Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə69/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   65   66   67   68   69   70   71   72   ...   89

ALTINCI FƏSİL
 
ŞƏKİ AZƏRBAYCANIN DÖVLƏT
MÜSTƏQİLLİYİ İLLƏRİNDƏ
 
Azərbaycan dövlətçilik tarixinin sonuncu mərhələsi SSRİ-nin süqutu ərə​fəsində 1991-ci il oktyabrın
18-də “Azərbaycan Respublikasının döv​lət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul
edilməsi ilə başlanmışdır və bu gün də uğurla davam edir. Tarix boyu Azərbaycan dövlətləri yüksəliş
və tənəzzül dövrləri keçirmiş, daxili parçalanmalara, xarici işğallara məruz qalmışdır. Azərbaycan
həmişə qonşularla sülhsevər, dinc münasibətlər saxlamışdır. Lakin sülhsevər qonşular, xüsusilə Qərbi
Azərbaycanda məskunlaşmış ermənilər Azər​baycan torpaqlarına daim göz dikmiş, fürsət düşdükcə
müəyyən əraziləri işğal etmişlər. Bəli, SSRİ-nin dağılması, imperiyapərəst qüvvələrin onun bərpa
olunmasına göstərdiyi cəhdlərə qarşı xalqların mübarizəsi sayəsində sovet respublikaları dövlət
müstəqilliyi əldə etdilər. Tarix XX əsrdə Azərbaycan xalqına dövlət müstəqilliyini elan etmək imkanı
verdi. Lakin xalq müstəqil dövlətçiliyini qurmaq, onu inkişaf etdirmək, möhkəmləndirmək və müdafiə
etmək yolunda ağır məşəqqətlərlə üzləşdi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra
qısa bir müddətdə dünya dövlətlərinin böyük əksəriyyəti onu tanımışdı. Azərbaycanı ilk olaraq 1991-
ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991-ci il), Pakistan (13 dekabr
1991-ci il), İsveçrə (23 dekabr 1991-ci il), İran İslam Respublikası (25 dekabr 1991-ci il), ABŞ (23
yanvar 1992-ci il), Rusiya Federasiyası (10 aprel 1992-ci il – 109-cu dövlət olaraq) və başqa
dövlətlər tanıdı. 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyini artıq 116 dövlət tanımış, 70 xarici
dövlət ilə Azərbaycan arasında diplomatik əlaqələr yaradılmışdı. Azərbaycan Respublikası 14
beynəlxalq təşkilata üzv qəbul edilmişdi. O, 1991-ci il dekabrın 8-də İslam Konfransı Təşkilatına,
1992-ci ilin fevralında İran, Türkiyə və Pakistan dövlətlərinin daxil olduğu İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv oldu. 1992-ci il iyulun 8-də Azərbaycan Respublikası Ümumavropa təhlükəsizlik və
əməkdaşlıq proseslərini tənzimləyən Helsinki müşavirəsinin 1976-cı il Yekun aktına, 1992-ci il
iyulun 10-da Helsinki Yekun sənədinə tərəfdar çıxdı, 1992-ci il yanvarın 20-də Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM-ə) qoşuldu. 1992-ci il martın 2-də Azərbaycan
Respublikası Birləşmiş Millətlər Təşkilatına (BMT-yə) üzv qəbul olundu, bu təşkilatın qəbul və
təsdiq etdiyi bir çox mühüm beynəlxalq konvensiya və paktlara imza atdı. 1992-ci il iyunun 25-də
Azərbaycan Qara dəniz hövzəsində iqtisadi əməkdaşlıq haqqında Bəyannamə imzalayan 11 dövlətdən
biri oldu.
Azərbaycanın bir çox ölkələrdə, o cümlədən Türkiyə, ABŞ, İran, Almaniya, Fransa, Böyük Britaniya
və İrlandiya Krallığında səfirlikləri açıldı.
Azərbaycan Respublikası başqa dövlətlərlə öz münasibətlərini dövlətlərin suveren bərabərliyi
əsasında qurdu. Zor işlətməmək, dövlət sərhədlərinin toxunulmazlığı, mübahisələri dinc yolla nizama
salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini əsas götürdü. Xalqların
bərabərliyini və başqa xalqların hüququnu pozmursa, onların öz müqəddəratını təyin etmək hüququnu
tanıdı.
Bununla belə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dünya dövlətlərinin təsirli dəstəyini
qazanmaq, müharibəni dayandırmaq mümkün olmadı. Belə bir şəraitdə Ermənistan və Dağlıq


Qarabağdakı erməni silahlı quldurları əvvəl sovet, MDB, sonra isə rus hərbi qüvvələrinin köməyi ilə
Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatlar keçirmiş, bir sıra əlverişli strateji mövqelər tutmuş,
azərbaycanlıları buradan qovub çıxarmağa başlamışdılar.
1991-ci il sentyabr ayının əvvəllərində burada qeyri-qanuni bir qurum – oyuncaq “Dağlıq Qarabağ
Respublikası” yaradılmışdı. Keçirilmiş referendumda erməni icması buna tərəfdar olduğunu
bildirmişdi. Üzdəniraq respublikanın bədnam “ali sovet”inə “seçkilər” də keçirilmişdi. Həmin il
noyabrın 26-da Azərbaycan Respublikasının Ali Soveti DQMV-nin statusunu ləğv etdi.
Erməni silahlı dəstələri 1991-ci il sentyabrın ortalarında Yuxarı Qarabağda yerləşən sovet ordusu
hissələri şəxsi heyətinin və döyüş texnikasının köməyi ilə azərbaycanlıları öz torpaqlarından qovub
çıxarmağa, kəndləri yandırıb viran qoymağa başladılar. Sentyabrın 14-18-də düşmən hücum edib
Goranboy bölgəsində Erkeç, Manaşid, Buzqov, Baş Qışlaq kəndlərini yenidən ələ keçirdi. Son damla
qanınadək döyüşən igidlərin fədakarlığına baxmayaraq, pis silahlanmış, bir-birilə əlaqəsi zəif olan
yerli özünümüdafiə dəstələri ilə güclü hücumların qarşısını almaq mümkün deyildi. Düşmən
oktyabrın 28-də Tuğ, 31-də Salaketin kəndlərini ələ keçirib yandırdı. Noyabrın 19-da güclü
artilleriya atəşindən sonra ermənilər müdafiəçilərin müqavimətini qırıb Xocavənd qəsəbəsini
tutdular. Erməni faşistləri iki sakini, o cümlədən bir yaşlı körpəni diri-diri yandırdılar. Noyabrın 20-
də Zamzur, 23-də Əmiranlar kəndləri zəbt edildi. Dekabrın 23-də düşmən Meşəli kəndində dinc,
köməksiz əhalini gülləbaran etdi. 33 nəfər, o cümlədən 29 sakin öldürüldü, üç ailə evindəcə
yandırıldı. Yanvarın 13-də kənd tamamilə darmadağın edildi. Dekabrın 23-də Daşbaşı, Axullu
kəndləri işğal olundu, odlara qalandı.
1991-ci ilin axırlarında Ermənistan və Rusiya arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı
təhlükəsizlik haqqında müqavilə” imzalandı. Beynəlxalq ictimaiyyət tərəfindən, demək olar ki, heç
bir müqavimətə rast gəlməyən, Rusiyanın himayəsini açıq-aşkar hiss edən erməni millətçiləri və
separatçıları daha da azğınlaşdılar.
Düşmənin müvəffəqiyyət qazanmasının bir səbəbi də Azərbaycanda ordu quruculuğunun, demək olar
ki, formal xarakter daşıması idi. Azərbaycan iqtidarı hərbi hissələrin müxalifət qüvvələrinin təsirinə
düşüb, ona qarşı duracağından qorxaraq əvvəl sovet ordusuna, sonra MDB, daha sonra isə Rusiya
silahlı qüvvələrinə arxalanmağı üstün tuturdu. Respublika rəhbərliyi və mərkəz müxtəlif təxribatlarla
xalqa öz gücünə inamsızlıq təlqin edir, onda milli ordu qurmağın qeyri-mümkünlüyü haqqında
yəqinlik yaratmağa cəhd göstərirdilər.
1991-ci il sentyabrın 23-də Jeleznovodskda Rusiya, Qazaxıstan, Azərbaycan və Ermənistan arasında
dördtərəfli saziş imzalanmış, atəşin dayandırılması, qanunsuz dəstələrin tərk-silah edilməsi haqqında
razılıq əldə edilmiş, münaqişənin həlli ittifaq orqanlarına tapşırılmışdı. Lakin bunun heç bir müsbət
nəticəsi olmadı.
Demokratik qüvvələr milli ordu yaradılmasını tələb edirdi. 1991-ci il avqustun 30-da prezidentin
milli ordu deyil, milli qvardiya yaratmaq təklifi Ali Sovetdə keçmədi, milli özünümüdafiə qüvvələri
yaratmaq haqqında qərar qəbul olundu. Sentyabrın 5-də Müdafiə Nazirliyi təşkil edildi. General
Valeh Bərşadlı Müdafiə naziri təyin edildi. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il
oktyabrın 9-da Azərbaycan Respublikası silahlı qüvvələri haqqında Qanun qəbul etdi. Lakin ordu
quruculuğuna lazımi diqqət göstərilmədi. Nizami ordunun 3-4 çağırışda formalaşdırılması və döyüşə
tam hazır olmayınca cəbhəyə göndərilməməsi nəzərdə tutulurdu. O vaxta qədər yerlərdə könüllü
muzdlulardan təşkil edilmiş özünümüdafiə taburları fəaliyyət göstərməli idi. Noyabrın 19-da 22
rayon və şəhər özünümüdafiə taburu yaradılması haqqında əmr verildi. Tərkibi yerli əhalidən olan


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə