Deyilənlərə ən gözəl misal kimi Şəkidə çox məşhur olan “Qodu-Qodu” oyununu göstərə bilərik.
Vaxtilə arasıkəsilməz yağışlar zamanı günəş tanrısı Qodudan yağışa ara verməsini diləmək məqsədilə
keçirilən bu dini mərasim dövrümüzədək uşaq oyunu şəklində yetişmişdir.
Ərəb istilasından sonra (VII-VIII əsrlər) Azərbaycanda islam tibbi, yaxud yunan-ərəb təbabəti deyilən
yeni tibb konsepsiyası yayılmağa başladı. İslamın qəbulundan sonra zamanla əski inancların yerini
dini inancların tutduğu, ovsunların da mahiyyətində müəyyən dəyişikliklər baş verdiyi müşahidə
edilmişdir. Lakin bu proses birdən-birə deyil, tədricən baş vermişdir.
Bu hal təkcə Şəkidə deyil, bütün müsəlman türk xalqlarının folklorunda müşahidə edilməkdədir.
Qədim dövrdə oxunan ovsunlar zamanla öz yerini Qurani-Kərimdən götürülmüş ayələrin, daha çox
“Əl-həmd” və “Əl-ixlas” surələrinin oxunmasına vermişdir.
Bu gün artıq Azərbaycanda qorxan adam üçün, demək olar ki, əski ovsunlar oxunmur. Əllə bir neçə
dəfə onun başına və yerə toxunularaq ərəbcə “Bismillah” (Allahın adı ilə) deyilir. Əl hərəkəti isə,
fikrimizcə, əski ovsunun icrası zamanı olduğu şəklində qalmışdır və qədim “Qorxu sındırma” ovsu-
nunda yer alan aşağıdakı sözlərin hərəkətlərlə ifadəsidir:
“Ayaq altından
Torpaq aldım,
Başın üstə
Kölgə saldım...”
“Qorxu sındırma” ovsununu islamın təsirinə daha çox məruz qalmış şəhərlərdə artıq dualar, yəni
Qurani-Kərimdən seçilmiş bəzi ayələr və ya islami mövzulu deyimlər əvəz edir. Məsələn;
“Ya kafiyən min kulli şəyy. Və la yəkfi minkə şəyun fissəmavati vəl ərz. İkfini ma əhəmməni min
əmrid dunya vəl axirəh. Və səlli əla Muhəmmədin və alih” .
Xəstəlikləri aradan qaldırmaq üçün isə ərəbcə bu dua oxunur:
“Ya mənismuhu dəva. Və zikruhu şifa. Ya mən yəcəluş şifaə fiyma yəşau minəl əşya. Səlli əla
Muhəmmədin və ali Muhəmməd. Vəcəl şifai min hazəd dai fismikə haza ya Əllahu, ya Əllahu, ya
Əllah. Ya Əllahu, ya Əllahu, ya Əllah. Ya Əllahu, ya Əllahu, ya Əllah. Ya Rəbbi, ya Rəbbi, ya Rəbbi,
ya Rəbb. Ya Rəbbi, ya Rəbbi, ya Rəbbi, ya Rəbb. Ya Rəbbi, ya Rəbbi, ya Rəbbi, ya Rəbb. Ya
ərhəmər-rahimin, ya ərhəmər-rahimin, ya ərhəmər-rahimin, ya ərhəmər-rahimin, ya ərhəmər-rahimin,
ya ərhəmər-rahimin, ya ərhəmər-rahimin, ya ərhəmər-rahimin, ya ərhəmər-rahimin, ya ərhəmər-rahi-
min, ya ərhəmər-rahimin”.
Bundan başqa, “Cadunun açılması”, “Gözdəyməyə qarşı”, “Bədəndən cinin qovulması”, “Mənəvi
(psixi) xəstəliklərin müalicəsi”, “Xora xəstəliyi və yaraların müalicəsi”, “Müsibət baş verdikdə onun
nəticələrinin aradan qaldırılması” məqsədilə oxunan dualar da məlumdur.
Şəki əhalisi arasında da üzərində ərəbcə yazılmış dua olan kağız parçasını suya salıb içmək kimi adət
çox yayılmışdı ki, əslində bu adətin islamla heç bir əlaqəsi yoxdur. Eyni zamanda, duanı xəstənin
paltarına tikmək adəti olub və bu adət bu gün də davam etməkdədir. Şəkidə duanın yazıldığı kağız
üçbucaq formasında qatlanar, bafta adlanan təmiz ağ parçaya bürünər, sonra xəstənin paltarına
tikilərmiş.
Ənənəvi tibb kitablarında və türkəçarəlikdə adına tez-tez rastlanan mifoloji şəxslərdən biri də
Loğmandır. İslamdan əvvəlki dövrlərin inancları ilə bağlı olan Loğman zamanla simvollaşaraq
türkəçarəliyi yüksək səviyyədə həyata keçirən xalq həkimlərinə verilən ümumi ada çevrildi. O,
haqqında Qurani-Kərimin “Loğman surəsi”ndə bəhs edilən elm, fəzilət sahibi bir həkimdir. Loğmanın
nə zaman və harada yaşadığı, harada öldüyü, hansı millətdən olduğu, nə ilə məşğul olduğu məchulluq
pərdəsinə bürünmüşdür. Müqəddəs Kitabın verdiyi məlumatlardan başa düşmək olur ki, Cənab
Allahın nəzdində Loğman bir simvoldur, ağılın, müdrikliyin simvoludur. Ancaq, bəzi rəvayətlərə
görə, Hz.Loğman Ərəbistanın Umman tərəfində yaşayıb. Loğman Hz.Davud peyğəmbərlə (ə) görüşüb
ondan elm öyrənib. Hz.Davuda (ə) peyğəmbərlik verilməmişdən qabaq müftü olan Loğman həkim
Hz.Davuda (ə) peyğəmbərlik verildikdən sonra fitva verməyi buraxdı və Hz.Davuda (ə) ümmət oldu.
Bundan sonra Loğmana hikmət verildiyi söylənilir. Peyğəmbər olduğu haqqında birbaşa məlumat
verilməyən Loğmana, dini inanclara görə, Cənab Allah tərəfindən həkimlik, müdriklik verilmiş, bütün
xəstəlikləri müalicə edə bilən bir şəxs olmuşdur. Onun oğluna verdiyi nəsihətlər də islam aləmində
çox məşhurdur. Loğman haqqında müxtəlif kitablarda fərqli-fərqli məlumatlar verilir. Ancaq Loğman
hər halda xalq əfsanələrinin qəhrəmanı olub, tarixi bir şəxs deyildir. O, bir simvoldur və türk
türkəçarəliyinə yalnız islamiyyətin zühurundan sonra daxil olmuşdur. Ancaq Loğmanın şəxsiyyəti,
doğulduğu yer, təhsili, milliyyəti haqqında nə tarix kitablarında, nə də dini kitablarda kifayət qədər
məlumat yoxdur. Onun haqqında yalnız əfsanələr, rəvayətlər qalmışdır. Bu əfsanələrdən birinə görə,
atasının adı Bauradır. Baura, yenə əfsanələrə görə, Hz.Eyyubun bacısı və ya xalası oğludur. Başqa bir
rəvayətə görə, Loğman İsrail övladları arasında qazılıq etmiş həbəşli bir zəncidir. Başqa bir varianta
görə, Loğman dülgər olub. Vakidi Loğmanın İsrail oğullarının qazısı olduğunu bildirməklə Eyle və
Medyən tərəflərdə yaşadığını və Eyledə də öldüyünü yazır. Loğmanın haralı olduğu da tam olaraq
bilinmir. Bəzilərinə görə, o həbəşlidir, bəzilərinə görə, o Nubiyalıdır, bəziləri də onun Sudandan
olduğunu deyirlər. Ancaq əfsanə və rəvayətlərin çoxu bir nöqtədə birləşir. Loğman qaradərili qul
olub sonradan azad edilmişdir. Azad insan olduqdan sonra Loğmanın qazılıq etdiyi, dülgərlik etdiyi,
çobanlıq etdiyi bildirildiyi kimi, tacir, xarrat, xalça toxuyan, çeşidli alətləri təmir edən usta olduğu
haqqında da rəvayətlər vardır. Əfsanəyə görə, Loğman həkim Dədə Qorqud, Bilqamış, İsgəndər kimi
ölümsüzlük axtarmış, axtara-axtara lazım olan bitkini tapmış, bitki də ona “Mən ölümsüzlüyə
çarəyəm” demiş, beləliklə, ölümsüzlük bitkisini tapmış tək həkim olmuşdur. Əfsanəyə görə, Loğman
ölümsüzlük iksirini hazırladıqdan sonra görünməz bir əl iksiri yerə tökmüş, həkimin yazdıqlarını da
Ceyhun çayına atmışdır. Ancaq bu əfsanənin dəyişik variantları da vardır. Məsələn, bir varianta görə,
ölümsüzlük iksirini tapan Loğman həkim onu bir şüşə qaba qoyur, ancaq körpüdən keçərkən
diqqətsizlikdən şüşəni əlindən çaya salır. Başqa bir əfsanədə deyilir ki, Loğman ölümsüzlük iksirinin
formulunu əlinə yazır, ancaq yağış yağanda formul silinib gedir. Başqa bir varianta görə, ölümsüzlük
iksiri Cənab Allahın əmri ilə Cəbrayıl tərəfindən yox edilmişdir. Ona görə Loğman həkim xalq
həkimlərinin atası sayılmaqla hər dərdə dərman tapdığı da söylənən əfsanəvi şəxsdir və bütün
alternativ tibbi simvollaşdırmaqdadır. Əfsanələrdə otların, çiçəklərin dilini bilən, ölümsüzlük
dərmanının necə düzəldiyini öyrənən, ancaq bu dərmanın reseptini Asi çayından keçərkən əlindən
suya saldığı söylənən Loğman həkimdən söz edilir.
Başqa bir əfsanədə deyilir ki, Davud Loğmana qoyun kəsməsini və ona ən yaxşı yerindən iki parça
gətirməsini deyir. Loğman qoyunun ürəyi ilə dilini Davuda verir. Davud bu dəfə də ondan qoyunun ən
pis iki yerini ona gətirməsini söyləyir. Loğman bu dəfə də qoyunun ürəyini və dilini gətirir. Davud
nəyə görə hər dəfə eyni şeyi gətirdiyini soruşduqda Loğman belə cavab verir: “Yaxşılıq üçün ürəkdən
və dildən daha önəmli bir şey olmadığı kimi pislik üçün də ürəkdən və dildən daha pis bir şey
yoxdur”.
Bəlkə də ən böyük Loğman türklərin hər sahədə inandıqları, çətin anlarında, xüsusən də xəstəlikdə
Dostları ilə paylaş: |