ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

64 

 

  Qısa  müddətdən  sonra  məlum  oldu  ki,  dövlətin  nəzarəti  altına  keçən 



istehsal  sahələrində  təsərrüfatsızlıq,  vəzifədən  sui-istifadə  halları  və  rüşvətxorluq 

baş  alıb  gedir.  Bütün  bunların  nəticəsində  əmək  məhsuldarlığı  xeyli  aşağı 

düşmüşdür. 

  Azərbaycan  SSR  Ali  məhkəməsi  işlər  şöbəsinin  müdiri  Babaxanovun 

imzaladığı Nuxa rayon Xalq Məhkəməsinin ştat cədvəlinin artırılması zərurətindən 

bəhs  edən  sənəd  yuxarıda  söylənilənləri  təsdiq  edir.  Orada  bildirilirdi  ki,  hal-

hazırda  Nuxa  rayon  Xalq  Məhkəməsinin  icraatında  dövlət  əmlakının 

mənimsənilməsi  ilə  bağlı  650  iş  var  və  artmaqda  davam  edir.  Belə  işlərlə  bağlı 

proseslərin  sürətləndirilməsinin  zəruriliyini  və  rayonun  böyük  olmasını  nəzərə 

alaraq bir hakim, bir katib ştatlarının artırılması, həmçinin büdcədən bu məsələnin 

həlli üçün lazımi vəsaitin ayrılması təmin ediləcəkdir. 

  Fərdi  istehsal  sahələrinə  hücumlar  artdıqca  əhalinin  güzəranı  daha  da 

ağırlaşırdı.  Talon  vasitəsi  ilə  verilən  ərzaq  məhsulları  xalqın  başlıca  həyat 

mənbəyinə  çevrilmişdi.  Acınacaqlı  hal  bu  idi  ki,  hətta  əhalini  mümkün  zəruri 

yeyinti məhsulları ilə təmin olunmasında da fərdi istehsalda çalışanlara qarşı ayrı  

seçkiliyə yol verilirdi. 

  Bu  sahədə  fəaliyyət  göstərənlər  yalnız  o  halda  ərzaq  talonu  ilə  təmin 

olunurdu ki, iş verənlərlə müvafiq həmkarlar təşkilatları arasında tarif razılaşması 

olsun. 

   Nəinki  sosial  iqtisadi  xarakterli  məsələlərdə,  habelə  milli  problemləri 



əhatə  edən  sahələrdə  də  daha  mürtəce  mövqe  tutulması  bir  daha  sübut  edir  ki, 

bolşevik  rejimi  milli  məsələlərlə  bağlı  ziddiyyətləri  islah  etmək  əvəzinə  daha  da 

dərinləşdirmək xətti götürmüşdür. 

  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin  nəzdində  milli  azlıqlar 

şöbəsinin  rəhbəri  Sərkisovun  çıxışı  deyilənləri  təsdiq  edir.  Sərkisov  həmin 

çıxışında  xüsusilə  vurğulayır  ki,  Qaxda  kənd  sovetinin  sədri  ingiloy,  gürcü 

olmasına baxmayaraq işlər türk dilində aparılır. Vartaşendə də əhalinin əksəriyyəti 

erməni olsa da (?) türk dili işlərin aparılmasında aparıcı mövqeyə malikdir.

60

 

  Bax, bu artıq milli dilin sıxışdırılmasına açıq çağırış idi. Həm də bu çağırış 



rəsmi hakimiyyət səviyyəsində edilirdi. 

  Bolşevik  rejimi  kütləvi  kollektivləşmə  prosesini  həyata  keçirmək  üçün 

yeridilən aqrar siyasətin nöqsanlı cəhətlərini etiraf etsə də məhz həmin siyasətdən 

narazı qalan xalq  kütlələrinə  qarşı cəza tədbirlərini  genişləndirmək,  xalqın  maddi 

və  mənəvi  sıxıntılarını  dərk  edərək  ona  münasibətdə  humanist  mövqe  tutan,  bəzi 

hallarda  haqlı  tələbləri  müdafiə  edən  partiya  və  dövlət  hakimiyyət  orqanlarının 

ayrı-ayrı nümayəndələrinə divan tutmaq xətti götürdü. 

                                                           

60

 Şəki arxivi. f. 13, siyahı 1, saxlama vahidi 81 



 


65 

 

  Lakin  dövlət  siyasəti  səviyyəsinə  qaldırılan  zorakılıq,  inzibati  amirlik 



metodları SSRİ adlanan nəhəng imperiyada nə sosial-iqtisadi xarakterli, nə də milli 

səciyyə  daşıyan  problemləri  həll  edə  bilmədi.  Həll  edə  də  bilməzdi.  Çünki  bu 

problemlərin  çözülməsini  təmin  edən  qanunauyğunluqlara,  elmi  metodoloji 

vasitələrə arxa çevrilmişdi. Əbəs yerə deyil ki, 70 il sonra ölkəni minimum ərzaqla 

təmin etmək üçün ərzaq proqramı qəbul edildi. 

  Xalqların  milli  maraqlarının  nəzərə  alınmaması  isə  onunla  nəticələndi  ki, 

imperiyanın  ömrünü  uzatmaq  üçün  yenidənqurma  adı  ilə  həyata  keçirilən  islahat 

onun çökməsinə səbəb oldu. 

  Bolşevik  quruluşu  xalqımızın  xislətindəki  bəşəri  fəzilətləri  məhv  etməyə 

çalışmaqla  onun  xarakterini  mənfi  istiqamətə  dəyişmək  kimi  iyrənc  bir  niyyətə 

düşmüşdü. 

  Fikrimizin təsdiqi üçün M.C.Bağırovun rəsmi tribunadan etdiyi çıxışlardan 

birini  xatırlamaq  yerinə  düşər.  O  demişdi  ki,  biz  elə  etməliyik  ki,  xalq  özü 

məscidləri dağıtsın və bu işdə bizdən kömək istəsin. 

  İnsanları  öz  dini-mənəvi  dəyərlərinə  qarşı  çıxmağa,  doğmalarına, 

yaxınlarına xəyanət etməyə vadar etmək elə bu niyyətdən xəbər vermirdimi?! Qan 

qohumlarını  üz-üzə  qoymaqdan,  hətta  oğulu  ataya  qarşı  qaldırmaqdan  böyük 

rəzalət təsəvvür etmək mümkün idimi?! 

  Deməli,  Şəki  üsyançılarının  bolşevik  rejiminə  qarşı  apardığı  dava  yalnız 

sosial-iqtisadi  və  siyasi  hüquqsuzluğa  qarşı  deyil,  ən  başlıcası  milli  əxlaqi,  milli 

xarakteri hifz edib saxlamaq üçün qaldırdığı milli qeyrət davası idi. 

   Şəki  üsyanı  guya  xalqımızın  daxilən  azad  olmaması,  bolşevik  rejiminin 

törətdiyi  rəzalətlərə  müticəsinə  itaət  etməsi,  ümumiyyətlə,  itaətkar  xislətə  malik 

olması  haqqında  söylənilən  iftiraların  ifşası  deməkdir.  Bu  üsyan  20-ci  illərin 

axırları, 30-cu illərin əvvəllərində nəinki Azərbaycanda və Qafqazda, habelə bütün 

SSRİ  məkanında  qolçomaq  qiyamları  kimi  təqdim  edilən  müqavimət  hərəkatları 

içərisində ən kəskini idi. 

  Nəhayət, Şəki üsyanı milli dövlətdən məhrum edilmiş, məhz buna görə də 

maddi  və  mənəvi  sərvətləri  üzərində  sərəncam  vermək  hüququ  əlindən  alınmış, 

vətəni  və  özü  bolşevizmin  apardığı  rəzil  təcrübələr  obyektivinə  çevrilmiş 

Azərbaycan xalqının apardığı istiqlal savaşının şanlı bir səhifəsi idi. 

 

 




66 

 

ƏLAVƏLƏR 



 

NUXA HÜRRİYYƏTİ MAARİF CƏMİYYƏTİNİN 1917 SƏNƏSİ BİR 

APRELDƏN 1919 SƏNƏSİ BİR MARTA QƏDƏR MƏDAXİL VƏ 

MƏXARİC HESABI (2 SƏNƏLİK FƏALİYYƏTİ MÜNASİBƏTİLƏ). 

 

  Rusiya mənhus istibad hökumətinin yıxılıb, hürriyyət alınması münasibəti 



ilə  millətimizin  maarifcə  geridə  qaldığı  nəzərə  alınaraq,  Nuxa  ziyalı 

cavanlarımızdan  bir  neçəsinin  təşəbbüsilə  Nuxada  1917  sənə  mart  ayının 

axırlarında  «Hürriyyəti  Maarif  Cəmiyyəti»  naminə  bir  bilgi  cəmiyyəti  təşkil 

olundu.  30  nəfər  üzvün  vücudilə  ictimai  ümumiyyətlərə  intixab  olundu.  İdarə 

fəaliyyətə  başlayıb,  təzə  üzvlər  cəlb  edib,  ianələr  topladı,  teatrolar  vermək  üçün 

dram  heyəti  təsis  edib,  teatro  və  müsamirələri  verdi.  O  zaman  Nuxa  şəhəri 

qəzasında  bərbad  halda  bir  neçə  rus  və  müsəlman  məktəbindən  savayı,  milli 

məktəblərimiz olmadığından Cəmiyyət ən əvvəl ibtidai milli məktəblərin küşadına 

iqdam etdi, ancaq həmin məktəblər üçün müəllimlər yoxluğunu nəzərə alaraq, yay 

mövsümündə  müəllimlər  kursu  açmağa  qərar  verdi.  Müfti  və  şeyxülislam 

həzrətlərinin  Şəkiyə  vücudunda  idarə  onlara  bu  fikrini  bəyan  etdi.  Fikir  hüsni-

rəğbətlə  qəbul  olundu  və  müşar  ileyhanın  təşviqilə  tarixi  bir  gecədə  şahnişin 

otağında doqquz min manat həmin məqsəd üçün para toplandı, lakin həmin paralar 

Cəmiyyətə  verilməyib,  kursa  və  Cəmiyyətə  biganə  bir  neçə  ağaların  təsərüfünə 

keçdi. Hər nə qədər Cəmiyyət bu paranın kursa verilməsinə çalışdısa da, nəticədə 

«maariflə  məşğul olaraq zamanı deyil»,  -    deyə  cavablar aldı.  Hərçənd Cəmiyyət 

bu üzdən böyük müşkülata uğradısa da, fəqət yenə məqsədindən əl çəkmədi. Şəhər 

və bütün kəndlərə kurs açılacağını xəbər verdi və raüqtədir müəllimlər dəvət edilib, 

1917  sənə  iyun  ibtidasında  kurs  açıldı  və  dərslər  başlandı.  Nuxa  qəzasının  hər 

küncündən,  hətta  Şamaxı  və  Qaryagin  kibi  uzaq  guşələrdən  altmışa  qədər  tələbə 

toplandı.  Tələbələr  imtahan  ilə  qəbul  olunaraq,  dərsə  şüru  etdilər.  Kursda 

fünundan, ədəbiyyatdan, təlim və tərbiyə üsullarından hər növ dərs verilərək, bir də 

tədris üslunu təcrübə ilə göstərmək üçün kursun cənbində bir nümunə ibtidai sinif 

təsis olundu. Cəmiyyət tələbələrin qeyri ehtiyaclarını da nəzərə alaraq, onlar üçün 

yatacaq  və  möhtaclarına  aylıq  maaş  verdi.  Həmçinin  ərzaq  komitəsindən  onlar 

üçün  ucuz  qiymətlə  ərzaq  alıb  verdi.  Tələbələrə  zamanın  iqtizasına  görə  hərb 

təlimini öyrətmək üçün bir zabit də dəvət olundu. Üç ay müttəsil təlim tədrisindən 

sonra  imtahanlar  verilərək,  35  nəfər  tələbəyə  ibtidai  məktəblərə  müəllimlik 

əhliyyətnaməsi  verildi.  Müəllim  hazırladıqdan  sonra  Cəmiyyət  milli  məktəblər 

açmağa şüru etdi. O zaman vaxtı ilə şəhərin ən küzidə məktəblərindən olan ikinci 

Cümə  Məscidi  çənbindəki  vətən  məktəbi  bərbad  bir  halda  idi.  Müəllim  və  maaş 

yoxluğundan məktəb dağılıb, uşaqlar küçələrə tökülmüşdü. Cəmiyyət bu məktəbə 

təcrübəli və yeni çıxan müəllimlərdən dəvət edərək, onları maaş cəhətindən təmin 

edib,  məktəbi  nizama  saldı.  Bir  az  vaxtın  içində  iki  yüzə  qədər  uşaq  küçələrdən 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə