Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə7/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   2   3   4   5   6   7   8   9   10   ...   89

ovsunlardan istifadə edirlər. Şəkidə qadınlar soyuqdəymə xəstəliyini müalicə etmək məqsədilə
xəstənin kürəyinə bardaq qoyanda aşağıdakı ovsunu da oxumağı unutmazlarmış:
“Əmün-dəmün bu olsun,
Axır qəmün bu olsun”.
 
Yuxarıda söylənilənlərdən göründüyü kimi, qədim türk xalq təbabətində ovsunlardan geniş istifadə
etmişlər. Əfsun​lar xalq arasında ovsunlar kimi də tanınır. Türk tayfalarının ilkin magik
təsəvvürlərinin məhsulu olan əfsun-ovsunlar müəy​yən mərhələdə erkən insanın gündəlik məişət
həyatında, dərketmə, həyatı özü bildiyi kimi ifadə etmə və onun üzərində tam hökm​ranlığa nail olma
prosesində mühüm mövqe tutmuşdur. Əfsun sözün gücünə inamı əks etdirən bir janrdır. Xalq arasında
əf​sunların bir neçə növü geniş yayılmışdır: təbiət qüvvələrini ram etmək üçün yaranan əfsunlar;
insanın həyat və yaşayışını təmin edən bitki və heyvanları qorumaq məqsədi ilə yaranan əfsunlar;
insanın gündəlik məişəti və sağlamlığı ilə bağlı yaranan əf​sun​lar. “Qurdağzı”, “Diş ağrı​sı”,
“Dəmirov”, “Boğazgəlmə” və s. kimi əfsunlar çox məş​hurdur. Ov​sunların yaranmasında xalq
inancların​dan geniş istifadə edil​mişdir. Əldə olan materiallar əsa​sında bu maraqlı janrı aşağıdakı
mövzular üzrə qruplaşdırmaq olar; təbiət hadisələrini ram etmək üçün yaranan ovsunlar, insanın
yaşayışını təmin edən bitki və heyvanları qorumaq üçün yaranan ovsunlar, insanların gündəlik
məişətləri və sağlamlığı ilə əlaqədar ovsunlar.
Mənim yadımdadır, hardasa 6-7 yaşım vardı. Çeçələ barmağımda ziyil əmələ gəlmişdi. Məni
incitməsə də, utanırdım barmağımda ziyil olmasına görə. Bir dəfə yıxıldım və həmin ziyil zədələndi.
Bir müddətdən sonra onun yanında ikinci ziyil əmələ gəldi. Yadımdadır ki, bir gecə pəncərədən
baxanda səmada ay bərq vururdu. Dəyirmi parlaq ay bütün gecəni aydınlatmışdı. Anam dedi, təzə ay
doğub. Süpürgədən bir balaca çubuq qopardı və aşağıdakı sözləri deyərək ziyilin üstünə çəkdi:
 
“Təzə ay, səni xoş gördük,
Bu ziyili burdan boş gördük”.
 
Təqribən bir aydan sonra ziyil orda yox idi. Mən peşəkar həkiməm. Belə müalicə üsullarına skeptik
yanaşıram. Başqa sözlə desək, inanmıram. Görünür, aldığım zədədən sonra ziyil onsuz da yoxa
çıxacaqdı. Təsadüfən anamın keçirdiyi bu ritual ilə üst-üstə düşüb. Sadəcə onu demək istəyirəm ki,
bugünkü dövrümüzə qədər gəlib çıxan bu kimi rituallar məhz qədim dövrün şamançılığından
qaynaqlanır.
Həmin dövrdən günümüzə qədər gəlib çıxan çox belə ayinlər var. Məsələn, Şəkidə cümə axşamları
verilən, adına deyilən ehsan yeməkləri şamanizmdəki ruhları yad etmə mərasiminin qalığından başqa
bir şey deyildir. Eyni sözləri Novruz bayramı günlərində ocaq üzərindən atlanmağa da aid etmək olar.
Türklərin böyük hökm​darlarının məlum bir günü vardı ki, həmin gün onun üçün böyük od qalanardı.
Bu oda qurbanlar verilər və dualar oxu​nardı. Alovun dilləri göyə yüksələrdi. Əgər onun rəngi yaşıla
çalardısa, bərəkətli yağışa və bol məhsula, ağımtıl olardısa, qıtlığa, qırmızı rəngdə olardısa,
müharibəyə, sarıya çalar​dısa, xəstəlik və epidemiyaya, qara rəng üstünlük təşkil edər​disə, xaqanın
ölümünə və ya uzaq yolçuluğa yozulardı.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, şamanlar odun şər ruhları qovmaq gücündə olduğuna inanır
və ondan daim bu məq​​sədlə istifadə edirdilər. Ümumiyyətlə, qədim türklərin inanc​lar sistemində od
qoruyuculuq və təmizləyicilik funksi​ya​larına sahib vasitə kimi nəzərdən keçirilməkdə idi. Odla bağ​lı


inanclar uzun müddət bir çox türk xalqlarının məişə​tində və gündəlik həyatında özünə möhkəm yer
tutmuşdur. Məsələn, Novruz bayramı zamanı odun üzərindən atılmaq və bu zaman “ağırlığım-
uğurluğum oda” söyləmək deyi​lənlərə ən gözəl misaldır.
Şəkililər inanırdılar ki, od insanlara özü ilə birlik​də ölüm gətirən ruhları qovmaq, eləcə də insanın
ölmüş qo​hum​larının ruhlarının onun həyatına müdaxilə etməsindən qo​rumaq gücündədir.
Türklər odun həm də müxtəlif xəstəliklərdən qoruma gücünə sahib olduğu​na ina​nırdılar. Ondan
müxtəlif insan və heyvanları xəstəlik​lərdən qur​tarmaq vasitəsi kimi istifadə edirdilər. Əski türklər
“diri odun”, yəni başqa od və məşəl vasitəsi ilə əldə edilmə​yən, təbii yolla – sürtünmə vasitəsilə
alınan odun daha böyük gücə sahib olduğu qənaətində idilər. Odur ki, xəstəliyə düçar olan adam və
heyvanı sağaltmaq üçün “diri od”dan istifadə edi​lərdi. Bunun üçün kənd​dəki bütün ocaq və məşəllər
sön​dürülər, bundan sonra çölün or​ta​sına palıd kötüyü gətirər, onu başqa ağacla tüstülənənə qədər
sürtər və nəhayət, “diri od” əldə edərdilər. Dərhal ocaq qa​layar, onun üzərində yumurta qaynadar və
bu ocaqdan bütün ev​lərə yanar od aparılardı. Da​ha sonra isə iki böyük ocaq qalanar, kən​din bütün
əhalisi və mal-qara bu ocaqların arasından keçiri​lərdi ki, xəstəliklərdən uzaq olsunlar.
Toy günü gəlini iki yanan şamla müşayiət edər, üç dəfə ocağın başına dolandırar və onu odun
qoruyucu qüv​vəsinə tap​şırardılar. Yeni doğulmuş uşağın köynəyini oda tu​tar, sonra geyindirərdilər.
Qədim inanclara görə, axşam vaxtı evdən od çıxarmaq, kimsəyə od vermək olmazdı, əks halda xeyir-
bərəkət çəkilə bilərdi. Hələ qədimdən Azərbaycanda camaat yığışıb gənc ailə üçün ev tikər və ilk
vaxtlar onların, od istisna olmaq​la, lazımi ehtiyaclarını təmin edərdilər. Gənc​lər isə özləri çax​maq
daşı tapıb od yandırmalı idilər. Bu, in​san​ların xoşbəxtliyi öz əli ilə qazanmasının, ailənin möhkəm​liyi
üçün vacib şərt olduğuna işarədir. Ocağın külünü təzə ay doğanda çıxarıb xəlvət yerə tökərdilər.
Odun üstündən keçməzdilər. Ocağın közünü iti əşyalarla qarışdırmazdılar. Yaşlı nəslin bəzi
nümayəndələri indiyədək “od sahibinin” in​sanı müxtəlif bəla​larla, xəstəliklərlə, xüsusilə də ev rahat​-
lığını pozan bədbəxtlik​lərlə cəzalandıra biləcəyinə inanırlar.
Şaman dünyagörüşünə görə, xəstəlik bizi əhatə edən, gö​rünən və görünməyən dünyaların və varlıq​la​-
rın insan üzə​rin​dəki təsirinin nəticəsində meydana gəlir. Şamanlıq sisteminə görə, xəstəlik insanın
canlı bir varlıq olan təbiət ilə əlaqəsini zamanla pozaraq xaotik hala düşürməsinin, başqa sözlə,
təbiəti nəzərə almamasının nəticəsindən başqa bir şey deyildir. Ruh​lar kimi düşünülən xarici dünya
insanın bütün həyatını bu və ya digər şəkildə müəyyənləşdirir. Şaman insan vücudunda enerji qayna​-
ğını və xəstəlik nöqtələrini yaxşı bilməklə insanları soyuq, isti və buxar tiplərinə ayırmaqla fizioloji
təsnifat yaratmışdır. Şaman inancına görə, göydən gələn güc istilik və atəş xarakterlidir. Yerdən gələn
güc isə soyuq​luq və buzla eyniləşdirilir. Bədəndə atəşlə suyun mövcud olması buxar yaradır ki, bu da
vücudun əsl gücü kimi başa düşülür. Beləliklə, insan vücudunda istilik, soyuqluq və buxar vardır ki,
bu da göy, su və yer güclərinin insan bədənində yerləşməsini təyin etmiş olur. Bu üç ana gücün insan
orqanizminə təsiri və qarşılıqlı əlaqələri çox qədim zamanlardan şamanların sistemləşdirməyə və
müalicə seanslarında istifadə etməyə çalışdıqları Asiya xalq təbabə​tinin əsasıdır və təməl qaynağıdır.
Heç kəsə sirr deyil ki, bütün türk xalqlarında olduğu kimi, Azərbaycan xal​qının da ailə həyatında
övladın böyük rolu var. Toy məra​si​mi tamamilə qurtarandan sonra yeni evlənənlərin hər zaman tan​-
rıdan ilk istəyi övlad dünyaya gətirmək olur. Toydan sonra qurulmuş yeni ailənin qarşılıqlı
münasibətləri, evlənənlərin üzərinə düşən vəzifələr və böyük məsuliyyət mühüm məsə​lə​lər kimi ön
plana çıxır. Evlənmə yalnız iki gəncin cütləşməsi demək deyil​dir. Burada ailənin həyata keçirdiyi
funksiyalar özünü göstərir. Ailənin funksiyalarına nəslin davam etdiril​məsi, təsərrüfatın ida​rə
olunmasında iştirak, ailədaxili müna​sibət və övlad tərbiyəsi daxildir. Lakin bu və ya digər səbəb


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə