ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   27   28   29   30   31   32   33   34   35

73 

 

  Bu hadisədən sonra Daxi zahirən Hacıağanın  yaxın adamına çevrilmişdir. 



Hətta ona sırf milis işçisinin funksiyalarına aid tapşırıqlar da verilirdi. 

   Günlərin bir günü Daxiya cırtdan Süleyman adlı dustağı Bakıya müşayiət 

etməyi tapşırırlar. Dustaq təhvil verilərək gözlənilmədən o həbs olunur. Əlbəttə, bu 

əvvəldən  düşünülmüş  əməliyyat  planı  idi.  Görünür,  Daxiya  sona  qədər  etibar 

etməmişdilər. Həsənbala da törətdiyi cinayətin qurbanı oldu. 

  Qardaş  itkisindən  irəli  gələn  kədərlə  qatilə  sonsuz  nifrəti  qəlbində  yanaşı 

gəzdirən Yunusun bacısı Hacıağa  ilə görüşərək  Həsənbalanın  məhvi  müqabilində 

ona  xeyli  qızıl  pul  təklif  edir.  Bu  təklif  enkevedeçi  üçün  göydən  düşmə  olur. 

Həsənbalanı  sıradan  çıxarmaqla  o  cinayət  xarakterli  əməllərindən  xəbərdar  olan 

şahiddən yaxa qurtarmaqla yanaşı, həm də xeyli qazanc əldə etmiş olurdu. 

  Həsənbala  arvadı  ilə  birlikdə  Babaratma  kəndində  qohum  toyunda  iştirak 

edərkən öldürülür. 

  Bolşevik rejiminin qaçaqlara qarşı olan cilovlanmaz qəzəb və nifrəti qeyd 

olunduğu kimi onlarla hər hansı təmas yaratmış insanlara faciələr gətirirdi. Şəkinin 

Oxud kəndindən olan qaçaq Atakişini və samuxlu Qaçaq Ələşi evində qəbul edən 

Köndələn kəndinin sakini Əlfətin ailəsi də belə bir müsibətə tuş gəldi. 

  Dağ,  meşə  həyatının  yorğunluğunu  qismən  canlarından  çıxarmaq  üçün 

qaçaqların  bu  evə  sığınması  milisə  bəlli  olur.  Onları  qəfil  yaxalamaq  cəhdi  baş 

tutmur.  Atışma  zamanı  Əlfətin  arvadı  və  övladı  həlak  olurlar.  Qaçaqlar  isə 

mühasirə həlqəsini yarıb hadisə yerindən uzaqlaşa bilirlər. 

  Şəki  qaçaqlarından  Abbas  fitri  cəsarəti  və  mərdliyi  ilə  diqqəti  daha  çox 

cəlb  edirdi.  O  bir  müddət  milis  işçisi  kimi  əlində  silah  Sovet  hökumətinin 

qulluğunda  durmuşdur.  Amma  NKVD  sistemində  mövcud  olan  iyrənc  mənəvi-

psixoloji  mühit  onun  təbiətinə  olduqca  yabançı  idi.  Abbas  bu  mühitə  heç  cürə 

uyğunlaşa bilmirdi. Xüsusən yurddaşlarına qarşı irəli sürülən ittihamların motivləri 

ilə  barışmaq  istəmirdi.  Kim  beş,  on  qoyun  sahibidirsə  demək  həmin  şəxs 

qolçomaqdır və istismarçı kimi ifşa edilməlidir. Kim quran oxuyur, namaz qılırsa 

şübhəli  şəxs  kimi  nəzarətə  götürülməlidir.  Kolxoz  quruluşunun  üstünlüklərinə 

şəkk-şübhə  gətirən  şəxs  haqqında  yerli-yataqlı  danos  hazırlanmalıdır  və  s.  Bütün 

bunlar milis işçilərinin qarşısına qoyulan vəzifələrin bir qismi idi. Dayısı Hidayətin 

həbs olunması üçün verilən göstəriş onun səbir kasasını daşdırdı. 

  DSİ-dən  Abbasın dayısı  Andın oğlu Hidayət  haqqında  məlumat  gəlmişdi. 

Həmin məlumatda o Sovet hökuməti üçün təhlükəli bir qolçomaq kimi xarakterizə 

olunurdu.  Bundan  sonra  Hidayəti  həbs  etmək  qərara  alınır.  Bu  göstərişi  yerinə 

yetirmək kimə tapşırılsa yaxşıdır? Onun bacısı oğlu, milis işçisi Abbasa. 

  Rəzalətin,  alçaqlığın  hansı  həddə  çatdığına  diqqət  yetirin.  Adamı  öz 

doğma dayısını, həm də günahsız bir insanı həbs etməyə təhrik edirlər. 

  Kənd,  rayon  səviyyəli  enkevede  işçilərinin  bu  bəd  əməlləri  təsadüfi 

olmayıb rejimin mahiyyətindən irəli gəlirdi. 



74 

 

  Ali  hakimiyyət  eşalonunda  qərar  tutmuş  Əliheydər  Qarayev  tribunadan 



bəyan edirdi ki, ağsaqqal kəndə bağlıdır, kəndlinin əmisi oğlu, ya dayısı, ya əmisi 

və  ya  atasıdır.  Muzdurları,  yoxsulları  elə  hazırlamalıyıq  ki,  onların  əli  ilə 

qolçomağa zərbə endirək. 

  Abbas  ruhunu  sarsıdan  bu  təklifdən  sonra  hakimiyyətlə  bütün  əlaqələri 

kəsib,  ona  qarşı  mübarizə  aparmaq  qərarına  gəlir.  Çox  keçmir  ki,  Hidayət  rejim 

nümayəndələrinin göstərişi ilə enkevede agenti Baxış tərəfindən öldürülür. 

   Abbas dostu Xudu İbrahimlə birgə qaçaqçılığa başlayır. 

   Tezliklə  Qaçaq  Abbasın  adı  dillərdə  əzbər  olur.  Onu  aradan  götürmək 

üçün  sınaqdan  çıxarılmış  bədnam  xəyanət  üsulundan  dəfələrlə  istifadə  etmək 

cəhdləri olmuşdur. 

  Qaçaq  Abbası  öldürməyə  real  imkanları  olan  şəxslərdən  biri  hökumət 

nümayəndələrinə  onun  dostları  Yusif  və  Abdulla  qardaşlarının  qisasından 

qorxduğunu  bildirir.  Belə  olduğu  halda  əvvəlcə  Yusif  və  Abdulla  qardaşlarını 

məhv etmək qərara alınır. 

  El-oba  mənafeyini  həmişə  uca  tutan  Yusiflə  Abdulla  əxlaqi  keyfiyyətləri, 

igidlikləri ilə hələ gənc yaşlarında elin etibarnaməsi kimi bir haqda qovuşmuşdular. 

Şəkinin  Giləhli  məhəlləsi  məhz  onların  nüfuzu  hesabına  yeni  sovet  qaydalarının 

təsir  dairəsindən  kənarda  qalan  azadlıq  adası  təsiri  bağışlayırdı.  Onlar  qətiyyətlə 

bildirmişdilər  ki,  nə  qədər  ki,  biz  sağ-salamatıq,  bu  allahsızlar  bu  məhəllədə  at 

oynada bilməyəcəklər. 

   1930-cu  ilin  aprelində  üsyan  hərəkatı  başlanarkən  qardaşlar  üsyançıların 

sıralarında  idilər.  Hərəkat  yatırıldıqdan  sonra  onlar  təbii  ki,  gizli  həyat  tərzi 

keçirmək zərurəti qarşısında qaldılar. 

   Onlara  özünü  dost  kimi  göstərən  xəyanətkar  bir  dəfə  Qaçaq  Abbasın 

qardaşlarla  görüşmək  istəyini  bildirir.  Çoxdan  üzünü  görmədikləri  dostları  ilə 

görüşmək  imkanı  əldə  edəcəklərinə  sevinən  Yusif  və  Abdulla  dərhal  razılıq 

verdilər. 

  İnsanın  öz  taleyinə  doğru  gedişini  tənzimləyən  ilahi  qüvvə  hər  şeyi 

incəliklərinə   qədər   nəzərə   alır.   Tezliklə   qardaşların    ruhlarının əbədiyyətə 

pərvazlanacağını əvvəlcədən müəyyən edən o böyük qüvvə ruhun təmiz bədəndən 

ayrılması  qayğısına  qalaraq  həmin  axşam  onları  çimməyə,  əyin  başlarını 

təzələməyə sövq etmişdir. 

  Xəbis niyyət sahibi isə öz işində idi. Qardaşların hətta silahlarını ona etibar 

etməsindən  istifadə  edərək  onlara  məxsus  tüfənglərin  el  dilində  iynə  adlanan 

hissəsini  çıxararaq  gizlətmiş  və  Yusiflə  Abdullanı  tərksilah  etməyi  belə 

unutmamışdı. 

  Səhər dan yeri sökülərkən yolçular nəhəng dağları öz qoynunda görünməz 

edən  duman  ümmanına  qovuşdular.  Tezliklə  bu  duman-çən  arxasından  iki  igid 

ömrünə son qoyan atəş səsləri eşidildi. Bir neçə gündən sonra Yusif və Abdullanın 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə