Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə70/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   66   67   68   69   70   71   72   73   ...   89

Qazax, Ağstafa, Ağdam, Kəlbəcər, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Cəbrayıl, Tovuz, Füzuli,
Goranboy, Xanlar, Yevlax, Bərdə, Tərtər, Ucar, Gədəbəy və Şəmkir rayonlarında, Gəncə və Xocalı
şəhərlərində, 1992-ci ilin fevralında isə Ağcabədi və Beyləqanda ərazi özünümüdafiə taburları
yaradıldı. Martda Füzuli, Şəmkir özünümüdafiə taburları, Bakı, Gəncə, Laçın, Göyçay, Ucar, Ağdam
və Mingəçevirdə xüsusi təyinatlı reyd dəstələri təşkil olundu. Bu qüvvələr müvəqqəti hesab olunur,
yerli imkanlar hesabına saxlanırdı. Silah-sursat, təcrübəli hərbçilər çatışmırdı. Özünümüdafiə
taburlarının komandirləri və onların müavinləri rayonun hərbi komissarı tərəfindən seçilir, icra
hakimiyyəti başçısının razılığı ilə Müdafiə Nazirliyi tərəfindən təsdiq edilirdi. Tabur komandirləri
rayon icra hakimiyyəti başçısının müdafiə məsələləri üzrə müavinləri idi. Bu hissələrə rəhbərlikdə
iki başlanğıc (Müdafiə Nazirliyinə və rayon icra hakimiyyəti başçısına tabeçilik) kimi yolverilməz
vəziyyət yaranmışdı. Prezident İcra Hakimiyyəti vasitəsilə hərbi hissələri öz əlində saxlamaq
istəyirdi.
Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin çoxunda 1992-ci ilin fevralında yerli əhalidən
ibarət müstəqil hərbi hissələr təşkil olunmuşdu. Lazımi döyüş qabiliyyəti, təchizatı olmayan və
müdafiə taktikasına keçməyə məcbur olan bu özünümüdafiə qüvvələri qat-qat artıq silahlanmış və
təlim görmüş düşmənlə yaxşı vuruşa bilmir, tez-tez məğlubiyyətə uğrayırdı.
Hərbi hissələrə müxtəlif siyasi qüvvələrin təsiri güclü idi. Bəzi ictimai təşkilatların, məsələn, AXC-
nin, hətta ayrı-ayrı siyasətçilərin hərbi dəstələri vardı. İqtidarın etibarsız saydığı hissələr dağılır,
qeyri-qanuni silahlı dəstələr təşkil edilirdi. Hərbi hissələrdə nizam-intizam yox idi, xaos yaranmışdı.
Baş qərargahın işi pis qurulmuşdu. Hərbi hissələrə pozuculuqla məşğul olan, xarici ölkələrin xüsusi
idarələrinə işləyən satqınlar soxula bilmişdilər. İnformasiya axınına yol verilirdi. Müdafiə nazirinin
tez-tez dəyişməsi ordu quruculuğuna ağır zərbə vururdu. Azərbaycan Respublikasının Silahlı
Qüvvələr haqqında 1991-ci il 9 oktyabr Qanununun qüvvəyə minməsi barədə Ali Sovetin qərarı ilə
hərbi obyektləri, silah və texnikanı inventarlaşdırıb milliləşdirmək tələb olunsa da, bu sahədə
bağışlanılmaz lənglik rus hərbçilərinə mümkün olan hər şeyi respublikadan çıxarmaq, dağıtmaq, məhv
etmək və ayrı-ayrı adamlara, qruplara satmaq imkanı yaratmışdı. Rus hərbçiləri hərbi təyyarə
meydanlarından birində vertolyotları yandırmağa çalışdılar. Sitalçay, Kürdəmir və Dəllərdə yerləşən
aviasiya hissələrindən isə, əldə edilmiş razılığın əksinə olaraq, hərbi təyyarələr aparıldı, təyyarə
meydanları dağıdıldı, qiymətli hərbi cihazlar məhv edildi. Xəzər donanması gəmilərində avadanlığa,
sahil obyektlərinin hamısına xəsarət yetirilmiş, sökülüb dağıdılmışdı. 1992-ci il fevralın 14-də MDB
ölkələri başçılarının Minsk görüşündə Ukrayna, Belarus, Azərbaycan və Moldova qəti şəkildə milli
ordu yaratmaq istədiklərini bildirdilər və keçmiş sovet ordusu mirasından paylarını tələb etdilər.
Belə bir şəraitdə erməni hərbi hissələri MDB qoşununun köməyi ilə Dağlıq Qarabağın
azərbaycanlılar yaşayan məntəqələrinə hücumu genişləndirdilər. 1991-ci il dekabrın axırlarında
Kərkicahan qəsəbəsinə növbəti dəfə güclü hücum başlandı. Qanlı döyüşlərdə qəsəbə dəfələrlə əldən-
ələ keçdi. Erməni faşistləri burada ilk dəfə odatan silahdan istifadə etdilər. Ağır döyüşlərdə 30
azərbaycanlı əsgər qəhrəmancasına həlak oldu. 1992-ci il yanvarın 19-da Kərkicahan düşmən əlinə
keçdi və tamamilə yandırıldı. Yanvarın 21-də Qeybalı, fevralın 12-də Malıbəyli, Aşağı Quşçular və
Yuxarı Quşçular işğal edildi. Xocalı və Şuşanın mühasirəsi getdikcə daralırdı. Azərbaycan ordu
hissələri, xüsusi təyinatlı milis dəstələri və yerli özünümüdafiə batalyonlarının müqavimət göstərmək
tədbirləri nizamsızlıq, əlaqəsizlik, satqınlıq üzündən baş tutmurdu. Daşaltı tərəfdən Şuşanın
mühasirəsini yarmaq üçün Azərbaycan ordu hissələrinin 1992-ci il yanvarın 25-dən 26-na keçən gecə
keçirdiyi hərbi əməliyyatlar da bu səbəblərdən uğursuzluğa düçar oldu. Satqın bələdçilər bir taqım


əsgəri və zirehli maşınları minalanmış əraziyə saldılar, ordu böyük tələfat verdi – 33 nəfər həlak
oldu, 34 nəfər itkin düşdü, 36 nəfər yaralandı. Döyüşlərdə düşmən də 150 nəfərədək itki verdi. Bir
neçə gün sonra Şuşanın mühasirəsini Ağdam istiqamətində yarmaq məqsədilə keçirilən Xromot-
Xanabad əməliyyatı da gözlənilən nəticəni vermədi.
1992-ci il fevralın ortalarında düşmən növbəti dəfə Qarabağlı kəndinə güclü hücuma başladı. Qanlı
döyüşlərdə kənd dəfələrlə əldən-ələ keçdi. Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra
ermənilər Qarabağlını ələ keçirib onun 92 müdafiəçisini və 54 sakinini vəhşicəsinə öldürüb silos
quyularına atdılar. Qalan əhali əsir alındı.
Təcavüzkar Ermənistan hökuməti Azərbaycana qarşı qanlı terror aksiyalarını daha da genişləndirdi.
1992-ci il yanvarın 8-də “Krasnovodsk-Bakı” dəniz sərnişin bərəsində belə bir terror aktı
nəticəsində 25 nəfər həlak oldu, 88 nəfər ağır yaralandı. Həmin il fevralın 28-də Qudermes stansiyası
yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarının partladılması zamanı 11 nəfər həlak oldu, 18 nəfər
yaralandı.
Erməni quldurları Rusiyanın Xankəndindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX
əsrin Xatın, Sonqımi faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər. Respublika rəhbərliyinin
cinayətkar laqeydliyi üzündən şəhərin müdafiə işləri təşkil olunmamışdı. 80 nəfərdən ibarət Xocalı
özünümüdafiə taburu heç bir zirehli texnika ilə silahlandırılmamışdı. Onlara Şıx briqadasının ikinci
taburu və cəmi 20 nəfərdən ibarət minaatanlar batareyası kömək edirdi. 60 nəfərlik milis dəstəsi
təyyarə meydanını qoruyurdu.
1992-ci il fevralın 25-də saat 21-də erməni hərbi birləşmələri, 366-cı alay (üç batalyondan ikisi tam
tərkibdə, biri isə qismən), habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar Xocalıya hücum
etdilər. İlk zərbə hava limanına vuruldu. Şəhərin müdafiəçiləri azsaylı və pis silahlanmış olsalar da,
mərdliklə vuruşurdular. Xüsusi təyinatlı milis dəstəsinin komandiri, milis mayoru Əlif Hacıyev
döyüşdə xüsusən fərqləndi. Onun rəhbərlik etdiyi 22 nəfərlik dəstə düşmənin güclü hücumlarını üç
dəfə uğurla dəf etdi. Lakin qüvvələr bərabər deyildi. Ə.Hacıyev vəziyyətin çıxılmaz olduğunu
görəndə hava limanının dispetçer məntəqəsini partladaraq düşmən əlinə keçməsinə imkan vermədi.
Döyüşlərdə igid komandir ağır yaralandı və qəhrəmancasına həlak oldu. Ölümündən sonra ona
Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Düşmən tankları, zirehli maşınları güclü artilleriya
hazırlığından sonra Mehdikənd, Qaragah və Daşbulaq tərəfdən şəhərə soxuldu, küçə döyüşləri
başlandı. 366-cı alayın mayor Ohanyanın komandası altında ikinci, mayor Nabogixin komandası
altında üçüncü motoatıcı taburları, topçu diviziyası, Lixodeyanın rəhbərliyi altında D-3 topu vəhşiliyi
ilə xüsusən fərqlənirdi.
Tofiq Hüseynovun rəhbərlik etdiyi ərazi özünümüdafiə taburunun döyüşçüləri qat-qat güclü olan
yırtıcı düşmənlə qəhrəmancasına vuruşurdu. Tofiq son nəfəsinədək döyüşdü, yağıları azdırıb onlarla
adamın mühasirədən çıxmasına imkan yaratdı. Axırda özü mühasirəyə düşdü. O, düşmənin təslim
olmaq çağırışına məhəl qoymayıb son gülləni özünə vurdu, ana torpağı qucaqlayıb gözlərini əbədi
yumdu. Ölümündən sonra T.Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Ağdam-Əsgəran istiqamətində toplanmış milli hissələr arasında əlaqə və ümumi rəhbərlik olmaması
üzündən onlar düşmənə qarşı hücum təşkil edə bilmədilər.
Xocalıda soyqırımı törədildi. Şəhər yandırıldı. Sağ qalanların bir hissəsi, əsasən qadınlar, qocalar və
uşaqlar şəhərin şimal-şərq istiqamətində iki yolla Ağdama tərəf qaçmağa başladılar. Qarlı, şaxtalı
gecəni ayaqyalın-başıaçıq meşədə keçirən qaçqınların çoxunu don vurdu, yaralıların bir hissəsi tab
gətirməyib öldü. Sağ qalanlar səhəri gün Xocalıdan 6-7 km aralı, Qaraqaya adlı yerdə meşədən


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə