Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə89/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   81   82   83   84   85   86   87   88   89

addımlar atdı. 1996-cı ilin iyununda Prezident ölkədə sanitariya vəziyyətinin yaxşılaşdırılması
haqqında təşkilatlara ciddi tapşırıqlar verdi. 1996-cı ilin sentyabrında “İnsanın immunçatışmazlıq
virusunun törətdiyi xəstəliyin (AİDS) yayılması qarşısının alınması haqqında” Qanun qəbul olundu.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanun hazırlandı və 1997-ci ilin martında qəbul edildi.
“Səhiyyə təşkilatlarının özünümaliyyələşdirmə sisteminə keçməsi haqqında” xüsusi proqram
hazırlandı və həyata keçirilməyə başlandı. Burada müasir avadanlıqla təchiz olunmuş dövlət tibb
müəssisələrində pullu xidmətə keçmək, təsərrüfat hesabı ilə işləyən səhiyyə təşkilatlarının sayını
artırmaq, xarici investisiya cəlb etməklə birgə tibb müəssisələri yaratmaq və tibb sığortasını geniş
tətbiq etmək nəzərdə tutulurdu. Şəki MRX müasir standartlar əsasında təmir və təchiz edildi.
Dünyada geniş yayılmış, sərfəli olan sığorta təbabəti sisteminin respublikada tətbiq olunması
istiqamətində hazırlıq işlərinə başlanıldı. “Özəl tibb fəaliyyəti haqqında” Qanun qəbul olunmuşdu.
1999-cu ildə “Tibbi sığorta haqqında” Qanun qəbul edildi.
1995-ci il aprelin 17-də tibb elmləri namizədi Aman Mehdiyev Şəki Mərkəzi rayon Xəstəxanasına
baş həkim təyin edilir. Yüksək enerjisi, adamlarla işləmək, ən başlıcası onları işlətmək qabiliyyətinə
malik olan, dərin intellektual savadı, fenomenal yaddaşı ilə seçilən Aman Mehdiyev özü ilə Şəki
səhiyyəsinə yeni ruh, canlanma, təravət və hərarət gətirir. Səhiyyə maarifi işi canlandırılır.
Həkimlərimiz yerli radio ilə və digər mətbuat vasitələrində dəfələrlə əhalinin tibbi savadının
artırılması barədə məruzələr edir, məqalələr çap etdirirlər. Eyni zamanda, o illərdə xəstəxananın
mədəni həyatında bir canlanma baş verir. Veteranlar günü, Novruz bayramı, Tibb işçiləri günü və
digər el bayramları yüksək təntənə ilə qeyd olunur.
1997-ci ildə respublikamızda ilk dəfə olaraq məhz bizim şəhərimizdə “Ailə planlaşdırılması
mərkəzi” açılır.
Azərbaycanın müstəqillik illərinin səhiyyə sisteminin xüsusiyyətlərindən biri də odur ki, bu dövrdə
özəl səhiyyə müəssisələri yaradılır. Bu gün dövlətimizin səhiyyə sisteminin inkişafında özəl sektorun
xüsusi çəkisi və rolu olub. Dünya təbabətində işlədilən müasir tibbi müalicə və müayinə metodlarının
bəziləri məhz ilk dəfə özəl sektorda tətbiq olunub. 2003-cü ildə şəhərimizdə özəl səhiyyə müəssisəsi
yaratmaq barədə böyük bir layihənin həyata keçirilməsi nəzərdə tutulurdu. Özündə cərrahi və
terapevtik xidmətləri birləşdirən, əhaliyə 24 saat təcili yardım xidməti göstərəcək, yüksək ixtisaslı,
peşəkar həkimlərin cəlb olunacağı, bütün müasir tibbi avadanlıqlarla təmin olunmuş möhtəşəm bir
tibbi mərkəzin yaranması nəzərdə tutulmuşdu. Hətta yeri, nizamnaməsi, smetası belə hazır idi. Lakin,
çox təəssüf ki, o zaman Şəki MRX-nin baş həkimi M.Qaffarov buna mane ola bildi. Və həmin
möhtəşəm layihə reallaşa bilmədi. Bu gün də şəhərimizdə səhiyyə sahəsində özəl tibbi quruma
ehtiyac var. Düzdür, bir neçə xırda laboratoriya, poliklinika tipli müəssisələr yaransa da, düşünürəm
ki, Şəkidə özəl tibb müəssisəsinə xas olan yüksək ixtisaslı, peşəkar tibbi xidmət standartlarına cavab
verən, müasir təbabətin tələblərini özündə əks etdirən, əhaliyə özəl xidmətə xas olan komfort tibbi
yardım göstərə bilən belə bir tibb müəssisəsinin yaranmasına hava və su qədər ehtiyac var.
Bu regionda yaşayan əlillərin reabilitasiyası, sağalaraq cəmiyyətimizə inteqrasiya etmələri üçün
2005-ci ildə Şəki Əlillərin Regional Bərpa Mərkəzi fəaliyyətə başladı və bu sətirlərin müəllifi həmin
mərkəzin ilk baş həkimi olmuşdur. Mərkəz, Şəki və ətraf rayonların əlillərinə ixtisaslaşmış, kompleks
tibbi-sosial reabilitasiya xidməti göstərməyə başlayır. Şəki Əlillərin Bərpa Mərkəzi çox az bir
müddətdə bütün bölgədə nüfuzlu bir tibb müəssisəsinə çevrilir. Burada bədən tərbiyəsi zalı,
üzgüçülük hovuzu, müxtəlif vannalar, duşlar əlillərin istifadəsinə verilir. Şəhərimizdə ilk dəfə olaraq
məhz bu mərkəzdə bir sıra yeni fizioterapevtik müalicə üsulları tətbiq olunmağa başlayır. Parafinlə


applikasiya, ultrasəs, qısa dalğalarla müalicə, naftalanla soluks, infraqırmızı, ultrabənövşəyi
şüalanma, fonoforez, elektrostimulyasiya, masaj, hidromasaj və s. kimi yeni müalicə proseduraları
uğurla həyata keçirilir. Mərkəzə nəinki qonşu rayonlardan, hətta uzaq rayonlardan və Bakıdan əlillər
müalicə üçün müraciət etməyə başlayır. Burda müalicə işi elə bir səviyyədə qurulur ki, xəstələr yer
olmaması səbəbilə növbə gözləməli olurlar. Azərbaycanda ilk dəfə olaraq məhz Şəki Əlillərin Bərpa
Mərkəzində yuxarı ətrafları işləməyən xəstələr üçün yeni müalicə metodu işlənib hazırlanır. Bu metod
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasında müzakirə olunaraq Respublikanın
bütün Əlillərin Bərpa Mərkəzlərində tətbiq olunması tövsiyə olunur. Və mərkəzin baş həkimi 2009-cu
ildə səhiyyə sahəsində “İlin qalibi” olur.
2008-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Şəki şəhərinin,
Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər planı”na uyğun olaraq, Turan və Cəfərabad kənd xəstəxanaları üçün ambulatoriya
binalarının tikintisinə başlanılır. “Kaunterpart” qeyri hökumət təşkilatı tərəfindən Baş Zəyzid kənd
xəstəxanası üçün inşa olunan ambulatoriya binası istifadəyə verilir. Qaratorpaq kəndində uzun
müddət fəaliyyəti dayandırılmış feldşer məntəqəsi bərpa olunaraq müvafiq avadanlıqlarla təchiz
edilir.
2011-ci ildə Şəkidə 100 çarpayılıq yeni xəstəxana binası tikilərək istifadəyə verilir. Xəstəxananın
açılışında Respublikanın Prezidenti cənab İlham Əliyev şəxsən iştirak edir. Yeni xəstəxana altı
korpusdan ibarət olmaqla, burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji
xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika şöbələri fəaliyyət
göstərir. Şöbələrdə quraşdırılan avadanlıq tibb elminin ən son nailiyyətlərinə əsaslanıb. Burada
ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompüter-tomoqrafiya,
laboratoriya, süni nəfəs aparatları quraşdırılmışdır. Xəstəxanada həmçinin müasir 4D ultrasəslə
müayinə aparatı qoyulmuşdur. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin istehsalıdır.
Hal-hazırda Şəki şəhərində Mərkəzi Rayon Xəstəxanası, Birləşmiş Uşaq Xəstə​xanası, Vərəm
Əleyhinə Xəstəxana, Rayonlararası Psixiatriya Xəstəxanası, Təcili və Təxirəsalınmaz Tibbi yardım
Stansiyası, Regional Perinatal Mərkəz fəaliyyət göstərir. Kəndlərimizdə isə 3 xəstəxana, 15 həkim
məntəqəsi, 41 tibb məntəqəsi insanların xidmətindədir. Ümumi olaraq 300 həkim, mindən çox orta
tibb işçisi insanların sağlamlığı uğrunda əllərindən gələni əsirgəmirlər.
Bu gün Şəki səhiyyəsinə Məcid Əliyev rəhbərlik edir. Ona zəngin bir irs miras qalmışdır. Lakin Şəki
səhiyyəsinin inkişaf etdirilməsi, müasir dövrün standartlarına uyğun təşkil edilməsi, yeni qabaqcıl
müayinə və müalicə üsullarının şəhərimizdə tətbiq edilməsinə nail olmaq, yüksək, peşəkar kadrların
yetişdirilməsi kimi ağır, məsuliyyətli vəzifə də məhz onun çiyinləri üzərindədir. Adını Şəki
səhiyyəsinin şərəfli tarixinə hansı şəkildə yazdırması onun gördüyü tədbirlərdən, işini necə
qurmasından asılıdır. Zaman hər bir hadisənin, hər bir fəaliyyətin ədalətli qiymətini verən ən yaxşı
hakimdir!
 
 
 


S O N
 
Şəki və onun səhiyyəsi haqqında çox danışmaq olar. Günlərlə. Mənim doğma şəhərim.
Azərbaycanımızın dilbər guşələrindən biri. Kitabı isə dahi şairimiz Bəxtiyar Vahabzadənin Şəkiyə
həsr etdiyi bir şeirlə tamamlamaq istəyirəm:
 
Bir nəğmə qoşmadım hələ mən sənə,
Dağlar bunu mənə kəsir sanmasın.
Mən dedim, vurğunam Azərbaycana,
Deyirəm, heç zaman xırdalanmasın
Könlümdən ucalan bu avaz, bu səs.
Böyükdür, ucadır məsləkim mənim.
Bala anasına “sevirəm” deməz,
Mən də deməmişəm, a Şəkim, mənim.
Sən öz keçmişini daim qorudun,
Babamın şöhrəti yaşayır səndə.
Bu eşqə eşq olsun!
Dünənlə bu gün
Çiyin-çiyinədir küçələrində...
Mən sənə borcluyam öz balan kimi,
Çox da ki şerimdə görünmür adın.
Mənim oxuduğum nəğmələrimi,
Mənim qulağıma sən pıçıldadın.
Şerimin mayası – bu qaynar nəfəs
Sənin öz çiçəyin, sənin öz barın.
Şerimdə dil açıb danışırmı bəs
Sənin bulaqların, göy çinarların?
Mən həm bakılıyam, həm lənkəranlı,
Gəncəli, qubalı, həm naxçıvanlı.
Şəkili, şirvanlı, qarabağlıyam,
Bütöv Vətənimə bütöv bağlıyam.
Mən sənin qoynunda gəldim cahana,
Məni bəxş elədin Azərbaycana.
Həmişə mən sənin həndəvərində
Uçan bir quşam.
Bir eldə doğulub
xoşbəxtəm ki, mən
Böyük bir Vətənə oğul olmuşam.
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
 
Azərbaycan dilində
 


Azərbaycan tarixi. XIII-XVIII əsrlər, III cild / Red. heyəti Q.Əfəndiyev və b.– Bakı: Elm, 1999.
Azərbaycan tarixi. Yeddi cilddə. IV cild.– Bakı: Elm, 2000.
Azərbaycan tarixi. Yeddi cilddə. V cild.– Bakı: Elm, 2008.
Azərbaycan tarixi. Yeddi cilddə. VI cild.– Bakı: Elm, 2000.
Azərbaycan tarixi. Yeddi cilddə. VII cild .– Bakı: Elm, 2008.
Azərbaycan Sovet Ensiklopediyası.– Bakı, VII c., 1983.
Azərbaycan Sovet Ensiklopediyası.– Bakı, X c., 1987.
Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər / Red. S.Əliyarov. – Bakı: Azərbaycan,
1996.
Azərbaycan folkloru antologiyası / Tərtib edəni Ə.Axundov. – Bakı: Azərb.SSR EA nəşriyyatı, 1969.
Azərbaycan etnoqrafiyası. Üç cilddə. III cild.– Bakı: Şərq-Qərb, 2007.
A.Xürrəmqızı, Azərbaycan mərasim folkloru.– Bakı: Səda, 2002.
A.Bakıxanov. Gülüstani-İrəm.– Bakı: Azərbaycan SSR EA Tarix və fəlsəfə İn-tu, 1951.
B.Abdulla, Azərbaycan mərasim folkloru.– Bakı: Qis​mət, 2005.
B.Tuncay, Qafqaz albanlarının dili və ədəbiyyatı.– Bakı: Qanun, 2010.
D.Qasımov, Yaddaşın bərpası.– Bakı: Mütərcim,1999.
E.Aslanov, El-oba oyunu, xalq tamaşası.– Bakı: İşıq, 1984.
Ələşrəf Kərimov/İsmayılov, Şəki keçmişdə və indi.– Bakı: Şəki, 1928.
Ənvər Həmidov (Mete), O torpağın oğulları.– Bakı: Nurlan, 2006.
Ədalət Tahirzadə, Şəki tarixi qaynaqlarda.– Bakı: Master, 2005.
F.Gözəlov. C.Məmmədov, Şaman əfsanələri və söy​ləmələri.– Bakı: Yazıçı, 1993.
F.Əliyev. XVIII əsrin ikinci yarısında Şimali Azərbaycan şəhərləri – Bakı: Azərbaycan SSR Elmlər
Akademiyası Tarix İnstitutu, 1960.
F.Ələkbərli. Şərqin min bir sirri.– Bakı: Məlhəm NPM, 2006.
F.Ələkbərli. Şərqdə ailə və nikah.– Bakı: Tural, 2001.
F.Ələkbərov. Şərq təbabəti və milli xörəklərimiz.– Bakı:Elm, 1994.
Fərid Ələkbərli, Azərbaycanda tibb elminin tarixi – http://www.alakbarli.aamh.az/index.files/2.htm
Həbibullah Manaflı. “Şəki xanlığının tarixi haqqında üç salnamə” –
http://belediyye.io.ua/s53977/350399k304_xanli286inin_tar304x304_haqq304nda_220199_salnam399
Xalqımızın deyimləri və duyumları (toplayanı və tərtib edəni M.İ.Həkimov) – Bakı, Maarif, 1988.
Kərim ağa Fateh, Şəki xanlarının ixtisar üzrə tarixi.– Bakı, Azərbaycan SSR Elmlər Akademiyası
Tarix İnstitutu, 1958.
Q.Cavadov, Xalq təbabətimiz məişətimizdə.– Bakı, Azərnəşr, 1995.
L.Vaqifqızı, Şəki folklor mühiti.– Bakı, 2012.
M.Abdullayeva, Türkəçarələr folklor mətnlərində (Şə​ki-Zaqatala bölgəsindən toplanmış örnəklər
əsasında) “Azər​bay​canda tibb elminin tarixi problemləri” mövzusunda I Res​pub​lika elmi
konfransının materialları – Bakı, 1-2 fevral 2005.
Mahmud İsmayılov, Şəki. – Azərnəşr, 1982
Mahmud İsmayılov, Azərbaycan tarixi – Bakı, Azərnəşr, 1993.
Mirabbas Mirbağırzadə, Şəki qəzasında hökmranlıq haqqında müxtəsər məlumat.
Mirabbas Mirbağırzadə, Azərbaycan qəzaları. III. Şəki qəzası – “Maarif işçisi” jurnalı, 1926, № 10,
(ss 69-77), № 11 (ss 56-58).
M.R.Yengi, B.Tuncay, Kür-Araz mədəniyyəti və türk damğaları: Damğadan yazıya keçid – Bakı,


2013.
M.İsmayılov, Şəki, Tarixi oçerk.– Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1982.
M.Kalankatuklu, Albaniya tarixi.– Bakı: Elm, 1993.
M.Həkimov, N.Həkimova, Yuxu yozumları, türkə​çarələr, inam və etiqadlar.– Bakı: Maarif, 2002.
M.Seyidov, Azərbaycan mifik təfəkkürünün qaynaq​ları.– Bakı, Yazıçı, 1983.
M.Y.Şirvani, Tibnamə – Bakı, İşıq, 1990.
N.Əliyev, Azərbaycanın dərman bitkiləri və fito​tera​piya.– Bakı, Elm, 1998.
N.Həkimova, Azərbaycan xalqının ənənəvi bilikləri.– Bakı, Nurlan, 2011.
N.Göyüşov, Xalq təbabəti xəzinəsindən.– Bakı, 1992.
Nübar Həkimova, Azərbaycan xalq təbabəti: nəzəriyyə və təcrübə.– Bakı, Elm və təhsil, 2015.
Səbuhi Əhmədov. Azərbaycan tarixində yüz şəxsiyyət.– Bakı: Ayna mətbuat evi, 2006.
S.Əfəndiyev, A.Rəcəbov. Azərbaycan xalq təbabətin​dən.– Bakı, Azərnəşr, 1993.
“Şəki” Xeyriyyə Cəmiyyəti, ŞƏKİ, alim və ziyalılar.– Bakı, Elm, 2007.
Ş.Bünyadova, Orta əsr Azərbaycan ailəsi. – Bakı: Elm, 2012.
Şərabnamə.– Bakı: Elm, 1994.
Şəfa duaları və ovsunlar.– Bakı: Adiloğlu, 2001.
T.Musəvi, Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər. – Bakı: Elm, 1977.
V.Baxşəliyev. Azərbaycan arxeologiyası.– Bakı: Elm, 2006.
V.Vəliyev. Azərbaycan folkloru.– Bakı: Maarif, 1985.
Y.V.Çəmənzəminli. Əsərləri, III c.– Bakı: Elm, 1977.
Z.Bünyadov. Azərbaycan VII-IX əsrlərdə.– Bakı: Azərnəşr, 1989.
 
Rus dilində
 
А.Н.Мустафаев, Шеки – город ремесленников – Баку, Элм, 1987.
А.А.Надиров, Вопросы экономического развития городов Азербайджана – Баку, Изд. АН
Азербайджанской ССР, 1966.
А.Р.Саламзаде, М.А.Исмаилов, К.М.Мамедзаде, Шеки. Историко-Архитектурный очерк –
Баку, Элм, 1988.
Абу Али Ибн Сина, Канон врачебной науки, т. 3 (перевод П.Г.Булгакова, М.А.Салье) –
Ташкент, ФАН, 1980.
В.Н.Левиатов, Очерки по истории Азербайджана XVIII в. – Баку, Изд. АН Аз. ССР, 1948.
Д.В.Каграманов, Описание археографических документов – Баку, Элм, 1969.
Е.А.Токаржевский Очерки истории Советского Азербайджана в период перехода на мирную
работу по восстановлению народного хозяйства (1921-1925 гг.) – Баку, Изд-во АН Аз.ССР,
1956.
История Азербайджана в трёх томах – Баку, Изд. AH Аз.ССР, 1963.
И.К.Эфендиев, История медицины в Азербай​джане с древнейших времен до ХIХ века – Баку,
Изд. АН Аз. ССР, 1964.
К.В.Тревер, Очерки по истории и культуре Кавказской Албании VI в. до н.э – VII в н.э. –
Москва-Ленинград. Изд. АН СССР. Ленингр. Отдел, 1959.
Краснознаменный Закавказский. Очерки истории Краснознаменного Закавказского военного
округа – Москва, Воениздат, 1969.


O.Диксон Шаманское целительство – Mосква, Рипол классик, 2004.
Средневековые азербайджанские трактаты по медицине. Мухаммед Юсиф Ширвани
“Тиббнаме”. Му​хам​мед Мумин “Тухфат ал-Муминин”. перевод, предисловие, примечание и
словарь Фарида Алекперова и Акифа Фарзалиева – Санкт-Петербург, Изд-во С.-
Петербургского Уни​вер​ситета, 2002.
С.М.Агамалиева, Гончарство Азербайджана, Историко-этнографичес​кое исследование –
Баку, Элм, 1987.
Таирова Афаг, История города Шеки (1920-40) – Баку, Elm və təhsil, 2014.
Ф.Алекперли, Тысяча и один секрет Востока – Баку, Издательско-полиграфический центр
“Т”, 2001.
Ф.Алекперов, Охрана здоровья в средневековом (X-XVIII вв) Азербайджане – Баку, Иршад,
1999.
Хаким ага, Лечение ран Закавказскими татарами – записки Кав​казского общества сельского
хозяйства, Записки КОСХ, 1858, № 5.
Э.Б.Мурадалиева Города Северного Азербайджанa во второй половине ХIХ в. – Баку, Изд.
Бак. Ун-тa, 1991.
 
Türk dilində
 
Bayat A.H. Türk kültüründe Lokman hekim.– Türk dünyası araştırmaları vakfı, İstanbul, 2001.
Bayat A.H. Tıp tarihi.– İzmir, 2003.
Bayat F. Ana hatlarıyla türk şamanlığı. – İstanbul, 2006.
Bayat F. Türk şaman metinleri. Efsaneler ve memi​ratlar. – Ankara, Piramit, 2005.
İnan A. Tarihte ve bu gün Şamanizm.– Ankara, Ğaleri türk yayınları, 1954.
Oğuz Y. Tıbbın evriminde sağmanlar ve hekimler // V Türk tıp tarihi kongresi bildirileri. Ankara,
Ankara Üni​versitesi Basımevi, 1998.
 
 
 
 
 

Document Outline

  • Şəkİ və onun TƏBABƏT tarİxİ
  • Həkİm-nevroloq Qalİb Əsədovun “Şəkİ və onun TƏBABƏT tarİxİ” adlı kİtabı haqqında
  • QƏDİMDƏN BU GÜNƏ
  • GİRİŞ
  • BİRİNCİ FƏSİL
  • QƏDİM DÖVRÜN TƏBABƏTİ
  • İKİNCİ FƏSİL
  • ŞƏKİ TƏBABƏTİ ORTA ƏSRLƏRDƏ
  • ÜÇÜNCÜ FƏSİL
  • XANLIQ DÖVRÜNDƏ ŞƏKİ TƏBABƏTİ
  • DÖRDÜNCÜ FƏSİL
  • RUSİYA İŞĞAL REJİMİ DÖVRÜNDƏ ŞƏKİ TƏBABƏTİ
  • BEŞİNCİ FƏSİL
  • ALTINCI FƏSİL
  • S O N

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə