Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə14/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   10   11   12   13   14   15   16   17   ...   89

deyir:
 
“Mənim hüzurumda heç kim səsini çıxarmağa cürət etmədiyi halda, bu şəkili, boynuna ip
keçirilməsinə baxmayaraq, cəsarətlə şikayətlərini çatdırdı. Görərsiniz, o nəsə törədəcək”.
 
1743-cü ildə Şəkiyə qayıtdıqdan sonra daha da azğınlaşan Məlik Nəcəf ondan şikayət edənlərə divan
tutmağa başlayır və belə şəraitdə xalq silaha sarılır. Kortəbii halda başlanan üsyan nəticəsində Məlik
Nəcəf və onun adamları öldürülür, Hacı Çələbi üsyana başçılığı öz üzərinə götürür. O, baş verənlər
barədə Nadir şaha xəbər göndərir və bütün günahın şah və onun adamlarında olduğunu göstərir.
Beləliklə, Hacı Çələbi xan Şəkini müstəqil xanlıq, özünü isə onun başçısı elan edir.
İran sərhədində istənilən an hücum etməyə hazır olan Osmanlı türk ordusu olduğundan Nadir şah öz
ordusunu parçalayaraq, bir hissəsini Şəkiyə göndərməyə cürət etmir. Bu münbit şəraitdən istifadə
edən Hacı Çələbi 1743-cü ildə iranlıları qovaraq Şəkini müstəqil xanlıq, özünü isə xan elan edərək
adına xütbə oxutdurur. Bununla da Azərbaycan ərazisində müstəqil xanlıqların yaranmasının və
nəhayətdə də Azərbaycan dövlətçilik ənənəsinin yaranmasının əsası qoyulur. Şəki xanlığının əsasını
qoyan Hacı Çələbinin nəsil-nəsəbi haqqında məlumat da, fikrimcə, oxucular üçün maraqlı olar. Qara
Keşiş adlı şəxsdən başlanan bu sülalənin rişələri tarixin dərin qatlarına uzanır. Qara Keşiş türk soylu
olsa da, dini mənsubiyyətinə görə xristian idi. Onun oğlu Candar islamı qəbul edib Əlican adını
daşımağa başlayır. Bu şəcərənin sonrakı nümayəndələri Qutul xan, Şəki xan və Həsən Sultan Şəkidə
hakim olublar. Bu haqda Hacı Çələbinin kötücəsi, qısa müddət Şəki xanı olmuş Fətəli xanın oğlu
Kərim Ağa Fateh (1788 – 1858) – Kərim ağa Şəkixanov özünün 1829-cu ildə yazdığı “
Şəki
xanlarının müxtəsər tarixi
” əsərində belə qeyd edir:
“Dərviş Məhəmməd xanın oğlu Baqi bəy var idi ki, onda bəylik olmayıb, onun oğlu Əlican, onun oğlu
Əsgər və Əsgərin oğlu Allahverdi, onun oğlu Əlican və Əlicanın iki oğlu olub: biri Qurban və biri
Əhməd. Qurbanın oğlu Hacı Çələbi və Əhmədin oğlu Hacı Şeyxəli. Hacı Çələbinin Məlik Nəcəf
məlik olanda, Şəkidə el arasında abrudövləti varmış. Hacı Şeyx Qulunun (Şeyx Əlinin) da dövləti
varmış. Amma Hacı Çələbinin sikkəsi və rəşadəti ondan artıq imiş. Məlik Nəcəf padşahdan, özündən
qulluq olanda sünni əhlinə çox həvalə edərmiş və sünni əhlini çox incidərmiş. Sünni əhli bunun
işindən təngə gəlib Nadir şaha ərz eylədilər ki, məlik qızılbaş olmaq səbəbi ilə bizi çox incidir.
Qulluq dərgar 10 olanda qızılbaş əhlindən bizə çox artıq qoyur, bizləri xarab eləyibdir. Padşahın
rəiyyəti varıq. Allah xatirinə, bizə bir çarə elə. Padşah onlara buyurubdur ki, siz sünni əhlindən bir
yaxşı adam qəbul eləyin, qayırın sünni əhlindən vəkil, mənim yanıma gəlsin. Ona fərman verib, mən
də vəkil elərəm ki, məlik onsuz bir iş tuta bilməsin. Sünni əhli şahın əmrinə görə məşvərət edərlər ki,
Hacı Çələbinin ata-babalarında böyüklük var və özü də rəşid və işbilən adamdır. Bunu vəkil eləyək.
O vaxt Hacı Çələbi də həccə getməmişmiş, adına Çələbi deyərlərmiş. Xalq bunu vəkil edib padşahın
hüzuruna göndərərlər. Şah buna fərman verib Şəki mahalına vəkil edər ki, Məlik Nəcəf bunsuz
rəiyyətə qulluq həvalə eləməsin. Fərman alıb Şəkiyə gəlir, adına vəkil Çələbi deyibdirlər. Məlik
Nəcəfi qoymazmış ki, sünni əhlin bihəq yerə incitsin. Məlik Nəcəf bundan ürəyi kinli, ədavətli olub,
bəhanə axtarırdı ki, bunu şahın yanında sahibi-təqsir eləsin. Neçə vaxt bundan keçəndən sonra məlik
şahın yanına gedər. Şah da İran-Xarabda imiş. Şaha ərz elər ki, Çələbi məni qoymur ki, şahın
qulluğun rəiyyətə buyuram. Şahın qulluğunu tutmurlar. Nə özü qulaq asır, nə xalqı qoyur. Şah
qəzəbnak olub Çələbini istər, Çələbi şahın qulluğuna gedər. Şaha bunun gəlməyi məlum olur. Hüzura
istər. Məlik də hüzurda varmış. Şah Çələbiyə acıqlanıb ki, mənim qulluğumu nə üçün qoymursan


əmələ gələ. Bunu öldürün! Çələbinin boğazına kəndir salırlar. Bu halda, kəndir boğazında ərz eləyər
ki, başına dönüm, mənim təqsirim nədir, bihəq yerə məni öldürürsən? Şah buyurur ki, məlik deyir,
Çələbi qoymur şahın qulluğu əmələ gələ. Ərz eylər ki, sənə fəda olum, məsələn, şahdan bir qulluq
gəlsə, məlik dört-beş qulluq da onun üstünə qoyub rəiyyətə həvalə eylər. Mən deyirəm ki, şah məni
vəkil edibdir. Razı olmanam ki, şahın rəiyyətin əbəs yerə xarab eləyəsən. Məlik bu səbəbdən xilaf
yerə ərz eylər. Rəiyyət padşahın ixtiyarındadır. Məlik bu sözdən çox qorxub, şah məlikə çox qəzəbnak
olub, Çələbini mürəxxəs eləyib, irəlikindən artıq hökm verib. Çələbi şahın hüzurundan çıxıb,
fərmanın alıb, Şəkiyə gəlir və Məliki də çox söyüb, Şəkiyə göndərir.
Şah gecə fikir eləyib, öz əmirlərinə buyurur ki, mənim hüzurumda bir kəsin həddi yoxdur ki, nəfəs
çəkə. Şəkili Çələbi nə cürət sahibi varmış ki, boğazında kəndir cürət eləyib bu ərzləri mənə elədi.
Heç sözün yanılmadı. Əlbəttə, bundan bir xəta əmələ gələcək. Mənim zənnim xəta olmaz. Bir neçə
vaxtdan sonra məlik, Hacı Çələbidən yenə pis sözlər şaha ərz elər. Şah mühəssil göndərir ki, Hacı
Çələbidən yüz tümən cərimə alın. Mühəssil gəlib Hacı Çələbidən pulu istər. Çələbi “vermənəm,
cürmüm nədir ki, cərimə verim, vermənəm” deyər. Bir neçə gün keçər. Sonra mühəssil deyər ki, pulu
ver, yoxsa güclə döyərəm, allam. Hacı Şeyxəli ki Hacı Çələbinin əmisidir, deyər: “Çələbi, şahın
nökəri ilə yüzləşmə, pulu ver”. Hacı Çələbi verməz. Hacı Şeyxəli çox dövlətli imiş. Oğluna deyər ki,
get evimdən pul gətir, cəriməni verək. Hacı Çələbi deyər: sən də vermə. Hacı Şeyxəli onun sözünə
baxmaz. Gətirər, pulu verər. Mühəssil cəriməni alar, gedər. Şaha burda keçən işləri ərz eylər ki, Hacı
Çələbi pulu vermirdi, əmisi verdi. Onu da qoymurdu. Sözünə baxmadı, verdi.
Bir neçə vaxtdan sonra Məlik Nəcəf padşaha Hacı Çələbidən yenə təqsir ərz eylər. Şah bu dəfə Hacı
Çələbini istər ki, hüzura gəlsin. Adam gəlib Hacı Çələbiyə deyər. Hacı Çələbi bilir ki, bu dəfə yenə
şah buna şübhə edəcək. Hacı Çələbi hər nə ki sünni əhlinin böyükləri və yüzbaşıları var, xəlvət yığıb
cəm eylər. Deyər ki, şah məni istəyibdir, amma bu dəfə getsəm, bilirəm ki, gəlməyəcəyəm. Nə
deyirsiz. Bular tamamən deyərlər ki, sən getsən, biz Qızılbaşların qulluğuna tab və taqət gətirmənik.
Səni getməyə qoymanıq. Deyər: bəs indi mən nə desəm, elə elərsiz? Deyərlər: Elərik. Sabahdan Hacı
Çələbi sünni əhlinin böyüklərini və rəşidlərini götürüb gedib Məlik Nəcəfi bir para övladları ilə
qırıb öldürürlər. Təmamən cəm olub, tarixi-islamiyyə min yüz əlli altıda olanda Hacı Çələbini
özlərinə hakim edib, Gələsən-görəsənə gedib, sığnaq elərlər. Bu əhvalatı padşaha ərz eylərlər. Şah
qoşun göndərib, gəlib Daşbulaq kəndinin yanında, Kotandüzü deyərlər, orada ordunu qoyub, bir para
zübdə (seçmə) qoşun götürüb, Gələsən-görəsən tərəfinə gedər. Çox dava elərlər. Hər iki tərəfdən çox
adam ölər. Hətta şahın qabağında pişxidmətin urarlar. Şahın üməraları ərz elərlər ki, sənə fəda olaq,
bir para ac, bimənfəət adamlardan ötrü qoşunu nə hacət qırdırırsan. Sonra şah qəbul edib, qayıdıb
ordusunda bir para vaxt dəgləşib (əyləşib) sonra gedib, o bir ildə genə gəldi.
Xülaseyi-kəlam, üç il Hacı Çələbi Şəki əhli ilə Gələsən-görəsəndə oturub, çox aclıq və tənglik
çəkibdirlər. Sonra şah çıxıb gedib. Bunlar da Noxuya düşübdürlər. Şah gedib, Xorasanda şahı
öldürübdürlər. İranda məxşuşluluq çox olubdur. Hacı Çələbi çox böyük olub, Təbriz vilayətinəcən
buna qulluq edibdirlər. Nadir şah öləndən sonra İranda bir Əmir Aslan sərdar olub. O da Şəki
vilayətinə qoşun çəkib gəlib. Hacı Çələbinin böyük oğlu Həsən ağa bir para qoşun ilə gedib, dava
edibdirlər. Həsən ağa o davada ölüb. Əmir Aslan sərdar Şəki vilayətini ala bilməyib, qayıdıb
gedibdir. Bir neçə vaxtdan sonra xoylu Əhməd xan və qaradağlı Kazım xan və qarabağlı Pənah xan və
gəncəli Şahverdi xan həsəd elərlər ki, Hacı Çələbi nəçün bir belə böyük olmaq gərək. Bular dördü
Gürcüstan valisinə adam və kağız göndərərlər ki, biz və sən də qoşun götürüb gedib Hacı Çələbiyə
tənbih eləyək. Vali çox qoşun yığıb gəlir. O, dörd xanlara adam göndərər. Olar da gəlir. Vali onların


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə