Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə9/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   5   6   7   8   9   10   11   12   ...   89

O dövrün uşaq doğulması adəti çox maraqlı idi:
 
“Xanımların yerikləri 40 gün sürür. Gərək boylu xanımları 4 ay bərk qoruyasan. Boylu xanımları
qoymazdılar ki, bir əx​la​qı fasid adamdan tikə alsın, deyirdilər əgər pis adamdan tikə al​sa, uşaq o
cəhətdən həmin şəxsə oxşayar. Həm əxlaqi cəhət​dən, həm də zahiri cəhətdən. Əks sürətdə, əgər tikə
verən şəxs yaxşı adam olsa, uşaq ona oxşayar. Mamaçalar təcrübəli olur​du​lar. Deyirlər, əgər
yerikləyən zaman narı dənələyib aynanın üstünə töksən və üzüqoylu düşüb əlin köməyi olmadan onu
dodaqlarla yesən, uşaq gözəl olar. Nar qırmızı alma qabığı ilə ye​yilsə, uşaq imanlı olar. Boylunu
heyvanlara baxmaqdan çə​kin​dirər​di​lər, deyirdilər, baxan surətdə uşaq onlara bənzəyər. Əgər uşaq
sağ​lam olsa, üçüncü aydan boylu xanımın ürəyinin çırpıntısı ar​tar... 9 aydan sonra doğum zamanı
çatanda əlli-alt​mış nəfər yaxın adamları nahara, ya da şama çağırardılar. Ma​ma​nı da çağırardılar. O
gələndə özü ilə bir qalın sap gətirib, ülgücü o sapa sa​lıb boynundan asardı. Bir şam, kəllə qənd də
əlində olduğu halda içəri girərdi. Mama bu işi xanımların ilk uşaqları olduğu zaman edirdi. O, şamı
işıq üçün və şirnini şirin​lik, təbrik üçün gə​tirərdi. Sonra zahının dalına bir yumruq vu​rub deyərdi:
“Oba köçdü, sən də köç”. Beləliklə, xanımın qar​nındakı uşağa sifariş edərdi ki, oba köçdü, sən də bu
işıqlı dün​yaya köç. Qonaq​lar bir böyük evə yığışardılar. Bir cecim gəti​rib evin orta​sına salardılar.
Bir məcməyini də onun üstünə qoyardılar. Bir miqdar da kül onun içinə tökərdilər. Bir kərmə zahının
sağ aya​ğının altına, birini də sol ayağının altına qoyar​dılar. Kərmələrin üstünə parça çəkərdilər.
Zahının ən yaxşı pal​tarlarını geydi​rər​dilər. Bir qırmızı çadra da başına örtərdilər. Gəlinlik gecəsinin
kələsini də üzünə salardılar. Zahı gərək özü​nü möhkəm tutaydı. İki qız uşağı əllərində şam onun sağ-
so​lunda dayanardılar. Qo​naq​larla zahının arasına bir çadra çəkər​dilər. Uşaq dünyaya qə​dəm qoyan
kimi mama bir dənə böyük soğan gətirərdi. Zahı gərək dişini qabıqlı soğana basaydı, am​ma
qopartmamalıydı. Soğanı bir kabab şişinə çəkirdilər. Zahı onu əlində tutub yavaş-yavaş qabaqca
saldıqları yorğan-döşəyə sarı gedirdi. Sonra şişə çəkilmiş soğanı onun başının altına qo​yurdular. Bu
vaxt hamı zahının adını Məryəm çağırardı. Zahını yerinə sarı aparan za​man biri ona deyirdi:
“Məryəm”, o da deyirdi “bəli”. “Dön dalu​va bax”. Zahı dönüb dalına baxar və üç dəfə bu sözləri
təkrar edərdi. Bu sözlərin mənası budur ki, zahı gələcəkdə yenə də uşaq sahibi olsun. Zahını yerinə
salandan son​ra şamları söndü​rər​dilər. Əlbəttə, şam yandırmaq, qırmızı pal​tar geydirmək ilk uşaq
dünyaya gələn zaman edilərdi, sonra​kı uşaqlarda bunu et​məzdilər. Sonra mama əlinə bir kabab şişi
götürüb otağın di​varlarına cızıq çəkərdi. O bu işi görən zaman bir nəfər ondan so​ruşardı: “Niyə cızıq
çəkirsən?” O deyərdi: “Məryəm hasarı çəkirəm”. Onlar 3 dəfə bu işi təkrar edərdilər. Sonra bir
miqdar kəklikotu həm zahının üstünə, həm də yerinə və otağa səpər​di​lər. Uşaq sahibi olan kişi uşağı
üçgünlük olan kimi bir qurban kəsərdi. Qurbanı kəsmədən əvvəl onun gözünə sürmə çəkər​di​lər. Elə
haman mil ilə də uşağın gözünə sürmə çəkərdilər. Qur​ba​nın qanından da uşağın qaşlarının arasına
sür​tər​dilər. Qurba​nın ətini isə yoxsullara pay yollayardılar”.
 
Bundan başqa, cift və göbəklə bağlı da xüsusi ritualların ic​ra edildiyi, daha dəqiq desək, cift və
göbəyin basdırılması adə​tinin mövcud olduğu barədə də maraqlı məlumatlar vardır. Bu ayinin icrası
da mamaçanın vəzifələri sırasına daxil idi. Do​ğuşdan sonra mamaça cifti təmiz suda yuyub onu əsgiyə
bükər, evin bünövrəsinin və ya döşəməsinin altında basdırardı. Dəs​mal və göbəyi son dərəcə
ehtiyatla qoruyar, onlara bəd ruhların toxunmasına imkan verməmək üçün dəsmalı yaxşı-yaxşı quru​-
dar​dılar. Belə hesab edilirdi ki, bu, uşağın sağlamlığı üçün vacibdir. Bəzi hallarda göbəkdən magik
ayinlərdə qoruyucu vasitə kimi istifadə edilirdi. Bu ayini də mamaça icra edirdi.


Görünən budur ki, şəkililər cift və göbəyin ayrıl​dıqdan sonra da insanın vücudu ilə astral bağlılığının
davam etdiyinə inanırlarmış. Bunu başqa cür izah edənlər də var. Onlardan bir qismi hesab edirdi ki,
uşağın ruhunun bir hissəsi cift və göbəkdə yaşayır. Digərləri onlara sonrakı uşaqların müjdəçisi və
təşviqçisi, başqa sözlə, yol açanı kimi baxırdılar. Başqa biriləri isə hesab edirdilər ki, körpəni
himayə edən xeyirxah ruh cift və göbəkdə yaşayır.
Cift və göbəyin basdırılması adəti ölünün basdırılması adətinə bənzəyirdi və türklər həmin ayini, yəni
göbəyin yu​yularaq əskiyə bükülməsini “kəfənləmə”, yəni kəfənə bürümə adlandırırdılar. Bəzi tayfalar
isə göbəyi kisəciyə qoyaraq körpənin boynundan asar, bunun göz dəyməkdən qoruduğuna inanardılar.
Göbək qurudularaq sandıqda saxlanılardı. Eyni zamanda, ondan sonsuzluğu müalicə etməkdə də
istifadə edi​lirdi. Bunun üçün mamaça qurudulmuş göbəyi suya salar və həmin suyu hamilə qala
bilməyən qadına içirdərdi.
Doğuşun ardınca körpənin cəmiyyətə uyumlu daxil ola bilməsi üçün mərasimlər kompleksi gəlir.
Məsələn, zahı və körpə üçün hamamı qızdırır və onlar üç gün dalbadal təmizlənmə mərasi​mindən
keçirdilər. Onları bilavasitə mamaçanın özü çimizdi​rərdi. Adətə görə, mamaça təmizlənmənin uğurlu
olması üçün hamama duz və qızıl və ya gümüş sikkə, və ya da üzük qoyardı. Bu əşyalar zənginlik
əlaməti idi və onların vasi​təsilə uşağın gələcəkdə ehtiyac hissi keçirmədən yaşamasına yardım
edildiyinə inanardılar. Mamaça uşağı yaxalayarkən onun başını sığallayaraq ona girdə forma verməyə
çalışardı. Ey​ni zamanda, burnunun nazik olması üçün onu üç dəfə yün​gül​cə sıxardı. Bir sözlə,
mamaça körpəyə xalq arasında möv​cud olan estetik tələblərə uyğun bir şəkil verməyə çalışardı.
Nəsil artırma tari​xən evlənən tərəflər üçün mühüm əhəmiyyət daşıyırdı. Nəslin davam etdirilməsi
ailədə əsas məsələ hesab olunurdu. Xüsu​sən ərə gedən qız üçün bu özünü yeni ailədə müəyyən qədər
təsdiq xarakteri daşıyırdı. Çünki bu həm də qadının ailədəki mövqeyi ilə bağlı məsələyə çevrilirdi.
Belə ki, övladı olmayan qadının həmin evin tamhüquqlu bir üzvü kimi gələcəkdə yaşaya bilməsi sual
altında qalırdı. Onu bu səbəbdən ya bo​şaya, ya da üzərinə bir başqa qız ala bilərdilər. Təsadüfi
deyil​dir ki, gəlin köçən qıza eldə bu cür xeyir-dua edilərdi ki,
 
Anam-bacım, qız gəlin,
Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız, gəlin.
Beləliklə, o zamanlarda doğumun hazırlanması və doğuş prosesi 3 mərhələdə keçirilərdi:
 
“I mərhələ – doğumqabağı və doğumdan sonra 40 gün ərzində aparılan mərasimlər – Bunların mühüm
xüsusiyyəti əvvəl hamiləni, sonra zahını yad nəzərdən və təhlükələrdən uzaq saxlamaq istəyi;
II mərhələ – yeni doğulmuş uşağın nəslə və yaxud ailə​yə qəbul edilməsi;
III mərhələ – zahının paklanması (qüsl vermə)”.
 
Hələ doğuşdan çox qabaq gəlinin hamiləliyi bəlli olun​ca onu qorumağa çalışırlar. Bu məqsədlə əsrlər
boyu mü​rəkkəb tabu-qadağalar sistemi yaradılmışdır (formalaşmışdır).
 
– hamilə qadın altı ay eybəcər heyvanlara baxmaz;
– hamilə qadın qarğış etməz, söyüş söyməz;
– hamilə qadın gicitkən, böyürtkən yeməz, əks təqdirdə uşaq nadinc olar;


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə