Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə1/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
  1   2   3   4   5   6   7   8   9   ...   78


FƏXRƏDDİN ZİYA
 
NURLAR 
 
BAKI – 2013 


Fəxrəddin Ziya. ŞEİRİYYƏTİM, ŞEİRİM
Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2013. səh. 384 
Yetmişincilər ədəbi nəslinə mənsub olan Fəxrəddin Ziya poeziyada öz 
dəst-xətti, nəfəsi, üslubu ilə seçilən və sevilən şairlərdəndir.
Onun şeirlərində dilimizin və ruhumuzun layları sözün sehrikar qüdrəti ilə 
qat-qat açılır.
Gəncliyində də, altımış yaşın müdrikliyində də VƏTƏNə, sevgiyə, səmi-
miliyə münasibəti müsbət mənada dəyişməyən şairin riyakarlığa, yaltaqlığa, 
vicdansızlığa, haqsızlığa münasıbəti də mənfi mənada eyni ilə qalıb.
Altımış illik ömrünün, qırx illik yaradıcılıq yolunun bir hissəsini işıqlan-
dıran bu kitabda Fəxrəddin Ziyanın müxtəlif illərdə və son zamanlar yazdığı 
şeirlər, qəzəllər və mahnı mətnləri toplanılıb.
İnanırıq ki, həmişə olduğu kimi F.Ziyanın bu kitabı da öz poetik ruhu ilə 
oxucularına sevinc bəxş edəcəkdir.


 

 
 
 
 
 
 
 
 
 
Yetər bir söz desin əbədiyaşar, 
                 
           təki ömrü-günü ötməsin hədər. 
 
Şairə sənətdə həmişə yer var
               
        cənnətdə möminə yer olan qədər. 


 
4
 
 
REDAKTORDAN 
 
Görkəmli ispan şairi Pablo Neruda ilahi sözün məziyyətlərindən 
bəhs edərkən, dərin səmimiyyətlə vurğulayırdı ki, mən qəfil, gözlənilməz 
sözün əsiriyəm, onlara sığınıram, onları izləyirəm. Və onlar elə gözəl, elə 
sevimlidirlər ki, onların hamısını bir şeirin içinə yığmaq istəyirəm...  
...İşğalçılar bizim hər şeyimizi aldılar, ancaq elə hər şeyi də qoyub 
getdilər... 
Qələm dostum Fəxrəddin Ziyanın yeni şeirlər toplusunun əlyazma-
sına maraqla nəzər sala-sala  P.Nerudanın söz  haqqındakı fikirlərinin 
fərqinə varıram. Eyni zamanda fərqindəyəm ki, topluya daxil edilən hər 
şeirdən məni səsləyən, diqqətimi çəkən qəfil, gözlənilməz söz elə bu an, 
bu məqamda qarşıma çıxacaq, duyğularımı zəbt edəcək. 
Bundan da öncə Fəxrəddin Ziyanın “Bu da bir istəkdi” şeirlər ki-
tabına ön söz yazmış tanınmış şair Tofiq Nurəlinin dedikləridən irəli 
gedə bilməyəcəyimin də fərqindəyəm. Bütün deyəcəklərim elə bil bu la-
konik yazıda ifadə olunub, lap öz ürək sözlərim kimi səslənir:  
“Mən maraqlılığı və özünəməxsusluğu ilə seçilən şairin –  Fəxrəd-
din Ziyanın bir daha görüşünə gələn, yaxud onunla ilk dəfə görüşən hər 
bir oxucunu əmin etmək istəyirəm ki, əlinizdəki kitabda sizin hər biriniz 
öz könül pıçıltılarınızı eşidəcəksiniz, əsl sənətin sirri də elə bu eşidilmə-
dədir”. 
Bu səmimi fikirdə deyilənlərin qədir-qiyməti eyni dərəcədə  qələm 
dostumuzun yeni şeirlər toplusuna da aiddi. Eyni zamanda, o da bir 
həqiqətdi ki, Fəxrəddin Ziya dəyərli bir söz adamı olaraq oxucu haq-
qını əziz tutur, oxucuya hörmətlə yanaşır, ona “köhnə dağarcığı tumaş 
yerinə” sırımır: 
 
Ruhunu oxşayan hər misram ilə, 
ay əziz oxucum, sənsən ünvanım –  
 
deyə ən pünhan duyğularını şeirin dili ilə çoxsaylı oxucuları ilə bö-
lüşən müəllif onların Vətən, vətəndaşlıq duyğularını da bülövləyə bilir. 
Şairin səmimi misraları hər birimizin könül dilmancı kimi orataya 
gəlir: 
 


 

 
Mənim Kəbəm də sən, Mədinəm də sən
bir daşın bəs eylər min heyrət üçün. 
Bir ovuc torpağın yetər, ey Vətən, 
yüzlərlə zəvvara ziyarət üçün. 
 
Bu kövrək, səmimi misraların təlqin etdiyi Vətən sevgisinin ifadə 
tərzi bir daha təsdiqləyir ki, həmişə yolu gözlənilən, şimşək kimi çaxıb 
keçən bədii sözün imkanları hələ çox genişdi. Müşahidə qabiliyyəti 
dərin olan, ilhamı Tanrı vergisi kimi çağlayan əsl şairlər üçün əbədi
qalib söz dünyası “bu gün də var, yarın da”.  Şairin Vətən sevgisini 
“Torpaq eşqi” şeiri ilə davam etdirsək, 
 
Bu yerlər misallı təbiət hanı, 
ağarır çəməndə şeh qırov kimi? 
Dağlar yorğun düşmüş dəvə karvanı, 
şəlalə səslənir zınqov kimi. 
 
Qayğıyla bəslənib bu torpaq bütün, 
qayğısız yarpaq da solar bu yerdə. 
Yaşıl çəmənlərin xatiri üçün, 
daşlığa düşübdü yollar bu yerdə. 
 
onun  Vətən sevgisinin nə qədər səmimi olduğunun fərqində 
olmalıyıq. 
Şairin “Yaxşılar” adlı şeirlər kitabına “Duyğulu poeziya” adlı ön 
söz yazan filologiya elmləri doktoru, professor Buludxan Xəlilov da bu 
baxımdan elə bil hər bir oxucu könlündən keçənlərdən xəbər verir: 
“Fəxrəddin Ziyanın mövzu rəngarəngliyindən tutmuş, ta sənətkarlığına 
qədər seçimləri o qədər canlıdır ki, onun yaradıcılığının yükünü təhlil 
etməklə hər şey bitmir, tükənmir... Onun yaradıcılığında ana, vətən, 
yurd həsrəti, millətə bağlılıq və sevgi, vətənin dərdi və ağrıları dil açır, 
çağdaş problemlərimiz fonunda,  şairin öz üslubuna uyğun bir şəkildə 
oxucu auditoriyası apaydın görünür...” 
Doğrudan da belədi. Bunun doğrudan da belə olmasına öncə 
Fəxrəddin Ziyanın qələmindən çıxan səmimi, kövrək misralar şahidlik 
edir: 
 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə