Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


II. Yubiley tədbirlərinin keçirilməsi



Yüklə 372,62 Kb.
səhifə5/5
tarix08.10.2017
ölçüsü372,62 Kb.
#3638
1   2   3   4   5

II. Yubiley tədbirlərinin keçirilməsi.

Azərbaycan milli dövlətinin yaradılması, xalqımızın böyük oğlu və görkəmli mütəfəkkiri M.Ə,Rəsulzadə ədəbi-tarixi irsinin geniş oxucu kütləsinə çatdırmaq məqsədilə respublikamızın bir çox təhsil ocaqlarında, məktəblərdə, kitabxanalarda və başqa yerlərdə bir sıra tədbirlərin

keçirilməsi nəzərdə tutulmuşdur. Beləki bu il M.Ə. Rəsulzadənin anadan olmasının 130 illik yubleyi münasibətilə geniş tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına müxtəlif başlıqlar altında yazılmış sərgiləri, oxucu konfranslarını, kitab icmallarını, sual-cavab gecələrini və sairə tədbirləri daxil etmək olar.İlk növbədə kitabxanalarda yublyara aid – “Məmməd Əmin Rəsulzadə-130”, “Azərbaycan idealının memarı”, “Zəmanəmizin qüdrətli şəxsiyyəti-M.Ə.Rəsulzadə” və sair başlıqlı sərgilər tərtib olunmalıdır. Sərgidə M.Ə.Rəsulzadənin əsərləri, onun haqqında çap olunmuş kitab və qəzet, jurnal və məqalələri nümayiş olunmalıdır. Sərginin daha da dolğun görünməsi məqsədilə görkəmli insanların M.Ə.Rəsulzadə haqqında söylədikləri sitatlardan nümunələr verilsə daha yaxşı olar. “M.Ə.Rəsulzadə-130” adlı sərgidə nümayiş olunacaq sitatların nümunəsini veririk:

1. Səbr ilə qəbul etdirilən bir şeydə,qətiyyən səadət ola bilməz, çünki, səadət, hüriyyət istiqlaldadır.

M.Ə.Rəsulzadə.

2.Ömrünün çoxunu Azərbaycan istiqlalının ideyasının təbliğinə, Azərbaycan ədəbiyyatının böyük naliyyətlərinin yayılmasına həsr etmiş, M.Ə.Rəsulzadənin yaradıcılığı mədəniyyət tariximizdə dəyərli xəzinədir.

Pənah Xəllilov, professor

Şeir parçası:

Tarixin yeni gözəl bir çağında,

Qaranlıq qış, keçib bahar gələcək,

Hər hanki bir ilin aydın günündə

Azərbaycan istiqlala yetəcək.

Həmçinin sərgi qarşısında oxucular arasında söhbətin keçirilməsi də məqsədə uyğun olardı. Tarixi şəxsiyyət olan M.Ə. Rəsulzadənin həyat və yaradıcılığı haqqında aparılan söhbətə kitabxanaya gələn oxucular çox maraqla qulaq asırlar. Söhbəti kitabxanaçı öz ürək sözləri ilə belə başlaya bilər:

“Əziz oxucular! Bu il yanvarın 31-də Azərbaycan xalqının böyük oğlu, azadlıq aşiqi M.Ə.Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. M.Ə.Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. Böyüdükcə xalqımızın kölə vəziyyətini görərək müstəmləkə zülmünə nifrət etməyə başladı. O, müstəmləkəçiliyə qarşı mübarizə aparan gizli təşkilatlara qoşuldu. Qəzet və jurnallarda yazdığı məqalələr müstəmləkə zülmünü ifşa etdi.Xalqımızın azadlığa səslədi. Onu bu təbliğatına görə həbs etdilər, qorxutdular, təzyiq göstərdilər. Lakin onun iradəsini qıra bilmədilər və o, azadlıq uğrunda apardığı mübarizədən dönmədi. M.Ə. Rəsulzadə xalqımıza azadlığı təlqin etmək, onu zülmdən qurtarmaq üçün “Müsavat” partiyasını qurdu.Onun və yoldaşlarının apardığı mübarizə nəticəsində Azərbaycan 1918-ci il mayın 28-də azadlığa qovuşdu.

Əziz oxucular! M.Ə. Rəsulzadə uşaqları çox sevirdi və deyirdi ki, uşaqlar bizim gələcəyimizdir.O, ümüd edirdi ki, gənc nəsil azadlığın, müstəqilliyin qədrini biəcək.

Kitabxanalarda keçirilən tədbirlərin ən canlı və maraqlısı sual-cavab gecələridir. “Görkəmli tarixi şəxsiyyət M.Ə.Rəsulzadə haqqında nə bilirik?” adlı sual-cavab gecəsində istifadə olunan bəzi sualları veririk:

1.M.Ə.Rəsulzadə kimdir?

2.O, harada və nə vaxt anadan olmuşdur?

3. “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı şüarını necə başa düşürsünüz?

4.M.Ə.Rəsulzadənin hansı əsərlərini tanıyırsınız?

5.M.Ə.Rəsulzadənin Azərbaycan tarixindəki mövqeyini necə izah edərdiniz?

6.Onun hansı şeirlərini tanıyırsınız?

Kitabxanalarda oxucular tərəfindən seçilən tədbirlərdən biri də ədəbi-bədi gecədir.Ədəbi-bədii gecə iki hissədən ibarət olur. I hissədə M.Ə.Rəsulzadənin keşməkeşli həyat yolundan danışılır. II hissədə isə M.Ə.Rəsulzadənin qələmə aldığı əsərlərdən parçalar söylənilir. “Azərbaycan İdealının memarı” adlı ədəbi-bədii gecənin ssenarisini nümunə veririk:

Səhnədən M.Ə.Rəsulzadənin şəkli və bayrağımız asılır. M.Ə.Rəsulzadənin söylədiyi sitatı səhnənin divarından asılır.

“Diriliklərin ən qiymətlisi milli dirilikdir”

Aparıcılar səhnəyə daxil olur.

I aparıcı:Yanvarın 31-də M.Ə.Rəsulzadənin 130-cu ildönümüdür. O, bütün türk dünyasının taleyinə məsuliyyət daşımaq üçün doğulmuşdu. Şam kimi əritdi özünü,dünənimizə, bu günümüzə və sabahımıza işıq salmaq üçün yandı.

Elindən, obasından ayrı düşdü. Misilsiz şəxsiyyətimiz olduğu halda, ən acı taleli didərginimiz oldu. Məmməd Əmin bəy diyar-diyar, ölkə-ölkə dolaşdı, harada oldusa, Azərbaycan üçün, varlığımız, səadətimiz üçün çalışdı. Bütün həyatı boyu öz haqlı mübarizəsində “İnsanlara hüriyyət, millətlərə istiqlal” şüarına sadiq qalan M.Ə.Rəsulzadənin irsi yalnız Azərbaycnda, yaxın və orta Şərqdə deyil, bir sıra Avropa ölkələrində belə demokratik fikrin inkişafında mühüm mərhələ kimi tədqiq edilməlidir.

II aparıcı: M.Ə.Rəsulzadə başdan ayağa istedad olub.Fitri qabiliyyət sahibi idi.O, dünya xalqlarının ədəbiyyatına, fəlsəfəsinə, tarixinə dərindən bələd idi. Özünün orjinal düşüncə tərzi, fikir dünyası, sağlam məntiqi, səlis və aydın dili var idi. M.Ə.Rəsulzadə şair, dramaturq idi. Lakin bunu özünə başlıca yradıcılıq peşəsi kimi seçməmişdir. Onun bədii əsərləri müyyən vaxtlarda, müyyən mədəni, siyasi, ictimai fikri daha kütləvi şəkildə ifadə vasitəsi olmuşdur.

I aparıcı: İndi isə görkəmli şair, dramaturq Teyyub Qurbaninin qələmə aldığı “Azərbaycan davası” adlı tarixi dramından bir parçasını sizlərə təqdim edirik.(M.Ə.Rəsulzadə və N.Nərimanov rolunu ifa edən oxucular səhnəyə daxil olurlar. Səhnəyə daxil olurlar M.Ə.Rəsulzadə çiynindəki üç rəngli bayrağın ucunu qaldırıb öpür və gözünün üstünə qoyur. Başını qaldıranda xəyalında Nəriman canlanır. Onun ciyinlərinə qırmızı bolşevik bayrağı salınıb)

M.Əmin: Sən xalqın səadətinə inanırsan?

Nərimanov: Mən bu səadəti əldə etməkdən ötəri bütün ömrümü qurban vermişəm.

M.Əmin: Qurban sözünü düz dedin Nəriman...Sən bolşevik diktaturasının qurbanısan.

N.Nərimanov: Mənim xalqımın azad və şən həyat sürməlidir. Mənim istək və amalım Azərbaycanın azad və müstəqil görməkdir.

M.Əmin: Lenin səni yalan vədlərlə aldadıb. Sən də onun sözlərinə inanmısan. Bir də o, sizin hamınızı elə bil tilsimləmişdi. Onun diplomatiyası Yer üzünə fəlakət gətirdi. Siz yalançı azadlıq bayrağı altında birləşdiniz.

N.Nərimanov: Mən çalışacağam ki, Rusiya Azərbaycana kömək əlini kəsməsin.

M.Əmin: Nəriman, Leninə bizim neftimiz gərəkdir.

N.Nərimanov: Mən nefti Rusiyaya qızıl pula satacağam.

M.Əmin: Neft satacaqsan Nəriman? Axı siz “SSRİ” deyilən bir dövlət yradırsınız.

N.Nərimanov: Lenin bütün respublikalara müstəqillik verəcək.

M.Əmin: Mən bütün varlığımla inanıram ki, siz aldanmısınız.

N.Nərimanov: Emin, mən Leninə inanmışam, inanıram. Azərbaycan Sovet respublikası müstəqil yaşayacaq və xarici hücumlardan qorunmasında Rusiyanın böyük köməyi olacaq.

M.Əmin: Ona görə xalqa deyirdim ki, “Axı Sovet Rusiyası olmadan yaşaya bilməz”.N.Nərimanov: Emin, mən başqa cür edə bilməzdim. Bu sözlər siyasət idi.

M.Əmin: Siyasət onun deyil Nəriman.

N.Nərimanov: Demək istəyirsən mən Leninin əlində oyuncağam?

M.Əmin: Sən bunu bir neçə ildən sonra yaxşı dərk edəcəksən. Amma geriyə yolun olmayacaq. O vaxt ki, Lenin neftimizi Rusiya üçün istifadə edəcək, qalanını isə özü xaricə satacaq.

N.Nərimanov: Yox, Emin yox... Qoymaram Azərbaycan talan eləsinlər.

M.Əmin: Mən sənə inanmaq istərdim.

N.Nərimanov: Mən inanıram ki, sən tezliklə vətənə qayıdacaqsan.

M.Əmin: Yox, Nəriman, vətən nahaq qanlar içində boğulur. Qırmızı təkərlərin səsindən səadət nəğməsi yaranmaz.

Ruzigar əsiyor,

Sular çağlıyor,

Səma gurluyor,

Yer, göy inliyor.

(Nəriman gedir. Bu zaman müstəqil Azərbaycanın himni səslənir. M.Ə.Rəsulzadə bayrağı bədəninə sarıyıb səhnədən uzaqlaşır. Aparıcılar səhnəyə daxil olur.)

II aparıcı: Bu gün hər bir azərbaycanlı sevinir və qürur hissi keçirir ki, vaxtilə M.Ə.Rəsulzadənin Azərbaycanın gəncliyinə etdiyi vəsiyyət həqiqətə çevrilib. Rəsulzadə deyirdi: “Ey gənclik! Sənin öhdəndə böyük vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min bir əziyyətlə yüksəldərək dedi: “Bir kərə yüksələn bayraq bir daha enməz! Sən onun ümüdini qırmayacaq, bu gün parlament binası üzərində azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda ya qazi, ya şəhid olacaqsan!”

I aparıcı: Bəli, Azərbaycan xalqının taleyinin bir parçası olan Rəsulzadənin mənalı həyatına, dolğun yaradıcılığına bu gün ani bir nəzər salmaqla biz vətənə, müstəqil Azərbaycana sədaqət timsallı böyük bir şəxsiyyətin canlı obrazı ilə görüşdük. Sözsüz ki, bu sədaqət, bu sevgi ilə M.Ə. Rəsulzadə Azərbaycan xalqının məhəbbətini qazanmış və qəlblərdə ədəbi məskən salmışdır.

(iki oxucu Teyyub Qurbanın “Bayraq abidəsi” adlı şeirini söyləyirlər)

I oxucu: Bu bayraq millətə tutdu üzünü,

Bayraqlar ecazkar xilaskar oldu.

Elə həkk elədi “Allah” sözünü,

Bayrağın başında məşələ döndü.

Bayraqlar tərk etdi doğma yurdunu,

Bayraqla yaşadı dost diyarında.

Təninə sarıyıb gəzdirdi onu,

Azərbaycan marşı addımlarında.

II oxucu: Hanı yaratdığı cild-cild kitablar?

Hanı heykəlinin bünövrə daşı?

Tarix yaxşı bilir kimdir xilaskar.

Həqiqət yalanla durmaz yanaşı.

Dövlətin himnini oxumayanlar,

Dövlət bayrağını abidə edir.

Nə yaxşı anlaya bilmir ki, onlar

Bayrağın özü də Rəsulzadədir.

Son

İstifadə olunmuş ədəbiyyat siyahısı:


1.Rəsulzadə M.Ə. Az. Cumhuriyyəti.-B.:Azərnəşr, 1992.-470s.

2.Rəsulzadə M.Ə. Əsərləri 1c.-B.: Azərnəşr, 1992.-470s.

3.Çağdaş Azərbaycan tarixi.-B.: Gənclik, 1991-308s.

4.Qurban T. Dönməzlik.-B.: Şirvannəşr, 1997.-114s.



5.Yaqublu N.M.Ə.Rəsulzadə.-B.: Gəhclik, 1991.-308s.
Yüklə 372,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə