Şəki-Zaqatala İnkişaf Modeli Biznes təlimlərində iştiraka dəvət!



Yüklə 19,44 Kb.
tarix01.11.2017
ölçüsü19,44 Kb.
#8094


Şəki-Zaqatala İnkişaf Modeli

Biznes təlimlərində iştiraka dəvət!

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi Şəki-Zaqatala İnkişaf Modeli layihəsi çərçivəsində Şəki rayonunda (Şəki şəhəri və 5 kənd: Baş Küngüt, Oxud, Çələbixan qəsəbəsi, Öryət və İnçə) həyata keçiriləcək biznes təlimlərində gəncləri və qadınları iştirak etməyə dəvət edir.

Təlimlərdə qeyd olunan şəhər və kəndlərdən 18-25 yaş arası olan gənclər iştirak edə bilər. Ümumi olaraq Şəki şəhəri və kəndlərdən 3 qrup olmaqla, 75 nəfər təlimlərdə iştirak üçün seçiləcəkdir.

Təlimlərin əsas məqsədi gənclərin bizneslə bağlı bilik və bacarıqlarının artırılmasıdır. Bu məqsədlə iştirakçılar üçün 10 günlük təlimlər keçiriləcəkdir. Təlimlər çərçivəsində əhatə olunacaq mövzular: biznes liderliyi, marketinq, satış, biznes-planın yazılması, biznesin yaradılması və qeydiyyatı, biznesin idarəolunması və inkişafı, maliyyənin idarəolunması, maliyyə hesabatlılığı və maliyyəyə çıxış. Təlimlər, Şəki şəhərində, “Uluçay” təşkilatının konfrans zalında keçiriləcək.

Təlim proqramında iştirak üçün ərizə formasını doldurmaq vacibdir. Ərizə formasını “Uluçay” təşkilatının internet səhifəsindən, ofisindən, eləcə də, yerli bələdiyyə, və ya kənd İcra Nümayəndəliyindən əldə etmək olar. Doldurulmuş ərizə formaları “Uluçay” təşkilatının ofisinə, e-mail ünvanına, eləcə də yerli bələdiyyə, İcra Nümayəndəliyinə və ya hr@uluchay.org e-mail ünvanına 25 mart, 2014-cü il tarixinədək təqdim etmək lazımdır.

Təlimlərlə bağlı əlavə məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərləzi

M.Ə.Rəsulzadə küçəsi 163A, AZ5500

Şəki, Azərbaycan

+994 2424 45447

+994 55 943 9370 - (Samir Mədətov)

office@uluchay.org

http://uluchay.org




Ümumi məqsəd:

Azərbaycanın bütün bölgələrində balanslaşdırılmış və dayanıqlı iqtisadi inkişafa şərait yaradaraq sosial-iqtisadi bərabərsizliyin azaldılmasına və iqtisadiyyatın şaxələndirilməsinə töhvə vermək.



Layihənin məqsədi:

Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan 6 inzibati rayonda inteqrasiyalı və dayanıqlı sahibkarlığın inkişafına dəstək göstərmək.







ƏRİZƏ FORMASI
Ümumi məlumat:

Ad və soyad




Yaşadığınız rayon və kənd




Yaşınız




Əlaqə nömrələriniz




E-mail ünvanınız




Məşğuliyyətiniz




Təhsil səviyyəniz (ətraflı qeyd edin)






  1. Təlimlər

Biznes fəaliyyəti ilə nə vaxtsa məşğul olmusunuzmu

Bəli Xeyr

Cavabınız “Bəli”-dirsə, xahiş edirik hansı bizneslə məşğul olduğunuzu qeyd edəsiniz




Cavabınız “Xeyr”-dirsə, xahiş edirik biznes fəaliyyəti ilə məşğul olmamağınızın səbəbini qeyd edəsiniz




Biznes təlimlərində iştirak etməkdə məqsədiniz nədir




Təlimlərdən gözləntiləriniz nədir?




Tarix: Imza:
Yüklə 19,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə