Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə52/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   48   49   50   51   52   53   54   55   ...   89

hər iki xalqın mənafeyinə uyğun şəkildə həll etmək haqqında 1988-ci il 18 iyul tarixli qərarları
yaranmış vəziyyətdən real çıxış yolları göstərə bilmədi, əksinə, vilayətin Azərbaycanın tərkibindən
çıxarılmasının təməl daşını qoydu. Bu qərarlara əsasən Dağlıq Qarabağa müstəsna hüquqlar verildi,
vilayətin bir çox məsələlərinin həlli birbaşa İttifaq nazirlik və qurumlarına tapşırıldı. Azərbaycan
rəhbərliyi isə respublikanın hüquqlarının pozulmasına qarşı qəti etiraz etmək əvəzinə bu qərarların
münaqişəni aradan qaldırmaq işində mühüm əhəmiyyət kəsb edəcəyini bildirdi.
1988-ci il 11 oktyabrda Xankəndində Ə.Vəzirov və S.Harutyunyan (Ermənistan KP MK-nın birinci
katibi) görüşüb bu qərarların həyata keçirilməsində “koordinasiya məsələlərini müzakirə” etdilər.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 24 mart qərarı ilə “Krunk” cəmiyyəti
xalqlar arasında nifaq salmaq kimi yolverilməz bir fəaliyyətdə günahlandırılıb rəsmən qadağan edilsə
də, yenə fəal iş aparırdı. Azərbaycanlıları ermənilərlə “dialoqa çağıran” Qorbaçov özü erməni
separatizminin ideoloqlarını birtərəfli qaydada Kremldə söhbətə dəvət etdi. Qorbaçov sonralar etiraf
edir:
 
“Mən onlara məsələnin tarixini ətraflı izah etməyə imkan verdim... səylə toplanmış sənədləri, coğrafi
xəritələri, tarixi arayışları mənə göstərdilər. Sonra isə ermənilərin necə sıxışdırılmasından,
Ermənistandan təcrid edilmələrindən, qədim abidələrinin dağıdılmasından söhbət açdılar... İslamın
xristianlıq üzərinə hücumu davam edir! Qonaqlarımdan biri bunları belə səciyyələndirdi”.
 
Lakin əlində tarixi həqiqətləri öyrənmək üçün bütün imkanları olsa da, erməni saxtakarlığına uyan,
bəlkə də uymaq istəyən Baş katib azərbaycanlıların fikirləri ilə maraqlanmadı. Ölkənin rəhbəri
bildirirdi ki, bu məsələ Stalinin dövründə düzgün həll edilməyib, onu indi demokratizm və
yenidənqurma çərçivəsində həll etmək lazımdır. Erməni separatçıları daha da qızışdılar. Yerevanda
vərəqələr yayılırdı:
 
“Ermənilər, mitinqləri qurtarın, silaha sarılın və türkləri əzin!”
 
Ermənistan SSR Ali Soveti 1988-ci il 15 iyun tarixli qərarı ilə kobudcasına Azərbaycanın daxili
işinə qarışaraq, DQMV-ni Ermənistanın tərkibinə qəbul etməyə razılıq verdi. Azərbaycan SSR Ali
Soveti XI çağırış VII sessiyası 1988-ci il 17 iyun tarixli qərarı ilə DQMV Xalq Deputatları Soveti
sessiyasının 20 fevral tarixli qərarını qeyri-qanuni akt kimi qiymətləndirdi. İyunun 21-də Vilayət
Xalq Deputatları Sovetinin fövqəladə sessiyası SSRİ Ali Sovetinə müraciətlə Dağlıq Qarabağın
Ermənistan SSR-ə verilməsini xahiş etdi. İyulun 12-də Vilayət Sovetinin sessiyasında DQMV-nin
Azərbaycan SSR tərkibindən çıxması barədə qeyri-qanuni qərar qəbul olundu.
1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan
silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ
Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara
qoşuldular.
Moskvanın səlahiyyətli nümayəndəsi A.Volskinin iki xalq arasında kompromis yaratmaq adı altında
ermənipərəst missiyası vəziyyəti daha da gərginləşdirdi. Xankəndində tətil və nümayişlər ara
vermirdi. 1988-ci il sentyabrın 18-də ermənilər Xocalıya hücum etdilər. Qanlı toqquşma baş verdi.
Sentyabrın 21-i və oktyabrın 18-də Xankəndində azərbaycanlıların və buna cavab olaraq Şuşada
ermənilərin evləri, avtomobilləri yandırıldı. Noyabrın 24-də Ermənistan ərazisindən silahlı quldurlar


Qubadlı rayonunun Eyvazlı, Davudlu və Qədirli sərhəd kəndlərinə soxulub qırğın törətdilər. Eyvazlı
kəndi tamamilə yandırıldı.
Moskvanın Dağlıq Qarabağdakı səlahiyyətli nümayəndəsi A.Volskinin ermənipərəst siyasəti, xüsusən
nadir Topxana meşəsində sənaye obyekti tikintisinə başlanması xəbəri bütün xalqı hiddətləndirdi.
Noyabrın 15-də Dövlət Universiteti qarşısında, səhəri gün Elmlər Akademiyasının dəyirmi salonunda
“Varlıq” cəmiyyəti və M.Ə.Sabir adına bağda “Yurd” təşkilatının təşəbbüsü ilə mitinqlər keçirildi.
Xalq hərəkatının kortəbii mərhələsinin ən qızğın dövrü noyabrın 17-dən başlandı. Həmin gün səhər
Universitet, Akademiya, Politexnik və İqtisad İnstitutları qarşısından nümayişçi dəstələr milisin canlı
maneələrini aşaraq, M.Ə.Sabir adına bağa, oradan isə şəhərin baş meydanına gəldilər. Meydanda
mitinqçilərin tələbləri oxundu. Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq
Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı
iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında
Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Bu tələblər
Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi dayandırmağı tələb
etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər. Burada
“Moskvanın fitnələrinə son qoyulsun!”, “Suverenlik!”, “Azadlıq!” şüarları səslənməyə başladı.
Respublikada baş verən bu hadisələrdən, sözsüz ki, Şəki əhalisi kənarda qala bilməzdi. Bu dövrdə
Şəkidə Nəsib Muxtarovun rəhbərliyi altında “Ocaq” cəmiyyəti fəaliyyət göstərirdi. İnsanlarda milli
şüurun dirçəldilməsində, oyanış, azadlıq ideyalarının təbliğində bu cəmiyyətin əvəzsiz rolu olub.
Həmin dövrdə Şəkidə də stadionda möhtəşəm bir mitinq keçirildi. O zaman Şəkidə Kommunist
Partiyasının Birinci Katibi (raykom) Hadı Rəcəbov idi. Onun şəhərimizdə xeyli abadlıq işləri
görməsi, iqtisadi vəziyyəti yaxşılaşdırmaq yönündə apardığı siyasət yerli əhalidə ona qarşı rəğbət
hissləri oyatmışdı. Mitinqə toplaşan insanların əsas etirazı Respublika rəhbərliyindən və onun
apardığı siyasətdən idi. Lakin mitinqdən sonra təxribatçı qüvvələrin fəaliyyəti nəticəsində hakimiyyət
orqanları ilə əhali arasında süni qarşıdurma yaradıldı. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi.
Komendant saatı elan olundu.
Bakıda isə meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər
taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar. Nümayişçilər meydana
Azərbaycan SSR-in oraq-çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra – noyabrın 19-da burada
ilk dəfə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı.
Hər gün yüz minlərlə adam tankların, əsgərlərin arasından keçib meydana axışırdı. Çox vaxt
mitinqçilərin sayı milyon nəfəri ötürdü. Gecələr meydanda qalanmış tonqalların ətrafında minlərlə
adam qalırdı.
Mən də o zaman meydandakı bütün mitinqlərdə iştirak edir və gecəni də başqa tələbələrlə birlikdə
meydanda qalırdım. Yadımdadır ki, tribunanın sağ tərəfində mavi rəngli iri hərflərlə belə bir plakat
vardı:
 
Dayanıbdır dağ təki dağlar qoynunda Şəki!
Sizə kömək eyləyir, nümayiş edin təki!
 
Xalq artıq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. Ölkə rəhbərliyi mövcud problemə
Azərbaycan xalqının münasibətini bilmişdi. Lakin erməni millətçiliyinə, separatizminə qarşı heç bir
tədbir görülmürdü. İndi təşkilatlanmaq, mübarizəni demokratik vasitələrlə davam etdirmək lazım idi.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə