Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə58/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   54   55   56   57   58   59   60   61   ...   89

SSRİ-yə münasibət üzrə referenduma qarşı çıxması müstəqillik hərəkatının parlaq təzahürü idi.
Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə Naxçıvan MR Ali Məclisi 1991-ci il martın 14-də
referendumda iştirak etməmək haqqında qərar qəbul etdi. Azərbaycanın demokratik qüvvələri
referendumu boykot etdilər. On gün (qanunla iki ay olmalı idi) tələm-tələsik “hazırlıq”dan sonra
martın 17-də keçirilmiş “referendum”un nəticələri saxtalaşdırıldı, guya səsvermədə iştirak edənlərin
93,3 faizi SSRİ-nin saxlanılması lehinə oldu.
Heydər Əliyev respublikada xalq kütlələri tərəfindən başlanmış milli dövlət quruluşunun dirçəlişi
hərəkatını dəstəkləməyə çağırırdı. Onun rəhbərliyi altında milli dövlətçilik ənənələrinin bərpasına
başlanmışdı. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR parlamentinin Heydər Əliyevin sədrliyi ilə
keçirilən sessiyası Muxtar Respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi,
Azərbaycan Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Dövlət Bayrağı kimi qəbul edilməsi və
bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ
qaldırılması haqqında tarixi qərarlar qəbul etdi. Muxtar Respublika Ali qanunverici orqanı “Ali
Məclis” adlandırıldı. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın
21-də 20 Yanvar faciəsinə siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı,
respublika başçıları Ə.Vəzirovun, A.Mütəllibovun və onların əlaltılarının günahkar olduqlarını qeyd
etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi. Heydər Əliyev Azərbaycan SSR Ali
Sovetinin 1991-ci il 5 fevral sessiyasındakı çıxışında respublikada yaranmış vəziyyətin səbəblərini
təhlil etdi və göstərdi ki,
 
Biz torpaqlarımızı özümüzə qaytarmalıyıq, orada hakimiyyətimizi bərpa etməliyik, biz
respublikamızın suverenliyini təmin etməliyik.
 
Heydər Əliyevin bu çıxışı qüvvələri səfərbər edib, müdafiədən hücuma keçməyə çağırış idi. Heydər
Əliyevin irəli sürdüyü təkliflərin xalqda böyük hərəkat doğuracağından qorxuya düşən, onları
qaragüruhçu qalmaqalda itirib-batırmağa çalışan iqtidar əlaltıları sessiyada çığır-bağır saldılar. Bu
cəhdləri millət vəkili, xalq şairi Bəxtiyar Vahabzadə sessiyadakı çıxışında ifşa etdi:
 
Biz bu gün böyük həyat təcrübəsinə və siyasi diplomatik biliyə malik olan, bütün ömrü boyu siyasət
qazanında qaynayıb-bərkiyən bu vətən oğlunun ağlından, təcrübəsindən istifadə etmək əvəzinə,
vətənin taleyinə tüpürüb şəxsi ambisiyamızı qabağa çəkdik.
 
Qaragüruhçuların əməllərini insanlar etirazla qarşıladılar. Naxçıvan MR-də həyata keçirilən
demokratik tədbirlər bütün Azərbaycana örnək oldu. Demokratik qüvvələrin tələbi ilə 1991-ci il
fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı
dəyişdirilib “Azərbaycan Respublikası” adlandırıldı. Azərbaycan Cümhuriyyətinin bayrağı Dövlət
Bayrağı kimi təsdiq olundu.
Aprelin 23-də SSRİ prezidenti ilə referendumda iştirak etmiş 9 respublikanın yüksək vəzifəli şəxsi
Moskva yaxınlığındakı Novo-Oqaryova prezident iqamətgahında tezliklə yeni ittifaq müqaviləsi –
“Suveren Dövlətlər İttifaqı” müqaviləsinin bağlanacağı haqqında niyyət protokolu imzaladılar.
Müqavilə bağlandıqdan sonra altı aydan gec olmayaraq ittifaq orqanlarına yeni seçkilər keçirilməsi
və bu yolla rəqiblərin siyasi hakimiyyətdən uzaqlaşdırılması nəzərdə tutulurdu.
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 26 iyun tarixli sessiyası, Demblokun etirazına


baxmayaraq, bu layihəni ümumən bəyəndi və başda prezident olmaqla Azərbaycan adından onu
imzalayacaq nümayəndə heyətini təsdiq etdi.
İmperiya rəhbərliyi may-iyun aylarında Goranboyda erməni quldurlarına köməyi azaltmaqla həm
Ümumittifaq referendumunda iştirak etməmiş Ermənistanı “cəzalandırdı”, həm də Azərbaycanda
Mütəllibov rejimini bir qədər populyarlaşdıra bildi. Bundan istifadə edən prezident mövqelərini
möhkəmləndirmək, parlamentdən asılılığını azaltmaq üçün ümumxalq prezident seçkilərinə getməyi
qərara aldı. Seçkilər sentyabrın 8-nə təyin olundu. İqtidar xalq arasında böyük nüfuza malik olan
Heydər Əliyevin prezident seçilə biləcəyindən təşvişə düşüb qanuna yaş senzi və son beş ildə
Azərbaycanda yaşamaq haqqında tələbi daxil etdi. Xalq bu məhdudiyyətlərin götürülməsini tələb
edir, mitinqlər keçirirdi.
Heydər Əliyev imperiyanı qoruyub saxlamağa çalışan qüvvələrə, ilk növbədə, Kommunist
Partiyasına və Sovet hökumətinə açıq etirazını bildirdi, onların riyakar siyasətini ifşa etdi. O, 1991-ci
il iyulun 19-da Kommunist Partiyası sıralarından çıxdı. H.Əliyev SSRİ Nazirlər Kabinetinin partiya
təşkilatına bəyanatında partiyanı 1990-cı ilin yanvarında Azərbaycan xalqına qarşı edilmiş hərbi
təcavüzə siyasi rəhbərlikdə və bu cinayətin üstünü açmamaqda, günahkarları üzə çıxarmamaqda,
mərkəzin ikiüzlü siyasəti, erməni separatçılarına havadarlığı sayəsində Dağlıq Qarabağda yaranmış
kəskin münaqişəli vəziyyətdə, vilayətin əslində tamamilə Azərbaycan dövlətinin idarəçiliyindən
çıxarılmasında, demokratikləşmə, siyasi azadlıqlar və plüralizm bəyan edilən bir dövrdə
Azərbaycanda demokratik hərəkat və cəmiyyətin demokratikləşdirilməsini əngəlləməkdə
təqsirləndirərək qeyd etdi ki:
 
“Yeniləşən partiya və respublikaların yeniləşən ittifaqı haqqında saysız-hesabsız bəyanatlar yenə
xalqı aldatmaqdır. Xalqa açıq demək lazımdır ki, bizim ölkəmizdə kommunizm eksperimenti,
sosializm yolu özünü doğrultmadı, zorakılıqla yaranan və saxlanılan respublikaların ittifaqı süquta
uğramaqdadır”.
Bu vaxt AXC-də parçalanma daha da dərinləşmişdi, idarə heyətində fikir birliyi yox idi. İki
platforma – birinci, müstəqilliyə doğru insan hüquqlarının aliliyinə zidd olmayan yollarla getməyi
vacib hesab edən “liberal-demokratlar”, ikinci isə müstəqilliyə hər bir mümkün, hətta lazım gələrsə,
insan hüquqlarına zidd olan yollarla getməyi lazım bilən “millətçi-vətənpərvərlər” platforması
formalaşmışdı. Cəbhə daxilində partiyalaşma prosesi başlamışdı. Buna görə də AXC-nin 1991-ci il
iyulun 13-16-da keçirilən I qurultayında idarə heyəti buraxıldı.
Hələ 1990-cı ilin əvvəllərində xalq cəbhəsi üzvləri müxtəlif siyasi partiyaların təşəbbüs qruplarını
yaratmışdılar. Xalq Azadlıq Partiyası, Dirçəliş Partiyası, Azərbaycan Sosial-Demokrat Partiyası,
Azərbaycan Milli Demokrat (Yeni Müsavat) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və s. siyasi
təşkilatlar meydana gəlmişdi.
İmperiya hakimiyyətinin yuxarı eşelonlarında mühafizəkar qüvvələrin müqa​viməti getdikcə
güclənirdi. Onların səmərəli fəaliyyəti üçün inflyasiyanın sürətlə artması, əhalinin vəziyyətinin
gündən-günə pisləşməsi münasib şərait yaradırdı. İrticanın növbəti hücumu 18-19 avqust dövlət
çevrilişi cəhdində təzahür etdi. Onun başçıları Forosda (Krımda) istirahət edən M.Qorbaçovu
“neytrallaşdırıb”, Dövlət Fövqəladə Vəziyyət Komitəsi (QKÇP) təşkil etdilər və
“demokratikləşdirmə”nin, “yenidənqurma”nın çıxılmaz vəziyyətə saldığı imperiyanı iflasdan
qurtarmaq üçün bütün hakimiyyəti öz əllərinə aldılar. Kommunist Partiyası bu çevrilişi müdafiə etdi.
Qiyamçılar səhv etmişdilər, onlar iri şəhərlərdə demokratik qüvvələrin güclü olduğunu nəzərə


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə