Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə1/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
  1   2   3   4   5   6   7   8   9   ...   89



 
 
Qalib Əsədov
 
 
 
 


Şəkİ və onun TƏBABƏT tarİxİ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qalib Əsədov
Şəkİ və onun TƏBABƏT tarİxİ
Bakı, Qanun Nəşriyyatı, 2016, 328 səh., 000 tiraj
Çapa imzalanmışdır: 28.12.2016
 
Redaktor: Murad Nəbibəyov
Korrektor: Aysel Məmmədova
 
ISBN 978-9952-36-
 
© Qanun Nəşriyyatı, 2016
© Qalib Əsədov, 2016
 
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
 
 
 
 


Həkİm-nevroloq Qalİb Əsədovun “Şəkİ və
onun TƏBABƏT tarİxİ” adlı kİtabı haqqında
 
Tanınmış həkim-nevroloq, uzun müddət Şəkinin müxtəlif səhiyyə müəssisələrində səmərəli fəaliyyət
göstərən, habelə müxtəlif televiziya kanallarından Azərbaycan ictimaiyyətinə adı bəlli olan Qalib
Əsədovun qədim tarixi keçmişə, özünəməxsus ənənələrə və mədəniyyətə malik olan Şəkinin səhiyyə
tarixinin tədqiqi sahəsində araşdırmalarına həsr olunmuş yazıları diqqətimi çəkdi. Kitabın müəllifi
Qalib həkimin bir tədqiqatçı məharəti ilə Şəkidə səhiyyə sisteminin formalaşması, inkişafı və bu
sahədə ayrı-ayrı tanınmış simaların təşkilatçılıq fəaliyyəti haqqında arxiv materiallarına əsaslanan
qeydlərini, verdiyi fotoşəkilləri Şəki səhiyyəsinin tarixinin araşdırılması sahəsində təqdirəlayiq
təşəbbüslərdən biri, yaxşı işin başlanğıcı kimi dəyərləndirirəm.
XIX əsrin ortalarında çar Rusiyasının Nuxa qəzasında Həkim baba kimi tanınan məşhur təbibin bir
çox xəstəliklərin müalicəsində istifadə etdiyi üsullara toxunduqdan sonra o vaxtlar Şəkinin baş qazisi
olan Əbdülqəni Nuxəvinin, həkim Hacıbala Bəyin, Əliabbas Qədimovun Azərbaycanda, sovet
hakimiyyəti illərində isə Ağa Hüseynovun, Məmməd Hacıyevin, Cəmaləddin Kərimovun, Fərrux
Həmidzadənin, Nəsib Abdurrəhmanovun, Cabbar Rəhimovun və başqalarının səhiyyə təşkilatçılığı
sahəsində göstərdikləri fədakarlıqları xatırlanır.
Həkim Qalib Əsədovun vətəndaş təəssübkeşliyi ilə qələmə aldığı bu kitabda çar Rusiyası dövründə
Şəki qəzasında, sovetlər dönəmində isə Nuxa rayonunda açılan ilk apteklər, dispanserlər,
müalicəxanalar haqqında tarixi faktlara əsaslanan yığcam məlumatlar da özünə yer almışdır. Kitabda
Böyük Vətən müharibəsi illərində ön cəbhədə vətənpərvərliklə çalışmış bir çox şəkili həkim və tibb
işçilərinin vətənin müdafiəsində göstərdikləri əvəzsiz xidmətləri də xatırladılır. Fikrimcə, Qalib
Əsədovun sözügedən yazıları Şəkidə səhiyyənin inkişafı tarixinin araşdırılması sahəsində ilk uğurlu
addımlardan biri hesab edilə bilər. Yaxşı olardı ki, müəllif bu sahədəki tədqiqatçılıq fəaliyyətini
davam etdirərək, Şəkidə səhiyyənin inkişafı sahəsində həyata keçirilmiş bütün tədbirləri, görülmüş
işləri daha çox araşdırsın və yeni faktlarla zənginləşdirsin.
Bu sahədə həkim-tədqiqatçı Qalib Əsədova uğurlar arzu edirəm.
 
Zərinə Cavadova,
Tarix üzrə fəlsəfə doktoru
 


QƏDİMDƏN BU GÜNƏ
 
Respublikamızda yetərincə tanınmış nevroloq, həmyerlimiz Qalib Əsədovun Şəki səhiyyəsinin
tarixinə aid yazdığı bu kitabın geniş oxucu auditoriyası tərəfindən böyük sevinclə qarşılanacağına heç
şübhəm yoxdur.
Şəkinin, demək olar ki, bütün sahələrdə həm respublikamızda, həm də Vətənimizin hüdudlarından
kənarda özünəməxsus yer tutmasını sübut etməyə, məncə, ehtiyac yoxdur. Hələ ta qədim zamanlardan
bu bölgənin ziyalıları – müəllimləri, şairləri, yazıçıları, dramaturqları, hərbiçiləri və digər sahələr
üzrə olan mütəxəssisləri öz sözlərini demiş və hazırda deyirlər. Şəki intellektual səviyyəsindən
başqa, özünün tarixi, memarlığı, el sənətləri, mətbəxi, adət-ənənələri, mədəni irsi ilə də digər
bölgələrdən yetərincə fərqlənən bir məkandır. Eyni zamanda, “Şəki” sözünü eşidən hər bir kəsin
simasında mənalı bir təbəssüm əmələ gəlməsi də təbiidir – şəkililər öz incə yumoru, lətifələri ilə də
ad-san qazanmışlar. Şəki həkimlərinin də xəstələrlə xüsusi davranış qaydaları var – ən ağır xəstə ilə
elə zarafat edər, onların diaqnozunu elə tərzdə bəyan edərlər ki, xəstə həkimin yanından gülər üzlə
çıxıb gedər...
Hazırda əlinizdə tutduğunuz kitabda oxuduğunuz məlumatlara gəlincə, onlar Qalib Əsədovun gərgin
əməyinin və uzunmüddətli axtarışlarının bəhrəsidir. Bu kitabı həm də Şəki səhiyyəsi haqqında “ilk
qaranquş” da adlandırmaq olar. Kitabda dərc olunmuş materialların hamısı arxiv sənədlərinə
istinadən yazılmış və fotolarla təsdiq olunan tarixi faktlar özünə yer tutmuşdur. Kitabın özəlliyi bir də
ondan ibarətdir ki, qədim Şəkinin səhiyyə tarixinə XVIII əsrin əvvəllərindən nəzər yetirilir. Kitabda
çar Rusiyası tərəfindən Şəkiyə təyin edilmiş qeyri-millətlərin nümayəndələrindən olan təbiblərdən
tutmuş son dövrlərədək Şəki səhiyyəsinə rəhbərlik etmiş yerli həkimlər haqqında xronoloji qaydada
müfəssəl məlumatlar verilir.
Kitabda özünə yer almış fotoların da oxucularda dərin maraq oyadacağı şüb​həsizdir. Şəkillərdə
müasir nəslin nümayəndələrinin görmədikləri Şəki xəstə​xanalarının, poliklinika və
ambulatoriyalarının hazırda mövcud olmayan binaları, bəlkə də heç adlarını eşitmədikləri həkim və
tibb işçilərinin fotoları əks olunmuşdur.
Kitabı daha maraqlı edən Şəkinin məşhur Xalisəqarızadələr nəslinin nümayəndəsi Əbdülqəni
Nuxəvinin “Qazıxana dəftəri” haqqında məlumatın olmasıdır. XIX əsrin görkəmli ədəbiyyatşünası,
pedaqoqu və kitabşünası Əbdülqəni Məhəmməd oğlu Nuxəvi 1817-ci ildə Şəkidə dünyaya göz açıb.
Onun yaradıcılığı çoxşaxəli və rəngarəng olmaqla yanaşı, demək olar ki, bütün sahələri əhatə edib.
Lakin əsərlərinin böyük əksəriyyəti repressiya dövründə məhv edilsə də, bir hissəsi hazırda M.Füzuli
adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır.
“Qazıxana dəftəri”ni Əbdülqəni Nuxəvi 1866-1879-cu illərdə Şəkinin baş qazısı olarkən tərtib edib.
Bu əsər ölkəmizin Şimal-Qərb bölgəsinin, eləcə də Azərbaycanın tarixinin, əhalisinin, ailə
hüquqlarının, insanların mədəni səviyyəsinin, dünyagörüşünün öyrənilməsi baxımından çox dəyərli
tarixi bir qaynaqdır. Həmin əsərdə Şəkiyə aid olan müəyyən bir hissə ilə bu kitabda tanış olacaqsınız.
Fikrimcə, doğma Şəkimiz haqqında yazılmış hər hansı bir kitabı əldə etmək hər bir şəkili oxucunun
böyük sevincinə səbəb olan tarixi bir hadisəyə çevrilən məqamlardan biridir. Belə kitabların ərsəyə
gəlməsini unutqanlığımızın da aradan qaldırılması kimi qiymətləndirmək, məncə, yerinə düşərdi.
Qalib Əsədovun yazdığı bu kitabın da böyük rəğbətlə qarşılanacağına tam əminəm.
Sonda oxuculardan kitab haqqında öz rəylərini bildirməyi, çatışmayan cəhətləri, rəyləri, fikirləri


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə