Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


II.Narkomaniya və narkobiznesə qarşı mübarizədə kitabxanaların



Yüklə 0,84 Mb.
səhifə3/9
tarix06.05.2018
ölçüsü0,84 Mb.
#42761
1   2   3   4   5   6   7   8   9

II.Narkomaniya və narkobiznesə qarşı mübarizədə kitabxanaların

qarşısında duran vəzifələr.
Kitabxanalarda narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda vitrin, guşə və sərgilərin də rəngarəng tərtibinə xüsusi fikir verilməlidir. Kütləvi tədbirlərin ən təsirli formalarından bir kitab sərgiləridir. Kitabxanada “Dünyamızı narkomaniya bəlasından qoruyaq” adlı sərgi təşkil etmək olar. Sərgidə qoyulacaq sitatların nümunəsini veririk:

Sitatlar:

“İnsanın sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək mühüm, xeyirxah işdir.

Heydər Əliyev

Ümummilli lider

“ ...Hər kəs pis iş gördükdən və ya (günah etməklə) özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər!”

(Qurani-kərim, “Nisa” surəsi, ayə 110)

Narkomaniyaya dair sərgi təşkil edrkən şüarlardan da istifadə etmək olar: “Ağ Ölümə “Yox” deyək!”, “Narkotiklərdən uzaq durun!”

Kitabxanalarda narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda guşələrin də rəngarəng tərtibinə xüsusi fikir veriməlidir. Guşədə əlavə olaraq narkomaniya və narkobiznesə aid kartoteka, qəzet və jurnal materialları, tövsiyə ədəbiyyat siyahıları, mövzuya uyğun bir sıra sənədlər və şəkillər öz əksini tapmalıdır.

Vitrinlərə “Dünyanı, insanları fəlakətdən qoruyaq!...”, “İnsanların çoxunun dəyərini bilmədiyi iki şey vardır: Sağlamlıqları və zamanları.”

Həzrəti Məhəmməd Peyğəmbər

belə yazılar olan şüarlar qoymaq olar.

Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusuna həsr edilmiş sərgi sxemini veririk:

1) Başlıq. “Narkomaniyaya yox deyək!”

2)Dövlət Proqramı

3)Sitatlar

4)Qəzet və jurnal materialları

5)Narkomaniyaya aid kitablar


_____1_____

____2____ ____3____

_____4_____

____5____ ____6____


_________ 7 _________

_____8______

Kitabxanalarda narkomaniya mövzusunda “Sual-cavab gecəsi”ni məktəblilər arasında keçirilməsi daha məqsədəuyğun olardı.

“Narkomaniya, gəncliyimiz və ondan törənən fəsadlar” mövzusunda keçirilən sual-cavab gecəsində aşağıdakı suallar ətrafında müzakirə aparmaq olar:

1) Siz asudə vaxtınızı necə keçirirsiniz?

2) Narkomaniya nədir və narkomanlara münasibətiniz necədir?

3) Narkotiklərin xassələri, onun şəxsiyyətə və insan orqanizminə olan ziyanı haqqında nə bilirsiz?

4) Gəncləri pis vərdişlərə, cinayətə sövq edən nədir?

5) Siz gələcəyinizi necə görmək istərdiniz?

Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda yeniyetmə və gənc oxucular arasında mühazirələrin keçirilməsi vacibdir: Məs: “Ağ ölümə qarşı mübarizə et!”, “Zərərli vərdişlər və ondan törənən fəsadlar”, “Bəşəriyyətin düçar olduğu bəla”, “Narkomaniya və acınacaqlı həyat”, “Gəlin, gələcəyimizi qoruyaq” və sair. Kitabxananın saytında ilk növbədə bu “ağ bəla” haqqında müxtəlif məlumat bazaları, fotolar, elektron nəşrlər yerləşdirmək olar.

Kitabxanada “Narkomaniyanın genefondumuza gətirdiyi fəsadlar”, “Gəncləri narkomaniyaya doğru aparan yol” başlıqlı söhbətlər keçirilə bilər. Tədbir keçirilərkən oxucuların “ağ ölmün” əsərləri haqqında maariflənməsinə, narkomaniyaya səbəb olan amillər və ondan törənən fəsadların qabarıq şəkildə açıqlanmasına xüsusi fikir vermək lazımdır. Söhbəti narkomaniyaya aid qəzet və jurnal məqalələrinin oxunuşundan, mövzuya uyğun hər hansı bir sualın qoyuluşundan, kiçik bir söhbətdən başlamaq olar.

Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda kitab icmalı keçirmək olar. Natiq Rəsulzadənin son dövrdə nəşr olunmuş “Kabuslar arasında” kitabının icmalını keçirmək olar. İcmalın əvvəlində mövzunun adı, məqsədi bildirilir. Bu prosesdə biblioqrafik təsvir, müəllif haqqında məlumat, kitabın məzmunu, tərbiyəvi əhəmiyyəti qeyd edilir.

Kitabxanada həmçinin yeni kitabların təqdimatını da keçirə bilər. Təqdimat mərasimini 3-5 dəqiqəlik giriş sözü ilə başlanır. Bir neçə dəqiqə oxucularla dialoq aparılır. Mövzuya uyğun suallar verilir. Tədbir 5-10 dəqiqəlik son sözlə yekunlaşdırılır.

“Narkomaniyaya Yox Deyək!” və ya “Yüksək mənəviyyatlı gənclik uğrunda” mövzusunda mövzu gecəsi keçirmək olar. Tədbirin keçiriləcəyi yer, iştirakçıların yerləşdirilməsi, aparıcıların yeri, tədbir keçiriləcək yerin mövzuya uyğun bəzədilməsi əvvəlcədən dəqiqləşdirilir. Gecə üçün təşkil edilmiş sərgidə mövzuya uyğun kitabların siyahısını da iştirakçılara təqdim etmək məqsədə uyğundur. Bu tədbirdə məktəbin özfaliyyət dərnəyinin üzvülərinin, kitabxananın fəal oxucuların iştirakı ilə dramaturq Marat Haqverdiyevin “Məhəbbət, şeytan və ağ ölüm” əsərindən səhnəciklər göstərmək, şeir parçaları səsləndirmək olar.

Narkomaniyaya və narkobiznesə qarşı mübarizəyə dair oxucu konfranslarının keçirilməsi də vacibdir. Bu zaman kitabxanaçı-aparıcı keçiriləcək konfransın adını, mövzu ətrafında dolğun çıxışları, maraqlı fakt və materiallardan nümunələri, əvvəlcədən müəyyənləşdirilməli və planda öz əksini tapmalıdır.

Ümumiyyətlə, kitabxanaçı narkomaniyaya dair istənilən tədbir keçirilərkən, ilk növbədə gənc və yeniyetmələrin diqqətini narkomaniyadan törənən ağır bəlalara yönəltməlidir. Onun ağır fəsadları, ailənin başına gələ biləcək müsibətlər və nəhayət, şəxsin öz taleyi, sonranı işgəncəli həyatı bütün açıqlığı ilə oxucuların nəzərinə çatdırılmalıdır. Tədbirin keçirilməsinin başlıca məqsədi ondan ibarət olmalıdır ki, gənc və yeniyetmələr gələcək həyatlarını bir neçə saatlıq həzzə qurban verməsinlər. Onlar bir neçə saatlıq sevincin arxasında necə böyük bir fəlakətin olduğunu heç vaxt unutmamalıdırlar.

Ədəbiyyat siyahısı:
1.Həsənov E. Narkotiklərlə bağlı cinayətlər.-Bakı: Azərnəşr, 1999.-244s.

2.Narkotik vasitələr, psixotor maddələr və prekursorlar.-Bakı: Hüquq ədəbiyyatı, 2003.- 224s.

3.Zahidov B. Azərbaycanda narkotizimlə və narkobizneslə mübarizənin aktual problemləri.-Bakı, 2005.-501s.

4.Azərbaycanda narkotik vəziyyət.-Bakı: Azərnəşr, 2001.-925s.

5.Məmmədov S. Narkotik cinayətkarlıqların təzahürləri və onlara qarşı mübarizənin problemləri .-Bakı: ADPU, 2005. -208s.

Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Tanınmış alim, şair Abbasqulu ağa Bakıxanovun anadan olmasının 220 illiyi münasibətilə

Abbasqulu ağa Bakıxanov-220”

(metodik vəsait)



Şəki-2014
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Məhyəddinova Gülər - MKS-nin Metodika və

biblioqrafiya şöbəsinin sistem inzibatçısı.



Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

Sərəncamda 2014-cü ildə Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və sair Abbasqulu ağa Bakıxanovun anadan olmasının 220 illiyinin tamam olması diqqətə çatdırılır.

Ensiklopedik biliyi və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır.Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqarar olmasında onun mühüm xidməti vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır.

Milli ictimai fikrin, elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş A.A.Bakıxanov 220 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifini nəzərə almaqla, tədbirlər planı hazırlanıb həyata keçirilsin.


12 fevral 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.

I bölmə. Həyat və yaradıcılığı.
A.A.Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı yaxınlığında Əmircan (Köhnə xilə) kəndində varlı ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlğı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdir. İlk təhsilinə Bakıda başlamış, Qubada davam etdirmişdir . Qubada bilikli ruhanilərdən fars və ərəb dillərini mükəmməl öyrənmişdir. Müntəzəm və əsaslı təhsil A.A. Bakıxanova Firdovsi, Xəyyam, Nizami, Xaqani , Rumi, Sədi kimi Yaxın Şərqdə tanınmış alim və mütəfəkkirlərin əsərləri ilə tanış olmağa imkan yaratmışdır. O, gənclik illərində rus dili ilə də maraqlanmış, sonralar Tiflisdə dili mükəmməl öyrənmişdir.

1819-cu ildə Bakıxanov general Yermalovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi idarəsində Şərq dilləri tərcümanı vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır. Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. Onun birinci elmi əsəri 1831-ci ildə fars dilinin qayda və qanunlarını təlim edən “Qanuni-Qüdsi” adlı əsərdir. 1835-ci ildən etibarən Bakıxanov atasının Əmircan kəndində olan malikanəsində yaşayır, elmi və ədəbi fəaliyyətini davam etdirərək “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri yazaraq böyük şöhrət qazanır. Bu illərdə o, Qubada “Gülüstan” adında ədəbi-məclis təşkil edərək, Qubanın az-çox tanınmış şair və ziyalılarını bu məclisə toplamışdır.

A.A. Bakıxanov görkəmli alim olduğu kimi, həm də istedadlı şair idi. Bədii irsi lirik və epik əsərlərdən ibarətdir. Onun maraqlı satirik şeirləri də vardır. “Təbriz əhlinə xitab” şeiri XIX əsr Azərbaycan poeziyasında zadəgan və ruhanilər əleyhinə ilk ictimai satiradır.

A.A. Bakıxanov “Kitabi-Əsgəriyyə” hekayəsi isə Azərbaycan nəsrinin ilk nümunələrindəndir. Əsərdə iki gəncin məhəbbətdən bəhs olunur. Onların səadətinə mane olan feodal qayda-qanunları tənqid edilir.

Abbasqulu ağa Bakıxanov dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun hərcəhətli bir alim olduğunu göstərməkdədir. Ömrünün sonlarında o, Yaxın Şərqə səyahətə çıxmışdır.

1847-ci ildə A.A. Bakıxanov Məkkədən Mədinəyə gedərkən xəstəliyə tutularaq vəfat etmiş və həmin yerdə dəfn edilmişdir.



II A.A.Bakıxanov yaradıcılığının kitabxanalarda

təbliği.

Yazıçı, diplomat A.A.Bakıxanovun anadan olmasının 220 illiyi münasibətilə bütün mədəni-maarif müəssələrində, o cümlədən kitabxanalarda kütləvi yubiley tədbirləri keçirilməlidir. Tədbirlərdə yazıçının irsini təbliğ edən əsərlərinin sərgisi tərtib olunmalı, oxucu konfransı, sual-cavab gecələri, icmal, ədəbi-bədii gecə və sairə bu kimi tədbirlər keçirilə bilər. Sərgilər müxtəlif başlıqlarda ola bilər.

1.Başlıq. A.A.Bakıxanov-220

2.Portreti

3.Prezidentin sərəncamı

4.Əsərləri

5.Dövrü nəşrlərdə nəşr olunan məqalələr

_____1_____

____2____ ____3____

_____4_____

____5____ ____6____
_________ 7 _________

_____8______

Bütün bunlarla yanaşı A.A.Bakıxanov yaradıcılığını daha yaxından tanıtmaq üçün kitabxanada oxuculr arasında sual-cavab gecəsi kitabxanaçı tərəfindən təşkil olunur və oxuculara suallar təqdim olunur. Sualları aşağıdakı kimi təşkil etmək olar.

1) A.A.Bakıxanov kimdir?

2)Onun ilk əsəri hansıdır?

3)Onu tanıtdıran əsəri hansı olub?

4)Onun təxəllüsü nədir? Qüdsi.

5) “Qanuni Qüdsi” əsəri neçənci ildə yazılıb? 1831-ci ildə.

6) O “Gülüstani-İrəm” adlı əsəri neçənci ildə yazmışdır?

7) O neçənci ildə vəfat etmişdir? 1847-ci ildə.

Kitabxanalarda Bakıxanov irsinin geniş təbliği üçün daha böyük vaxt tələb edən tədbirlərdən oxucu konfranslarından da istifadə etmək olar. Yubilyarın ayrrı-ayrı əsərlərinin “Gülüstani-İrəm” əsərinin əsasında eləcə də ümumi mövzu altında oxucu konfranslarının keçirilməsi mümkündür. Məs: “Bakıxanovun əsərlərində əxlaq məsələlər”, “Azərbaycan ədəbiyyatında Bakıxanovun rolu” və sair.

Yubiley ilə əlaqədar il ərzində kitabxanalar “A.A. Bakıxanov-220” adlı altında məruzələr təşkil edə bilərlər. Məruzəçilər kitabxanaçılar, ədəbiyyat müəllimləri, yuxarı yaşlı məktəbli oxucular da ola bilər. Onlar A.A.Bakıxanovun həyat və yaradıcılığı haqqında geniş məlumata malik olmalıdırlar “A.A. Bakıxanovun həyat yolu” və sair mövzularda da ola bilər. Kitabxanalarda “Azərbaycan xalqının böyük mütəfəkkir oğlu”, “Vətən həsrətli şair”, “Avropa mədəniyyətinin Şərqdə ilk carçısı”, “Tanınmış alim və şair-A.A.Bakıxanov” və sair mövzularda mühazirə söhbət təşkil edilə bilər.

Kitabxanalarda həmçinin kiçik yaşlı oxucular arasında A.A.Bakıxanovun təmsillərindən uşaq səhərciyi keçirmək olar. Məs: “Qurd və ilbiz”, “Yersiz iftixar”, “Tülkü və qoyun” və sairə.

MKS-də keçirilən bütün bu kimi tədbirlər geniş oxucu kütləsindən A.A.Bakıxanov yaradıcılığına qarşı maraq oyatmaqdan və onu sevdirməkdən ibarətdir. Yubileylə əlaqədar olaraq kitabxanalarda biblioqrafik ədəbiyyat siyahılarını “A.A. Bakıxanov” adlı şəxsi kartotekanın tərtibi olduqca zəruridir.

Tədbirlərin keçiriməsinə kömək məqədilə metodik tövsiyəyə ədəbiyyat siyahısı da əlavə edirik.

İstifadə edilmiş ədəbiyyat:

1.Seçilmiş əsərləri.-Bakı : Avrasiya Press, 2005.-488s.

2.Gülüstani-İrəm .-Bakı: Xatun, 2010.-300s.

3.Tuncay Ə. Abbasqulu ağa Bakıxanov fenomeni // Xalq qəzet.- 2012.- 24 mart.-s.10.

4.A.A.Bakıxanov Qüdsi. Hind əfsanəsi.-B.: Gənclik, 1972.-95 səh.


Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi münasibətilə

Azərbaycan nəsrinin şirin dili”

(metodik vəsait)



Şəki-2014
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və

biblioqrafiya şöbəsinin müdiri.



İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2014-cü il may ayında Azərbaycanın xalq yazıçısı, respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi tamam olur.

İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr verilmişdir. Yazıçının bədii naliyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyevin dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbiyyatın inkişafında mühüm xidmətləri olan İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram.

1.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin .

2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2014-cü il.

I bölmə. Həyat və yaradıcılığı.

İlyas Əfəndiyev 1914-cü il mayın 26-da Füzuli rayonunda anadan olmuşdur. 1930-1933-cü illərdə burada 2-ci dərəcəli məktəbi bitirib orta məktəblərdə dil və ədəbiyyat fənlərini tədris etmişdir. 1934-1938-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunda coğrafiya şöbəsində qiyabi təhsil almışdır. O, 1938-1940-cı illərdə “Yeni yol”, “Kommunist” qəzetlərinin redaksiyalarında ədəbi işçi, 1940-1941-ci illərdə “Ədəbiyyat” qəzeti redaksiyasında Tənqid şöbəsinin müdiri, 1941-1947-ci illərdə Azərbaycan Radio Komitəsində Ədəbiyyat şöbəsinin müdiri, 1944-1945-ci illərdə Bakı Kinostudiyasında ssenari şöbəsinin rəisi, 1946-1947-ci illərdə “İnqilab və mədəniyyət” jurnalı redaksiyasında Nəşr şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1940-cı ildən Azərbaycan Yazıçılar İttifaqında nəşr üzrə məsləhətçi, 1958-1961-ci illərdə məsul katib kimi çalışmışdır. 1960-cı ildə “Azərbaycanın Əməkdar İncəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

Yazıçı ədəbi fəaliyyətə 1939-cu ildən başlamışdır. İ.Əfəndiyevin “Berlində bir gecə” adlı ilk hekayəsi 1939-cu ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. “Söyüdlü arx”(1958), “Körpüsalanlar”(1960), “Dağlar arxasında üç dost”(1963), “Sarıköynəklə Valehin nağılı”(1978), “Geriyə baxma qoca”(1980) kimi romanları, bir çox digər povest və hekayələri azərbaycan və rus dillərində dəfələrlə Bakıda nəşr edilmişdir. Eyni zamanda, əsərləri keçmiş SSRİ xalqlarının dillərinə, ingilis, fransız, alman, çex, macar və sairə dillərdə tərcümə edilmişdir.

Onun “İşıqlı yollarla”, “Bahar suları” , “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mənim günahım”, “Mahnı dağlarda qaldı”, “Xurşud banu Natəvan”, “Billur sarayda”, “Bizim qəribə taleyimiz” və sairə pyesləri Azərbaycan Dövlət Akademik Dram Teatrında, eləcə də respublikamızın digər teatr səhnələrində tamaşaya qoyulmuşdur.İ.Əfəndiyev 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı, 1974-cü il “Azərbaycanın Xalq Yazıçısı” fəxri adına layiq görülmüşdür. O, 1949-cu ildə “Şərəf” nişanı, 1971-ci ildə Oktyabr inqilabı, 1994-cü ildə “Şöhrət” ordenləri və bir çox medallarla təltif olunmuşdur.

İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Yazıçının xatirəsini əbədiləşdirmək məqsədilə marka və zərflər buraxılmış, xatirə löhvəsi, xatirə abidəsi, büstü qoyulmuşdur, Bakıda elitar gimnaziyaya ədibin adı verilmişdir. Dünya sularında “İlyas Əfəndiyev” gəmisi üzür.


II bölmə. Yubiley tədbirlərinin keçirilməsi .

Xalq yazıçısı, dəyərli nasir İlyas Əfəndiyevin 100 illiyi münasibətilə kitabxanalarda bir sıra yubiley tədbirləri keçirilməsi məqsədə uyğundur. Tədbiri keçirmək üçün icmal, sərgi, sual-cavab gecəsi, ədəbi-bədii gecə və sairə kimi əyani və kütləvi tədbir vasitələrindən istifadə etmək olar.

İlk növbədə ədibin irsinin təbliği ilə bağlı yazıçının yazdığı əsərlərin sərgisini tərtib edə bilirik. Sərgini müxtəlif başlıqlarda adlandırmaq olar. “İlyas Əfəndiyev-100”, “İlyas Əfəndiyev və Azərbaycan ədəbiyyatı”, “Böyük dramaturq İ.Əfəndiyev” və sairə. Sərgidə yazıçının portreti, kitabları, ayrı-ayrı əsərləri, elm və mədəniyyət xadimlərinin yazıçı haqqında söylədikləri sitatlar, tövsiyə ədəbiyyat siyahısını təqdim edirik:

1.İlyas Əfəndiyev və Azərbaycan ədəbiyyatı. (Başlıq)

2.İ.Əfəndiyevin portreti.

3.Kitabları.

4.İ.Əfəndiyev.Seçilmiş əsərləri.

5.İ.Əfəndiyev. Söyüdlü arx.

6.--------------- Geriyə baxma, qoca.

7.--------------- Körpüsalanlar.

8.--------------- Dağlar arxasında üç dost.

9.--------------- Üçatlan.

10.Tamaşaya qoyulmuş əsərləri.

11.Atayevlər ailəsi.

12.Mahnı dağlarda qaldı.

13.Sən həmişə mənimləsən.

14.Xurşudbanu Natəvan.

15.Məhv olmuş gündəliklər.

Kitabxanada keçirilən maraqlı tədbirlərdən biri də icmaldır. Yazıçının “Seçilmiş əsərləri”ni seçib onun haqqında ətraflı məlumat vermək olar. İcmalın əsas məqsədi oxucuda əsərə qarşı daha çox maraq oyatmaqdır. İlk öncə kitabxanaçı əsərin qısa məzmununu oxucuların nəzərinə çatdırmalıdır. Məzmun aşağıdakı kimidir: XX əsr Azərbaycan ədəbiyyatının klassiki, bənzərsiz nəsr ustası və dramaturq Xalq yazıçısı İlyas Əfəndiyevin “Seçilmiş əsərləri” üç cildliyinin bu cildinə əlli ildən də çox bir zaman aralığında qələmə aldığı hekayələrdən az bir qismi toplanmışdır. Yazıçının hekayə janrında yaratdığı sanballı nümunələr daim oxucu marağı və rəğbəti ilə qarşılanmış, dönə-dönə nəşr edilmiş dünya xalqlarının dillərinə tərcümə olunmuşdur.Böyük ədibin roman, povest və pyesləri ilə birlikdə hekayələri də üslubuna, ideyasına, estetik dəyərlərinə görə öz müəllifinə Azərbaycan ədəbiyyatında qibtə olunacaq bir mövqe qazanmışdır. Yazıçının lirik-pisixoloji yaradıcı təxəyyülünün məhsulu olan hekayələrə lakonizm, humanizm yüksək insanpərvərlik xasdır. “Geriyə baxma, qoca” romanında Qarabağ camaatının həyatı, güzəranı, etnoqrafik cizgiləri, maddi və mənəvi azadlıq naminə insanların çəkdiyı iztirablar parlaq və yekun bir üslubla əks olunur.

Oxucular arasında İ.Əfəndiyevin yaradıcılığını daha yaxından tanıtmaq üçün kitabxanada sual-cavab gecəsi də təşkil etmək olar. Sual-cavab gecəsinin keçirilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, oxucular İ.Əfəndiyev yaradıcılığını daha yaxşı mənimsəyə və yadda saxlaya bilərlər. Sual-cavab gecəsini “İlyas Əfəndiyev haqqında nə bilirsiniz?” başlığı altında keçirmək olar. Sual-cavab gecəsinin nümunəsini təqdim edirik:

1) İ.Əfəndiyev nə vaxt, harada anadan olub?

1914-cü il, mayın 26-da Füzuli rayonunda.

2) İlk hekayəsi hansıdır?

1939-cu ildə “Berlində bir gecə” hekayəsi.

3) Başqa hansı hekayələri var?

“Qarı dağı”, “Su dəyirmanı”, “Daş hasar”, “Tufandan sonra” və sairə.

4) Yazıçının uşaqlar üçün yazdığı hansı hekayələri var?

“Ceyran ovu”, “Yasəmən ağaçı”, “Qoruqda”, Ovçunun izi ilə”, “Maraqlı hadisə” və sairə.

5) Hansı pyeslərini tanıyırsınız?

“Atayevlər ailəsi”, “”Bizə inan”, “İşıqlı yollarla”, “İntizar”, “Odlu səhradan gəlmiş şeytan”.

6) Hansı pyesləri tamaşaya qoyulub?

“Bahar suları”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Sən həmişə mənimləsən” və sairə.

7) Onun hansı əsərlərini tanıyırsınız?

“Söyüdlü arx”, Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Üçatlan”, “Xan çinar”, “Geriyə baxma qoca”.

8) İ.Əfəndiyev hansı fəxri adlara layiq görülmüşdür?

1. 1992-ci ildə Azərbaycan Dövlət Mükafatı Laureatı.

2. 1974-cü ildə Azərbaycan Xalq yazıçısı.

3.1971-ci ildə “Qırmızı Əmək Bayrağı”.

4. 1994-cü ildə “Şöhrət” ordenləri.

5. Bir çox medallarla və sairə.

9) İ.Əfəndiyev nə vaxt vəfat edib?

1996-cı il oktyabrın 3-də Bakıda bundan başqa kitabxanada “XX əsr Azərbaycan ədəbiyyatının klassiki”, “Bənzərsiz nəsr ustası və dramaturq-İ.Əfəndiyev”, “İ.Əfəndiyevin tənqidi yaradıcılığı” və sairə mövzularda mühazirə və söhbətlər təşkil etmək olar. Kitabxanaçı oxuculara onun həyat və fəaliyyəti haqqında biblioqrafik məlumat verə bilər. “İ. Əfəndiyev-100” başlıqlı mövzu kartotekası oxucuların ixtiyarına verilməlidir.



İstifadə edilmiş ədəbiyyat:

1.Əfəndiyev İ. Seçilmiş əsərləri. Üç cilddə. I cild.-B.: AVRASİYA PRESS, 2005,280s.

2.Əfəndiyev İ. Seçilmiş əsərləri. Üç cilddə. II cild.-B.: AVRASİYA PRESS, 2005, 336s.

3.Əfəndiyev İ. Seçilmiş əsərləri. Üç cilddə. III cild.-B.: AVRASİYA PRESS, 2005, 448s.

4. Əfəndiyev İ. Seçilmiş əsərləri. Yeddi cilddə. VII cild.-B.: ÇİNAR-ÇAP, 2002, 568s.

Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Böyük Azərbaycan şairi M.Ş.Vazehin 220 illiyi münasibətilə

Böyük Azərbaycan şairi və mütəfəkkiri M.Ş.Vazeh”

(metodik vəsait)



Şəki-2014
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və

biblioqrafiya şöbəsinin müdiri.



M.Ş.Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2014-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi M.Ş.Vazehin anadan olmasının 220 illiyi tamam olur.

Vazeh Şərq poeziyasının çoxşaxəli ənənələrini layiqincə yaşamış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub getmişdir. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli şair və maarifçi M.Ş.Vazehin 220 illik yubileyinin keçirilməsi təmin etmək məqsədilə qərara alıram:

1.Azərbaycan Respublikasının Mədəniyyət və Turizim Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Gəncə şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə