ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   27   28   29   30   31   32   33   34   35

70 

 

əvvəl də Şəkidə qaçaqlar mövcud idi. Ancaq onların sayı barmaqla sayılacaq qədər 



az olmuşdur. Qaçaqlardan biri Abbas,  digəri Xudu İbrahim, üçüncüsü Vartaşenin 

Muxas  kəndinin  sakini  Tapdıq,  dördüncüsü  bideyizli  Cəfər  və  nəhayət  üsyan 

ərəfəsində DSİ-nin Şəki şöbəsinin müvəkkili Qasımovun hədə qorxusundan sonra 

qaçaq düşmüş göynüklülər Yunus və Kərim idilər. 

  Üsyan  hərəkatının  məğlubiyyətindən  sonra  qaçaqların  sayı  dəfələrlə 

artmış,  fəaliyyətləri  isə  daha  çox  siyasi  məzmun  kəsb  etmişdir.  Hüquq  mühafizə 

orqanlarının  tərtib  etdikləri  sənədlərdə  tez-tez  işlədilən  «siyasi  quldur»  ifadəsi  də 

sübut edir ki,  onların əməllərində  ölçülü-biçili siyasi xarakterli fəaliyyət  üstünlük 

təşkil etmişdir. 

  Qaçaqlar hətta bir sıra kəndləri yenidən nəzarət altına almağa müvəffəq ola 

bilmişdilər. Bu isə rejim nümayəndələrini xeyli əndişələndirmişdir. 

  L. Beriyanın Tiflisdən teleqraf vasitəsilə M.C.Bağırova verdiyi göstərişlər 

hakimiyyət yetkililərinin keçirdiyi təşviş hissini təsdiq edir. «Gələn məlumatlardan 

bəlli  olur  ki,  Zaqatala-Nuxa  dairəsində  üsyançılar  partizan  hərəkatına  keçərək 

hərəkət  edən  hərbi  hissələrin  arxasından  şəhər  və  kəndləri  ələ  keçirirlər. 

Üsyançıların  partizan  hərəkatı  formasında  fəaliyyəti  ona  görə  mümkün  olur  ki, 

onlardan  geri  alınan  kəndlər  möhkəmləndirilmir  və  ordu  getdikdən  sonra 

müdafiəsiz qalır. 

  Hesab 

edirəm  ki,  üsyançılardan  təmizlənmiş  rayonlarda  yerli 

kommunardan,  aşağı  sovet  aktivlərindən  ibarət  döyüşə  qabil  dəstələr 

yaradılmalıdır.  Onlar  üsyançılardan  alınan  və  əhalidən  müsadirə  edilən  silahlarla 

təchiz edilməlidirlər”.

61

 



 Qısa  müddətə  üsyançıların  nəzarəti  altına  keçən  yaşayış  məntəqələrindən 

biri də Dəhnə kəndi idi. Ora daxil olan dəstə əsasən qaçaqlardan ibarət olmuşdur. 

Qonağı  açıq  qabaqla,  gülər  üzlə  qarşılamağa  adət  etmiş  kişilər  Qaçaq  Abbası, 

Samuxlu  Məmmədqasımı,  Harunu,  Hidayəti  Əşrəfi,  İsmayılı,  Sarı  Laçını,  Xudu 

İbrahimi və digərlərini xalq adət-ənənələrinə uyğun şəkildə qəbul etmişdilər. 

  Az sonra kəndə gələn cəza dəstəsi bu kişiləri amansızcasına cəzalandırdı. 

   1930-cu il aprelin 17-də Mola Sübhan Yusif oğlu, Hacı Məhəmməd Sadiq 

oğlu, Həbillah Mustafa oğlu, Hacı Hümmət Hacı Qasım oğlu, Məmmədhəsən Cəlil 

oğlu, Hacı İbrahim, Mustafa Salman oğlu və Osman Cəlil oğlu -  cəmi 8 nəfər elə 

kənddəcə  güllələndilər.  Onların  gorgahı  əvvəldən  qazılmış  bir  çala  oldu.  Bu 

qardaşlıq qəbri az sonra ziyarətgaha çevrildi. Canı ağrıyan, dərdlə üzləşən, fəlakətə 

tuş  gələn  bu  ziyarətgaha  pənah  gətirirdi.  İyirmi  üç  nəfər  Dəhnə  sakini  isə  həbs 

edilib gedər-gəlməz sürgünlərə göndərildi. Budur o kişilərin adları: 

 

1. Məhəmməd Mikayıl oğlu 



                                                           

61

 Baş Arxivlər idarəsi. f. 1, s. 231, iş 52, v. 2 



 


71 

 

2. Zülqədər Musa oğlu 



3. Əli Hacı Qasım oğlu 

4. Hüseyn Süleyman oğlu 

5. Zəkəriyyə Kazım oğlu 

6. İsgəndər Kazım oğlu 

7. Hacı Quzu Sadiq oğlu 

8. Mahmud Hacı Quzu oğlu 

9. Məhəmməd Musa oğlu 

10. Abdurahman Abdulla oğlu 

11. Qaffar Löyman uğlu 

12. İsaq Löyman oğlu 

13. Muxtar Məmməd oğlu 

14. Yusif Məmməd oğlu 

15. Əliəşrəf İbadullah oğlu 

16. Camal İbadullah oğlu 

17. Əyri İbadulla oğlu 

18. Ziyad Cəlal oğlu 

19. Hacı Yusif Kümcüzadə 

20. Hamil Cəmaləddin oğlu 

21. Nəsrullah Məmməd oğlu 

22. Maqsud Qədir oğlu 

23. Əziz Cəmil oğlu 

   


   O  zamandan  etibarən  şübhəli  şəxslər  kimi  daim  nəzarətdə  saxlanılan 

Məmməd  Müttəlib  oğlu,  Ağasəf  İbadullah  oğlu,  Həbillah  Musa  oğlu,  Musa 

Həbillah oğlu və İsmayıl Məmmədhasil oğlu 1937-ci ildə həbs edildilər. 

  Bəli,  qaçaqla  hər  hansı  təmas  hakimiyyət  orqanlarının  xəbər  tutduğu 

təqdirdə qeyd-şərtsiz ölüm demək idi. 

  Xalq  şairi  Bəxtiyar  Vahabzadə  «Şənbə  gecəsinə  gedən  yol»  kitabında  bu 

mətləbdən  bəhs  edərək  yazırdı:  «Üsyan  yatırıldı,  üsyançıların  bir  hissəsi  həbs 

edilib dərhal güllələndi, bir hissəsi isə dağlara çəkilib qaçaq oldular. 

  Bizim evimiz şəhərin «Yuxarı baş» məhəlləsində, dağın döşündə, meşənin 

içində  yerləşdiyindən  qaçaqlar  gecələr  qapımızı  döyür,  bizə  və  yaxud 

qonşularımıza pənah gətirirdilər. Səhər açılana qədər xurcunlarını ərzaqla doldurub 

yenidən dağlara, meşələrə çəkilirdilər. Qaçaqlara yardım edən düşmən elan edilib 

dərhal cəzalandırılırdı. 

  O zaman Şəkidə milis rəisi Zahidov adında bir qan içən idi. Onun hər şeyə 

səlahiyyəti  çatırdı.  Qaçağa  çörək  verdiyinə  görə  Zahidov  neçə-neçə  kəndlini 

məhkəməsiz,  sübutsuz  güllələmişdir.  Onlardan  ikisi  atamın  yaxın  dostları  idi. 

Qaçağa  yardım  göstərmək  üstündə  güllələnənlərdən  biri  də  şəhərin  ən  hörmətli 

ağsaqqallarından  Hacı  Yusif  Əfəndi  idi.  Atam  onun  haqqında  danışırdı  ki,  üzünə 




72 

 

güllələnmə  oxuyanda  o  Zahidovdan  bir  rükət  namaz  qılmağa  icazə  istəmişdir. 



Torpaqla dəstəmaz alıb üzünü Zahidova tutmuşdur: 

- Bir xahişim var, Məni sinəmdən vurun. 

Dediyi kimi eləyirlər. 

  Qaçağa  yardım  bəhanəsi  ilə  həbs  olunanlardan  biri  də  atam  Mahmudağa 

oldu...”.

62

    



   Qorxulu  zamanın  məntiqi  bu  idi  ki,  başını  sağ  salamat  saxlamaq 

istəyirsənsə  onlardan  gen  gəzməlisən.  Nəinki  uzaq  olmalısan,  hətta  o  zaman 

deyildiyi  kimi  «banditizm  qalıqları»nın  ləğv  edilməsinə  hakimiyyət  orqanlarına 

yardım göstərməlisən. 

  Üsyan yatırıldıqdan sonra DSİ-nin təlimat xarakterli sənədlərindən birində 

qaçaqlara qarşı mübarizənin gücləndirilməsi üçün zəruri hesab edilən tədbirlərdən 

bəhs olunurdu. 

  «Banditizm qalıqları və onların köməkçiləri ilə mübarizənin gecikdirilməsi 

yol  verilməzdir,  üsyançılara  və  onların  himayədarlarına  qarşı  fövqəladə  tədbirlər 

görmək yolu ilə cəza siyasətinin yüksəldilməsi zəruridir. 

  DSİ-nin 

Nuxa-Zaqatala 

şöbəsinin  bütün  aparatı  təzələnməlidir. 

Azərbaycan  DSİ-nin  mərkəzi  aparatının  işçilərindən  seçmə  yolu  ilə  iki  mahal 

şöbəsinin  -    Nuxa  və  Zaqatala  şöbələrinin  yaradılması  üçün  dərhal  təşkilati 

tədbirlər görülməlidir».

63

 

  Bolşevik rejiminin xüsusi xidmət orqanları qaçaqları ləğv etmək üçün cəza 



tədbirləri ilə yanaşı bir sıra məkrli əməliyyat planları hazırlayıb həyata keçirirdilər. 

Xüsusi  xidmət  sistemi  bu  işdə  qaçaqlarla  dostluq,  qohumluq  əlaqələri  olan 

adamlara  daha  çox  önəm  verirdi.  Onları  öz  yaxınlarına,  doğmalarına  xəyanətə 

təhrik  etməklə  insanı  hisslərdən,  mənəvi  dəyərlərdən  imtina  həddinə  qədər  bir 

heçliyə yuvarlayırdılar. 

  Qaçaq 


həyatının  əzab-əziyyətlərindən  cana  doyub  hakimiyyət 

nümayəndələrinin  vədlərinə  sadəlövhcəsinə  inanan  qaçaqlardan  da  ipə-sapa 

yatmayanlara qarşı istifadə halları mövcud olmuşdur. 

   İxtiyar yaşlı kişilərin bir çoxunun üst-üstə düşən söhbətlərindən bəlli olur 

ki, Daxi adlanan qaçaq da Aşağı Göynük kəndinin milis rəisi (indiki anlamda sahə 

müvəkkili)  Hacıağanın toruna düşür. O  üzə çıxmış Daxinin vasitəsi ilə Yunus  və 

Kərimi  də  qaçaq  həyatından  imtina  etməyə  razı  sala  bilir.  Hacıağanın  qurduğu 

əməliyyat planına uyğun olaraq Daxi, Yunus, Kərim və Babaratma kəndindən olan 

milis işçisi Həsənbala Qudula kəndində dəllək Adıgözəlin evinə düşürlər. Burada 

əməliyyatın son mərhələsi həyata keçirilir. Yunus və Kərim öldürülürlər. 

                                                           

62

 Bəxtiyar Vahabzadə. Şənbə gecəsinə gedən yol. Bakı, Azərnəşr, 1991, s. 258-259 



63

 C. Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim», 1999, səh. 123 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə