyyəti  daşıyır  və  onun  ən  əsas  vəzifəsi  iş  üzrə  həqiqətin  müəyyən

edilməsində  ibtidai  araşdırma  orqanlarına  və  məhkəməyə  kömək  göstərməkdir  (10).  Digər  nöqteyi-nəzərin

tərəfdarları  isə  hesab  edirlər  ki,  müdafiəçi  prosesin  tam  müstəqil  iştirakçısıdır.  Qanunla  müdafiəçiyə  müəyyən

prosessual hüquq və vəzifələr verilmiş  və o da prosesin digər iştirakçıları ilə bərabər prosessual hüquqludur (11).

Müdafiəçinin  hüquq  və  vəzifələri  təqsirləndirilən  şəxslə  müqayisədə  daha  genişdir.  Müdafiəçi  müdafiə  xəttini  və

metodlarını müəyyən etməkdə, onun həyata keçirilməsi üçün taktiki və prosessual vasitələr seçməkdə müstəqildir,

təqsirləndirilən  şəxsdən  asılı  deyil  və  işin  konkret  hallarından  çıxış  edir  (12).  Bəzi  alimlər  müdafiəçini

təqsirləndirilən  şəxsin  nümayəndəsi  hesab  edirlər.  Bu  mövqeyin  tərəfdarlarının  fikrincə,  müdafiəçi  mühakimə

icraatında  təqsirləndirilən  şəxsin  maraqlarından  çıxış  edir,  onun  tapşırığı  üzrə  iştirak  edir  və  iş  üzrə  icraatın

istənilən mərhələsində təqsirləndirilən şəxsin iradəsi üzrə işdən uzaqlaşdırıla bilər (13).

Cinayət  işi  üzrə  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  ya  öz  istəyi  ilə  vəkillə  saziş  bağlaya  və  onun

xidmətindən istifadə edə bilər, ya da onun tapşırığı və ya razılığı ilə qohumları, nümayəndəsi, qanuni nümayəndəsi

və digər şəxslər də bunu edə bilərlər (14). Qeyd etmək lazımdır ki, vəkilə malik olmaq təqsirləndirilən və ya şübhəli



şəxsin vəzifəsi yox, hüququdur. Ona görə də vəkilin köməyindən imtina edərək müstəqil şəkildə özünümüdafiə də

mümkündür. Bu hal yalnız könüllü şəkildə və müdafiə olunanın şəxsən özü tərəfindən həyata keçirilməlidir. Pul və

ya ödəniş məsələsi vəkilin köməyindən imtina üçün əsas hesab edilmir. Belə olduqda vəkilin xidməti dövlət vəsaiti

hesabına ödənilir (15).

Vəkil,  onun  dəvət  olunmasından  5  sutka  ərzində  gəlməlidir,  əgər  bu  mümkün  olmadıqda  müstəntiq,

təhqiqatçı, prokuror və ya məhkəmə təqsirləndirilən və ya şübhəli şəxsə başqa bir vəkili dəvət etməyi təklif etmək

hüququna malikdir, təqsirləndirilən və ya şübhəli şəxs imtina etdikdə isə vəkilin təyin edilməsi haqqında tədbirlər

görə bilər. Əgər cinayət işində iştirak edən vəkil konkret prosessual hərəkətin icrasında 5 sutka ərzində iştirak edə

bilmirsə  və  təqsirləndirilən  və  ya  şübhəli  şəxs  isə  digər  vəkili  dəvət  etmirsə  və  ya  təyin  edilməsini  tələb  etmirsə,

cinayət  prosesini  həyata  keçirən  orqan  isə  bu  hərəkətlərin  aparılmasını  artıq  təxirə  sala  bilmədikdə  təhqiqatçı,

müstəntiq  və  ya  prokuror  müdafiəçinin  digər  vəkillə  əvəz  edilməsini  müvafiq  ərazi  üzrə  vəkillər  qurumunun

rəhbərindən  tələb  etməyə  haqlıdır  (16).  Azərbaycan  Respubükası qanunvericiliyində  belə  hallarda  vəkilin  iştirakı

olmadan  prosessual  hərəkətlərin  edilməsi  barədə  konkret  göstəriş  olmadığndan  istintaq  hərəkəti  aparıla  bilməz.

Lakin bir sıra dövlətlərin, o cümlədən Rusiya qanunvericiliyində, bir sıra hallar istisna olmaqla, bu cür prosessual

vəziyyətlərdə müstəntiq və ya təhqiqatçı müvafiq prosessual hərəkəti vəkilin iştirakı olmadan da apara bilər (17).

Cinayət-prosessual qanunvericilikdə vəkilin məcburi iştirakını müəyyən edən bir çox məsələlər mövcuddur.

Bu müddəa fiziki, psixi, yaş və digər çatışmazlıqlarına görə özünü müdafiə edə bilməyən şəxslər kateqoriyası üçün

əlavə qarantiyadır.

Cinayət  prosesində  müdafiəçinin  məcburi  iştirakını  cinayət  prosesini  həyata  keçirən  orqan  təmin  edir.

Qanunvericilikdən  görünür  ki,  prosessual  tərəflərə  münasibətdə  iki  halda  məcburi  olaraq  müdafiəçinin  iştirakı

təmin  edilməlidir:  şəxsin  özünün  təşəbbüsü  və  istintaq  orqanın  təşəbbüsü  ilə.  Birinci  halda,  şübhəli  və  ya

təqsirləndirilən şəxsin tələbi ilə müdafiəçiniıi işdə iştirakı həmin andan təmin edilməlidir (18).

İkinci halda, yəni istintaq orqanının təşəbbüsü ilə müdafiəçinin iştirakı aşağıda qeyd edilən hallar zamanı:

şübhəli  və  ya  təqsirləndirilən  şəxs  lal,  kor,  kar  olduğuna,  danışmaq,  eşitmək,  görmək  funksiyalarında  digər  ciddi

qüsurlar  olduğuna,  uzun  sürən  ağır  xəstəliyinə,  habelə  kəmağıllığa,  aşkar  əqli  zəifliyə  və  ya  digər  qüsurlara  görə

müdafiə hüququnu müstəqil həyata keçirə bilməyən və ya cinayət mühakimə icraatının aparıldığı dili bilməyən və

ya cinayəti törədərkən yetkinlik yaşına çatmayan və ya xüsusilə ağır cinayət törətməsi istinad edilən şübhəli və ya

təqsirləndirilən şəxs ilk dəfə dindirilərkən, ona tutulması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarı,

tutma haqqında protokol və ya qətimkan tədbiri seçilməsi haqqında qərar, yaxud ittiham elan edilərkən; şübhəli və

ya  təqsirləndirilən  şəxsdə  xəstəlik  və  ya  anlaqsızlıq  aşkar  edilərkən,  yəni  cinayət  təqibi  üzrə  icraat  aparılan  anda

ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə və ya cinayət təqibi cinayət qanunu ilə

nəzərdə  tutulmuş  əməli  anlaqsız  vəziyyətdə  törədən  şəxs  barəsində  həyata  keçirildikdə;  müddətli  hərbi  xidmət

qulluqçusu  barəsində  və  ya  cinayət  təqibi  cinayət  məsuliyyətinə  cəlb  etmə  müddətləri  keçdikdən  sonra  həyata

keçirilən şəxs  barəsində  təqsirləndirilən  şəxs  qismində  cəlb  etmə  haqqında  qərar  çıxarılarkən;  prokurorun  şübhəli

və  ya  təqsirləndirilən  şəxsin  məcburi  qaydada  xüsusi  tibb  (stasionar  müalicə-psixiatriya)  müəssisəsinə

yerləşdirilməsi barədə təqdimatına məhkəmədə baxılarkən; vəkildən imtina etmə (bu barədə yazılı ərizə verilməli və

ya  imtina  protokollaşdırılmalıdır)  halları istisna  olmaqla  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  tutularkən  və  ya  həbs

qətimkan  tədbirinin  seçilməsi  barədə  prokurorun  təqdimatına  məhkəmədə  baxılarkən;  təqsirləndirilən  şəxslərin

qanuni  mənafeləri  arasında ziddiyyətin  mövcudluğu  və  onlardan  birinin  müdafiəçisi  olduğu  halda  təqsirləndirilən

şəxsə  qarşı  ittihama  məhkəmədə  baxılarkən;  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  mülki  mühakimə  icraatı

qaydasında  fəaliyyət  qabiliyyəti  olmadığı  təsdiq  edilərkən  və  ya  cinayət  mühakimə  icraatı  qaydasında  fəaliyyət

qabiliyyəti  olmadığı  müəyyən  edilərkən  (19)  həmin  andan  təmin  olunur.  Müdafiəçinin  məcburi  iştirakı  cinayət

törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə

icraatda (20) da təmin edilir və vəkil psixi pozuntu faktının müəyyən edildiyi andan icraata buraxılır (21).

Vəkilin  cinayət  prosesində  iştirakının  məcburi  olduğu  daha  bir  hal  Azərbaycan  Respublikası

Cinayət-Prosessual Məcəlləsinin 311.2-ci  maddəsində  nəzərdə  tutulmuşdur.  Həmin  normaya  əsasən  qiyabi  icraata

yol verildiyi hallarda da məhkəmə baxışında müdafiəçinin iştirakı mütləq təmin edilməlidir.

Şəxsin qeyd edilən çatışmazlıqları konkret və müvafiq tibb müəssisəsinin rəsmi sənədi ilə təsdiqlənməli və

müvafiq tibbi rəylər əsaslandırılmalıdır. Görmə və eşitmə orqanlarının məhdudluğu, fikri aydın ifadə edə bilməmə

və s. bu kimi fiziki çatışmazlıqların əlavə sübuta yetirilməsinə ehtiyac yoxdur (22).

Vəkilin  iştirakı  olmadan  yetkinlik  yaşına  çatmayan  şəxsin  təqsirkar  elan  edilməsi  cinayət-prosessual

qanunvericiliyinin pozulması hesab olunur və işin əlavə araşdırılması üçün əsasdır (23).

Müddətli  həqiqi  hərbi  xidmət  keçən  şəxsin  cinayət  əməlini  hərbi  xidmətdən  əvvəl  və  ya  hərbi  xidmət

müddətində  törətməsi  əhəmijryətli  deyil,  əsas  odur  ki,  şəxs  təqsirləndirilən  şəxs  statusunu  əldə  edərkən  hərbi

xidmət qulluqçusu olmalıdır (24).

Çəkişmə  prinsipi  nöqteyi-nəzərindən  zəruri  hesab  olunan  hallardan  biri  də  cinayət  təqibinin  iki  və  daha

artıq  təqsirləndirilən  şəxs  barəsində  həyata  keçirilməsi  və  onların  qanuni  mənafeləri  arasında  ziddijryətlərin

olmasıdır.  Qanuni  mənafelər  arasında  ziddiyyətə  isə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumunun

"Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında”

2  dekabr  1994-cü  il  tarixli  6  saylı Qərarının  16-cı bəndinə  əsasən  ittihamın  müttəhimlərdən  biri  tərəfindən  rədd,




digəri tərəfindən etiraf edilməsi, bir müttəhimin digərini ifşa etməsi, aralarında verilən ittihamın xarakterindən irəli

gələn  ziddiyyətlər  olması,  məsələn,  yetkinlik  yaşına  çatmayan  müttəhimlə  onu  cinayət  fəaliyyətinə  cəlb  edən

müttəhimin  bir  işdə  keçməsi  və  s.  hallar  aid  edilir.  Belə  olan  təqdirdə  müdafiəçinin  cinayət  işinin  icraatında

iştirakını istisna  edən  hallar  müəyyən  edildikdə,  onun  cinayət  işinin  icraatında  iştirak  etməkdən  kənarlaşdırılması

barədə müstəntiq prokuror qarşısında vəsatət vermək hüququna malikdir (25).

Yuxarıda  qeyd  etdiyimiz  hallarda  vəkilin  təqsirləndirilən  və  ya  şübhəli  şəxs  tərəfindən  çağırılıb

çağırılmamasından  asılı olmayaraq,  təhqiqatçı, müstəntiq,  prokuror  və  məhkəmə  vəkilin  prosesdə  iştirakını təmin

edir. Lakin təqsirləndirilən və ya şübhəli şəxs cinayət işinin istənilən mərhələsində vəkilin köməyindən imtina edə

bilər  ki,  bu  imtina  da  təqsirləndirilən  və  ya  şübhəli  şəxsin  könüllü  təşəbbüsü  əsasında  olmalıdır.  Vəkildən  imtina

təqsirləndirilən  və  ya  şübhəli  şəxsi  gələcəkdə  vəkilin  işə  cəlb  edilməsi  tələbini  irəli  sürmək  hüququndan  məhrum

etmir.  Bununla  belə,  vəkilin  təkrar  işə  cəlb  edilməsi  artıq  baş  tutmuş  proseslərin  yenidən  təkrarlanmasına  şərait

yaratmır.

Vəkildən  imtina  şifahi  və  yazılı formada  (ərizədə)  ifadə  olunur  və  bu  barədə  müstəntiq  və  ya  məhkəmə

protokolda  müvafiq  qeyd  edir.  Vəkildən  imtina  barədə  ərizə  müdafiə  olunan  şəxs  tərəfindən  onun  təşəbbüsü  ilə,

könüllü  surətdə  və  vəkilin  iştirakı ilə  verildikdə  qəbul  olunur.  Ərizə  təqsirləndirilən  şəxsin  digər  vəkilinin  deyil,

imtina ediləcək vəkilin iştirakı ilə verildikdə qanuni hesab edilməlidir, çünki hər bir halda həmin vəkil prosessual

tərəfdir və verilmiş imtina ərizəsi onun müdafiəsinin xitamı üçün əsasdır.

Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə şübhəli  və ya təqsirləndirilən şəxsin lal,

kor,  kar  olduğuna,  danışmaq,  eşitmək,  görmək  funksiyalarında  digər  ciddi  qüsurlar  olduğuna,  uzun  sürən  ağır

xəstəliyinə,  habelə  kəmağıllığa,  aşkar  əqli  zəifliyə  və  ya  digər  qüsurlara  görə  müdafiə  hüququnu  müstəqil  həyata

keçirə bilməyən, cinayət təqibi üzrə icraat aparılan anda ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu

aşkar  edildikdə,  cinayət  mühakimə  icraatının  aparıldığı  dili  bilmədikdə,  cinayəti  törədərkən  yetkinlik  yaşına

çatmayan şəxs olduqda, məcburi qaydada xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirildikdə,

cinayət  təqibi  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  anlaqsız  vəziyyətdə  törədən  şəxs  barəsində  həyata

keçirildikdə,  fəalijryət  qabiliyyəti  olmadıqda  müdafiəçidən  imtina  qəbul  olunmur,  ona  müdafiəçi  məcburi  təyin

olunur  və  ya  müdafiəçi  qismində  təyin  olunmuş  vəkilin  səlahiyyətləri  saxlanılır  (26).  Vəkilin  köməyindən  imtina

məsələsində  real,  yəni  artıq cinayət  prosesində  iştirak  edən  və  hələ  prosesə  daxil  olmamış  ideal  vəkil  (bu  zaman

şəxs öz hüquqlarını kənar müdaxilə olmadan, özü tərəfindən həyata keçirir, onun vəkili olmur) fərqləndirilir. Real

vəkildən  imtina  Azərbaycan  Respublikası  Cinayət-Prosessual  Məcəlləsinin  92.12-ci  maddəsinə  ciddi  riayət

edilməklə,  yəni  müdafiə  olunan  şəxsin  öz  təşəbbüsü  ilə  könüllü  və  müdafiəçinin  iştirakı ilə  verilmiş  yazılı ərizə

əsasında  həyata  keçirilməlidir.  İdeal  müdafiəçidən  imtina  isə  şəxsin  özünü  müstəqil  şəkildə  müdafiə  etməsi

imkanından irəli gəlir (27).

Qeyd edilməlidir ki, müdafiəçinin iştirakının məcburi təmin olunması proseduru prosessual qanunvericiliyə

uyğun  yerinə  yetirilməlidir,  yəni  əvvəlcə  şübhəli  və  ya  təqsirləndirilən  şəxsə  müstəqil  müdafiəçi  seçmək  imkanı

yaradılmalıdır,  ən  son  anda  isə  belə  imkan  ərazi  üzrə  hüquq  məsləhətxanalarında  qeydijryatda  olan  vəkillərin

siyahısının  təqdim  edilməsi  olacaqdır.  Bu  hallar  Konstitusiya  ilə  nəzərdə  tutulmuş  yüksək  keyfiyyətli  hüquqi

yardım  hüququnun  təmin  olunması üçün  ilk  və  əsas  şərtlərdən  biridir.  Çünki  şübhəli  və  ya  təqsirləndirilən  şəxs

özünun seçdiyi vəkilə əksər məsələlərdə etibar edəcəkdir.

Bəzən  təcrübədə  ibtidai  istintaq  mərhələsində  təyinat  əsasında  hüquq  müdafiəsi  mütəmadi  olaraq  eyni

vəkillər tərəfindən həyata keçirilir ki, bu da əsasən vəkillərin siyahıya müvafiq olaraq seçilməməsi səbəbindən baş

verir.  Həmin  hallar  isə  ibtidai  istintaq  mərhələsindəki  müdafiəni  formal  təmin  etməklə  yanaşı "sifarişli müdafiə”

ehtimalını yarada bilər. Məsləhətxanadakı vəkillərin siyahısının şübhəli və ya təqsirləndirilən şəxsə təqdim edilməsi

və  həmin  siyahıya  uyğun  vəkilin  seçilməsi  isə  yuxarıda  qeyd  edilən  şübhələrin  və  formal  müdafiə  probleminin

aradan qaldırılmasına səbəb olacaqdır. Yəni bütün hallarda "müstəqil vəkilə” (28) üstünlük verilməlidir.

Vəkilin  siyahıdan  seçilməsi  təqsirləndirilən  şəxs  tərəfindən  yerinə  yetirilmədikdə,  tutulmuş  şəxsə  vəkil

müvəqqəti  saxlama  yeri  üzrə  ərazidə  yerləşən  vəkil  qurumlarından  və  fərdi  qaydada  fəaliyyət  göstərən  vəkillər

sırasından Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib edilən növbətçilik siyahısına uyğun olaraq dəvət

olunur və tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müqavilə bağlanır.

Vəkilin əvəz edilməsi və vəkildən imtina edilməsi hallarından başqa, vəkilin cinayət işində iştirakını istisna

edən  hallar  da  mövcuddur  ki,  bu  hallar  da  Azərbaycan  Respublikası  Cinayət-Prosessual  Məcəlləsinin  114-cü

maddəsində  təsbit  edilmişdir.  Bunlar  cinayət  prosesində  iştirak  edən  və  ya  əvvəllər  iştirak  etmiş  hakimlə,  andlı

iclasçı ilə, prokurorla, müstəntiqlə, təhqiqatçı ilə və ya məhkəmə iclasının katibi ilə qohumluq əlaqələrinin, habelə

bu  şəxslərdən  şəxsi  və  ya  xidməti  asılılığın  olması;  cinayət  təqibi  üzrə  icraatda  hakim,  andlı  iclasçı,  prokuror,

müstəntiq, hal şahidi, məhkəmə iclasının katibi, tərcüməçi, mütəxəssis, ekspert və ya şahid qismində iştirak etməsi;

hakim,  prokuror,  müstəntiq  və  ya  təhqiqatçı  vəzifələrini  tutması  (təqsirləndirilən,  şübhəli  şəxsin  və  ya  cinayət

prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısının qanuni nümayəndəsi olması, yaxud mülki iddiaçı və ya mülki

cavabdeh  kimi  tanınmış  işlədiyi  orqanın  nümayəndəsi  qismində  iştirak  etməsi  hallarından  başqa);  qanuna  və  ya

məhkəmənin  hökmünə  əsasən  müdafiəçi  və  ya  nümayəndə  olmaq  hüququnun  olmamasıdır.  Həmçinin  vəkilin

cinayət işində iştirakını istisna edən hallardan biri də qanuni mənafelərini müdafiə etdiyi şəxsin qanuni mənafeyi ilə

ziddiyyət təşkil edən digər şəxsə hüquqi yardım göstərməsidir ki, bu barədə də yuxarıda ətraflı danışılmışdır.




Qeyd  edilən  hallardan  biri  aşkar  olunduqda  müdafiəçinin  özü-özünə  etiraz  edib-etməməsindən  asılı

olmayaraq,  o,  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  və  ya  məhkəmənin  qərarı  ilə

cinayət prosesindən kənarlaşdırılır.

Vəkilin  digər  vəkillə  əvəz  edilməsi  təqsirləndirilən  şəxsin  razılığı  və  ya  tələbi  ilə  həyata  keçirilir.  Belə

əvəzetməni təqsirləndirilən şəxs izah etməyə borclu deyil. Əsas odur ki, vəkilin xidmətindən məcburi imtinaya yol

verilməsin (29). Vəkildən imtina təqsirləndirilən şəxsə işin növbəti mərhələsində vəkilin xidmətindən istifadə üçün

əsas deyil.

İstinadlar:

(1)


 Azərbaycan Respııblikasnın Konstitusiyası. maddə 26-1;

(2)


 Orada. maddə 61-1;

(3) 


Лутинская П. А. Уголовно-процессуальное право РФ. M., 2007. c. 129;

(4)


 www.allbest.ru;

(5) 


Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi. maddə 92.1;

(6)


 Azərbaycan  Respublikası  Cinayət-Prosessual  Məcəlləsinin  Kommentariyası.  C. H. Mövsumovun.,

C. Kərimovun və  Ə. H. Əsgərovun redaktəsi ilə. Digesta, Bakı, 2007, s. 251;

(7) 

Жариков Ю. C. Адвакатура в РФ M., Юнима 1, 2008;



(8) 

Демидова Л. А. ,Сергеев В. И. Адвакатура Poccии. Юридический Дом «Юстицинформ»”. M., 2006;

(9)

 Koвриги З. Ф. , Кузнецова H. П.  Уголовный процесс России. Учебное пособие. M., 2004, c. 87;



(10) 

Чельцов M. A.  Уголовный процесс. M., 1969, c. 76;

(11) 

Перлов И. Д. Право на защиту. M., 1969, c. 86;



(12) 

Цыпкин А. Л. Защитник и обвиняемый, 1968, c. 228;

(13) 

Элькинд П. C. Право обвиняемого на защиту ву саветском уголовном процессе. Л., 1967, c. 38;



(14) 

Кузнецова Н. П. Уголовный процесс России Учебное пособие. M., 2004;

(15) 

“Vəkillər və vəkillik fəaliyyəti haqqında ” Azərbaycan Respublikası Qanunu. Maddə 20;



(16) 

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi. maddə 92.15.2;

(17) 

Радченко B. И. Комментарий к Уголовно-процессуальному кодексу. M., 2006. c. 117;



(18)

 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi, maddə 92.4.1;

(19)

 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi, maddə 92.4.2-92.4.8;



(20) 

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi, maddə 481;

(21) 

Rəhimov E. . Birinci instansiya məhkəməsində müdafiəçinin iştirakının bəzi xüsusiyyətləri. Bakı, Adiloğlu,



2007, s. 31;

(22) 

Рыжаков A. П.  Уголовный процессM., 2006. с. 59-60;

(23) 


Azərbaycan Respııblikası Cinayət-Prosessual Məcəlləsi, maddə 435;

(24)


 Azərbaycan

 Respublikası

 Cinayət-Prosessual

 Məcəlləsinin

 Kommentariyası.

С. H. Mövsumovun.,B. C. Kərimovun və Ə. H. Əsgərovun redaktəsi ilə. Bakı, Digesta, 2007, s. 253;



Yüklə 207,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə