Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.

səhifə1/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   30


Səlahəddin  XƏLİLOV
MƏHƏBBƏT
və İNTELLEKT
FƏLSƏFİ ESSELƏR
Bakı – 2006
1


Elmi redaktoru:  Fuad Qasımzadə 
                                          akademik
Xəlilov S.S.
Məhəbbət və intellekt. – Bakı, «Nurlan» nəşriyyatı, 
2006 – 176 səh.
Kitab dərk olunmuş və olunmamış məhəbbət  
haqqında, onun mahiyyəti, formaları, tərkib hissələri 
və sosial-mənəvi hadisələrlə əlaqəsi haqqında fəlsəfi 
esselər   toplusudur.   Əslində   elmi-fəlsəfi   tədqiqat 
səjiyyəsi   daşıyan   bu   əsər   təkcə   mütəxəssislər   üçün 
deyil, həm də geniş oxucu kütləsi, xüsusən gənclər  
üçün nəzərdə tutulmuşdur. 
  © S.S. Xəlilov
2


Ön söz 
Məhəbbət mövzusu əsrlər boyu düşünən və 
sevən  insanların  diqqət  mərkəzində  olmuşdur. 
Əlbəttə,  bu  haqda  heç  düşünmədən  sevənlər  də 
var, bu haqda çox düşünüb, amma ömrü boyu heç 
sevməyənlər  də  var.  Sevmək  səadəti  heç  də 
hamıya nəsib olmur. Həm sevib, həm də sevilmək 
isə ancaq xoşbəxtlərin qismətidir. 
Bu  kitab  öz  məhəbbətini  dərk  etməyə  ça-
lışmayanlar,  yaxud  məntiq  çərçivəsində  mə-
həbbəti  imitasiya  etməyə  çalışanlar  haqqında 
deyil,  dərk  olunmuş  məhəbbət  haqqında,  onun 
mahiyyəti,  formaları,  tərkib  hissələri  və  digər 
mənəvi  hadisələrlə  əlaqəsi  haqqında  esselər 
toplusudur. 
Lakin məhəbbətin dərk olunması prinsipcə 
mümkündürmü? 
Yaxud buna ehtiyac varmı? 
«Ağıllı  düşünənə  qədər  dəli  vurub  çayı 
keçmirmi?».  Əlbəttə,  aşiqin  özü  üçün  o  heç  də 
3


önəmli  deyil.  Lakin  cəmiyyətdə  aşiqin  statusunu 
düzgün  müəyyən  etmək,  onun  «haqqını»  özünə 
verə 
bilmək,
 ona 
adekvat 
münasibət 
formalaşdırmaq üçün  bu hadisənin sosial-mənəvi 
infrastrukturu və digər mənəvi proseslər arasında 
yeri düzgün müəyyənləşdirilməlidir. Yəni sevmək 
üçün  idrak  tələb  olunmasa  da,  ona  obyektiv 
münasibət  bəsləyə  bilmək  üçün  bu  hissin  dərk 
olunmasına böyük ehtiyac vardır. Əxlaqi dəyərlər 
sisteminin  və  hətta  sosial-hüquqi  normaların  bu 
məsələyə  münasibətdə  düzgün  yönləndirilməsi 
üçün  məhəbbətin  özünün  tədqiqat  obyektinə 
çevrilməsinə,  onun  hərəkətverici  qüvvələrinin, 
motivlərinin  araşdırılmasına  ciddii  sosial  təlabat 
vardır. 
Şairlər  bir  qayda  olaraq  məhəbbəti  tə-
rənnüm  edir,  nasirlər  onunla  bağlı  sosial  dra-
matizmi və ictimai təbəddülatları bədii vasitələrlə 
işıqlandırmağa  çalışır,  psixoloqlar  insanın 
davranışında  və  mənəvi  həyatında  məhəbbətin 
rolunu  və  motivasiyasını  araşdırmağa  çalışır, 
sosial  psixologiyada  isə  bu  problem   əsasən  ailə 
və  lokal  sosial  qruplar   kontekstində  nəzərdən 
keçirilir.  Amma  bütün  bu  yanaşmaların  heç  biri 
məhəbbətin  mahiyyətini  açmaq  iqtidarında  deyil. 
Filosoflar isə bu mövzuya həmişə böyük ehtiyatla 
toxunurlar.  Çünki  məhəbbət  insanın  mənəvi 
aləminin  ən  dərin  qatlarında  üzə  çıxdığından  və 
əsasən  qeyri-şüuri  sferaya  aid  olduğundan  onun 
4


məntiqi  təfəkkürlə  şərhi  çox  çətindir.  Amma  hər 
halda  bu  məsuliyyət  fəlsəfənin  üzərinə  düşür. 
Çünki  bu  mövzu  elmin  ümumiyyətlə  girə 
bilmədiyi,  onun  üçün  qaranlıq  olan  bir  sahədir. 
«Qəlbin  sarı  simini»  poeziya  və  musiqi  daha 
yaxşı  çala  bilir,  amma  C.Cübran  demişkən, 
«həyat  onun  qəlbini  oxumağı  bacaran  müğənni 
tapa  bilməyəndə,  onun  dərrakəsi  ilə  danışan 
filosof yaradır».
1
  
Lakin  hələ  qədim dövlərdən   nəinki, təkcə 
Şərqdə,  həm  də  Qərbdə  məhəbbət  mövzusu 
poeziyanın  inhisarında  olmuşdur.  Qərb  dün-
yasında  Homerdən  üzü  bəri  Şekspir,  Bayron, 
Göte  kimi  mütəfəkkir  şairlər  məhəbbət  aləminin 
işıqlandırılması 
sahəsində 
böyük 
uğurlar 
qazanmışlar.  Lakin  filosoflar  bu  probleminin 
öyrənilməsinə  xeyli  sonralar  cəsarət  edə  biliblər. 
Bizim  əsil  saf  məhəbbət  hesab  etdiyimiz  duyğu 
ənənəvi  olaraq  «platonik  məhəbbət»  adlandırılsa 
da,  nə  Platon,  nə  də  digər  qədim  filosoflar 
sufilərin  eşq  konsepsiyası  ilə  müqayisə  oluna 
biləcək 
hər 
hansı 
monumental 
təlim 
yaratmamışlar.
Bəli,  bu  mövzu  Qərbdə  də  uzun  müddət 
bədii  təfəkkürün  ixtiyarına  buraxılmış,  bu  pro-
blemə  həsr  olunmuş  fundamental  fəlsəfi  əsərlər 
və  essələr  ancaq  Yeni  dövrdə  yaradılmışdır.  Bu 
1
Bax: Aida İmanquluyeva. Cübran Xəlil Cübran. 
Bakı, «Elm», 2002, səh. 33-34.
5


sırada  E.  Svedenborqun  «Ailə  məhəbbəti»  ki-
tabını
1
,  Stendalın  «Məhəbbət  haqqında»  esselə-
rini
2
,  V.Solovyovun  «Məhəbbətin  mənası»
3

E.Frommun  «Sevmək  sənəti»
4
,  D.Hildebrandın 
«Məhəbbətin  metafizikası»
5
  əsərlərini  xüsusi 
qeyd  etmək  olar.  Lakin  Qərbdə  bu  cür  fun-
damental tədqiqat əsərləri boş yerdə və ya yalnız 
ədəbi-bədii  material  üzərində  yaranmamışdır. 
Platon  «Pir»  əsərində,  Plutarx  «Erot  haqqında» 
dioloqunda,  B.Spinoza  «Allah,  insan  və  onun 
səadəti  haqqında»  qısa  traktatında  məhəbbət 
mövzusuna  geniş  yer  ayırmışlar.  Bütün  başqa 
filosoflar da bu mövzuya ara-sıra toxunmuş, insan 
həyatında onun önəmli yerini qeyd etmişlər. 
Sual  oluna  bilər  ki,   çağdaş  tədqiqatçının 
bu  qədər  ənənəvi  bir  mövzuda  daha  adekvatl  bir 
təlim  işləyib-hazırlaması  mümkündürmü?  Bu 
mövzuda  Platon,  Hegel,  C.Sartr,  E.Fromm  kimi 
böyük  mütəfəkkirlərin  yazdıqlarından  sonra,  nə 
1
  Э.Сведенборг.   Супружеская   любовь.   М., 
2002, 544 с.
2
 Стендаль. О любви. – Собрание сочинений 
в 15-и томах, том 4, 1959.
3
  Соловьев  В.С.   Смысл  любви: Избранные 
прозведения/ М., Современник, 1991.
4
  Э.Фромм.   Исскуство   любить.   –   Душа 
человека. М., «Республика», 1992, стр. 109-179.
5
 Д. Гильдебранд. Метафизика любви. Санкт-
Петербург, 1999, 629 стр.
6




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə