Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə71/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   67   68   69   70   71   72   73   74   ...   89

çıxarkən pusquda durmuş erməni faşistləri tərəfindən gülləbaran edildilər. Yüzlərlə köməksiz qadın,
qoca, uşaq həlak oldu. Xilas olaraq Abdal-Gülablı kəndinə getməyə çalışan qaçqınları da düşmən
mühasirəyə alıb atəşə tutdu. Erməni quldurları yaralılara işgəncə verib meyitləri eybəcər hala salır,
qadın və qızları təhqir edirdilər.
Xocalıda erməni faşistləri azərbaycanlılara qarşı növbəti soyqırımı törətdilər. 613 nəfər, o cümlədən
106 qadın, 83 azsaylı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə
yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi. 56 nəfər xüsusi
qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, başları
kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi.
Xocalı faciəsi respublikada siyasi gərginliyi daha da artırdı. Martın 3-dən Prezident sarayı
qarşısında “istefa” tələbi ilə piket keçirildi. İqtidar Ali Sovetin sessiyasını çağırmağa məcbur oldu.
Martın 5-də fövqəladə sessiya keçirən Ali Sovetin binası qarşısında izdihamlı mitinq başlandı.
Sessiyada Ali Sovetin sədri Elmira Qafarova istefa verdi. Onun yerinə deputat Yaqub Məmmədov
seçildi. İqtidar bu dəyişikliklərlə qarşıdurmanı zəiflətdi. Demblokdan olan 26 deputat
A.Mütəllibovun Respublika Konstitusiyasını və qanunlarını pozduğuna görə prezident vəzifəsindən
götürülməsi haqqında qərar layihəsi təqdim etdi. A.Mütəllibov sessiya tribunasından xalqı açıqca
hədələməyə başladı. Axşam parlament binasını mühasirəyə almış mitinqçilər deputatlara və iqtidara
daha təsirli təzyiq göstərmək üçün binanın bütün giriş və çıxışlarını tutdular. Gecə yarısı MDB-nin
Bakıdakı 5-ci ordusunun hissələri mitinqi dağıtmaq üçün parlament binasına doğru hərəkətə başladı.
Bundan xəbər tutan Demblokdan olan deputatlar və Ali Sovetin yeni sədri vətəndaş qırğını
başlamağın yolverilməzliyini bildirib buna qəti etiraz etdilər.
Martın 6-da parlament qarşısındakı mitinq daha izdihamlı idi. Mitinqçilər tərə​findən prezidentin saat
14-dək istefa verməsi tələbi ultimatum şəklində tərtib olunub parlamentə göndərildi. A.Mütəllibov
istefa verməyə məcbur oldu. Nazirlər Kabineti buraxıldı. Onun sədri Həsən Həsənova yeni kabinet
təşkil etmək tapşırıldı.
Yeni Dövlət Müdafiə Komitəsi təşkil olundu. Yaqub Məmmədov ölkədə siyasi sabitlik yaratmaq üçün
martın ikinci yarısında bütün siyasi qüvvələrə müraciət edib onları birliyə, əməkdaşlığa çağırdı.
Müxalifət və iqtidar arasında danışıqlar başlandı. Lakin nəzərdə tutulduğu kimi koalision hökumət
yaratmaq mümkün olmadı. Ölkədə “əsl hərc-mərclik dövrü başlandı”. Bu vəziyyət hakimiyyəti ələ
keçirməyə səy edən qüvvələrin fəallaşmasına, gərginliyin artmasına səbəb oldu. Ali Sovet 1992-ci il
iyunun 7-nə yeni prezident seçkiləri təyin etdi.
Azərbaycanda nüfuzunu gücləndirməyə çalışan qüvvələrin mübarizəsi kəskinləş​mişdi. Azərbaycanın
Türkiyə Respublikası ilə yaxınlaşması Rusiyanı narahat edirdi. 1992-ci il yanvarın 24-də Türkiyə və
Azərbaycan respublikaları arasında danışıqlar zamanı dostluq, əməkdaşlıq və mehriban qonşuluq
haqqında müqavilə imzalanmışdı. Cənubi Qafqazda nüfuzuna xələl gələcəyindən təşvişə düşən Rusiya
Azərbaycana təzyiqini artırdı: ermənilər martın 12-də Tərtər, Qazax, Tovuz, Ağdam, Cəbrayıl və
Füzuli istiqamətlərində güclü hücuma başladılar. Yaqub Məmmədov martın sonunda mətbuatda açıq
elan etdi ki, “Rusiya Ermənistanın köməyi ilə Azərbaycana təzyiq göstərməyə cəhd edir”,
“Müharibəni yalnız Yeltsin dayandıra bilər”. 1992-ci il martın 31-də Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Müşavirəsinin üzvü olan dövlətlərin (ATƏM) Xarici İşlər Nazirləri Şurasının sədri ilə
görüşüb Qarabağ probleminin dinc yolla aradan qaldırılmasına dair beynəlxalq konfrans çağırılması
və Azərbaycanda ATƏM-in daimi nümayəndəliyinin açılması haqqında ilkin saziş əldə etdi. Az sonra
– martın 24-də ATƏM-in Azərbaycan və Ermənistanla yanaşı on nüfuzlu dövlətin təmsil olunduğu


Minsk qrupu təşkil edildi. Lakin xarici siyasət mövcud reallıqlar nəzərə alınmaqla düzgün
qurulmadığından nüfuzlu dövlətlər öz məqsədlərinə nail olmaq üçün daha münasib şəraitin
yaranmasını gözləyirdilər. Minsk qrupu ilə paralel Rusiyanın xarici işlər naziri Kozırevin bu sahədə
öz dövlətinin mənafeyinə uyğun iş aparması da münasibətlərin mürəkkəbləşməsinə səbəb olurdu.
Y.Məmmədov 1992-ci il martın 17-də Rəhim Qazıyevi Müdafiə naziri təyin etməklə ordunu öz
tərəfinə çəkməyə çalışdı. Hakimiyyətə gəlməyə çalışan AXC mühüm strateji mövqelərdə olan hərbi
hissələrinə və Türkiyənin siyasi dəstəyinə arxalanırdı. Mayın 3-də xalqın böyük məhəbbət bəslədiyi
Türkiyə Respublikasının baş bakanı Süleyman Dəmirəl AXC sədri ilə görüşdü, Bakının Azadlıq
meydanında Alparslan Türkeşin iştirakı ilə Türk xalqlarının ümumdünya həmrəylik günü izdihamlı
mitinqlə qeyd olundu. Bütün bunlar cəbhənin populyarlığını artırmağa yönəldilmişdi. Qarşıdakı
prezident seçkiləri nəticəsində Heydər Əliyevin və AXC-nin hakimiyyətə gəlmək şanslarının böyük
olması barədə proqnozlar bu geosiyasi məkanda müstəqil güclü dövlət yaranmasını, Türkiyənin
nüfuzunun artmasını istəməyən dövlətləri ciddi narahat edirdi.
Seçkilər yaxınlaşdıqca Ayaz Mütəllibovun da tərəfdarları fəallaşır, revanş almağa çalışırdılar.
Aprelin 25-də eks-prezident Şamaxıda öz tərəfdarları qarşısında çıxış edərək bildirmişdi ki, onu
qeyri-qanuni yolla, zorla istefa verməyə məcbur etmişlər. Mayın 2-də A.Mütəllibovun silahlı
tərəfdarları Azərbaycan Teleradio Şirkətinə gələrək birbaşa efirə çıxmağı tələb etsələr də, niyyətləri
baş tutmamışdı.
Cəbhələrdə vəziyyətə əsaslı təsir etmək imkanına malik silahlı dəstələrə arxalanan qüvvələr
çəkişməsinin, xainliyin növbəti qurbanları Şuşa və Laçın oldu.
Şuşanın müdafiəsinin olduqca böyük hərbi strateji və mənəvi-siyasi əhəmiyyəti vardı. Şəhər uzun
müddət mühasirədə qalmışdı. Güclü hücum gözlənilirdi. MDB-nin 366-cı alayının 180 hərbi
mütəxəssisinin 90 ağır hərbi texnika ilə ermənilər tərəfə keçməsi məlum idi. Alay Gürcüstana
köçürülərkən çoxlu hərbi texnika erməni hərbi hissələrinə təhvil verilmişdi. Şuşanın müdafiəsində isə
cəmi 24 ağır hərbi texnika dururdu. Hərbi rabitə lazımi vəziyyətdə deyildi. Şəxsi heyətin hazırlıq
səviyyəsi, nizam-intizam aşağı idi. Şəhərin müdafiə qabiliyyətini yüksəltmək üçün əməli iş, demək
olar ki, görülməmişdi. Əksinə, şəhəri qorumalı olan silahlı qüvvələr arasında ziddiyyət daha da
dərinləşmiş, parçalanma baş vermişdi. Şəhərdə kimin – şəhər milis şöbəsi rəisinin, yoxsa buradakı
Azərbaycan Qarabağı könüllü müdafiə taburu komandirinin üstün səlahiyyətə malik olması aydın
deyildi. Bu iki qüvvə arasındakı çəkişmə respublikada hakimiyyəti ələ keçirməyə çalışan Müdafiə və
Daxili İşlər Nazirliyinin kəskin mübarizəsinin təzahürü idi. 1992-ci il martın 12-də Dövlət Müdafiə
Komitəsində Şuşadakı vəziyyət müzakirə edildi. Aprelin 26-da buradakı bütün hərbi qüvvələr ümumi
komandanlığa tabe edildi. Lakin vəziyyət dəyişmədi. Bunun üçün heç cəhd də göstərilmədi. İqtidar iki
güc nazirliyi rəhbərliyinin yaxınlaşmasını özünə qarşı təhlükə hesab edirdi.
Bu dövrdə maraqlı hadisələr baş vermişdi. Minalanmış sahələr zərərsizləşdirilmiş, xeyli döyüşçü
qısamüddətli məzuniyyətə buraxılmışdı. Şuşa taburu ştatında 1500-ə yaxın döyüşçü olduğu halda,
hücum günü şəhərdə cəmi 500 döyüşçü vardı. 200 könüllü əsgər silahı ilə şəhəri tərk etmişdi. Hərbi
texnikanın “Qrad” qurğularının şəhərdən çıxarılmasına başlanmışdı. Xüsusi milis taburunun
döyüşçüləri mayın 4-də Şuşanı tərk edib, Böyük Kirsdə mövqe tutmuşdular.
Mayın 7-dən 8-nə keçən gecə düşmən şəhəri güclü artilleriya atəşinə tutdu. Hücum​da 80 T-72 tankı,
6000-ə yaxın döyüşçü, o cümlədən xarici muzdlular iştirak edirdi. Səhərə yaxın şəhər ətrafındakı
postların əksəriyyəti tutulmuşdu, yalnız bəzi mövqelərdə milli qüvvələr düşmənə qarşı
qəhrəmancasına vuruşurdular. Düşmənin üç tankı səhərə yaxın şəhərə soxuldu. Azərbaycan ordusunun


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə