Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə3/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   2   3   4   5   6   7   8   9   ...   89

BİRİNCİ FƏSİL
 
ŞƏKİ QƏDİM DÖVRDƏ
 
Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şaka,
Şakki, Şəkə, Şekən, Şakkan və s. kimi adlandırılmışdır. Müla​hizələr var ki, Şəkinin əsasını eramızdan
əvvəl VII əsrdə Qara dənizin şimal sahillə​rindən Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza hərəkət
edən sak tayfaları qoymuşdur. Onların məskunlaşdığı ərazilər Balasakan, yəni “sak düzü” (indiki
Balakən), Sakatala, yəni “sak otlağı” (indiki Zaqatala), Sakasena, yəni “saklara bənzəyənlər” (indiki
Şəki) adları ilə tanınırdı. Herodota görə, onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq, bu
yerlərə Sakasena adını verdilər. E.ə. V əsrdə yaşamış qədim yunan tarixçisi Herodot “Tarix” əsərində
onların təsvirinə böyük yer ayırmışdır.
 
“Bu tayfalar köçəri həyat tərzi sürərək, əsasən maldarlıqla məşğul idilər. Mal-qara, süd, ət, yun, dəri
məhsulları istehsal edən bu tayfalar qonşu xalqlarla ticarət əlaqələri qurur, məhsullarını onlara satır,
özlərində olmayan məhsulları isə onlardan alırdılar. Köçəri həyat tərzi sürmələrinə baxmayaraq,
sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatmışdı. Onlar ölülərini torpaq qəbirlərdə dəfn edir, axirət
dünyasına, ölümdən sonrakı həyata inandıqlarına görə mərhumun yanına qab-qacaq, silah, bəzək
əşyaları qoyurdular. Ən hörmətli şəxslərin qəbirləri üzərində kurqan ucaldılırdı. Belə kurqan
qəbirlərə yüzlərcə müxtəlif bahalı əşyalar – qızıl və gümüş qab-qacaq, daş-qaşlarla bəzədilmiş
bilərziklər, boyunbağılar, üzüklər, silahlar qoyulurdu”.
 
Şəki şəhərində arxeoloji qazıntılar aparan görkəmli alim Nəsib Muxtarov bu ərazidə çoxlu belə
kurqanlar, qəbirlər aşkar etmişdir.
Şəki şəhərinin bir müddət “Nuxa” adlandırılması da, yəqin ki, oxucular üçün maraqlı olardı. Qədim
müəlliflərdən Ptolomey Alban şəhərləri içərisində “Niqa” adlı yaşayış məntəqəsinin olduğunu qeyd
edib. A.Y.Krimski Niqanın sonrakı Nuxa olması fikrini yazır. Bu fikri Strabon da təkrar edir. Əslində
Nuxa yaşayış məskəni indiki Şəki şəhərinin yerləşdiyi ərazidə, daha doğrusu, “Yuxarı baş”
adlandırılan yerdə yerləşirdi. Əsl Şəki isə bir qədər cənubda idi. 1772-ci ildə Şəkidə güclü sel bu
yaşayış məskənini yerlə yeksan edir. Bu zaman şəhər əhalisi Kiş çayının gücü çata bilməyəcəyi yerdə
məskunlaşmağı qərara alırlar. Və Nuxa kəndinə köçürlər. Qədim Şəkidə və Nuxada yaşayanlar
əslində bir elin, bir qəbilənin üzvləri idilər. Şəkinin uzun zaman ərzində Nuxa adlandırılmasının
səbəbi də Nuxa kəndinin adı ilə əlaqədardır.
Başqa sözlə desək, Şəkinin 2700 yaşı var. Şəhəri əhatə edən dağlar isə 11 milyon il bundan əvvəl,
yəni üçüncü geoloji dövrün axırında əmələ gəlmişdir.
Burada aparılan arxeoloji təd​qiqatlar da sübut edib ki, bu ərazidə eramızdan əvvəl VII əsrdə insanlar
məskunlaşmışdılar. Sonradan Şəki Qafqaz Albaniyasının ən iri şə​hərlərindən birinə çevrildi. Al​ban
patriarxiyasının 5 yepiskoplu​ğundan birinin məhz Şəki şə​hə​rində yerləşməsi bu şəhərin o za​mankı
Albaniyanın həyatında nə qədər önəmli rol oynamasının gös​təricisidir. Şərq kilsələrinin anası hesab
olunan qədim Kiş Alban mə​bədi də məhz Şəki şəhəri yaxınlığında yerləşmişdi. III-V əsrlərdə Qaf​qaz
Albaniyasının 11 inzibati vilayətindən biri Şəki əyaləti idi.
Artıq I-II əsrlərdə Yerusəlimdən (Qüdsdən) Albaniya ərazisinə xristianlıq yayılmağa başlayır.


Əvvəllər müxtəlif bütlərə sitayiş edən Albaniya əhalisi tədricən xristianlığı qəbul edir. Arxeoloji
qazıntılar sübut edir ki, xristianlığa qədər Albaniyada bütpərəstlik hökm sürmüş, insanlar günəş və
od, su və torpağa sitayiş etmişlər. Cənubi Azərbaycanda atəşpərəstlik hökm sürdüyü bir dövrdə
Albaniyada (Şimali Azərbaycan) bütpərəstlik hökm sürür, bütlərə qurbanlar kəsilirdi. Tarixi
mənbələrdən məlum olur ki, Fələstindən Albaniyaya xristianlığı gətirənlər arasında Yegişe adlı birisi
fəallıq göstərirmiş. O, Qış (indiki Kiş) kəndində ilk məbəd inşa etmişdir. Qafqazda ilk xristian
məbədi olan Qış məbədi “Şərq kilsələrinin anası” adlandırılır. Bu da həmin dövrdə Şəkinin nə qədər
önəmli, əhəmiyyətli yeri olduğunu göstərməklə bərabər, həm də şəhərimizin mədəni, ictimai mərkəz
olduğundan xəbər verir.
 


QƏDİM DÖVRÜN TƏBABƏTİ
 
Şəki təbabəti öz indiki səviyyəsinə birdən-birə gəlib çatmamışdır. Onun şərəfli keçmişi, inkişaf
mərhələləri və əsası vardır. Çox təəssüf ki, tarixi məxəzlər Şəki təbabətinin qədim və orta əsrlərdəki
vəziyyətindən o qədər də müfəssəl məlumat vermir. Bununla belə, müəyyən məlumatlar bugünkü
günümüzə qədər gəlib çıxmışdır ki, həmin biliklərlə sizləri tanış etmək istəyirəm.
Hələ ən qədim dövrlərdə ibtidai insanlar gündəlik hə​yat müşahidələri əsasında yaşadıqları təbii
sığınacaqların, ma​ğaraların ətrafında yeməli yabanı bitki və otların, həmçinin müx​təlif müalicə
əhəmiyyətli bitkilərin yayıldığını görürdülər. Onlar, xəs​tə və yaralı heyvanların özlərinə lazımlı
qidanı tapıb yediyi​nin, zəhərli bitki və otlardan yan keçərək, şüursuz instinkt nə​ti​cəsində təbiətdəki
müxtəlif dərman bitkilərini sərbəst, səhvsiz axtarıb tapmasının, seçib ayırmasının və fizioloji tələbat​-
la​rını ödəmələrinin şahidi olurdular. Bütün bu müşahidələrin nə​ticəsində ibtidai insanlar özlərini
müalicə edir, təbii ot, bit​ki, mineral sulardan və s. istifadə edərək geniş yayılmış bir sı​ra mərəzlərin
(sancı, başağrısı, qusma, zədə və yaralar, zəhər​lən​mə, qızdırma, ishal və s.) qarşısını alırdılar. Zaman
keçdikcə ibtidai dövrün insanları arasında bir çoxları böyük təcrübə toplayaraq müalicə etmək
vərdişlərinə yiyələnir və ümumi kütlədən ayrılırdılar. İndi xalq içərisində belələri təbib, loğman,
həkim və s. adlarla tanınır. Lakin insanların ilk loğmanları, şübhəsiz ki, ən çox magiyaya əsaslanan,
ondan qidalanan şamanlar, cadugərlər və türkəçarələr olmuşdur. Sonralar ot və bitkiləri yığıb
toplamaqla, onların müalicə xüsusiyyətlərini öy​rənməklə məşğul olan, satışını təşkil edən xüsusi
peşəkar təbabət biliciləri – əttarlar meydana gəlmişdir. Müasir əczaçı​ların və əczaxanaların
funksiyasını yerinə yetirən bu xalq bili​ciləri müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan
məlhəmlərin, bitki, heyvan və mineral mənşəli həblərin, şirələrin, cövhərlərin, məcunların
hazırlanmasında peşəkarlıq təcrübəsi qazanmışlar.
Bir nеçə min il bundan əvvəl Şəkidə yaşamış insanlar artıq tibbi biliklərə malik idilər. Е.ə. III-I
minilliklərdə Şumеr, Babilistan və Assuriya təbabəti Azərbay​canda tibbi biliklərin inkişafına təsir
göstərmişdir. Е.ə. III minillikdə Azər​bay​canın döyüşkən Quti tayfaları Şumеr ərazisini ələ kеçirib 100
il öz əsarəti altında saхladığı dövrdə də iki ölkə arasında tibbi biliklərin mübadiləsi gеdirdi. Zəfə​-
ranın, küncütün, хurmanın, dəlibəngin və başqa dərman bitkilərinin müali​cəvi kеyfiyyətlərindən
bəhs еdən mətnlər хüsusi gil lövhəciklərdə miхi yazılarla həkk оlunurdu və məbədlərdə, padşahların
saraylarında yеrləşən kitabхanalarda yеrləşdirilirdi. Azərbaycanın Manna dövlətində (е.ə. IХ-VII
əsrlər) miхi yazı sistеmi gеniş yayıldığına görə, оrada Assuriya və Babilistanın tibb mətnləri охunur
və tətbiq еdilirdi. Bir çох şəfavеrici dağ çiçəkləri Assuriyanın paytaхtı Ninеviyaya məhz
Azərbaycandan, Şəki zonasının dağlarından gətirilirdi.
Bizim bölgədə yerləşən Qafqaz Albaniyası dövlətində də tibb inkişaf edirdi. E.ə. I əsrdə Romanın
Qafqaz Albaniyası ilə müharibəyə girməsi də məhz bu torpağın zəngin təbii sərvətlərinə yiyələnmək
məqsədini güdürdü. Haşiyə çıxaraq qeyd etmək lazımdır ki, romalıların Albaniyaya ilk yürüşü e.ə.
66-cı ildə baş vermişdir. O vaxtdan bəri romalılar mütəmadi olaraq Albaniya üzərinə yürüşlər etmiş,
lakin güclü müqavimətlə üzləşmişdilər. Dünyanın ən qüdrətli dövləti sayılan Roma imperiyası bütün
səylərinə baxmayaraq, Albaniyanı zəbt edə bilməmişdir. Pompeyin qoşunu Şəkinin yaxınlığında
keçirilən döyüşdə məğlub olaraq, Alban dövləti üzərində qələbə çala bilmədiklərinə görə onunla sülh
müqaviləsi imzalamağa üstünlük verdi. Bu sülh müqaviləsində dərman bitkilərinin alış-verişi
haqqında da bənd varmış. İki ölkə arasındakı sazişə əsasən, Albaniyadan Romaya dərman bitkiləri


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə